Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
  1   2   3   4   5   6   7   8   9   ...   33


Daha güclü, daha 

etibarlı bir BP qururuq 

BP Azərbaycanda

Davamlı inkişaf haqqında hesabat 2012

bp.com/xezer 



Hesabatın əhatə dairəsi

Bu hesabat 31 dekabr 2012-ci ildə bitən təqvim ilini əhatə edir. Bəzi hallarda 2013-cü ildə baş vermiş 

mühüm hadisələr də hesabata daxil edilib. Başqa cür göstərilməyibsə, mətndə “BP p.l.c.” və onun 

törəmə şirkətləri və filiallarının əməliyyatları və fəaliyyətləri arasında fərq qoyulmur. 



Üz qabığındakı şəkil

Qazma qurğularının tikintisi 

üzrə baş mühəndis Tofiq 

Qorçuyev (solda) və qazma 

layihələri üzrə mühəndis 

Elxan Tahirov Qərbi Çıraq 

platformasının tikintisində. 

Səhifə 9-a baxın.



bp.com/xezer 

Ən son xəbərlər, layihələrin təfərrüatları, 

ətraf mühit və sosial sahəyə təsirin 

qiymətləndirilməsi, layihələri tənzimləyən 

hüquqi sazişlər, vətəndaş cəmiyyətinin 

monitorinq hesabatları və BP-nin onlara 

cavabları, Azərbaycanda BP-nin davamlı 

inkişaf haqqında əvvəlki hesabatları və digər 

sənədləri nəzərdən keçirin. 

bp.com 

Bu saytda BP qrupu haqqında məlumatlar, o 

cümlədən şirkətin strategiya və dəyərlərinin 

təfərrüatları, onun bütün dünyada fəaliyyəti 

və əməliyyatları haqqında hesabatlar

həmçinin qrupun davamlı inkişaf haqqında 

xülasələri yerləşdirilib.

ecbaku.com 

Bu saytda inkişaf layihələri haqqında ən son 

xəbərlər, BP və digər beynəlxalq və yerli 

şirkətlərlə işləməyin yolları barədə faydalı 

məlumatlar yerləşdirilib.

Xəbərdaredici bildiriş

BP-nin Azərbaycanda davamlı inkişaf haqqında 2012-ci il üçün hesabatında öncədən söylənmiş, məsələn, 

çıxarıla bilən həcmlər və ehtiyatlara, əsaslı, əməliyyat xərcləri və digər xərclərə, həmçinin gələcək 

layihələrə aid müəyyən bəyanatlar vardır. Bir sıra amillərdən, o cümlədən tələb və təklifin dəyişməsindən, 

qiymət və işlərin gedişi məsələlərindən, həmçinin siyasi, hüquqi, maliyyə, kommersiya və sosial şəraitdən 

asılı olaraq faktiki nəticələr belə bəyanatlardakı göstəricilərdən fərqlənə bilər.



Daha çox məlumatı  

onlayn əldə edin

Bizim bp.com/xezer veb-saytımız 

Xəzər regionunda müxtəlif enerji 

layihələrimiz barədə əsas 

məlumat mənbəyidir.

Xüsusi olaraq göstərilən hallar istisna olmaqla, bu hesabatda “bizə”, “biz” və “bizim” sözlərinə edilən 

istinadlar Azərbaycanda BP şirkətinə edilən istinadlardır. Əgər hesabatda “BP Azərbaycanda” 

deyilərək istinad edilirsə, bu o deməkdir ki, yalnız Azərbaycanda olan əməliyyatlarımıza istinad edilir. 

Əgər biz “BP AGT”yə istinad ediriksə, onda bizim Azərbaycan, Gürcüstan və Türkiyədəki 

fəaliyyətlərimizə istinad edirik. “BP” və “BP qrupu”na edilən konkret istinadlar “BP p.l.c.”, onun 

törəmə şirkətləri və filialları deməkdir. Dollarla ifadə edilən bütün məbləğlər ABŞ dollarını nəzərdə 

tutur.


Bu hesabat hər il Azəri-Çıraq-Dərinsulu Günəşli yatağı üçün birgə əməliyyat şirkətinin əməliyyatçısı və 

idarəedicisi, həmçinin Ze Bakı-Tbilisi-Ceyhan Payplayn Kompani (“The Baku-Tbilisi-Ceyhan Pipeline 

Company”) şirkətinin idarəedicisi qismində çıxış edən BP Eksploreyşn (Kaspian Si) Limited (“BP 

Exploration (Caspian Sea) Limited”) ilə Şahdəniz yatağının əməliyyatçısı və Sauf Kokazus Payplayn 

Kompani (“South Caucasus Pipeline Company”) şirkətinin texniki operatoru qismində çıxış edən BP 

Eksploreyşn (Şahdəniz) Limited (“BP Exploration (Shah Deniz) Limited”) tərəfindən nəşr edilir. Bu 

şirkətlərin hər biri bu hesabatın məqsədlərinə uyğun olaraq öz layihələri üzrə müvafiq məlumatları 

vermişdir.




Bu hesabat barədə?

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

1

Bu hesabat barədə



50 Beşillik icra göstəriciləri

Hasilat, əməyin təhlükəsizliyi, ətraf mühit və sosial 

xərcləri əhatə edən əsas icra göstəricilərimiz.

51 MHŞT üzrə beşillik hesabat

BP Azərbaycanda gəlirlərin şəffaflığı sahəsində 

təşəbbüsləri dəstəkləyir və biz bu nəşrdə öz fərdi 

hesabat məlumatlarımızı açıqlamağa davam edirik.

53 Hesabat prosesi, rəy və təkliflər

Məqsədimiz fəaliyyətlərimiz barədə tam və şəffaf 

hesabat vermək, əvvəlki hesabatlar barədə maraqlı 

tərəflərin rəy və təkliflərinə cavab verməkdir.

2 Giriş sözü

Qordon Birrell 2012-ci ildə həyata keçirdiyimiz 

müxtəlif fəaliyyətlərin əsas məqamları barədə 

düşüncələrini və gələcək planlarımızı bölüşür.

3 BP-nin Azərbaycanda fəaliyyəti

Təşkilati strukturumuz ilk baxışda, bizim tarixçəmiz, 

2012-ci ildə əsas nailiyyət və çətinliklərin xülasəsi.



Ümumi baxış

Əsas istiqamətlər

Bizim hesabat prosesi və əsas icra göstəricilərimiz

“BP Azərbaycanda. Davamlı 

inkişaf haqqında hesabat 2012” 

bizim 2012-ci təqvim ili ərzində 

nail olduğumuz istehsalat 

göstəricilərimizi, ətraf mühitin 

mühafizəsi ilə bağlı gördüyümüz 

işləri və Azərbaycandakı 

fəaliyyətlərimizin digər sahələrini 

əhatə edir. Bu hesabat bizim 

davamlı inkişaf haqqında onuncu 

hesabatımızdır və əvvəlki 

hesabatlar barədə aldığımız rəyləri 

özündə əks etdirir.

7 Əməliyyatlarımız

Biz Xəzərdə əsas karbohidrogen yataqlarını işlədir, 

onları region və dünya bazarları ilə birləşdirən boru 

kəmərlərini idarə edirik.

15 Biz necə işləyirik

Əməkdaşlarımızın idarə və inkişaf etdirilməsi 

üsullarımızı təkmilləşdirir, əməyin təhlükəsizliyi 

mədəniyyətimizi, podratçılarımız və maraqlı 

tərəflərlə əlaqələrimizi möhkəmləndiririk.

27 Əməyin təhlükəsizliyi və sağlamlıq

Diqqəti təhlükəsiz, etibarlı və qaydalara uyğun 

əməliyyatlara yönəldir, gördüyümüz hər işdə 

əməyin təhlükəsizliyi və əməliyyat risklərinin idarə 

edilməsini əsas götürürük.

33 Ətraf mühit

Yeni layihələrin kəşfiyyat və işlənməsindən 

başlamış hasilat mərhələsinədək ətraf mühitin 

mühafizəsi üzrə fəaliyyətlərimizin idarə edilməsi.

42 Cəmiyyət

Biz səmərəli idarəçilik, təhsil, icma və sahibkarlığın 

inkişafı sahəsində layihələrimiz vasitəsilə 

cəmiyyətə və yerli iqtisadiyyata müsbət təsir 

göstərməyə can atırıq.

BP-nin Azərbaycanda həyata keçirdiyi davamlı 

inkişaf fəaliyyətlərinə dair məlumat, açıqlama 

və bəyanatların faktlara və izahlara əsaslandığı 

barədə BP rəhbərliyində əminlik yaratmaq 

məqsədi ilə biz BP-nin Azərbaycanda 2012-ci 

il üçün hazırladığı davamlı inkişaf haqqında 

hesabatı yoxlamışıq. Gördüyümüz işlərin əhatə 

dairəsi və gəldiyimiz nəticələrlə səhifə 52-də 

tanış olmaq olar.



“Ernst  & Young”  şirkəti 

Yoxlama prosesinə giriş sözü




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə