Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   2   3   4   5   6   7   8   9   ...   33

2

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidentinin giriş sözü 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu 

üzrə prezidentinin giriş sözü

BP və onun tərəfdaşları 

Azərbaycana karbohidrogen 

ehtiyatlarının ölkənin mənafeyi 

naminə təhlükəsiz və etibarlı 

şəkildə işlənilməsi 

istiqamətində kömək etmək 

barədə öhdəliyinə sadiqdir.



“BP Azərbaycanda. Davamlı inkişaf haqqında 

hesabat”ın onuncu buraxılışı üçün ön söz 

yazmaqdan böyük məmnunluq duyuram. Bu 

hesabat hansı işlər gördüyümüzə və onları necə 

yerinə yetirdiyimizə dair açıq şəkildə məlumat 

vermək barədə uzun müddətdən bəri üzərimizə 

götürdüyümüz öhdəliyin bir hissəsidir.

BP şirkəti qlobal miqyasda xeyli dəyişiklər edərək 

təcrübədən alınmış dərsləri əməli surətdə tətbiq 

edib. 2012-ci ilin sonuna biz mürəkkəblik və riski 

azaltmaq məqsədilə 38 milyard dollar dəyərində 

aktivləri satmışıq. İnvestisiyaları özünün güclü 

cəhətləri ilə fərqləndiyi yerlərə yönəltməklə, BP indi 

təşkilati strukturunu yenidən qurub və resurslarını 

yenidən bir yerə toplayıb.

Eyni zamanda, dünyanın ən iri yeni qaz 

layihələrindən biri olan Şahdəniz Mərhələ 2 layihəsi 

ilə bağlı işlər əhəmiyyətli dərəcədə irəlilədi. Avropa 

istiqamətində ixrac marşrutlarının 2013-cü il ərzində 

seçiləcəyi gözlənilir.

Məsuliyyətli korporativ vətəndaş və 

yaxşı işəgötürən olmağa can atırıq

Keçən il BP şirkətinin Azərbaycandakı fəaliyyətinin 

20 ili tamam oldu. Uzun müddət ərzində dünyanın 

istənilən nöqtəsində təhlükəsiz və etibarlı 

əməliyyatların həyata keçirilməsi son nəticədə 

əməkdaşlarımızın səriştəsi və əzmkarlığına bağlıdır. 

Azərbaycanda təxminən 4 000 nəfər əməyin 

təhlükəsizliyinə və mükəmməlliyə can atmaqla,  

bir-birinə qarşılıqlı hörmət və vahid komanda ruhunda 

fəaliyyət göstərməklə ən yüksək standartlara cavab 

verən nəticələr nümayiş etdirir.

Güclü milli işçi qüvvəsi yaratmaq barədə öhdəliyimiz 

qüvvədə qalır. 2012-ci ildə rəhbər vəzifələrdə 

olan Azərbaycanlı əməkdaşların sayı 13% artaraq 

169 nəfər oldu. Ötən il, həmçinin Azərbaycanlı 

gənc məzunları BP şirkətində uğurlu karyera 

qurmağa hazırlamaq üçün biz, yeni Neft-Qaz Təlim 

Mərkəzində innovativ təlim proqramına başladıq.

Tərəfdaşlarımızla birgə biz sahibkarlığın inkişafı və 

təlim proqramımız vasitəsilə və həyata keçirdiyimiz 

layihələrdə yerli resursların iştirakını artırmaqla 

Azərbaycanda biznes sektorunun inkişafına da 

dəstək verdik. Bu yanaşmaya uyğun olaraq, yerli 

təchizatçılarla ancaq ölkədaxili əməliyyatlar üzrə 

məsrəflərimiz 2011-ci illə müqayisədə 27% artaraq 

1,2 milyard dollara çatdı.

Milli Olimpiya Komitəsi və Milli Paralimpiya 

Komitəsinin rəsmi tərəfdaşı kimi 2012-ci il London 

Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan 

komandalarına və yeddi idmançısına dəstəyimiz 

daha bir diqqətəlayiq təşəbbüs oldu.

Bunlar gərgin ilin yalnız bir neçə mühüm məqamıdır. 

Bir çox nailiyyətlərlə bərabər əməliyyatlarımızda bu 

nəşrdə daha ətraflı təsvir edilmiş bəzi çətinliklərlə 

də üzləşdik. Bu hesabatı nəzərinizə çatdırmaqda 

məqsədimiz fəaliyyətimiz haqqında əvvəlki 

hesabatlar barədə aldığımız rəyləri əks etdirən, 

tam və şəffaf məlumat verməkdir. Beləliklə, sizin 

şərhlərinizi gözləyirik.

Qordon Birrell

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə

regionu üzrə prezidenti

23 may 2013-cü il

Azərbaycan BP şirkətinin öz güclü cəhətləri ilə 

müsbət mənada fərqləndiyi həmin yerlərdən 

biridir. Biz Xəzərdə yerləşən nəhəng Azəri-Çıraq-

Dərinsulu Günəşli (AÇG) neft yatağının və çox böyük 

Şahdəniz qaz yatağının, eləcə də dünya miqyaslı 

Səngəçal terminalının və neft-qaz ixracı üçün iri boru 

kəmərlərinin operatoruyuq. BP və onun tərəfdaşları 

Azərbaycana karbohidrogen ehtiyatlarının ölkənin 

mənafeyi naminə təhlükəsiz və etibarlı şəkildə 

işlənilməsi istiqamətində kömək etmək barədə 

öhdəliyinə sadiqdir.

Hasilat həcmlərinin təhlükəsiz şəkildə artırılması bu 

öhdəliyin mühüm bir hissəsidir. 2012-ci il ərzində BP 

tərəfdaşları ilə birgə hasilata dair verdiyi vədi yerinə 

yetirmək üçün planlar razılaşdırdı. 2013-cü ilin birinci 

rübünün nəticələri bu istiqamətdə mühüm irəliləyişə 

nail olduğumuzu söyləməyə imkan verir.

Əməyin təhlükəsizliyi daim diqqət 

mərkəzindədir

Əməyin təhlükəsizliyi hər zaman fəaliyyətlərimizin 

təməlində durub. BP AGT-yə gəlməzdən əvvəl mənə 

bütün BP miqyasında yeni əməyin təhlükəsizliyi 

və əməliyyat riskləri (ƏTƏR) funksional bölümünün 

yaradılmasında iştirak etmək nəsib olub. ƏTƏR 

bütün şirkət üzrə əməyin təhlükəsizliyinə dair 

tələblərimizi müəyyən edir və biznes bölümlərimizlə 

birgə işləyərək onların qlobal əməliyyatların 

idarə edilməsi sistemimizə (ƏİS) uyğun fəaliyyət 

göstərməsini təmin edir.

2012-ci ildə, Azərbaycanda işlənilmiş saatların 

8%-dən çox artması şəraitində biz əməyin 

təhlükəsizliyinə dair bəzi əsas göstəricilərin 

yaxşılaşmasına nail olduq. Biz həmçinin ƏİS 

əsasında fəaliyyət göstərərək, sistemin icra 

göstəricilərini təkmilləşdirmə dövrəsini öz iş və 

planlaşdırma proseslərimizə tətbiq etdik.

Enerji sahəsinin gələcəyi  

istiqamətində işləyirik

Biz müxtəlif yeni işlənmələrlə bağlı mühüm 

irəliləyişlər əldə etdik. Çıraq neft layihəsi heç 

bir iş gününün itirilməsi hadisəsi baş vermədən, 

təhlükəsiz şəkildə davam etdirildi. Altı milyard 

dollar dəyərində olan bu layihə yeni Qərbi Çıraq 

platforması vasitəsilə AÇG yatağından neft hasilatını 

artıracaq. Platformanın dayaq bloku 2012-ci ildə 

tamamlandı və üst modulların bu ilin sonlarında 

yatağa daşınması istiqamətində işlərimiz öz 

qaydasında davam edir.

Biz Şəfəq-Asiman perspektiv strukturunun üçölçülü 

seysmik kəşfiyyatını başa çatdıraraq məlumatların 

ölkə daxilində emalı ilə bağlı iri həcmli işin yerinə 

yetirilməsinə başladıq.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə