Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

41

BTC/Cənubi Qafqaz Boru Kəməri boyunca bitki 

örtüyü göstərir ki, kəmər dəhlizinin uzunluğunun 

60%-dən çoxunda bitki örtüyü yaxınlıqdakı təsirə 

məruz qalmamış ərazilərə bərabər səviyyədə və 

ya daha yüksək səviyyədə bərpa olunub. Lakin 

ümumilikdə kəmər dəhlizi boyunca bitki örtüyünün 

bərpası gözlənilən modelə uyğun olub: bitki növləri 

dəhlizi mənimsədikcə bitki örtüyü nisbətən sürətlə 

bərqərar olur, lakin bunlar, əsasən yaxınlıqdakı 

təsirə məruz qalmamış bitki örtüyü üçün səciyyəvi 

olmayan alaq otlarından ibarət olur. İlkin növ 

müxtəlifliyi müəyyən qədər bərpa olub, lakin bu 

bərpa prosesi asta gedir – ona görə də boru kəməri 

dəhlizi boyunca bütün ərazilərin tikintidən əvvəlki 

vəziyyətə qaytarılması istiqamətində səylər davam 

edəcək.

Iris acutiloba kimi tükənmək təhlükəsi altında 

olan/nəsli kəsilməkdə olan bitkilərə xüsusi diqqət 

yetirilib. Tikinti işlərindən əvvəl kəmər dəhlizindən 

mühüm növləri çıxarmaq, onları kəmərin tikintisi 

zamanı kənar sahələrdə saxlamaq və sonra bu 

bitkilərdən istifadə etməklə kəmər dəhlizini bərpa 

etmək istiqamətində daha əvvəl göstərdiyimiz 

səyləri davam etdiririk. 2010-cu ildə kəmər dəhlizinə 



Iris acutilobanın təkrar gətirilməsi istiqamətində 

ikinci dəfə cəhd göstərilib. 2010-cu ildə Qaradağ 

sement zavodu yaxınlığından kəmər dəhlizinə 

köçürülmüş Iris acutiloba bitkilərinin bərpa olunma 

və yaşama qabiliyyəti 2012-ci ilin aprel ayında 

monitorinq edildi. Aşkar olundu ki, köçürülmüş 

11 718 bitkidən 6 424-ü (54,8%) sağ qalıb. Bu, 

2011-ci ildə mövcud olan göstəricidən 15% artıqdır 

və bitkinin yerin altında yaşayaraq əlverişli şərait 

yarandıqda cücərmək imkanı verən kökümsov 

xarakterli olmasını əks etdirir. 

Səs-küyün monitorinqi

Səngəçal terminalında və boru kəmərləri boyunca 

müəyyənləşdirilmiş bir sıra yerlərdə səs-küyün 

monitorinqini həyata keçirdik. Səngəçal 

terminalında səs-küyün monitorinqi terminala yaxın 

Ətraf mühitin monitorinqi üçün nümunələrin 

laboratoriya analizi.

üç qəsəbədə (Səngəçal, Ümid və Əzimkənd) 

aparıldı və bütün nəticələri müvafiq standartlar 

çərçivəsində oldu. 

Boru kəmərləri boyunca səs-küyün monitorinqi 

PSA2 və İPA1 aralıq ərsinləmə stansiyası; BTC üzrə 

BV04, BV07, BV10, BV11, BV13, BV14 pazlı siyirtmə 

stansiyaları və Qərb İxrac Boru Kəməri üzrə PS5 və 

PS8 stansiyalarında həyata keçirildi. Monitorinq 

göstərdi ki, səs-küy səviyyələri qanunvericiliyin və 

BTC üzrə emissiyaların idarə olunması planının 

tələblərinə uyğundur.

Xəzər Ekoloji Proqramı

2011-ci ilin noyabr ayında BP və tərəfdaşları veb 

əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzinin 

yaradılması üçün BMT-nin Ətraf Mühit Proqramının 

üzvü olan Norveçin qeyri-hökumət təşkilatı “Grid 

Arendal” ilə ətraf mühitin mühafizəsi sahəsində 

150 000 dollar dəyərində saziş imzaladı. Proqram 

2012-ci ilin dekabrında başa çatdı.

Gələcəyə baxış: Neft dağılmalarına 

qarşı həssas sahələrin 

xəritələşdirilməsi

Mövcud neft dağılmalarına qarşı həssaslıq 

xəritələrini yeniləmək və hazırkı məhdud əhatə 

dairəsini genişləndirərək Azərbaycanın bütün 

sahil xəttini (Rusiya sərhədindən İran sərhəddinə 

qədər) əhatə etmək üçün yeni bir layihənin həyata 

keçirilməsinə başlanılıb. Bu layihə, həmçinin 

həssaslıq xəritələrinin genişləndirilərək quru 

əraziləri də, xüsusən də Azərbaycan daxilində 

boru kəməri marşrutlarını da əhatə etməyə imkan 

verəcək və bizim həm quru, həm də dənizdə 

potensial neft dağılmalarına qarşı cavab tədbirləri 

həyata keçirmə imkanlarımızı əhəmiyyətli dərəcədə 

artıracaq.

Quruda ətraf mühitin monitorinqi zamanı müxtəlif flora 

və fauna nümayəndələri müşahidə edilir.

Ətraf mühit

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012



42

Cəmiyyət

Biz cəmiyyətə və yerli iqtisadiyyata müsbət təsir etməyə, fəaliyyət göstərdiyimiz icmalarla 

davamlı və pozitiv əlaqələr qurmağa çalışırıq.

Hədəflərimiz

Məqsədimiz yerli təchizatçıların 

xidmətindən istifadə etmək, 

infrastrukturu gücləndirmək və 

işçi qüvvəsinin səriştə və 

bacarıqlarını inkişaf etdirməklə 

yerli icmalara töhfə verməkdir.

Birgə proqramlarımızın diqqəti 

icma və yerli müəssisələrin 

inkişafı, potensialın yaradılması 

və səmərəli idarəetməyə 

yönəlib. 

Bu bölümdə

1,6

$

milyard 



Tərəfdaşlarımızla birgə 

Azərbaycandakı əməliyyat 

və layihələrə xərclədiyimiz 

məbləğ.


99

 

icma bütün ölkə üzrə birgə 



inkişaf təşəbbüslərimizdən 

faydalanıb. 

34 

tələbə 2012-ci ildə BP və 



onun tərəfdaşlarının təsis 

etdiyi təqaüdlər aldı.



Karrar kəndi, Kürdəmir rayonu

Təlim və texniki dəstək aldıqdan sonra icma 

üzvləri uğurla öz arıçılıq təssərrüfatlarına başladılar.

Cəmiyyət


BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012


BP uzun müddətdir ki, Mineral Ehtiyatların Hasilatı 

ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq 

Təşəbbüsünü (MHŞT) dəstəkləyir. 2003-cц ildə 

başlanğıcı qoyulmuş bu təşəbbüs, neft-qaz sektoru 

da daxil olmaqla, mədən sənayesində şirkətlərinin 

ödənişləri və hökumətlərin gəlirləri haqqında şəffaf 

hesabatların verilməsi üçün könüllü, bütün dünya 

üzrə standartlaşdırılmış prosesin yaradılmasına 

kömək məqsədilə hazırlanıb.

Azərbaycanda MHŞT yaranandan bəri BP bu 

təşəbbüs çərçivəsində hökumət, vətəndaş 

cəmiyyəti və mədən sənayesində çalışan digər 

şirkətlərlə birlikdə iş aparır. Biz maraqlı tərəflərin 

çoxtərəfli nəzarət qrupunun üzvü kimi yerli MSŞT 

prosesində fəal rol oynamışıq. 2012-ci ilin mart 

ayında BP Azərbaycanda 2011-ci ilin yanvar-dekabr 

aylarını əhatə edən MHŞT hesabatını təqdim etdi.

Biz MHŞT təcrübəmizi yerli və beynəlxalq 

auditoriya ilə bölüşürük. Aprel ayında Avrasiya 

Hasilat Sənayesi Bilik Mərkəzinin təşkil etdiyi 

beynəlxalq təlim məşğələsində BP nümayəndələri 

iki təqdimat etdi. Bir ay sonra biz Azərbaycanda 

MHŞT prosesində iştirak edən yerli və xarici 

şirkətlərin görüşünə ev sahibliyi etdik. Dekabr 

ayında isə Bakıda MHŞT üzrə hesabat verilməsinə 

dair təlim sessiyasını birgə təşkil etdik. 

Biz 2013-cü ili əhatə edən MHŞT hesabatımızı 

2012-ci ilin mart ayında təqdim etdik. Fərdi MHŞT 

hesabatımıza aid məlumatları bu hesabatda 

açıqlamağa davam edirik. Ən son təqdim etdiyimiz 

MHŞT hesabatımızla səhifə 51-də tanış ola 

bilərsiniz.

Makroiqtisadi idarəetmə və 

institusional islahatlar üzrə məsləhət 

xidmətləri 

2012-ci ilin əvvəlində biz Makroiqtisadi idarəetmə 

və institusional islahatlar üzrə məsləhət xidmətləri 

ilə bağlı 2008-ci ildə başlamış sponsorluq 

layihəmizi başa çatdırdıq. İcraçı tərəfdaş – 

Sosial-İqtisadi Tədqiqatlar Mərkəzi (“CASE”) 

proqnozlaşdırma və iqtisadi siyasətin təhlili 

bacarıqlarını təkmilləşdirməklə iqtisadi planlaşdırma 

potensialının artırılması istiqamətində İqtisadi 

İnkişaf Nazirliyi ilə əməkdaşlıq edib. “CASE” ilə 

bağlanmış müqavilənin dəyəri 1,25 milyon dollar 

idi ki, bu məbləğin 150 170 dolları 2012-ci ildə 

xərcləndi.

Layihəni yekunlaşdırmaq üçün yanvar ayında 

İqtisadi İnkişaf Nazirliyi və BP nümayəndələri

həmçinin “CASE”ni təmsil edən beynəlxalq 

məsləhətçilərin iştirakı ilə seminar təşkil edildi. 

Seminarda aşağıdakı mövzular əhatə olundu: 

Azərbaycan iqtisadiyyatı 2012-15-ci illərdə, ölkənin 

ortamüddətli inkişaf potensialı, Azərbaycanda qeyri-

neft sektorunun inkişafı, Azərbaycanda inflyasiyanı 

müəyyənləşdirən amillər, qlobal enerji və iqtisadi 

tendensiyalar və onların Azərbaycan iqtisadiyyatına 

mümkün təsiri, “BP-nin Enerji Perspektivlərinə 



Baxışı 2030” hesabatına əsasən qlobal enerji 

sahəsindəki uzunmüddətli tendensiyalar. 

İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova 

layihənin yekununa dair qısa şərh verərək onun 

məhsuldar olduğunu dedi. “Bizim makroiqtisadi 

proqnozlaşdırma modelimiz təkmilləşdirildi, 

sektorlar üzrə və inflyasiyanın proqnozlaşdırılması 

üçün modellər işlənib hazırlandı.”

43

Dr Qubad İbadoğlu 

İdarə heyətinin üzvü, İqtisadi 

Tədqiqatlar Mərkəzi

BP şirkəti ilə MHŞT-nin Azərbaycanda tətbiqi 

çərçivəsində əməkdaşlıq etmişik. Bəzi 

hallarda bizə daha çox rəqib kimi görsənsə 

də, bir çox hallarda BP yaxşı tərəfdaş olub. 

Şirkətin fəaliyyətini vətəndaş cəmiyyəti 

prizmasından qiymətləndirərkən deyə bilərəm 

ki, Azərbaycanda BP digər neft-qaz sənayesi 

şirkətlərinə şəffaflıq və hesabatlılıq sahəsində 

qabaqcıl bir nümunə göstərir. 

Yaxşı idarəetmə

Qlobal məqsədlərimizdən biri gəlirlərin şəffaflığı üzrə təşəbbüslərə 

və yaxşı idarəetmə layihələrinə dəstək olmaqdır, çünki, bunun ölkəyə 

geniş sosial-iqtisadi faydalar gətirəcəyinə inanırıq.

İqtisadi İnkişaf Nazirliyinin iqtisadi planlaşdırma 

potensialını artırmaq məqsədi daşıyan layihə 

beynəlxalq məsləhətçilər, nazirlik və BP-nin 

mütəxəssislərini bir araya gətirən seminarla 

yekunlaşdı. 

Cəmiyyət


BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə