Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

21

Əməkdaşlarla ünsiyyət və 

münasibətlər

İşçi heyətin illik məmnunluq sorğusu

Əməkdaşların iştirak və məmnunluq səviyyəsini 

başa düşmək və müşahidə etmək, 

təkmilləşdirilməsi lazım gələn sahələri 

müəyyənləşdirmək üçün hər il işçilər arasında 

sorğu aparırıq. 2012-ci ildə sorğuda iştirak səviyyəsi 

37% olub, yəni sorğu anketini BP AGT regionu 

üzrə 1 259 nəfər doldurub. 

BP AGT regionu işçilərinin ümumi iştirak səviyyəsi 

75% olub ki, bu, 2011-ci ilin nəticəsindən bir qədər 

az (2%), BP qrupununkundan (72%) isə çoxdur. 

Nəticələrimizin ən yüksək olduğu sahələr biznes 

kontekstinin başa düşülməsi, fəaliyyət və 

əlaqələr idi. 

Nəticələr və bununla əlaqədar tədbir planları 

rəhbərliyin işçilərlə ümumi yığıncaqlarında müzakirə 

edildi.

Texniklərin forumları

Texniklərin hasilat platformalarında, terminallarda və 

boru kəmərləri boyunca gündəlik apardıqları iş 

biznesimizdə mərkəzi yer tutur. Bu qrupla 

əlaqələrin inkişaf etdirilməsi ən mühüm idarəetmə 

prioritetlərimizdəndir. 

Texniklərin ən yüksək rütbəli rəhbərliklə görüşərək 

birbaşa söhbət etmələri, təcrübələrini bölüşmələri, 

Azərbaycanda BP şirkəti daxilində proses və 

təşəbbüslərlə bağlı rəy və təkliflərini bildirmələri 

üçün platforma yaratmaq məqsədilə 2008-ci ildə 

texniklərin forumunu təsis etmişik. Bu foruma 

texniklər “sahiblik” edir, yəni onlar hər tədbirin 

gündəliyini təsbit edir, onları narahat edən 

Fürsətlərlə dolu bir yol

Əfqan Hüseynov həmişə öz karyerasını 

biristiqamətli təsəvvür edirdi. BP-də işləməklə 

anladı ki, irəli getmək üçün çoxlu yollar, qərar 

vermək üçün çoxlu döngələr var. 

“Mən BP-də işə 2004-cü ildə Səngəçal 

terminalında hasilat texniki kimi başladım, – o, 

xatırlayır. “Azərbaycan Dövlət Neft Akademiyasını 

geoloq kimi yenicə bitirib, birdən-birə BP-də 

Mərkəzi Azəri platformasından ilk nefti qəbul 

etməyə hazırlaşan nəhəng bir neft və qaz 

terminalında işləyirdim”. 

Terminalda işləyərkən Əfqan geoloji-geofiziki 

ixtisas üzrə təhsili almaq üçün BP-nin təqaüd 

proqramına ərizə verdi. “Türkiyədə Orta Doğu 

Texniki Universitetində (ODTU) geoloji elmlər 

üzrə magistr dərəcəsi almaq üçün təqaüdə layiq 

görüldüm”, – o, deyir. 

ODTU-da təhsilini başa vurandan sonra Əfqan 

2007-ci ildə çəllencer geoloq kimi yenidən 

BP-yə qayıtdı. “Çəllenc proqramı çərçivəsində 

Sanberiyə Şahdənizdə kollektorun idarə olunması 

komandasına göndərildim. Bu, mənə BP-nin 

bir çox aparıcı geoloqları ilə birlikdə işləmək və 

onlardan öyrənmək imkanı verdi”. 

Əfqan Azərbaycana qayıdanda yeni quyuların 

istismara verilməsi istiqamətində vəzifəyə təyin 

olundu. Bu vəzifədə o, Azəri-Çıraq-Dərinsulu 

Günəşli yatağındakı əməliyyatlarda iştirak etdi 

və dənizdə qiymətli təcrübə qazandı. 2009-cu 

ildə təcrübəli əcnəbi mütəxəssislərlə çiyin-

çiyinə işləmək, məsamə təzyiqi və quyunun 

texniki bütövlüyü sahəsində işləyərək təcrübə 

qazanmaq fürsəti yarandı. 

“Öz qrup rəhbərim və yeni quyuların istismara 

verilməsi meneceri məni ‘əvəzedici’ qrup rəhbəri 

vəzifəsini icra etməyə həvəsləndirirdi”, – Əfqan 

deyir. “2012-ci ildə isə mən özüm rəhbər vəzifəyə 

təyin edilərək BP AGT-də lay təzyiqi və qazma 

təhlükələri üzrə qrup rəhbəri oldum”. 

“BP-də geniş təcrübə qazanmaq üçün mənə 

verilən sərbəstlik və dəstəyi çox bəyənirəm, – o, 

deyir. – Bu o deməkdir ki, məni qarşıda, yəqin, 

hələ xəyal etmədiyim karyera yolları və fürsətlər 

gözləyir”.

məsələləri qaldırır və istədikləri təklifləri irəli 

sürürlər. 

Keçən dörd il ərzində bu tədbirlərdə irəli sürülən 

rəy və təkliflər əsasında bir neçə təşəbbüs ortaya 

çıxıb. Bunlara iş yerində himayə-təlimatın 

qiymətləndirilməsi alətinin tətbiqi və texniklər üçün 

təlimlərdə dəyişiklik daxildir. Texniklər, həm də 

rəhbərlik və insan resursları mütəxəssisləri ilə birgə 

yaradılmış işçi qruplarında iştirak etməyə 

həvəsləndirilirlər. 2008-ci ildən bəri keçirilmiş 

görüşlərdə 370-dən artıq, o cümlədən 2012-ci ildə 

keçirilmiş iki forumda 72 texnik iştirak edib.

İşçilərə qulaq asmaq üçün nahar yeməkləri

Ünsiyyət və əməkdaşlarla münasibətlər rəhbərliyin 

əsas prioritetlərindəndir. Bu qarşılıqlı münasibəti 

daha da gücləndirmək üçün hər rüb region üzrə 

yüksək vəzifəli rəhbərlərlə əməkdaşlar arasında 

qeyri-rəsmi nahar təşkil olunur.

Rəhbərlik üçün bu tədbir dinləmə fürsətidir: 

əməkdaşları narahat edən məsələlərin rəhbərliyə 

çatdırılmasına şərait yaradır, işçilərə suallarını 

verməyə, həm BP AGT regionu daxilində, həm də 

regiondan kənarda mövcud olan müxtəlif biznes 

məsələləri ilə bağlı məlumat almağa imkan veirir. 

Belə naharlar, həmçinin rəhbərliyə şirkətin müxtəlif 

təbəqələrinin fikirlərini öyrənməkdə kömək edir. 

2012-ci ildə 60-dan çox əməkdaşın iştirakı ilə 

ümumilikdə dörd nahar verilib.



Sosial fəaliyyətlər

Biz adi iş mühitindən kənarda sosial tədbirlər təşkil 

edirik. İnanırıq ki, bu cür fürsətlər müxtəlif 

qruplardan olan əməkdaşların bir-birlərini sərbəst, 

qeyri-iş atmosferində tanımalarına imkan yaradır. 

6-cı Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisində BP-nin stendi, sentyabr 2012-ci il.

Biz necə işləyirik 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




22

2012-ci ildəki fəaliyyətlərə futzal, nərd, şahmat və 

basketbol yarışları daxildir. BP-nin Azərbaycan və 

Gürcüstandakı komandaları arasında basketbol və 

futzal oyunları keçirilib. Azərbaycanda BP-nin 

basketbol komandası hər il keçirilən basketbol 

turnirində Azərbaycan Biznes Kubokunu qazanıb. 

Kredit almağa dəstək proqramı

2012-ci ilin mart ayında kredit almağa dəstək 

proqramımıza başladıq. Bu, şirkətdə üç il və daha 

artıq iş stajı olan Azərbaycan vətəndaşları üçün yeni 

bir imtiyazdır. Bu proqram mənzil, yaxud ev almaq 

və ya təmir etdirmək, ev tikdirmək, həmçinin 18 

yaşına çatmamış uşaqların təhsili ilə bağlı müəyyən 

bank kreditlərini götürməyə yardım edir. 

Bu, Azərbaycan bazarında qabaqcıl bir təşəbbüsdür 

və məqsədi əlverişli kreditlərin alınmasına kömək 

etməklə işçi heyətinin şirkətdə qalmasını təmin 

etmək və daha çox həvəsləndirməkdir. Proqramın 

ilk doqquz ayında 937 işçi bu təklifdən faydalanıb, 

verilən kreditlərin ümumi məbləği isə təxminən 4,2 

milyon dollar olub.

Digər fəaliyyətlər

2012-ci ildə 148 əməkdaşımızı uzunmüddətli 

xidmətə görə mükafatlandırdıq. 2008-ci ildən bəri 

təxminən 950 işçi bu cür mükafatlandırılıb. Bundan 

əlavə, vacib məsələləri müzakirə etmək üçün beş 

ümumi yığıncaq keçirdik. 



BP-nin Azərbaycanda işləyən əcnəbi əməkdaşları

 İş sahəsi

Cəmi

2011


2012

Gələn


Gedən

Gələn

Gedən

Biznesə dəstək



1

1

Kommersiya

1

2

Əlaqələr və şirkətxarici işlər

1

Mühəndis-texniki



105

31

3



37

9

Maliyyə


11

2

2



4

Sağlamlıq, əməyin təhlükəsizliyi, 

təhlükəsizlik və ətraf mühit

11

5

2



5

2

İnsan resursları



3

1

2



 

İnformasiya texnologiyaları və xidmətləri



3

2

Hüquq


3

1

1

Əməliyyatlar



87

31

23



16

19

Planlaşdırma

1

Layihələr



21

7

2



6

1

Tədarük və təchizatın idarə edilməsi



7

5

1



2

Geoloji-geofiziki işlər



29

10

9



10

3

Vergilər


1

1

Texniklər



46

11

4

Quyular


125

42

21



46

24

Ümumi cəmi

452

135

67

140

68

a

Bu və digər diaqram və cədvəllər yalnız İnsan resursları 



şöbəsinin təşkil etdiyi təlimləri əks etdirir.

b

Quyular, mühəndis-texniki, geoloji-geofiziki işlər, əlaqələr və 



şirkətxarici işlər və maliyyə sahələrini əhatə edir.

m liyyatlar

Neft-qaz müh ndisliyi

Peş kar


b

sas/bazis/liderlik



3 077

2 197

1 049

253

198

BP AGT-nin təlim xərcləri

a

 

(min dollar)



BP-nin təyinatı ilə xaricdə işləyən Azərbaycan 

vətəndaşları

12

8

41

4

20

4

Davam edir

Davam edir (2012-ci ild başlayıb)

Qurtarıb


Kişi

Kişi


Kişi

Qadın


Qadın

Qadın


1 839

1 975

2 159

2 321

2 555

248

196

185

234

329

362

353

311

380

452

400

322

335

397

476

 500


1 000

1 500


2 000

2 500


3 000

3 500


4 000

Yerli


cn bi

2008


2009

2010


2011

2012


Azərbaycanda BP-nin yerli və əcnəbi 

əməkdaşları

Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üçün 

daxili veb-saytımız müntəzəm yenilənib. 

İnformasiyanın çatdırılması və müxtəlif 

kampaniyaların keçirilməsi üçün regional intranet 

çox faydalı olub. 2012-ci ildə işçi heyəti üçün 

“Compass” jurnalının həm Azərbaycan, həm də 

ingilis dilində dörd buraxılışını nəşr edərək bütün 

regionda yaydıq.

Azərbaycanda işləyən əcnəbi 

vətəndaşlar

İşçi heyətinin milliləşdirilməsi öhdəliyimizin davam 

etməsi ilə yanaşı, BP-nin Azərbaycanda qarşıya 

qoyduğu hədəflərin həyata keçirilməsində bir 

çox ölkələrdən gəlmiş əcnəbi mütəxəssislər 

mühüm rol oynayırlar. Beş qitədə yerləşən 

müxtəlif ölkələrin təmsilçiləri kimi onlar özləri ilə 

ixtisaslaşmış bacarıqlar və mədəniyyət müxtəlifliyi 

gətirir, həmçinin qarşılaşdığımız çətinliklərə geniş 

əhatəli bir yanaşma formalaşdırmağa kömək edirlər. 

BP-nin Azərbaycandakı 452 əcnəbi əməkdaşının 

60%-indən çoxu Avropadan, təxminən dörddə biri 

ABŞ-dan gəlib. Qalanları isə Kanada, Misir, Trinidad 

və Tobaqo, Kolumbiya, Hindistan, Avstraliya və 

İndoneziya vətəndaşlarıdır. 2012-ci ildə ölkəyə 140 

yeni əcnəbi işçi gəldi, 68-i isə ölkəni tərk etdi və 

faktiki artım 72 nəfər oldu. Ən çox artım mühəndis-

texniki və quyular üzrə olub. 

Biz necə işləyirik 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə