Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   2   3   4   5   6   7   8   9   ...   23

9

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014

Əməliyyatlarımız

Şahdəniz 

Şahdəniz (ŞD) qaz yatağı 1999-cu ildə kəşf edilib. 

Yataq sahildən dənizə doğru 70 km məsafədə, suyun 

dərinliyinin 50-600 metr arasında dəyişdiyi bir ərazidə 

yerləşir. Onun məhsuldar layının qalınlığı 1 000 

metrdən artıq, uzunluğu isə 22 kilometrdir. Geoloji 

baxımdan mürəkkəb olan ŞD çox yüksək təzyiqə və 

çoxsaylı məhsuldar lay horizontlarına malikdir. 

2014-cü ildə ŞD yatağından qazın Azərbaycan, 

Gürcüstan və Türkiyə bazarlarına etibarlı şəkildə 

çatdırılması davam edib.

İl ərzində yataqdan təxminən 9,9 milyard kubmetr 

qaz və 2,3 milyon ton (18,7 milyon barel) kondensat 

hasil edilib. Mövcud ŞD qurğuları daha da 

optimallaşdırılıb ki, bunun nəticəsində gündəlik 

hasilat gücü 27,3 milyon kubmetrdən 29,5 milyon 

kubmetrədək artırılıb. 

2014-cü ildə ŞD mövcud quyuların etibarlılığı və 

bütövlüyünü gücləndirən bir sıra mühüm quyu 

işlərini tamamladı və yeni hasilat quyusunun 

qazılmasına başladı. Beş ŞD quyusu barel ekvivalenti 

ilə gündəlik ümumi neft debitinin səviyyəsinə görə 

BP-nin dünya üzrə operatoru olduğu ən məhsuldar 

hasilat quyuları arasında ilk yerləri tutub.

2014-cü ildə ŞD əməliyyat xərclərinə təxminən  

0,4 milyard, əsaslı xərclərə isə 3,9 milyard dollar 

vəsait xərcləyib ki, əsaslı xərclərin əksər hissəsi 

Şahdəniz Mərhələ 2 layihəsi ilə əlaqədar olub.

M rk zi Az ri

Hasilatın başlanğıcı

fevral 2005

Ş rqi Az ri

Hasilatın başlanğıcı

noyabr 2006

Q rbi Az ri

Hasilatın başlanğıcı

dekabr 2005

Dərinsulu Günəşli

Hasilatın başlanğıcı

aprel 2008

Çıraq

Hasilatın başlanğıcı

noyabr 1997

Şahd niz

Hasilatın başlanğıcı noyabr



2006

D d  Qorqud

S yyar qazma

qurğusu

Heyd r  liyev

S yyar qazma

qurğusu

İstiqlal

S yyar qazma qurğusu



Qərbi Çıraq 

Hasilatın başlanğıcı 

yanvar 2014

Şahdəniz Mərhələ 2

Şahdəniz B platforması, sualtı boru 

kəmərləri və Səngəçal terminalının 

genişləndirilməsi daxildir



2018

Səngəçal terminalı

m liyyatların başlanğıcı

oktyabr 1997

Şahdəniz qaz və kondensat hasilatı 

Hasilatın 

başlanma tarixi

Ölçü vahidi

Hasilat başlanandan  

2014-cü ilin 

sonunadək

2013


2014

Təbii qaz

Noyabr 2006 

milyard kubmetr

57,8

9,8


9,9

milyard kubfut

2 042

345,5


348,1

milyon barel neft 

ekvivalenti

352,0


59,5

60,0

Kondensat

Noyabr 2006 

milyon barel

118,2

19,6


18,7

milyon ton

14,8

2,5


2,3

kubmetr ümumi qaz 

hasilatı 2014-cü ilin sonuna 

Şahdənizin əldə etdiyi 

nailiyyətdir.

57,8

 milyard



10

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014



Şahdəniz Mərhələ 2   

Şahdəniz Mərhələ 2 (ŞD2) Azərbaycandan 

Avropaya və Türkiyəyə qaz çatdıracaq nəhəng 

bir layihədir. Bu layihə yeni Cənub Qaz Dəhlizi 

açmaqla Avropa bazarlarının qaz təchizatını və 

enerji təhlükəsizliyini gücləndirəcək. Bu, 

dünyanın ən böyük qaz işlənməsi layihələrindən 

biridir.


Sentyabrın 20-də Səngəçal terminalında Cənub 

Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirildi. 

Bu, nəhəng Şahdəniz yatağından hasil ediləcək 

illlik 16 milyard kubmetr qazın təxminən 3 

500 km uzunluğunda boru kəməri vasitəsilə 

Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, 

və İtaliyaya nəql edilməsinə imkan verəcək 

layihənin gerçəkləşdirilməsində əlamətdar bir 

mərhələdir. İlk qazın nəqli 2018-ci ilin sonlarına 

planlaşdırılır və onun Gürcüstan və Türkiyəyə 

satışı nəzərdə tutulub. Avropaya ilk təchizat isə 

2020-ci ilə gözlənilir.

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) 

genişləndirilməsi və ŞD2 layihəsinin ümumi 

dəyəri təxminən 28 milyard dollar olacaq. 

ŞD2 layihəsinə körpü ilə birləşdirilən iki 

yeni platforma və 26 sualtı quyu, suyun 550 

metrədək dərinliyində inşa olunan 500 km 

uzunluğunda sualtı boru kəmərləri və Səngəçal 

terminalının genişləndirilməsi daxildir.

2014-cü ildə layihə çox yaxşı irəliləyiş edərək 

bir sıra işlərin vaxtından əvvəl görülməsinə 

nail oldu. Bu nailiyyətlərə tikinti sahələrinin 

modernləşdirilməsi, sualtı qurğuların, 

platformaların üst modulları və dayaq 

bloklarının quraşdırılmasına başlanması 

daxildir. Mühəndis-layihələndirmə, tikinti və 

təchizat işləri üzrə təxminən 10 milyard dollar 

dəyərində əsas müqavilələrin əksəriyyəti 

imzalandı və Azərbaycandakı bütün tikinti 

sahələrində işlər başlandı. 2014-cü ilin sonuna 

qədər Azərbaycanda bütün əsas müqavilələr 

üzrə tikinti işlərinə 9 500-dən çox işçi cəlb 

olunmuşdu ki, onların da 90%-i Azərbaycan 

vətəndaşlarıdır.

2014-cü il boyunca “İstiqlal” və “Heydər Əliyev” 

qazma qurğuları ŞD2 öncəqazma proqramını 

dəstəkləmək üçün qazma əməliyyatlarını davam 

etdirdilər. Bu iki qazma qurğusu artıq ilk qaz 

hasilatına hazırlıq üçün yeddi hasilat quyusunu 

tamamlayıb.  

Səngəçal terminalı  

Neft və qaz Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) 

və Şahdənizdən sualtı boru kəmərləri ilə 

Səngəçal terminalına gəlməkdə davam etdi. 

Terminalın gündəlik texnoloji emal gücü hazırda 

1,2 milyon barel neft və 29,5 milyon kubmetr 

Şahdəniz qazı təşkil edir. AÇG səmt qazı da 

daxil olmaqla qaz üzrə ümumi texnoloji emal və 

ixrac gücü gündəlik 49,3 milyon standart 

kubmetrdir.  

Qaz CQBK ilə və terminalın qaz emal qurğularını 

“Azəriqaz”ın milli qazpaylama şəbəkəsinə 

birləşdirən ARDNŞ qaz kəməri ilə ixrac edilir. 

2014-cü ildə Səngəçal terminalından 298,5 

milyon bareldən artıq neft ixrac edildi. Bunun 

260 milyon bareldən çoxu Bakı-Tbilisi-Ceyhan 

(BTC) boru kəməri, 31,4 milyon bareldən çoxu 

Qərb İxrac Boru Kəməri (QİBK), təxminən  

5,3 milyon bareli dəmir yolu və təxminən  

1,84 milyon bareli kondensat ixrac xətti ilə 

ixrac edilib. 

ŞD2 layihəsi üçün texnoloji emal qurğularının 

təmin olunması məqsədilə Səngəçal 

terminalının genişləndirilməsi üzrə iş davam 

edib. Daimi qurğuların tikintisi 2014-cü ildə 

qrafik üzrə irəliləyib. Tikinti sahəsi 9 000 ton 

poladla təmin edilib və boru estakadalarının 

quraşdırılması başlanıb. Payavurma işləri 

qrafikdən əvvəl tamamlanıb, qapalı və açıq 

drenajların qazılması da daxil olmaqla yeraltı 

işlər sürətlə irəliləyib. 

Sayı artan işçilərə xidmət üçün müvəqqəti 

obyektlər üzrə mühüm nailiyyətlər əldə olunub. 

2014-cü ilin sonunda iş sahəsində təxminən  

2 000 işçi çalışırdı. Bu rəqəm 2015-ci ilin sonuna 

doğru 3 000-ə yaxınlaşacaq. 

Şahdəniz Mərhələ 2 üçün hər iki platformanın  

üst modulları və dayaq blokları uyğun olaraq 

Amek-Tekfen-Azfen (yuxarıda) və Bakı Dərin 

Özüllər Zavodu (aşağıda) istehsalat sahələrində 

qurulur.


7

dəniz hasilat platforması 

Xəzər dənizinin Azərbaycan 

sektorunda BP tərəfindən 

idarə edilir. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə