Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

34

Ətraf mühit

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

BP Azərbaycanda İSO 14001:2004 standartına 

əsaslanan çox ciddi ətraf mühitin idarə edilməsi 

sistemini (ƏMİES) tətbiq edir. ƏMİES təmin edir ki, 

biz ətraf mühitə olan təsirlərimizi minimuma endirək 

və qüvvədə olan müvafiq yerli və beynəlxalq qanun, 

konvensiya və normativ aktlara riayət edək. Biz ətraf 

mühitə potensial təsiri olan fəaliyyətləri diqqətlə 

müəyyənləşdirilmiş proseduralardan istifadə etməklə 

idarə edirik, xarici və daxili auditlər, müntəzəm 

təftişlər və mövcud proseslərin vaxtaşırı yoxlamaları 

vasitəsilə onların təsbit olunmuş qaydada həyata 

keçirilməsini təmin edirik. Biz ətraf mühitə həm planlı, 

həm də nəzərdə tutulmayan çıxış göstəricilərimizə 

nəzarət edirik və ətraf mühitə potensial təsirləri 

aşkar etmək, beləliklə, mümkün olduqca bu təsirləri 

azaltmaq, minimuma endirmək və idarə etmək üçün 

yaxın ətraf mühitin geniş monitorinqi proqramına 

malikik.

Bizim ətraf mühitin monitorinqi üzrə səylərimizdə 

əsas diqqət fəaliyyətlərimizin iki ayrı aspektinin 

öyrənilməsinə yönəlib – fəaliyyətimizin ətraf 

mühit üzrə çıxış göstəriciləri və ya “əməliyyatların 

monitorinqi” fəaliyyətlərimiz nəticəsində sahələrdə 

formalaşan atılma və emissiyalardan nümunələr 

götürməklə ətraf mühit üzrə çıxış göstəricilərimizi 

(məsələn, istixana qazı emissiyaları, maye atılmaları) 

ölçmək; “yaxın ətraf mühitin monitorinqi” isə bizim 

emissiya və atılmaların ətraf mühitə (insanlara, 

heyvanlara, havaya, bitkilərə, torpağa və suya) 

təsirlərini ölçərək başa düşmək məqsədi daşıyır. 

Bunu müvafiq qaydada yerinə yetirmək məqsədilə 

biz layihələrimiz başlamazdan əvvəl ətraf mühitin 

ilkin vəziyyətini tədqiq edirik, ətraf mühitə təsirin 

qiymətləndirilməsi (ƏMTQ) sənədini hazırlamaqla 

ətraf mühitə potensial təsirləri qiymətləndiririk. 

Layihələr fəaliyyətə başladıqda yaxın ətraf mühitin 

monitorinqini aparmaqla sonrakı göstərici və təsirləri 

ilkin vəziyyətlə müqayisə edirik.

Son olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

(ETSN) və Azərbaycan Respublikası Dövlət Neft 

Şirkəti (ARDNŞ) ilə, habelə Azəri-Çıraq-Dərinsulu 

Günəşli və Şahdəniz yataqları üzrə hasilatın pay 

bölgüsü haqqında saziş çərçivəsində fəaliyyət 

göstərən və ETSN, ARDNŞ, Neftqazlayihə İnstitutu 

və Azərbaycan Milli Elmlər Akademiyasının 

nümayəndələrindən təşkil olunan Ekoloji Yardımçı 

Komitə ilə əməkdaşlıq edərək onları fəaliyyətlərimiz 

barədə müntəzəm olaraq məlumatlandırırıq. Bu, 

fəaliyyətimizin ən yüksək ekoloji standartlara uyğun 

olmasını təmin etmək üçün müstəqil nəzarətin və 

lazım olduqda dəstəyin olmasına imkan yaradır.

İSO 14001 sertifikatı

Azərbaycanda BP əməliyyatlarının ƏMİES-i 

2000-ci ildə İSO 14001:2004 standartına uyğun 

sertifikatlaşdırılıb və 2012-ci ilə qədər bu sertifikatın 

əhatə dairəsi genişləndirilərək 17 sahə və əməliyyat 

ərazisini əhatə edib.

İSO 14001 sertifikatı üçillik müddətə verilsə də

Ətraf mühitin idarə edilməsi

Layihə və əməliyyatlarımızın əvvəlindən sonunadək ətraf mühit 

məsələlərini idarə edir, ətraf mühitə təsirləri aradan qaldırmaq üçün 

işləyirik.

sertifikatın qüvvədə saxlanılması üçün attestasiya 

orqanından olan şirkətxarici auditor tərəfindən ildə 

iki dəfə təftiş auditlərinin aparılması tələb olunur və 

üçillik təkrar sertifikasiya müddəti ərzində hər bir 

sertifikatlaşdırılmış sahədə ən azı bir təftiş auditi 

aparılmalıdır. 2012-ci ilin mayında aparılmış təftiş 

auditi Dərinsulu Günəşli platforması, Bakı Dərin 

Özüllər Zavodunun təchizat bazası, Səngəçal 

terminalındakı mərkəzi tullantı toplama sahəsi və 

Qərb İxrac Boru Kəməri, Bakı-Tbilisi-Ceyhan boru 

xətti və Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan 

hissələrini əhatə etdi.

Cari İSO 14001:2004 sertifikatının müddəti 2012-ci 

ilin noyabr ayında başa çatdığına görə, 2012-ci ilin 

oktyabrında dördüncü təkrar sertifikasiya “Intertek-

Moody International” tərəfindən aparıldı. Audit 

ƏMİES-in hər hansı əhəmiyyətli pozulması hallarını 

aşkar etmədi və əvvəlki auditlərin aşkar etdiyi hallar 

müvafiq islahedici tədbirlər vasitəsilə effektiv şəkildə 

aradan qaldırılmışdı – nəticədə müəyyən olundu ki, 

BP AGT-nin əməliyyatları (dəniz və quruda) effektiv 

ƏMİES sistemini qüvvədə saxlayır. Ona görə də 

2012-ci ilin noyabrında İSO 14001:2004 sertifikatının 

etibarlılıq müddəti daha üç il müddətinə, yəni 2015-ci 

ilə qədər uzadıldı. Yeni İSO 14001 sertifikatı 11 yanvar 

2013-cü il tarixində verildi.

Əməkdaşlıq

BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

(ARDNŞ) 2012-ci il ərzində ətraf mühit məsələləri 

ilə bağlı əməkdaşlığı davam etdirdi. Riskin idarə 

olunması və Neft dağılmalarına qarşı cavab tədbirləri 

üzrə hazırlıq (NDQCTH) sahəsində ən yaxşı 

təcrübələrin mübadiləsinə xüsusi diqqət yetirildi. 

ARDNŞ-nin 19 idarəsinin 30-dan çox əməkdaşı 2012-

ci ilin oktyabr ayında keçirilən risklərin idarə olunması 

və NDQCTH prosesinə həsr olunmuş seminarda 

iştirak etdi. Seminarın məqsədi hər iki tərəfi cari 

risklər və ətraf mühitə bununla bağlı təsirlərin 

qiymətləndirilməsi prosesi, habelə BP və ARDNŞ-nin 

NDQCTH-si ilə tanış etmək idi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə 

Hallar Nazirliyinin nümayəndələri BP tərəfindən təşkil 

edilmiş Neft dağılmaları üzrə fövqəladə fəaliyyət və 

cavab tədbirlərinin modelləşdirilməsi vasitəsinə dair 

təlimdə iştirak etdilər.

Təcrübəmizi bölüşürük

Biz 21-23 noyabr 2012-ci il tarixlərində beynəlxalq 

“Xəzər: Ətraf mühit üçün texnologiyalar” sərgisində 

stend və heyətimizlə iştirak edərək, qazma 

şlamlarının laya vurulması quyuları, dolayı termal 

desorbsiya texnologiyaları barədə, həmçinin 

qazma şlamları və lay sularının ətraf mühitə 

atılmasını minimuma endirmək üçün lay sularının 

uzunmüddətli idarə edilməsi planı haqqında məlumat 

verdik. Ətraf mühitin monitorinqinin idarə olunması 

və NDQCTH üzrə sessiyalar keçirdik, BP AGT-nin 

ətraf mühitə dair məlumatlarını ictimaiyyət arasında 

payladıq.

Azər Əliyev 

Ekologiya idarəsinin rəisi, 

ARDNŞ

Biz inanırıq ki, ətraf mühitin mühafizəsi 



sahəsində BP ilə əməkdaşlığımız davamlı 

müsbət nəticələrin əldə olunmasına köməklik 

edir. Ekoloji risklərin idarə olunmasına 

dair 2012-ci ilin oktyabr ayında Eko-Parkda 

keçirdiyimiz birgə seminar bu əməkdaşlığın 

bir nümunəsidir. Tədbirdə ARDNŞ və BP 

mütəxəssisləri neft dağılmalarına qarşı birgə 

cavab tədbirləri və önləyici fəaliyyətlərin 

koordinasiya olunması ilə bağlı təcrübələrini 

bölüşərək fikir mübadiləsi apardılar.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə