Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   2   3   4   5   6   7   8   9   10   ...   23

11

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014

Əməliyyatlarımız

Bakı-Tbilisi-Ceyhan boru kəməri   

Uzunluğu 1 768 km olan BTC boru kəməri 

2006-cı ilin iyun ayında istismara verilib.  

O vaxtdan 2014-cü ilin sonuna qədər BTC ilə 

təxminən 280 milyon ton (2,1 milyard barel) 

xam neft daşınaraq 2 750-dən artıq tankerə 

yüklənib və dünya bazarlarına yola salınıb. 

Hazırda BTC-nin gündəlik ötürmə qabiliyyəti 

1,2 milyon bareldir. 2014-cü ildə bu boru 

kəməri ilə 34,8 milyon ton (262 milyon barel) 

xam neft ixrac edilərək Türkiyənin Ceyhan 

limanında 362 tankerə yüklənib. Avqustda 

BTC Ceyhanda 2 milyardıncı barel neftin 

tankerə yüklənməsini qeyd etdi. 

BTC boru kəməri hazırda əsasən 

Azərbaycandan AÇG-də hasil edilən nefti və 

Şahdənizdə hasil olunan kondensatı nəql edir. 

Bundan əlavə, Türkmənistandan və 

Qazaxıstandan gələn xam neft də BTC ilə 

nəql olunmağa davam edir.

2014-cü ilin fevralında Azərbaycan Resbublikası 

Dövlət Neft Şirkətinin (SOCAR) işlətdiyi Şimal 

İxrac Boru Kəmərinin (ŞİBK) axın istiqaməti 

uğurla dəyişdirildi. Bu, BP ilə SOCAR-ın ŞİBK 

boyunca bəzi obyektləri fəaliyyətə gətirmək 

üçün göstərdikləri birgə səylər nəticəsində baş 

verdi. ŞİBK həcmlərinin BTC ilə daşınmasına 

imkan yaradan kommersiya sazişlərinin 

imzalanması başa çatdırıldı. 

Cənubi Qafqaz Boru Kəməri  

Uzunluğu 691 km olan Cənubi Qafqaz Boru 

Kəməri (CQBK) 2006-cı ilin sonlarından 

istismar olunur. Kəmər Şahdəniz Mərhələ  

1 qazını Azərbaycana və Gürcüstana, 2007-ci 

ilin iyulundan isə Türkiyəyə çatdırır. 2014-cü il 

ərzində kəmərin gündəlik ötürücülük gücü 

18,3 milyon kubmetr qaz olub. 

2014-cü ildə CQBK üzrə əməliyyat xərcləri 

təxminən 50 milyon, əsaslı xərclər isə  

0,9 milyard dollar təşkil edib.

CQBK-nin genişləndirilməsi layihəsi  

2014-cü ildə CQBK-nin genişləndirilməsi 

(CQBKG) layihəsi üzrə müqavilələrin 

bağlanmasını davam etdirdik. Əsas 

müqavilələrin əksəriyyəti artıq imzalanıb, 

Azərbaycan və Gürcüstanda boru kəməri 

marşrutu boyunca işlər başlanıb. Əsas 

nailiyyətlərə Azərbaycanda ilk 200 km boyu 

torpaq sahələri üçün icazələrin alınması, 

Gürcüstanda isə 1-ci kompressor stansiyasının 

tikintisinə başlanması daxildir. 

Boruların daşınıb gətirilməsi 2014-cü ildə 

başlanıb və bu iş 2015-ci il boyunca həyata 

keçirilərək 2016-cı ilin əvvəlinədək davam 

edəcək. Ümumilikdə 19 yük partiyası ilə 40 

000-dən çox boru seqmenti gətiriləcək. 2015-ci 

ildə CQBKG fəaliyyətlərinə Azərbaycan və 

Gürcüstanda boru kəməri tikintisinin başlanması 

daxildir. 

Qərb İxrac Boru Kəməri  

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin 

əməliyyatçısı kimi BP həmçinin QİBK-ni idarə 

edir. Uzunluğu 829 km olan bu kəmər nefti 

Xəzər hövzəsindən Səngəçal terminalı vasitəsilə 

Gürcüstanın Qara dəniz sahillərində yerləşən 

Supsa terminalına nəql edir. 1997-ci ildən sonra 

BP və onun tərəfdaşları boru kəmərində əsaslı 

təmir işləri həyata keçirib. 2014-cü ildə bu boru 

kəməri vasitəsilə Səngəçal terminalından  

31,4 milyon barel neft nəql edilib. 



Şahdəniz Mərhələ 2 və Cənub Qaz Dəhlizi 

Səngəçal terminalı: BP-nin Xəzərdə əməliyyatçısı 

olduğu bütün obyektlər üçün strateji mərkəzdir.

ARALIQ D NIZI

QARA D NİZ  

Caspian

Sea

TÜRKİY

GÜRCÜSTAN

YUNANISTAN

ALBANIYA

İTALIYA

BOLQARISTAN

X Z R  

D NİZİ

Sahd niz yatağı

C nubi Qafqaz Boru K m ri (CQBK)

Trans-Anadolu Boru K m ri (TANAP)

Trans-Adriatik Boru K m ri (TAP)

Bakı


Tbilisi

Ankara


Afina

Tirana


Sofiya

Rome

AZ RBAYCAN


Dövri texniki xidmət işləri  

Dövri texniki xidmət obyektlər işlək 

vəziyyətdə olduğu zaman həyata keçirilməsi 

mümkün olmayan mühüm texniki xidmət, 

təftiş və ya layihə işlərinin aparılması 

məqsədilə fəaliyyətdə olan obyektlərin 

planlaşdırılmış şəkildə dayandırıldığı dövrlərdə 

aparılır. AÇG-nin illik iş proqramı çərçivəsində, 

noyabr ayında Mərkəzi Azəri platformasında 

dövri texniki xidmət və Qərbi Azəri 

platformasında əsaslə təmir işlərini uğurla 

başa çatdırdıq. 2015-ci il üzrə planlara Qərbi 

Azəri və Çıraq platformaları, eləcə də 

Səngəçal terminalının Şahdəniz ərazisi 

daxildir. Bu planlı fasilələr əməliyyatların uzun 

müddət təhlükəsiz və etibarlı şəkildə həyata 

keçirilməsi üçün son dərəcə əhəmiyyətlidir.

Geoloji kəşfiyyat işləri  

Şəfəq-Asiman strukturunda 2012-ci ildə ilk dəfə 

aparılmış üçölçülü seysmik tədqiqatdan əldə 

olunmuş məlumatların emalını 2014-cü ildə 

başa çatdırdıq. Bunun indiyə qədər ölkə 

daxilində emal edilmiş ən böyük üçölçülü 

tədqiqat olduğu hesab edilir. Biz həmçinin 

seysmik məlumatların interpretasiyasını başa 

çatdıraraq, potensial perspektivli sahələrin 

texniki qiymətləndirilməsinə başladıq.  

Bu mərhələdən sonra ilk geoloji kəşfiyyat 

quyusunun planlaşdırılması üçün daha bir il 

tələb olunur. 

Şəfəq-Asiman bloku Bakıdan təqribən 125 km 

(78 mil) cənub-şərqdə yerləşir. Blok dənizin 

dərinsulu hissəsində suyun dərinliyinin 

təxminən 650-800 metr olduğu ərazidə yerləşir 

və kollektorun dərinliyi təxminən 7 000 metrdir.

2014-cü ildə biz SOCAR-la Abşeron yarımadası 

ətrafındakı dayazsulu ərazidə potensial 

perspektiv strukturun birgə kəşfiyyatı və 

işlənilməsi üzrə yeni bir geoloji kəşfiyyat 

müqaviləsi imzaladıq. Müqavilə ərazisi 

yarımadanın cənubunda dənizin 40 metrədək 

dərinliyində yerləşir. Kollektorun potensial 

dərinliyi 3 000-5 000 metrdir. 

Hasilatın pay bölgüsü sazişi 2015-ci ilin 

aprelində Milli Məclis tərəfindən ratifikasiya 

edildi. Bu, imkan verir ki, BP dünyanın digər 

yerlərində dayazsulu sahələrdəki təcrübəsini və 

təkmilləşmiş texnoloji həllərini Xəzərə gətirsin.

12

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014



Yuxarıda qeyd edilmiş layihələrdə Azərbaycan Respublikası 

Dövlət Neft Şirkəti (SOCAR) öz ortaq şirkətləri tərəfindən 

təmsil olunur: AÇG – AzAÇG; Şahdəniz – AzŞahdəniz; BTC – 

AzBTC; CQBK – AzCQBK; Şəfəq-Asiman – ARDNŞ-nin Ortaq 

Neft Şirkəti.

Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) 

Şahdəniz / Cənubi Qafqaz Boru Kəməri (CQBK)

b

Şəfəq-Asiman / Dayazsulu Abşeron



Bakı-Tbilisi-Ceyhan (BTC)

1. BP


2. AzBTC

3. Şevron

4. Statoyl

5.TPAO


6. Total

7. Eni


8. İTOÇU

9. İNPEKS

10. Konoko Fillips 

11. ONGC


30,10

25,00


8,90

8,71


6,53

5,00


5,00

3,40


2,50

2,50


2,36

1. BP


2. SOCAR

3. Şevron

4. İNPEKS

5. Statoyl

6. EksonMobil

7. TPAO


8. İTOÇU

9. ONGC


35,7828

11,6461


11,2729

10,9644


8,5633

8,0006


6,7500

4,2986


2,7213

1. BP


2. TPAO

3. Statoyl

4. SOCAR

5. LUKOYL

6. NİKO

7. SGC


28,83

19,00


15,50

10,0


10,0

10,0


6,67

1. BP


2. SOCAR

50

50



1

9

8



7

6

5



4

3

2



1

7

4



3

2

6



5

1

2



1

11

10



9

8

7 6



5

4

3



2

Azərbaycanda BP-nin əməliyyatçısı olduğu 

layihələrdə tərəfdaşların iştirak payı

a

 

(%)


Xəzər texniki təlim mərkəzində 100-ə yaxın 

texnikə səriştəyönümlü təlim keçildi.

Bu faiz göstəricilərində 2014-cü ilin may ayı TPAO şirkətinin Total şirkətindən satın alması elan olunmuş paylar nəzərə alınıb. 



2014-cü ilin oktyabrında Statoyl Şahdəniz və CQBK-də öz paylarının Petronas şirkətinə satışı barədə elan verdi. Bu tranzaksiya 

2015-ci ilin mayında başa çatdı.

  Cənub Qaz Dəhlizi qapalı səhmdar cəmiyyətinin (SGC) Şahdəniz Mərhələ 2 və digər Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın 

iştirak payını idarə etmək üçün təsis olunub, səhmdarları 51% Azərbaycan dövləti və 49% ARDNŞ-dir.

Cənub Qaz Dəhlizi Midstrim şirkəti kommersiya opertoru kimi 1 may 2015-ci ildən Statoyl Azərbaycan AS şirkətini əvəz etdi.



BP AGT layihələri üçün məsul olan hüquqi şəxslər 

Layihə


Operator

BP səhmlərini saxlayan şəxs

AÇG

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti



“Azerbaijan International Operating Company”

BP Eksploreyşn (Kaspian Si) Limited

“BP Exploration (Caspian Sea) Limited”

BTC


Ze Bakı-Tbilisi-Ceyhan Payplayn Kompani

“The Baku-Tbilisi-Ceyhan Pipeline Company”

BP Payplaynz (BTC) Limited

“BP Pipelines (BTC) Limited”

Şahdəniz

BP Eksploreyşn (Şahdəniz) Limited

“BP Exploration (Shah Deniz) Limited”

BP Eksploreyşn (Azərbaycan) Limited

“BP Exploration (Azerbaijan) Limited”

CQBK


BP Eksploreyşn (Şahdəniz) Limited (texniki operator) 

“BP Exploration (Shah Deniz) Limited”

c

BP Payplaynz (SCP) Limited



“BP Pipelines (SCP) Limited”

Şəfəq-Asiman

(təyin olunmalıdır)

BP Şəfəq-Asiman Limited

“BP Shafag-Asiman Limited”



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə