Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

40

və PSA2 nasos stansiyasından axın üzrə aşağıda 

və yuxarıda yerləşən sahələrdən səth suyu 

nümunələri götürüldü. Bütün nəticələr layihədən 

öncəki ilkin göstəricilərə uyğun idi və bu, su 

ehtiyatlarında çirklənmənin olmamasını göstərir. 

2012-ci ildə üçüncü tərəfin vurduğu ziyan 

nəticəsində BTC üzrə iki qrunt suyunun monitorinqi 

quyusuna ziyan dəyib. Bunların əvəzinə yeni 

quyular 2013-cü ildə quraşdırılacaq.

2011-ci ildə Səngəçal terminalı ətrafında aparılmış 

quş tədqiqatları zamanı 88 quş növü müşahidə 

edilib. Bunlardan 23-ü adətən bütün il boyu 

ərazidə mövcud olan yerli quş növü, 65-i isə 

köçəri quşlar idi. Səngəçal terminalının cənub və 

cənub-şərqindəki ərazilər quş növlərinin ən böyük 

zənginliyinə malikdir, bunun əsas səbəbi həmin 

yerlərdə təbii yaşayış mühitlərinin müxtəlifliyidir. 

Buraya kollar, qamışlıqlar, açıq sahəli dayaz 

bataqlıqlar/gölməçələr, su axarları və gödək 

ağaclardan ibarət səhralıq və az rütubətli ərazilər 

aiddir. Qeyd etmək yerinə düşər ki, Səngəçal 

terminalının şərq, şimal və qərb tərəfindəki 

sahələrdə növlərin zənginliyində müəyyən qədər 

azalma müşahidə edilir, bu isə əsasən BP-yə aid 

olmayan fəaliyyətlərin (tikinti işləri) quşların təbii 

yaşayış mühitlərinə mənfi təsirləri ilə bağlı ola 

bilər. Səngəçal terminalının ətrafı suda-quruda 

yaşayanların iki növü, sürünənlərin 11 növü və 

məməlilərin 10 növü üçün yaşayış mühitidir. Lakin 

Səngəçal terminalının şərqi və cənubundakı 

su-bataqlıq sahələrdə torpaq qazma işləri və 

digər antropogen fəaliyyətlərin (əsasən BP-yə aid 

olmayan) təbii yaşayış mühitinin müəyyən qədər 

itkisinə səbəb ola bilməsi əlamətləri var ki, bu da 

gələcəkdə biomüxtəlifliyin itirilməsinə gətirə bilər. 

Bitki örtüyünün 2009-11-ci illər ərzində aparılmış 

monitorinqi Səngəçal terminalı ətrafında 18 çoxillik 

bitki növünün mövcudluğunu qeydə aldı (Səngəçal 

terminalı ətrafında Amaranthaceae fəsiləsinə aid 

altı növ, Fabaceae fəsiləsi üzrə iki növ, Poaceae 

üzrə iki, Juncaceae üzrə iki, Tamaricaceae 

üzrə iki və Asteraceae, Iridaceae, Solanaceae 

və Chenopodiaceae üzrə bir növ qeydə alınıb). 

Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil 

edilmiş Iris acutiloba süsən çiçəyinə bir monitorinq 

sahəsində rast gəlinib. Əksər sahələrdə Salsola 

nodulosa növünün üstünlük təşkil etdiyi müəyyən 

edilib, quraq və yarımquraq şərtlərdə sağ qala 

bildiyinə görə Suaeda dendroides, Poa bulbosa və 



Artemisia lerchiana növləri də geniş yayılıb.

Tikinti üçün təsdiqlənmiş və hal-hazırda tikinti 

gedən ərazilərin BP fəaliyyətlərinin təsirinə 

gözlənildiyi kimi, aşkar olaraq məruz qalmasına 

baxmayaraq, Səngəçal terminalındakı 

əməliyyatların ərazidəki yaxın ətraf mühitə mənfi 

təsir göstərdiyinə heç bir dəlil yoxdur.

Quruda tədqiqatlar

Azərbaycanda Səngəçal terminalı, Sərəncə 

təhlükəli tullantıların idarə edilməsi obyekti 

(TTİEO) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri 

boyunca 2 nömrəli nasos stansiyasında (PSA2) 

hava keyfiyyətinin monitorinqi aparıldı. 2012-ci 

ildə Səngəçal terminalında hava keyfiyyətinin 

rüblük monitorinqi göstərdi ki, monitorinq 

edilmiş parametrlər – azot monoksidin (NO), azot 

dioksidin (NO

2

), kükürd dioksidin (SO



2

) ölçülmüş 

konsentrasiyaları havanın keyfiyyəti üzrə milli 

standart göstəricilərindən xeyli aşağı idi, benzol 

və uçucu üzvi birləşmələrin ümumi miqdarı 

(UÜBÜM) konsentrasiyaları bütün monitorinq 

yerlərində havanın keyfiyyəti üzrə müvafiq standart 

göstəricilərdən aşağı idi. 

2011-ci ilin monitorinqində Sərəncə TTİEO-da 

qeydə alınmış bərk hissəciklərin (PM

10

) yüksək 



konsentrasiyaları 2012-ci ildə müşahidə edilmədi. 

Bu isə bu yüksək göstəricilərin müvəqqəti xarakter 

daşıyaraq küləyin ətrafdakı çöllük ərazilərdən 

gətirdiyi toza görə baş verməsi və Sərəncə TTİEO-

dakı fəaliyyətlərlə əlaqəsi olmaması fikrinə əsas 

verir. Ölçülmüş NO, NO

2

, SO


2

 konsentrasiyaları 

havanın keyfiyyəti üzrə milli standart 

göstəricilərindən xeyli aşağı, benzol və UÜBÜM 

konsentrasiyaları bütün monitorinq yerlərində 

havanın keyfiyyətinə dair uzunmüddətli (illik orta) 

standart göstəricilərdən aşağı idi. 

PSA2 BTC nasos stansiyasında hava keyfiyyətinin 

monitorinqi göstərdi ki, ölçülmüş parametr 

(NO


2

) tənzimləyici orqanın təsdiqlədiyi hüdudlar 

daxilindədir.

2011-ci ildə Sərəncə TTİEO-da səth və qrunt 

sularının keyfiyyəti üzrə aparılmış tədqiqatlar 

(yarımillik və aylıq quyu monitorinqi) göstərdi ki, 

qrunt sularının dərinliyi və axın istiqaməti həmin 

müddət ərzində nisbətən ardıcıl olub. BTEK

a



poliaromatik karbohidrogenlər və ya fenolların 



yüksək səviyyələri qeydə alınmayıb, lakin əməliyyat 

sahəsindən yamac üzrə aşağı istiqamətdə 

ammonium, fosfor, nitrit və bəzi metalların (arsen, 

kadmium, dəmir, civə, nikel və sink) müəyyən 

qədər artmış səviyyələri qeydə alınıb. Bu ərazidə 

ammoniumun yeganə məlum olan potensial 

mənbəyi Sərəncə TTİEO-dakı bio-remediasiya 

sahəsidir, lakin hazırda artmış səviyyədə olan 

bu komponentlərin təsir göstərə biləcəyi 

nəzərəçarpan reseptor (yəni səth suları) mövcud 

deyil.

2012-ci ilin may və noyabr aylarında BTC boru 



kəməri boyunca səth və qrunt sularının monitorinqi 

aparıldı. Qarayazı sulu horizontundakı beş 

monitorinq quyusundan qrunt suyu nümunələri 

götürüldü və İPA1 aralıq ərsinləmə stansiyasından 

a

Benzol, Toluol, Etil Benzol və Ksilol.



Təcrübədən alınmış dərslər: 

sahənin bərpası üçün toxum 

əvəzinə canlı bitkilərin istifadəsi

Əvvəllər bir qayda olaraq BTC dəhlizi boyunca 

və eroziyaya meylli ərazilərdə bitki örtüyünün 

bərpası üçün toxumlar səpilirdi və bunların 

təbii şəkildə artıb böyüməsi gözlənilirdi. 

Lakin təcrübə göstərdi ki, bu halda bitkilərin 

sağ qalma əmsalı çox aşağı olur (adətən 

5-10%). Şitilliklərdən kəmər dəhlizindəki bərpa 

sahələrinə canlı bitkilərin köçürülməsi ilə 

bağlı aparılmış sınaq daha səmərəli nəticələr 

(təxminən 47%) verdi. Ona görə də bu təcrübə 

gələcəkdə də Azərbaycandakı boru kəmərləri 

boyunca sahələrin bərpası/eroziyanın qarşısının 

alınması işlərində istifadə olunacaq.

Ətraf mühit

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə