Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

18

Eyni zamanda biz Azərbaycan hökuməti ilə 

imzalanmış İkitərəfli Təhlükəsizlik Protokoluna (İTP) 

uyğun olaraq müxtəlif səviyyələrdə əməkdaşlıq 

etdik. Bu, dövlət təhlükəsizlik qüvvələrinin üzərinə 

İnsan Haqları haqqında Könüllü Prinsiplərə (KP) 

riayət etmək öhdəliyi qoyur. Xüsusi olaraq, İBKTİ 

işə yeni götürülənlər üçün özünün insan haqlarına 

dair təlim proqramını, təcrübəli heyət üzvləri üçün 

isə təkrar təlim kurslarını keçməyə davam etdi. 

Nəticədə, KP üzrə təlim keçmək üçün “Equity 

International”ın sertifikatını almış 76 nəfər İBKTİ 

əməkdaşı 2012-ci ildə təlim keçməyə davam 

etdi. Bu vaxtadək BP-nin əməliyyatçısı olduğu 

obyektlərin mühafizəsi ilə bağlı olaraq İBKTİ 

tərəfindən güc tətbiq edilməsinə dair ittiham halları 

qeydə alınmayıb. İTP-dən irəli gələn 2012-ci ildə 

hazırlanmış prosedurlar hal-hazırda daxili hüquqi 

ekspertizadan keçirilir.

Mühafizə xidməti göstərən özəl podratçımız 

tərəfindən keçirilən təlimlər də 2012-ci ildə 

davam etdirildi. Bu podratçının indi bütün işə 

yeni götürülənlərin təlim prosesindən keçməsini 

təmin etmək üçün tam ştatlı təlimçi əməkdaşı var. 

O, öz əməkdaşları üçün təkrar təlim kursları da 

keçirir. İl ərzində boru kəmərlərinin və Səngəçal 

terminalının (ST) mühafizəsinə cəlb olunmuş, 

həmçinin ofislərimizdə xidmət göstərən heyət 

də daxil olmaqla, 120 mühafizəçı KP üzrə təlimdə 

iştirak etdi.

13 dekabr 2012-ci ildə, Səngəçal terminalında BP-

nin təhlükəsizlik şöbəsinin nümayəndələri, İBKTİ, 

bizim mühafizə xidməti göstərən özəl podratçımız, 

icma üzvləri və Qaradağ rayon hökumət 

orqanlarının iştirakı ilə KP ssenarisinə əsaslanan 

təlim-məşq keçirildi. Bu təlim tipik təhlükəsizlik 

əməliyyatına aid insan haqları ilə bağlı məsələləri 

əhatə etdi.

Təlim-məşq zamanı iştirakçılar KP ilə bağlı 

qarşılama və salamlama, narahatlıqların 

müəyyənləşdirilməsi, bədən dili (jestlər), 

aqressiv davranışla rəftar və kütlənin hərəkətinə 

nəzarət kimi göstəriciləri izlədi. Qiymətləndirilən 

göstəricilər arasında dövlət və özəl təhlükəsizlik 

xidməti heyətlərinin hazırlıq səviyyəsi, onların 

etik davranışı və rəftarı, onların normal iş rejimini 

pozmadan fövqəladə halları idarə etmək qabiliyyəti, 

səsucaldan kimi texniki vasitələrin və xüsusi 

toplanma məntəqələrinin mövcudluğu da var idi.

Dövlət və özəl təhlükəsizlik orqanları 

ilə qarşılıqlı fəaliyyətimiz

 

2012-ci il ərzində biz səyyar mühafizə postu kimi 



layihələşdirilən bir avtomobilin maliyyələşdirilməsi 

və satın alınmasını İBKTİ ilə müzakirə etdik və 

razılaşdırdıq. Məqsəd ucqar yerlərdə və yol 

olmayan ərazilərdə ixrac boru kəmərlərinin 

mühafizəsinə cəlb olunmuş dövlət patrullarının 

rifahı üçün müvafiq şərait yaratmaq idi. 

Biz, həmçinin dəniz qurğularında təhlükəsizliyin 

təmin edilməsi sahəsində dövlət və BP arasındakı 

ikitərəfli əməkdaşlıq ilə bağlı məsələlərə və 

əməliyyat risklərinin qiymətləndirilməsinə dair 

dənizdə birgə təhlükəsizlik auditinin keçirilməsində 

yardımçı olduq. 

Digər bir yenilik bizim özəl mühafizə xidməti 

göstərən podratçımız “Titan D” şirkətinin işə KP 

məsələlərinə cavabdeh olan xüsusi əməkdaş cəlb 

etməsi idi. BP qrupunun təhlükəsizlik məsələlərinə 

dair yoxlaması tövsiyə etdi ki, “Titan D” BP-nin 

davranış kodeksi ilə daha yaxından tanış olsun. 

Yoxlamadan sonra biz kodeks haqqında məlumatı 

“Titan D” şirkəti ilə bölüşməklə ona əlavə köməklik 

göstərdik. Biz “Titan D” şirkəti tərəfindən insan 

haqlarının pozulmasına dair heç bir məlumat 

almamışıq.  

Şikayətlərlə bağlı məsələlərin həlli

Bakı-Tbilisi-Ceyhan/Cənubi Qafqaz Boru Kəməri 

(BTC/CQBK) marşrutu boyunca şikayətlərlə bağlı 

məsələlərin həlli mexanizmi 2012-ci il ərzində 

qüvvədə qalıb. 2012-ci ildə altı nəfər icmalarla 

əlaqə üzrə məsul şəxsimiz (İƏMŞ) və Səngəçal 

terminalındakı maraqlı tərəflər ilə əlaqələr üzrə 

rəhbər işçimiz boru kəməri marşrutları boyunca 

icmaların şikayət və müraciətlərinə baxmağa 

və ictimaiyyətlə məsləhətləşmələr aparmağa 

davam etdi. İl ərzində İƏMŞ-lər icmalarla 74 

məsləhətləşmə xarakterli görüş, o cümlədən kənd 

təsərrüfatı məqsədilə torpaqlardan istifadə edərkən 

qadağalara və məhdudiyyətlərə riayət edilməsinin, 

boru kəməri zonasında pozuntu hallarının qarşısının 

alınması və təsirlərinin azaldılmasının əhəmiyyəti 

və BP-nin icmalarla bağlı layihələri barədə 

məlumatlandırıcı görüşlər keçirib. 

Biz BTC boru kəmərinin əsas podratçılarının sosial 

sahədəki fəaliyyətinə nəzarət etmək üçün icma ilə 

əlaqələrə dair illik auditlər keçirməyə davam etdik. 

2012-ci ildə heç biz yeni yazılı şikayətlər almadıq. 

2011-ci ildə torpaqla bağlı aldığımız şikayət 2012-ci 

ilin noyabr ayında həll olundu.

Eyni zamanda biz boru kəməri dəhlizindəki 

torpaqlarda müxtəlif növ fəaliyyətlərin aparılmasına 

icazə verilməsi ilə bağlı 281 müraciət ərizəsi aldıq. 

Onlardan 218-i 2012-ci ildə, 63-ü isə 2013-cü ildə 

qənaətbəxş şəkildə həll olundu.

Biz, həmçinin ST ətrafındakı icmalardan terminalla 

bağlı məsələlərə dair beş müraciət aldıq. Bunlar 

yerli sakinlərin məşğulluğu, peşə təlimləri və 

infrastrukturun yaxşılaşdırılması ilə əlaqədar 

olub. Bu məsələlərdən bəzilərinin həlli üçün 

podratçılarımız Qaradağ rayonundan təxminən 

200 nəfəri işə götürdü. Bizim terminaldakı əsas 

podratçımız olan Azfen şirkəti Səngəçal, Ümid, 

3-cü Massiv və Əzimkənd qəsəbələrindən 155 

sakini işə götürdü.

Səngəçal terminalında təhlükəsizlik yoxlanışları.

Biz necə işləyirik 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə