Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   2   3   4   5   6   7   8   9   ...   23

2

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014

Hər il nəşr olunan “BP Azərbaycanda. 

Davamlı inkişaf haqqında hesabat”ı təqdim 

etməkdən böyük məmnunluq duyuram. On 

ikinci ildir ki, ölkədə gördüyümüz işlərə dair 

ictimaiyyətə məlumat vermək barədə üzərimizə 

götürdüyümüz öhdəliyin bir hissəsi kimi bu 

hesabatı hazırlayırıq. Hesabat şirkətdənkənar 

yoxlamadan keçərək təsdiqlənir və 2014-cü il 

üzrə fəaliyyətimizə tarazlaşdırılmış bir baxış 

təqdim edir. 

2014-cü ilə əlamətdar bir hadisə ilə – yeni 

Qərbi Çıraq platformasından ilk neftin hasil 

olması ilə başladıq. Bu, Xəzərin Azərbaycan 

sektorundakı ən böyük neft yatağı olan Azəri-

Çıraq-Dərinsulu Günəşlidə (AÇG) quraşdırılmış 

altıncı hasilat platformasıdır. Tərəfdaşlarımız 

və hökumətlə razılaşdırdığımız kimi, hasilatın 

optimallaşdırılması planlarımızın həyata 

keçirilməsinə davam etdik. 2014-cü il boyu AÇG 

gündəlik orta göstəricisi təxminən 640 min 

barel olmaqla səmərəli şəkildə hasilatı davam 

etdirdi. 

Azərbaycan hökuməti, tərəfdaşlarımız və digər 

maraqlı tərəflərlə birlikdə ötən ilin sentyabr 

ayında “Əsrin müqaviləsi” adlanan AÇG üzrə 

hasilatın pay bölgüsü sazişinin imzalanmasının 

20-illik yubileyini qeyd etdik. Eyni gündə Cənub 

Qaz Dəhlizi layihəsinin təməlqoyma mərasiminə 

ev sahibliyi etdik. Bu monumental layihə 

nəhəng Şahdəniz yatağının qaz ehtiyatlarını ilk 

dəfə olaraq Avropa bazarları ilə əlaqələndirilməyi 

nəzərdə tutur. 

Regiondakı iyirmi illik uğurlu əməliyyatlarımız 

irimiqyaslı mürəkkəb layihələri yerinə yetirmək 

üçün bizə əminlik, bilik və təcrübə verir. 2014-cü 

ildə Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz 

Boru Kəmərinin Genişləndirilməsi layihələri üzrə 

yaxşı irəliləyişə nail olduq. Biz 10 milyard dollar 

dəyərində mühüm müqavilələri imzaladıq və 

platformaların hazırlanması, inşaat işləri üzrə 

qrafiki qabaqlayırıq. 2014-cü ilin sonuna bütün 

əsas müqavilələrimiz üzrə işləyən insanların 

sayı 9 500-ü keçdi. Qeydiyyata alınan heç bir 

insident olmadan 5,5 milyon adam-saatdan çox 

iş görməyə nail olduq.  

Əməyin təhlükəsizliyinə daimi diqqət 

bizim üçün ən yüksək prioritet olaraq qalır. 

Qeydiyyata alınan xəsarətlərin tezliyi 2013-cü 

illə müqayisədə 67%, yol-nəqliyyat qəzalarının 

ümumi səviyyəsi isə 40%-dək azaldı. Eyni 

zamanda il ərzində bir neçə yüksək potensiallı 

insidentin şahidi olduq. Bu hadisələrdən nəticə 

çıxarmaq öhdəliyimizdir və əməyin təhlükəsizliyi 

üzrə ciddi göstəricilərimizi qoruyub saxlamaq 

üçün işimizdə diqqətli olmağa davam edirik. 

Azərbaycan neft-qaz yataqlarının işlənməsi və 

nəqli üzrə mühüm layihələrinin operatorluğunu 

bizə etibar edib. İnanırıq ki, işlədiyimiz yerlərdə 

cəmiyyət və icmalar bizim orada olmağımızdan 

faydalanmalıdırlar. Bu ölkəyə sosial-iqtisadi 

töhfəmizə iş yerlərinin açılması, vergi gəlirləri, 

yerli müəssisələr üçün imkanların yaradılması 

və yerli inkişaf təşəbbüslərinin dəstəklənməsi 

daxildir. 

Azərbaycandakı tərəfdaşlarımızla birlikdə 

sahibkarlığın inkişafı və təlim proqramlarımız 

vasitəsilə, eləcə də layihələrimizdə işləyən yerli 

işçi qüvvəsini artırmaqla yerli bazarın inkişafını 

dəstəkləmək öhdəliyimizə sadiqik. 2014-cü 

ildə ölkə daxilində yerli təchizatçılar vasitəsilə 

əməliyyatlar üçün birgə xərclərimiz 12% artaraq 

təxminən 1,8 milyard dollara çatdı. 

Keçən il Xəzər Texniki Təlim Mərkəzinin on 

yaşını qeyd etdik. Dünya səviyyəli bu obyekt 

müxtəlif texniki ixtisaslar üzrə 1 000-dən artıq 

yerli işçimizə təlim verməklə işçi heyətimizin 

milliləşdirilməsi planlarımıza mühüm töhfə 

verib. 

BP-nin idarə etdiyi layihələrə cəlb olunmuş 



yerli işçilərin inkişafı üçün uzunmüddətli 

öhdəliyimizə dəstək olaraq Azərbaycan 

Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə 

əməkdaşlığımızı davam etdirdik. 2014-cü ilin 

sonuna BP-nin Azərbaycanda işləyən orta 

səviyyəli menecerlərinin 86%-dən çoxu ölkə 

vətəndaşları idi. Yüksək vəzifəli rəhbərlərin sayı 

230-a çatıb ki, bu da əvvəlki illə müqayisədə 

17% artımdır. Bunlarla yanaşı, məzunların 

işə götürülməsi və tələbələrin yay təcrübəsi 

üzrə illik proqramımız təxminən 4 300 ərizə 

qəbul etməklə Azərbaycan gəncləri arasında 

populyarlığını saxlayıb. 

Biz həmçinin Bakı 2015 Avropa Oyunlarına 

dəstək olmaq üçün Avropa Oyunlarının 

Əməliyyat Komitəsi ilə tərəfdaşlığa qoşulduq 

və yenilikçi Oyunlar Akademiyası təşəbbüsü 

vasitəsilə yerli gənclərin peşəkar bacarıqlarının 

yaradılmasına sərməyə qoyduq. 

Bu nəşr 2014-cü ildəki bir çox nailiyyətlərimizlə 

birlikdə üzləşdiyimiz bəzi çətinliklərdən də söz 

açır. Bütün bu məsələləri nəzərdən keçirərkən

məqsədimiz işgüzar fəaliyyətimizi çətin 

dövrlərdə davamlı olan və öz tərəfdaşlarımıza, 

o cümlədən geniş ictimaiyyətə mənfəət 

gətirməyə davam edən bir səviyyədə 

saxlamaqdır. 

Bu hesabatı oxuduğunuza görə təşəkkür 

edirəm. Həmişə olduğu kimi, bu hesabat da 

fəaliyyətlərimiz barədə maraqlı tərəflərin rəyləri 

əsasında formalaşır. Beləliklə, sizin şərhlərinizi 

və təkliflərinizi gözləyirik.



Qordon Birrell

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə 

regional prezidenti

9 iyul 2015



Regional prezidentimizin giriş sözü

Regiondakı iyirmi illik uğurlu 

əməliyyatlarımız irimiqyaslı 

mürəkkəb layihələri yerinə 

yetirmək üçün bizə əminlik, 

bilik və təcrübə verir.



Qordon Birrell


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə