Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
  1   2   3   4   5   6   7   8   9   ...   23


Daha güclü, daha

etibarlı bir BP qururuq

BP Azərbaycanda 

Davamlı inkişaf haqqında hesabat 2014



bp.com/xezer/hesabat


Hesabatımız barəsində 

Bu hesabat 31 dekabr 2014-cü ildə bitən təqvim ilini 

əhatə edir. Bəzi hallarda 2015-ci ildə baş vermiş 

mühüm hadisələr də hesabata daxil edilib. 

Başqa cür göstərilməyibsə, mətndə 

“BP p.l.c.” və onun törəmə şirkətləri 

və filiallarının əməliyyatları və 

fəaliyyətləri arasında fərq qoyulmur. 

Xüsusi olaraq göstərilən hallar istisna 

olmaqla, bu hesabatda “bizə”, “biz” 

və “bizim” sözlərinə edilən istinadlar 

Azərbaycanda BP şirkətinə edilən 

istinadlardır. Əgər hesabatda “BP 

Azərbaycanda” deyilərək istinad 

edilirsə, bu o deməkdir ki, yalnız 

Azərbaycanda olan əməliyyatlarımıza 

istinad edilir. Əgər biz “BP AGT”yə 

istinad ediriksə, onda bizim 

Azərbaycan, Gürcüstan və 

Türkiyədəki fəaliyyətlərimizə istinad 

edirik. “BP” və “BP qrupu”na edilən 

konkret istinadlar “BP p.l.c.”, onun 

törəmə şirkətləri və filialları deməkdir. 

Dollarla ifadə edilən bütün məbləğlər 

ABŞ dollarını nəzərdə tutur və digər 

pul vahidlərindən çevrilibsə, bu 

məbləğin ayrılması anına olan 

məzənnəni əks etdirir. Qaz həcmləri 

standart kubmetr və ya standart 

kubfutla verilir.

Bu hesabat hər il Azəri-Çıraq-

Dərinsulu Günəşli yatağı üçün birgə 

əməliyyat şirkətinin əməliyyatçısı və 

idarəedicisi, həmçinin Ze Bakı-Tbilisi-

Ceyhan Payplayn Kompani (“The 

Baku-Tbilisi-Ceyhan Pipeline 

Company”) şirkətinin idarəedicisi 

qismində çıxış edən BP Eksploreyşn 

(Kaspian Si) Limited (“BP Exploration 

(Caspian Sea) Limited”) ilə Şahdəniz 

yatağının əməliyyatçısı və Sauf 

Kokazus Payplayn Kompani (“South 

Caucasus Pipeline Company”) 

şirkətinin texniki operatoru qismində 

çıxış edən BP Eksploreyşn (Şahdəniz) 

Limited (“BP Exploration (Shah 

Deniz) Limited”) tərəfindən nəşr 

edilir. Bu şirkətlərin hər biri bu 

hesabatın məqsədlərinə uyğun 

olaraq öz layihələri üzrə müvafiq 

məlumatları vermişdir.

BP-nin Azərbaycanda davamlı inkişaf haqqında 2014-cü il üçün hesabatında öncədən söylənmiş, 

məsələn, çıxarıla bilən həcmlər və ehtiyatlara, əsaslı, əməliyyat xərcləri və digər xərclərə, həmçinin 

gələcək layihələrə aid müəyyən bəyanatlar ola bilər. Bir sıra amillərdən, o cümlədən tələb və təklifin 

dəyişməsindən, qiymət və işlərin gedişi məsələlərindən, həmçinin siyasi, hüquqi, maliyyə, 

kommersiya və sosial şəraitdən asılı olaraq faktiki nəticələr belə bəyanatlardakı göstəricilərdən 

fərqlənə bilər.

Xəbərdaredici bildiriş 

Üz qabığındakı şəkil 

BP-nin Azərbaycanda tikinti üzrə aparıcı 

mütəxəssisi Tofiq Qorçuyev Bakıdan təxminən 

15km cənuba doğru, Şahdəniz Mərhələ 2 

layihəsi üçün iki platformanın üst modulları inşa 

olunan Amek-Tekfen-Azfen tikinti sahəsində 

işlərə nəzarət edir və podratçı işçilərə 

göstərişlər verir.




Hesabatın 

içindəkilər 

“BP Azərbaycanda. Davamlı inkişaf 

haqqında hesabat 2014” bizim 

2014-cü təqvim ili ərzində nail 

olduğumuz istehsalat göstəricilərini, 

ətraf mühitin mühafizəsi ilə bağlı 

gördüyümüz işləri və Azərbaycandakı 

fəaliyyətlərimizin digər sahələrini 

əhatə edir. Bu hesabat bizim davamlı 

inkişaf haqqında 12-ci hesabatımızdır 

və əvvəlki hesabatlar barədə 

aldığımız rəyləri özündə əks etdirir.



2  Giriş sözü 

Regional prezident 2014-cü ildə həyata 

keçirdiyimiz müxtəlif fəaliyyətlərin əsas 

məqamları barədə düşüncələrini və gələcək 

planlarımızı bölüşür.

4  BP Azərbaycanda – ilk baxışda

Təşkilati strukturumuz ilk baxışda, 2014-

cü ildə əsas nailiyyət və çətinliklərmizin 

xülasəsi.



Ümumi baxış 

6  Əməliyyatlarımız

Biz Xəzərdə əsas karbohidrogen yataqlarını 

işlədir, onları region və dünya bazarları ilə 

birləşdirən boru kəmərlərini idarə edirik.



13  Əməkdaşlarımız

Məqsədimiz işçi heyətimizin istedadlarını 

inkişaf etdirmək, güclü cəhətlərimiz və 

bacarıqlarımızı daha da artırmaq üçün ən 

yaxşıları işə cəlb etməkdir.

19  Əməyin təhlükəsizliyi

Diqqəti təhlükəsiz, etibarlı və qaydalara uyğun 

əməliyyatlara yönəldir, gördüyümüz hər işdə 

əməyin təhlükəsizliyi və əməliyyat risklərinin 

idarə edilməsini əsas götürürük.

23  Ətraf mühit

Biz başa düşürük ki, ətraf mühitə təsirlərin 

idarə olunması neft və qazın məsuliyyətli 

şəkildə hasil olunması prosesinin mühüm bir 

hissəsidir.

27  Cəmiyyət

Biz təhsil, icma və sahibkarlığın inkişafı 

sahəsində layihələrimiz vasitəsilə və gəlirlərin 

şəffaflığı sahəsində əməkdaşlıq etməklə 

cəmiyyətə və yerli iqtisadiyyata müsbət təsir 

göstərməyə can atırıq.



Əsas istiqamətlər

34  Hesabat prosesi, rəy və təkliflər

Məqsədimiz fəaliyyətlərimiz barədə tam və 

şəffaf hesabat vermək, əvvəlki hesabatlar 

barədə maraqlı tərəflərin rəy və təkliflərinə 

cavab verməkdir.

35  Beşillik icra göstəriciləri

Hasilat, əməyin təhlükəsizliyi, ətraf mühit 

və sosial xərcləri əhatə edən əsas icra 

göstəricilərimiz.



Bizim hesabat prosesi və əsas icra göstəricilərimiz 

BP-nin Azərbaycanda həyata keçirdiyi davamlı 

inkişaf fəaliyyətlərinə dair məlumat, açıqlama 

və bəyanatların faktlara və izahlara əsaslandığı 

barədə BP rəhbərliyində əminlik yaratmaq 

məqsədi ilə biz BP-nin Azərbaycanda 2014-cü 

il üçün hazırladığı davamlı inkişaf haqqında 

hesabatı yoxlamışıq. Gördüyümüz işlərin əhatə 

dairəsi və gəldiyimiz nəticələrlə səhifə 36-da 

tanış olmaq olar.

“Ernst & Young” şirkəti 

Yoxlama prosesinə giriş sözü

Ümumi baxış

Əməliyyatlarımız

Əməyin təhlükəsizliyi

Ətraf mühit

Cəmiyyət

Hesabat prosesi

Əməkdaşlarımız

1

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə