Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

26

Dialoq və əlaqələr

2012-ci il ərzində biz Azərbaycanda hökumət, 

vətəndaş cəmiyyəti, icmalar, kütləvi informasiya 

vasitələri və digər maraqlı tərəflərlə bir sıra 

istiqamətlərdə qarşılıqlı əlaqədə olduq: 

Hökumətlə

Bizim Azərbaycan hökuməti ilə tərəfdaşlığımız 

davam edərək genişləndi. 

Mart ayında Prezident İlham Əliyev BP Direktorlar 



Şurasının sədri Karl-Henrik Svanberqi qəbul etdi. 

Aprel və dekabr aylarında Prezident İlham Əliyev 



BP qrupunun baş icraçı direktoru Robert Dadlini 

qəbul etdi.

Biz Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya 



Komitələrinin rəsmi tərəfdaşı olduq və 2012-ci il 

London Olimpiya və Paralimpiya Oyunları zamanı 

Azərbaycandan xüsusi nümayəndə kimi 

seçdiyimiz yeddi idmançıya sponsorluq etdik.

Avqust ayında Azərbaycan Respublikası Dövlət 



Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Londonda 

Azərbaycan Olimpiya Komitəsinin şərəfinə tədbir 

təşkil etdik.

BP AGT-nin regional prezidenti iyun ayında Xəzər 



neft-qaz sərgisində Prezident İlham Əliyevi və 

onun qonaqlarını BP-nin stendində qəbul etdi və 

interaktiv model vasitəsilə BP-nin regionda 

apardığı əməliyyatların miqyasını nümayiş etdirdi.

BP qrupunun icraçı vitse-prezidentləri Bernard 



Luni (işlənmələr), Bob Frayar (hasilat) və Endi 

Hopvud (strategiya və inteqrasiya) ARDNŞ-dəki 

həmkarları ilə hasilatla bağlı çətinlikləri müzakirə 

etmək üçün oktyabr ayında Azərbaycana səfər 

etdi.



ARDNŞ ilə hasilatın pay bölgüsü sazişləri, tranzit 



əraziyə malik ölkə hökumətləri ilə sazişlər və digər 

sazişlər çərçivəsində qarşılıqlı maraq doğuran bir 

sıra məsələlər üzərində birlikdə işlədik.

İqtisadi İnkişaf Nazirliyində iqtisadi siyasətin təhlili 



və proqnozlaşdırma bacarıqlarının inkişaf 

etdirilməsi layihəsini başa çatdırdıq.

Beynəlxalq Maliyyə Korporasiyasının həyata 



keçirdiyi biznesə imkan yaradan mühit layihəsinin 

bacarıqların yaradılması komponentini 

tərəfdaşlarımızla birlikdə maliyyələşdirdik.

Vətəndaş cəmiyyəti ilə

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan 



Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü 

çərçivəsində gəlirlərin şəffaflığına dəstəyimizi 

davam etdirdik. 

Biz BP-nin Azərbaycanda və dünyada davamlı 



inkişaf haqqında hesabatlarını müzakirə etmək 

üçün yerli vətəndaş cəmiyyəti qrupları ilə görüş 

keçirdik. 

BP Azərbaycanda müxtəlif maraqlı tərəflərlə əlaqə saxlayır.  

Bu əlaqələr bizə məsuliyyətli qərarlar verməyə kömək edir. 

Əməkdaşlarla

Əməkdaşlarımızı işlə bağlı məlumatlandırmaq üçün 

bir sıra kommunikasiya vasitələrindən istifadə 

edirik. Əməkdaşlarla ünsiyyət və münasibətlər 

barədə məlumat almaq üçün səhifə 21-ə baxın. 

İcmalarla

Azərbaycandakı obyektlərimizin yaxınlığında 



yaşayan icmalarda davamlı inkişaf təşəbbüslərinə 

dəstəyi davam etdirdik. 

İşə götürmə, səriştələr üzrə təlim və 



infrastrukturun yaxşılaşdırılması məsələləri ilə 

bağlı olaraq Səngəçal terminalı yaxınlığında 

yaşayan icmalarla ünsiyyətdə olduq. 

Bakı-Tbilisi-Ceyhan/Cənubi Qafqaz Boru Kəməri 



marşrutu boyunca şikayət və narazılıqların yoluna 

qoyulması mexanizmi işlək oldu. 

BP, icma üzvləri və təhlükəsizliyi təmin edən 



hökumət orqanları arasında dialoqa kömək edən 

Təşkilatlararası Təhlükəsizlik Komitəsinin forumu 

ilə birgə işlədik.

Əməkdaşların cəlb edilməsi proqramı vasitəsilə 



əməkdaşlarımız icma inkişafına və təhsilə öz 

töhfələrini verdilər.

Kütləvi informasiya vasitələri ilə

Azərbaycanda fəaliyyətlərimizin nəticələri barədə 



məlumat vermək üçün kütləvi informasiya 

vasitələrinə biznes əməliyyatları üzrə rüblük 

hesabatlar veririk.

Region üzrə prezidentimiz biznes sahəsində 



yazan bir qrup yerli və xarici jurnalistlərlə 

mütəmadi surətdə görüşərək onlara BP 

tərəfindən həyata keçirilən layihələrdəki yeniliklər 

haqqında məlumatlar verdi.

Azərbaycandakı fəaliyyətlərimiz barədə yerli və 



xarici jurnalistlər üçün qrup şəklində və fərdi 

brifinqlər keçirdik, müntəzəm olaraq yeni 

məlumatları çatdırdıq və televiziya müsahibələri 

verdik.


Yerli jurnalistlər üçün üç media seminarı keçirilib. 

Yerli və beynəlxalq informasiya agentlikləri, o 

cümlədən BBC, “Bloomberg” və “Le Figaro” 

üçün sahələrimizə 22 səfər təşkil olunub. 

2012-ci il ərzində mətbuat üçün biznes 



fəaliyyətimizdəki nailiyyət və irəliləyişləri əhatə 

edən 23 pres-reliz və altı məlumat bülleteni 

buraxdıq.

Mətbuat nümayəndələrinin suallarını 



cavablandırmaq üçün 24 saat fəaliyyət göstərən 

xəttimiz açıq oldu.

Digər maraqlı tərəflərlə

İşgüzar səfərlər

Səngəçal terminalında siyasətçiləri, jurnalistləri və 

tərəfdaşımız olan şirkətlərin nümayəndələrini, 

habelə 20 ölkədən olan maliyyə, təhsil və hərbi 

təşkilatların nümayəndələrini qəbul etdik və bu cür 

səfərlərin sayı 50-dən çox oldu.



Tələbələrlə

Mühəndislik, o cümlədən kimya və mexanika 



mühəndisliyi ixtisasları üzrə bakalavr kurslarını 

əhatə edərək imkanlarını genişləndirməsi üçün 

Qafqaz Universitetinə dəstəyimizi davam etdirdik.



“BP Azərbaycanda. Davamlı inkişaf haqqında 



hesabat 2011”lə əlaqədar tələbələrin rəy və 

təkliflərini öyrənmək üçün altı yerli universitetin 

tələbələri ilə müzakirələr apardıq.

Həm Azərbaycanda, həm də ölkədən kənarda 



təqaüd proqramlarına dəstək verdik.

Biz tələbələr üçün BP-nin Azərbaycandakı 



müxtəlif şöbələrində təhsildən ayrılmadan əmək 

təcrübəsi əldə etmələri məqsədilə təcrübə 

proqramı həyata keçirdik.

Podratçılarla

BP-nin idarə etdiyi layihələrdə yerli şirkətlərin 

iştirakını artırmaq məqsədilə öz podratçılarımız 

üçün məlumatlandırma və bilik mübadiləsi 

tədbirləri təşkil etdik. 

Geniş ictimaiyyətlə

2012-ci ilin noyabr ayında Xəzər Beynəlxalq Ətraf 



Mühit Sərgisində – Xəzər və Qafqaz regionunda 

bu qəbildən ən böyük tədbirdə iştirak etdik.

İki dildə Azərbaycan və regiondakı fəaliyyətlərimizi 



işıqlandıran bp.com/xezer veb-saytımız 

ictimaiyyətlə mühüm ünsiyyət vasitəsi olaraq 

qaldı. Hər gün sayta orta hesabla 590 nəfərdən 

artıq insan daxil olub, 2011-ci ilə nisbətən 23% 

çox. Bundan əlavə, onlayn sorğu forması 

vasitəsilə 632 sorğu aldıq ki, bu da 2011-ci ildə 

qəbul olunmuş sorğulardan 60% çoxdur.

Yerli kütləvi informasiya vasitələrinin nümayəndələri 

tikinti sahəsinə səfər zamanı.

Biz necə işləyirik 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə