Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

vasitəsilə təhlükəsizlik və ya insan haqları ilə bağlı 

hadisələr qeydə alınmayıb.

BMT-nin İşgüzar Fəaliyyət və İnsan 

Hüquqlarına dair Rəhbər Prinsipləri

BMT tərəfindən 2011-ci ildə təsdiq edilmış BMT-

nin Rəhbər Prinsipləri insan hüquqları ilə bağlı 

bizneslərin daşıdığı müəyyən vəzifələri təsbit 

edir. BP üzərinə proseslərimizi BMT-nin Rəhbər 

Prinsiplərinə uyğunlaşdırmaq istiqamətində işləmək 

barədə öhdəlik götürüb. 

2012-ci ildə BP qrupu İşgüzar Fəaliyyət və İnsan 

Hüquqları siyasətini hazırlayaraq 2013-cü ilin 

martından həyata keçirməyə başladı. Bu siyasət 

BP-də işləyən hər bir işçiyə şamil edilir. Yeni 

olmasına baxmayaraq, insan hüquqları prinsipləri 

artıq BP-nin bir çox mövcud daxili qaydalarının, 

xüsusilə də davranış kodeksi, dəyərləri və 

əməliyyatlarla bağlı bir çox tələblərinin əsasını təşkil 

edir.

Təhlükəsizlik və İnsan Haqları 



haqqında Könüllü Prinsiplər

Azərbaycandakı əməliyyatlarımızda Könüllü 

Prinsiplərlə bağlı qabaqcıl təcrübənin tətbiqini 

genişləndirmək 2012-ci ildə də bizim diqqət 

mərkəzimizdə qaldı.

Aprel ayında BP qrupunun təhlükəsizlik üzrə 

müşaviri Azərbaycanda KP-nin icrasının 

qiymətləndirilməsini apardı. Bizim əlaqələr və 

şirkətxarici işlər və təhlükəsizlik şöbələrimizlə daxili 

müsahibələr aparıldı. Mühafizə xidməti göstərən 

özəl podratçımız, Təşkilatlararası Təhlükəsizlik 

Komitəsinin üzvləri, İBKTİ və ABŞ səfirliyinin insan 

haqları üzrə məsul işçisi ilə şirkətxarici görüşlər 

keçirildi. Yoxlama nəticəsində məlum oldu ki

Azərbaycanda BP şirkəti öz daxili siyasətləri və KP 

tövsiyələrinə əsaslanan güclü bir proqramı tətbiq 

etməkdə davam edir. Bizim regionlardakı hökumət 

orqanları, dövlət və özəl sektorda təhlükəsizlik 

sahəsində fəaliyyət göstərən tərəfdaşlarla səmərəli 

əlaqələrimiz var. 

17

Biz necə işləyirik 



BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

Biz hesab edirik ki, təhlükəsizliyə görə 

əməkdaşlarımızın hər biri məsuliyyət daşıyır. Bir 

şirkət olaraq kollektiv məsuliyyətimiz əminlik 

yaratmaq və ortaya aydın təhlükəsizlik prinsipləri 

qoymaqdan, təhlükəsizliklə bağlı narahatlıqları 

aradan qaldırmaq və dəyişən biznes mühitlərini 

idarə etməkdən, BP-nin əməliyyatçısı olduğu 

obyekt və resursları mühafizə etməkdən ibarətdir.

2012-ci ildə biz təhlükəsizliyin sayıq vəziyyətdə və 

biznes öhdəliklərimizə uyğun səviyyədə olmasını 

təmin etmək üçün podratçılarımız və təhlükəsizlik 

üzrə tərəfdaşlarımızla əməkdaşlıq etdik.

Azərbaycanda BP-nin istər quruda, istərsə də 

dənizdə əməliyyatçısı olduğu sahələrin kənar 

perimetrinin mühafizəsi dövlət təhlükəsizlik 

orqanları tərəfindən təmin olunur.  

İcmalarla işimiz

Məqsədimiz Azərbaycanda əməliyyatlarımızı 

həyata keçirdiyimiz ərazilərdə icmalarla konstruktiv 

əlaqələrə malik olmaqdır. Qarşılıqlı dəstək, insanlar 

arasında əməkdaşlıq, müntəzəm olaraq məlumat 

mübadiləsi və təhlükəsizlik məsələlərinə ortaq 

yanaşma təhlükəsizlik və məsuliyyət hissinin 

artmasına şərait yaradan əsas amillərdir.

2012-ci ildə biz həyata keçirilən təhlükəsizlik 

tədbirləri ilə bağlı icmalardakı maraqlı tərəflərlə 

məlumat mübadiləsi aparmaq üçün imkanlar 

axtarmağa davam etdik. Təşkilatlararası 

Təhlükəsizlik Komitəsinin BP-nin regional 

təhlükəsizlik üzrə məsləhətçiləri tərəfindən təşkil 

olunan və keçirilən müntəzəm görüşləri də bu 

prosesin tərkib hissəsi idi. Bizim icmalarla əlaqə 

üzrə məsul şəxslərimiz yerli hökumət, bələdiyyə 

və dövlət təhlükəsizlik orqanlarının rəsmiləri ilə 

birgə bu tədbirlərdə iştirak etdi. 2012-ci il ərzində 

bu görüşlərdə boru kəmərləri boyunca yerləşən 

91 kənddəki 91 məktəbi təmsil edən 4 500 nəfər 

məktəbli və müəllim iştirak etdi.

Paralel olaraq biz müxtəlif rayonlarda İxrac Boru 

Kəmərlərinin Təhlükəsizliyi Komitələrinin rüblük 

görüşlərini keçirmək üçün İxrac Boru Kəmərlərinin 

Təhlükəsizliyi İdarəsinə (İBKTİ) kömək etmişik. 

Təhlükəsizlik üzrə ümumi əminlik yaratmaqla 

birlikdə bu format bizim maraqlı tərəflərlə 

əməkdaşlıq şəraitində rayonlarda fövqəladə hallara 

qarşı cavab tədbiri təlimləri keçirməyə imkan 

yaradır.


İxrac boru kəmərlərinin marşrutu boyunca 

fövqəladə hallarda əlaqə saxlanılması üçün 2009-cu 

ildə açılmış qaynar telefon xəttimiz var. Bu qaynar 

xətt icmalara və ayrı-ayrı şəxslərə imkan verir ki, 

güc tətbiqi və ya insan haqlarının pozulması ilə bağlı 

şikayətlərini tədbir görülməsi üçün həm şirkətə, 

həm də müvafiq dövlət təhlükəsizlik orqanına 

çatdırsınlar. 2012-ci ildə qaynar telefon xətti 

Bizim missiyamız BP-nin əməkdaşlarını, obyekt və resurslarını, 

əməliyyatlarını və nüfuzunu qorumaq və biznesimizin fəaliyyət 

göstərə biləcəyi təhlükəsiz və əminlik yaradan bir mühiti təmin 

etməkdir.

Təhlükəsizlik və insan haqları

Xuan Roman 

Regional Təhlükəsizlik üzrə 

Müşavir, BP qrupu

Mən Təhlükəsizlik və İnsan Haqları haqqında 

Könüllü Prinsiplərin icrası ilə bağlı daxili 

əminlik üçün yoxlama aparmaq məqsədilə 

aprel ayında Azərbaycana və Gürcüstana 

səfər etdim. Bu, şirkətdaxili və şirkətxarici 

tərəflərlə keçirilən görüşlərdən, habelə 

ixrac boru kəmərləri boyunca aparılan sahə 

monitorinqindən ibarət ciddi bir proses idi. 

Biz Azərbaycandakı özəl mühafizə xidməti 

təchizatçılarına təlim keçməyə yardım edirik 

və onlarla bağlanmış müqavilənin şərtlərinə 

insan haqlarına dair müddəalar daxil edirik. Biz 

dövlət təhlükəsizlik orqanlarını təhlükəsizliklə 

bağlı standartlarımızla tanış edir və insan 

haqlarına dair təlimlərə dəstək oluruq. Yoxlama 

prosesi təsdiqlədi ki, BP Azərbaycanda 

Könüllü Prinsiplərin icrası sahəsində öz yüksək 

göstəricilərini qoruyub saxlamaqdadır.

ABŞ və Böyük Britaniya hökumətləri, BP də 

daxil olmaqla bir sıra enerji şirkətləri və insan 

haqları ilə məşğul olan qeyri-hökumət təşkilatları 

tərəfindən 2000-ci ildə başlanğıcı qoyulmuş 

Təhlükəsizlik və İnsan Haqları haqqında Könüllü 

Prinsiplərin (KP) məqsədi enerji obyektləri və 

boru kəmərlərini qoruyan polis, təhlükəsizlik 

qüvvələri, özəl mühafizəçilərə lazımi təlim 

keçilməsi və yaxından nəzarət edilməsi 

vasitəsilə hüquqların qorunmasını təmin 

etməkdən ibarətdir.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə