Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

22

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014

Şirkət olaraq bizim kollektiv məsuliyyətimiz 

zəmanət və aydın təhlükəsizlik strukturunu təmin 

etmək, fərqli biznes mühitlərində təhlükəsizlik 

baxımından narahatlıq doğuran məsələləri idarə 

etmək, BP-nin əməliyyatçısı olduğu obyektləri 

mühafizə etməkdir. Azərbaycanda BP-nin həm 

quruda, həm də dənizdə işlədiyi ərazilərin xarici 

perimetr boyunca mühafizəsini dövlət təhlükəsizlik 

orqanları həyata keçirir. 

2014-cü ildə təhlükəsizliyin qüsursuz və biznes 

öhdəliklərimizə uyğun olmasını təmin etmək üçün 

podratçılarımız və tərəfdaşlarımızla birgə işlədik.  

BP əməliyyatçısı olduğu boru kəmərləri boyunca 

yerləşən rayonlarda ixrac boru kəmərlərinin 

təhlükəsizliyi üzrə yerli komissiyaların 10 iclasında 

iştirak etdi. Hökumətin İxrac Boru Kəmərlərinin 

Təhlükəsizliyi İdarəsinin (İBKTİ) ev sahibliyi etdiyi 

və yerli hüquq-mühafizə orqanlarının iştirak etdiyi 

bu iclaslar əməkdaşlıq üçün mühüm bir kanaldır.

İl ərzində BP-nin əməliyyatçısı olduğu boru 

kəmərlərinin mühafizəsi üçün təyin edilmiş 

atlı İBKTİ patrulunun sayı artırılıb 52-yə 

çatdırıldı. Bundan əlavə, 2014-cü ildə BP boru 

kəmərlərinin texniki vəziyyətinə nəzarət etmək 

və təhlükəsizliklə bağlı hər hansı problem barədə 

məlumat vermək üçün 84 atlı patruldan istifadə 

etdi. Onları dəyişkən hava şəraitində dəstəkləmək 

üçün BP ucqar ərazilərdə 12 əlavə sığınacaq təşkil 

etdi.

Böhranların idarə edilməsi və fövqəladə 

hallarda cavab tədbirləri 

Böhran hallarının və davamlılığın idarə 

olunmasını planlaşdırmağımız əməkdaşlarımızın 

təhlükəsizliyini təmin etmək, fövqəladə hallara 

qarşı təsirli tədbirlər görmək və əməliyyatlarımızda 

potensial ciddi kəsilmələrin qarşısını almaqda 

kömək edir. Biz hər il böhran halları və davamlılıq 

üzrə potensial riskləri müəyyənləşdirir, öz 

komandalarımızın cavab tədbirlərinə hazırlığını 

yoxlamaq üçün müntəzəm təlim məşqləri keçiririk. 

2014-cü ildə böhran hallarının və davamlılığın idarə 

olunması işlərimizdə əsas diqqəti cavab tədbirləri 

potensialının gücləndirilməsi, BP standartları və 

sənayenin ən yaxşı təcrübələrinə davamlı şəkildə 

uyğunlaşdırılmasına yönəltdik. BP qrupunun 

ekspertləri neft dağılmalarına qarşı hazırlığa baxış 

keçirmək və qrup tərəfindən müəyyənləşdirilmiş 

təcrübələrə uyğunluğu yoxlamaq üçün iki dəfə 

Bakıya gəldilər. Bu səfərlər zamanı verilən 

tövsiyələr fasiləsiz təkmilləşmə proqramımıza 

daxil edildi. Həmçinin neft dağılmalarına qarşı 

cavab tədbirləri üçün avadanlığın alınmasını başa 

çatdıraraq regionda cavab tədbirləri görmək 

imkanlarımızı daha da gücləndirdik. 

2014-cü ildə dünyada qəbul edilmiş insident 

komanda sisteminin tətbiqinə başladıq. Tam işə 

düşəndə bu sistem region üzrə insidentlərin 

idarə edilməsi qruplarına (İİEQ) uzunmüddətli iri 

fövqəladə hallar və ya böhranlarda adekvat cavab 

tədbirləri görmək imkanı verəcək. 

Tərəfdaşlar və podratçılarla işimiz  

Azərbaycanda Fövqəladə Hallar Nazirliyi (FHN) ilə 

tərəfdaşlığımız 2014-cü ildə daha da gücləndi. FHN 

təmsilçiləri mütəmadi olaraq İİEQ təlim 

məşqlərində və yerlərdə keçirilən təlimlərdə iştirak 

etdilər. Bundan əlavə, may ayında həm BP, həm də 

FHN-in resursları səfərbər edilərək neft 

dağılmasına qarşı cavab tədbirləri üzrə birgə təlim 

məşqi uğurla keçirildi. Gürcüstanda başqa bir 

irimiqyaslı təlimdə BP-nin cavab tədbirləri üzrə 

podratçıları, avadanlıq və resursları sərhədi keçərək 

səfərbər edildi, hadisə yerindəki fəaliyyətlər 

Azərbaycandan FHN də daxil olmaqla fövqəladə 

hallara qarşı cavab tədbirləri üzrə milli qurumlarla 

əlaqələndirildi. 

Bizim etibarlı və məsuliyyətli operator kimi 

fəaliyyət göstərə bilməyimiz qismən 

podratçılarımızın bacarıqları və icra 

göstəricilərindən asılıdır. Standart müqavilələrimizə 

sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və 

ətraf mühitlə bağlı tələblər daxildir. Zəruri hallarda 

iş sahəsindəki risklərin idarə olunması üçün bizim 

və podratçılarımızın təhlükəsizliyin idarə olunması 

sistemlərinin necə birgə fəaliyyət göstərəcəyini 

müəyyənləşdirmək üçün əlaqələndirici sənədlər 

hazırlanır. Seçilmiş podratçılar bu əlaqələndirici 

sənədlərdə, eləcə də sağlamlıq, əməyin 

təhlükəsizliyi və ətraf mühit planlarında müəyyən 

edilmiş prosedurlara əməl olunmasını təmin 

edəcək konkret tədbirlər işləyib hazırlayır. BP bu 

tədbirlərin keyfiyyət və effektivliyinə nəzarət edir, 

müəyyən edilmiş hər hansı çatışmazlıqla bağlı 

məlumat verir. 

2014-cü ilin iyununda regional prezidentin sədrliyi 

ilə podratçıların əməyin təhlükəsizliyi üzrə illik 

rəhbərlik forumuna ev sahibliyi etdik. Regionda 

əməyin təhlükəsizliyi göstəricilərinin 

yaxşılaşdırılması yollarını müzakirə etmək üçün 

BP-nin və əsas podratçılarımızın yüksək vəzifəli 

şəxslərini bir araya gətirdik. Əsas diqqət bu 

müzakirəni əvvəlkilərin üzərində qurmağa və 

2013-cü il forumunda götürülmüş öhdəliklər 

nəticəsində əldə edilən irəliləyişə yönəldi. 

Forumun bir nəticəsi kimi, hər podratçının 

rəhbərliyi prosedurlara uyğunluğu irəli aparmaq 

üçün rəhbərliyə aid konkret fəaliyyət planı işləyib 

hazırlamaq barədə fərdi öhdəlik götürdü.

67%

qeydiyyata alınan 

xəsarətlərin tezliyində 

2013-cü illə müqayisədə 

azalmadır.

Neft dağılmalarına qarşı cavab tədbirləri 

təlim-məşqi zamanı lokallaşdırıcı üzən sədlərin 

dənizə buraxılması (yuxarıda). Podratçıların illik 

rəhbərlik forumlarını sağlamlıq, əməyin 

təhlükəsizliyi və ətraf mühitlə bağlı gündəliyimizdə 

duran məsələləri çatdırmaq üçün mühüm bir 

kanal kimi istifadə edirik (aşağıda).

Ətraf mühit üzrə mütəxəssislərimiz Səngəçal 

terminalı ətrafında torpaq və bitki örtüyünün 

tədqiqatını həyata keçirir.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə