Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

39

BP-nin Azərbaycanda ətraf mühitin monitorinqi 

proqramı 2004-cü ildən həyata keçirilir. Bu proqram 

yaxın ətraf mühitin monitorinqinə və monitorinqdən 

əldə edilmiş nəticələrin təhlilinə sistemli yanaşmanı 

təmin etmək üçün işlənib hazırlanıb.

Yaxın ətraf mühitin monitorinqi üzrə tədqiqatlar 

həm dəniz, həm də qurudakı obyektlərin 

yaxınlığında aparılır. 2012-ci ildə biz beşi dənizdə və 

14-ü quruda olmaqla, 19 ətraf mühit tədqiqatı 

aparmışıq. Nəticələr 2013-cü ildə hazır olacaq. 

2012-ci ilin sonuna, ötən doqquz il ərzində 

ümumilikdə 132 monitorinq tədqiqatı yerinə 

yetirilib.

Dəniz tədqiqatları

Hasilat əməliyyatlarının təsirini qiymətləndirmək 

üçün Çıraq, Şərqi Azəri və Mərkəzi Azəri 

platformalarının yaxınlığında dəniz dibinin 

monitorinqi aparıldı. Azəri-Çıraq-Dərinsulu Günəşli 

– Səngəçal sualtı boru kəməri marşrutu boyunca da 

tədqiqat həyata keçirildi. Obyektlərlə bağlı bu 

tədqiqatlardan əlavə, əgər dəniz mühitində baş 

veribsə, hansı təbii dəyişikliklərin olduğunu başa 

düşməyimizə yardım etmək üçün regional tədqiqat 

da aparıldı. Azəri-Çıraq-Dərinsulu Günəşli müqavilə 

sahəsi yaxınlığında fəaliyyətlərimizdən (və üçüncü 

tərəf əməliyyatlarından) müəyyən məsafədə olan 

yerlərdən nümunələr götürüldü. Bu zaman dəniz 

dibi və su sütununun fiziki və kimyəvi nümunələri, 

bentos və plankton populyasiyalarının fauna 

nümunələri götürüldü. Lakin nümunələrin çoxlu 

sayda olmasına və hər bir nümunə üzrə bir sıra 

amillər təhlil edildiyinə görə, tədqiqatın aparılması 

ilə tədqiqatlar üzrə izahlı hesabatların hazırlanması 

arasında iki ilə qədər gecikmə olur. Ona görə də bu 

hesabatda yalnız 2011-ci ilin tədqiqat nəticələri 

xülasə şəklində təqdim olunur.

Yaxın ətraf mühitin monitorinqi



 Dənizdə və sahilyanı ərazidə yaxın ətraf mühitin tədqiqat nəticələrinin xülasəsi, 2011

Dənizdə

Şahdəniz müqavilə 

sahəsi – regional 

tədqiqat


Bütün ölçülmüş parametrlərdə konsentrasiya və sahə üzrə paylanmanın 

diapazonu əvvəlki illərdəkinə çox oxşar idi, regional və ya lokal miqyasda 

dəyişikliklər müşahidə edilmirdi.

Şahdəniz Alfa 

platforması üzrə ətraf 

mühitin monitorinqi

Ölçülmüş parametrlərin konsentrasiyası və sahə üzrə paylanması 2009-cu 

ildə aparılmış əvvəlki tədqiqat zamanı qeydə alınan göstəricilərə çox oxşardır. 

Yeganə istisna platformanın birbaşa cənub və şərq tərəfindəki məntəqələrdə 

barium (Ba) konsentrasiyasının azca daha yüksək olması idi. Bu yerlərdə Ba 

konsentrasiyaları 2007-ci ildə müşahidə edilmiş nəticələrə oxşardır.

Qərbi Azəri platforması 

üzrə ətraf mühitin 

monitorinqi

Ölçülmüş parametrlərin konsentrasiyası və sahə üzrə paylanması 2009-cu 

ildə qeydə alınmış göstəricilərə çox oxşardır. Platformanın yaxınlığında 

çöküntülərdə qeydə alınmış Ba konsentrasiyaları yüksək idi. Bu yerlərdə Ba 

konsentrasiyaları 2009-cu ildə müşahidə edilmiş nəticələrə oxşar idi.

Dərinsulu Günəşli 

(DərSG) platforması üzrə 

ətraf mühitin monitorinqi

2011-ci ildəki nümunələrdə metalların və karbohidrogen parametrlərinin 

xüsusiyyətləri və konsentrasiyası, həmçinin çöküntülərin fiziki xüsusiyyətləri 

2009-cu ilin nəticələrinə oxşar idi. DərSG-də əməliyyatların ətraf ərazidəki 

makrobentik icmaya və ya çöküntülərin fiziki-kimyəvi xüsusiyyətlərinə mənfi 

təsir etdiyini göstərən heç bir dəlil yoxdur.

Şahdəniz Mərhələ 2 

(ŞD2) Şahdəniz Bravo 

platforması üzrə ətraf 

mühitin ilkin vəziyyətinin 

tədqiqi

Planlaşdırılan ŞD2 Bravo platforması ətrafında ətraf mühitin fiziki və kimyəvi 



xüsusiyyətlərə görə homogen olduğu müəyyən edildi. Tədqiqat sahəsi 

bolluğa və taksonomik zənginliyinə malik makrofauna icmasını dəstəkləyib 

və üstünlük təşkil edən taksonomik qrup yanüzən xərçəngkimilər olub. 

Çirklənmə və ya pozulmaya dəlalət edən əlamətlər yox idi və ətraf mühit 

yaxınlıqdakı SDR26 regional tədqiqat məntəqəsində bir neçə il ərzində 

müşahidə olunmuş mühitə çox oxşar idi.

Şahdəniz Mərhələ 2 

şərq-şimal manifoldu 

üzrə ətraf mühitin ilkin 

vəziyyətinin tədqiqi

Planlaşdırılan ŞD2 şərq-şimal manifoldu ətrafında ətraf mühitin fiziki, kimyəvi 

və bioloji xüsusiyyətlərə görə homogen olduğu müəyyən edildi. Neft 

yatağındakı fəaliyyətlərlə bağlı çirklənmə və ya pozulmanı göstərən heç bir 

dəlil yox idi, ətraf mühit yaxınlıqdakı SDR31 və SDR32 regional tədqiqat 

məntəqələrində bir neçə il müşahidə olunmuş mühitə çox oxşar idi. 

Şahdəniz Mərhələ 2 

şərq-cənub manifoldu 

üzrə ətraf mühitin ilkin 

vəziyyətinin tədqiqi

Planlaşdırılan ŞD2 şərq-cənub manifoldunun yeri mövcud SDX5 quyusunun 

sahəsindən 40 m məsafədə təxminən 500 m dərinlikdə yerləşir. ŞD2 şərq-

cənub sahəsinin ətrafındakı məntəqələrin əksəriyyətində çöküntülərin fiziki və 

kimyəvi xüsusiyyətləri ətraf ərazi üçün səciyyəvi idi. Lakin SDX5 quyusunun 

bilavasitə yaxınlığında yerləşən məntəqələrdə nisbətən yüksək karbohidrogen 

konsentrasiyaları, xətti alfa olefin və su əsaslı qazma məhlulunun olması aşkar 

edildi. Bu əlamətlər 2008-ci ildə SDX5 quyusunda qazma əməliyyatları zamanı 

həyata keçirilmiş atılmaların nəticəsidir.

Şahdəniz Mərhələ 2 

qərb manifoldu üzrə 

ətraf mühitin ilkin 

vəziyyətinin tədqiqi

Planlaşdırılan ŞD2 qərb manifoldu ətrafında ətraf mühitin fiziki, kimyəvi və bioloji 

xüsusiyyətlərə görə homogen olduğu müəyyən edildi. Bir məntəqə ətrafında 

karbohidrogen çirklənməsinin bəzi əlamətləri var idi. Bunun səbəbi aydın deyil 

və ölçülmüş digər kimyəvi və bioloji parametrlərdə bu, özünü göstərməyib. 

Ümumilikdə ətraf mühit SDR30 regional tədqiqat məntəqəsi yaxınlığında bir 

neçə il müşahidə olunmuş mühitə çox oxşardır.

Şahdəniz Mərhələ 2 

qərb-cənub manifoldu 

üzrə ətraf mühitin ilkin 

vəziyyətinin tədqiqi

Planlaşdırılan ŞD2 qərb-cənub manifoldu ətrafındakı ətraf mühitin fiziki, kimyəvi 

və bioloji xüsusiyyətlərə görə homogen olduğu müəyyən edildi. Çirklənmə və 

ya pozulmanı göstərən heç bir dəlil yox idi və ətraf mühit yaxınlıqdakı SDR32 

regional tədqiqat məntəqəsində bir neçə il müşahidə olunmuş mühitə çox oxşar 

idi.


Sahilyanı ərazilər

Şahdəniz Mərhələ 2 

Səngəçal buxtasında 

tədqiqat


Səngəçal buxtasında ŞD2 üzrə tədqiqat sahəsi Səngəçal buxtasının mövcud 

tədqiqat sahəsinin bilavasitə şərqində yerləşir. Metalların və karbohidrogen 

parametrlərinin konsentrasiyası və çöküntülərin fiziki xüsusiyyətləri, həmçinin 

makrobentik icmanın strukturu buxtada aparılmış əvvəlki tədqiqatlarda 

müşahidə edilmiş göstəricilərə oxşar idi. 

Yaxın ətraf mühitin monitorinqi proqramımız obyektlərimizin yaxınlığında 

ətraf mühitin vəziyyətini diqqət altında saxlayır və əməliyyatlarımızın 

təsirlərini başa düşməkdə bizə kömək edir.

Ətraf mühit

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə