Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   25   26   27   28   29   30   31   32   33

2012-ci ildə Azərbaycandakı 

xərclərimiz

Azərbaycanda ötən il bizim birgə əməliyyat və 

layihələr üzrə xərclərimiz ümumilikdə 1,6 milyard 

dollardan artıq, yəni 2011-ci ildəki göstəricidən 33% 

çox olub.

Bu xərclərin bir hissəsi kimi yalnız yerli təchizatçılar 

vasitəsilə davamlı ölkədaxili sırf əməliyyat 

xərclərimiz artaraq təqribən 1,2 milyard dollar 

oldu ki, bu da 2011-ci ildəkindən 27% çoxdur və 

sahibkarlığın inkişafı təşəbbüsləri ilə tələbatın 

planlaşdırılması arasındakı artan əlaqələri əks 

etdirir. Xərclərin cəminə 76% artımla bizim inkişaf 

layihələrimizin əsas hədəf auditoriyası olan yerli 

kiçik və orta müəssisələr  (KOM) vasitəsilə birbaşa 

çəkilmiş 450 milyon dollar, 17% artımla birgə 

müəssisələr vasitəsilə çəkilmiş 334 milyon dollar 

xərc və 39% artımla dövlət şirkətləri vasitəsilə 

xərclənmiş 50 milyon dollar daxil idi. 2012-ci ildə 

Azərbaycanda işləyən xarici təchizatçılar vasitəsilə 

dolayı yolla çəkilmiş davamlı xərclərimiz 0,5% 

artaraq 389 milyon dollar oldu. 

Ümumilikdə, 2012-ci ildə tərəfdaşlarımızla birlikdə 

Azərbaycanda 263 şirkət və fiziki şəxslə iş gördük 

ki, bunların 223-ü (85%-i) KOM idi.

Biznesə imkan yaradan mühit layihəsi 

Tərəfdaşlarımızla birlikdə biz Beynəlxalq Maliyyə 

Korporasiyası tərəfindən həyata keçirilən 

Biznesə imkan yaradan mühit (BİYM) layihəsini 

dəstəkləməyə davam etdik. Bu proqram icazə/

lisenziyaların alınması, yoxlamaların aparılması 

və biznesin qeydiyyatdan keçirilməsi sahələrində 

45

Təchizatçıların inkişaf etdirilməsi proqramlarımızda 



iştirak edən şirkətlər Xəzər regionunda neft və qaz 

layihələrinə geniş çeşidli xidmətlər göstərir.



407,8

319,6

365,5

378,0

490,1

126,2

37,3

28,9

27,7

37,2

51,0

131,6

147,0

281,4

481,4

50

250



450

650


850

1 050


a

2008


2009

2010


2011

2012


Azərbaycanda BP və tərəfdaşlarının birbaşa 

əməliyyat və layihə xərcləri 

(milyon dollar)

a

 Bu məbləğə fiziki şəxslərlə olan xərclər də daxildir.



qanunvericiliyin təkmilləşdirilməsi üçün Azərbaycan 

hökumətinə kömək etmək məqsədilə hazırlanıb. 

İl ərzində icazeler.gov.az icazələr üzrə elektron 

informasiya portalı işə düşüb və yoxlama.gov.az 

yoxlamaların mərkəzləşdirilmiş elektron reyestri 

təkmilləşdirilib. Bu elementlərin məqsədi normativ 

məlumatlardan istifadə imkanını genişləndirərək 

şəffaflığı artırmaq, beləliklə də, əməliyyat xərclərini 

azaltmaq və biznes mühitini yaxşılaşdırmaqdır. 

Azərbaycan hökuməti ilk dəfə olaraq icazələr 

portalında qaydalara uyğun şəkildə ictimai müzakirə 

üçün sahibkarlığa dair 100-dən artıq qanun və 

normativ aktın layihəsini yerləşdirdi.

2012-ci ilin fevral ayında KOM portalı  



biznesinfo.az fəaliyyətə başladı. Bu saytda 

yerli biznes auditoriyası üçün pulsuz analitik 

materiallar, özünütəlimləndirmə üçün vəsaitlər və 

biznes yönümlü xəbərlər təqdim olunur. Üçaylıq 

fəaliyyəti ərzində sayta informasiya və xəbərlər 

kateqoriyasında Azərbaycanın ən yaxşı internet 

saytı kimi “NETTY 2012” milli mükafatı verilib. 

Hesabat müddəti ərzində saytı izləyənlərin sayı 

ayda 40 000 nəfəri ötdü. Layihə tərəfindən 

hazırlanmış müxtəlif şablonların və köməkçi 

vəsaitlərinin saytdan təxmini yüklənmə sayı 

10 000-dən çox oldu. Digər xüsusilə populyar 

materiallar isə “Bazarlar və şirkətlər”, “Ekspertə 

sual”, “Obyektivdə” və “Qadınlar biznesdə” kimi 

bölmələrdə yerləşdirilmiş məqalələr oldu.

Bu layihə ilə bağlı olaraq Azərbaycan Sahibkarlar 

Konfederasiyası, İqtisadi İnkişaf Nazirliyi və 

“Minimax” MMC iyun və iyul aylarında altı 

mərkəzdə (Gəncə, Quba, Lənkəran, Mingəçevir, 

Şəki və Sumqayıt) özəl sektorun BİYM tərəfindən 

hazırlanan və dəstəklənən resurslara dair 

məlumatlılığını artırmaq üçün icazələr portalı, 

yoxlamaların elektron reyestri və KOM portalı 

haqqında birgə seminarlar keçirib. Seminarlar 

əksəriyyəti KOM sektorundan olan 200 nəfər 

iştirakçı tərəfindən böyük maraqla qarşılanıb.

Layihənin bir tərkib hissəsi də təftiş orqanlarının 

potensial və imkanlarının gücləndirilməsi idi. 

Beynəlxalq Maliyyə Korporasiyası və Böyük 

Britaniyanın Qaydaların Daha Yaxşı İcrası İdarəsinin 

birgə təşkil etdiyi Təftiş Sahəsində İslahatlara dair 

Beynəlxalq Konfransda hökumət orqanlarını təmsil 

edən yeddi vəzifəli şəxs iştirak etdi.

Ümumilikdə, BİYM layihəsinin büdcəsi 460 000 

dollar təşkil edirdi ki, bunun 200 000 dolları 2008-ci 

ildə, 260 000 dolları isə 2010-cu ildə BP və onun 

tərəfdaşları tərəfindən maliyyələşdirildi. Layihə 

2012-ci ilin dekabr ayında başa çatdı.

Cəmiyyət

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




46

Azərbaycanda icma və davamlı inkişaf 

strategiyamız icmaların və yerli sahibkarlığın inkişaf 

etdirilməsi, səriştələrin yaradılması təşəbbüsləri və 

səmərəli idarəetmə proqramları üzərində cəmləşib. 

Bu layihələrin seçilməsi açıq və şəffafdır və onların 

potensial təsirləri, davamlılığı və ictimaiyyətin fəal 

iştirakına əsaslanır. 

2012-ci ildə tərəfdaşlarımızla birlikdə İcmaların 

İnkişafı Təşəbbüsü proqramlarımıza 990 585 dollar 

vəsait ayırdıq. Bu layihələrə aşağıdakılar daxil idi:

Süd və süd məhsulları istehsalçılarına 

icma əsaslı dəstək

Layihə kiçik fermerlər tərəfindən süd və süd 

məhsulları istehsalını genişləndirmək və regional 

südtoplama mərkəzləri ilə Azərbaycanda ticarət 

edən süd emalçıları arasında əlaqə yaratmaq üçün 

hazırlanıb. Layihənin əsas maliyyə təminatçıları 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə BP və onun 

Azərbaycandakı tərəfdaşlarıdır. 

2010-cu ildən “ÜMİD sosial inkişafa dəstək (SİD)” 

qeyri-hökumət təşkilatı (QHT) tərəfindən həyata 

keçirilən layihə 2012-ci ilin dekabrında başa çatdı. 

Layihənin büdcəsi 332 389 dollar idi ki, bunun da 

225 554 dolları 2012-ci ildə xərcləndi. 

2012-ci il ərzində dörd kənddə – Sarıtəpə (Şəmkir), 

Qarabucaq, Karrar (Kürdəmir) və Quşçularda 

(Goranboy) südtoplama məntəqələri quruldu. 

Həmin məntəqələr südün ilkin analizi üçün 

laboratoriya avadanlığı ilə təmin olundu. Südün 

saxlanması və heyvandarlıq kimi mövzulara həsr 

olunmuş 28 təlim sessiyasında təqribən 450 nəfər 

iştirak etdi.

Davamlı gəlir imkanları, bacarıq və 

vərdişlərin yaradılması layihəsi

Bu ikiillik layihə BP və tərəfdaşlarının maliyyə 

dəstəyi ilə Gəncə Aqrobiznes Assosiasiyası 

tərəfindən Azərbaycan Dövlət Aqrar Universiteti ilə 

əməkdaşlıq edərək həyata keçirilir. Layihə 2011-ci 

ilin noyabrında başlayıb və 787 629 dollar 

məbləğində büdcənin 497 610 dolları 2012-ci ildə 

xərclənib. 

Məqsədi icma üzvləri üçün davamlı gəlir və 

səriştələr əldə etmək imkanı yaratmaq olan bu 

layihə kənd təsərrüfatı sektoruna yönəlib. Layihənin 

hədəfi 132 istixana təsərrüfatı, icma çörəkxanası və 

96 arıçılıq təsərrüfatı qurmaqdır. Bu obyektləri və 

biznesi idarə etmək üçün təlimlər də keçirilir. 

2012-ci ildə 24 istixana quraşdırıldı və iştirakçılar 

arasında 68 arı yeşiyi paylandı. Bundan əlavə, 

şitillərin böyüdülməsi, tərəvəz yetişdirilməsi, 

bitkilərin mühafizəsi, göy-göyərti becərilməsi və 

arıçılıq mövzuları üzrə keçirilmiş 26 təlim 

sessiyasında 124 fermer iştirak etdi.

Gənclərin sahibkarlıq bacarıqlarının 

formalaşdırılması

Bu ikiillik layihə gənc sahibkarların bacarıqlarını 

formalaşdırmaqla və gəlir imkanları yaratmaqla 

onları dəstəkləyir, usta yanında şagirdlik kimi 

proqramlar vasitəsilə onların sosial rifahına kömək 

edir. Layihəni “ÜMİD SİD” həyata keçirdi.

2012-ci ildə usta yanında şagird proqramına 219 

gənc cəlb olundu və onların 68-i kursları uğurla 

bitirdi. Buna paralel olaraq, 117 gənc tam ştatla iş 

tapdı, 38 gənc isə öz biznesinə başlamaq üçün 

qrant aldı.

Gənclərin Biznes Liderlik Layihəsi

2012-ci ilin dekabr ayında BP öz tərəfdaşlarının 

adından ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və 

Amerika Ticarət Palatasının Azərbaycandakı 

nümayəndəliyi ilə birgə yeni nəsil biznes liderlərinin 

peşəkar inkişafına dəstək olmaq üçün yeni 

Gənclərin Biznes Liderlik təşəbbüsünə başladı. 

Təşəbbüs Bakı və Gəncədəki universitetlərin 120 

nəfər üçüncü və dördüncü kurs tələbəsini təcrübə 

proqramları ilə təmin edəcək. Layihə “Junior 

Achievement Azərbaycan” (JAA) təşkilatı 

tərəfindən yerinə yetirilir.

Bu ikiillik layihənin başlıca məqsədi gənc tələbələri 

Azərbaycanda sahibkar və gələcək biznes 

liderlərinə çevirmək üçün lazım olan biznes 

vasitələri ilə təmin etmək, onlara özəl şirkətlərdə 

təcrübə keçməklə real vaxtda biznes haqqında 

biliklərə yiyələnmək imkanı verməkdir. 

Hesabat dövrü ərzində JAA tələbələri layihə ilə 

tanış etmək üçün Bakı Dövlət Universiteti, 

Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz 

Universitetində təqdimatlar keçirdi. İlk 25 tələbə 

üçün təlim və təcrübə proqramları 2013-cü ildə 

başladı.


Layihənin büdcəsi 200 000 dollardır ki, bunun 

100 000 dolları BP və tərəfdaşları tərəfindən təmin 

olunacaq. 2012-ci ildə təxminən 30 000 dollar 

vəsait xərcləndi.

Yerli idarəetmə və ekoloji proqram

 

BP öz tərəfdaşları adından Azərbaycanda yerli 



idarəetmə, gənclərin bacarıqlarının inkişafı və ətraf 

mühit təşəbbüslərini dəstəkləmək üçün Avrasiya 

Tərəfdaşlıq Fondu ilə qrant sazişi imzaladı. Layihə 

yerli hökumət orqanlarında aydın idarəetmə 

təcrübələri yaratmaqla və gənclərin yerli ictimai 

işlərdə iştirakını təşviq etməklə bələdiyyə 

xidmətlərinin icrasında şəffaflığı artırmaq məqsədi 

daşıyır, BTC və CQBK-nin Azərbaycan hissəsi 

boyunca yerləşən doqquz bələdiyyəni əhatə edir.

Hesabat dövründə layihə doqquz bələdiyyədə 

gənclər palataları yaratdı. Ümumilikdə, yerli 

idarəetmə sistemi və layihələrin idarə olunması 

Şagirdlikdən ustalığa yüksəliş

Elçin Abbasov biznesə erkən yaşlarından 

qədəm qoyub. Atası mexanikdir, 1997-ci ildən 

Şəmkir rayonu Sarıtəpə kəndində özünün 

avtomobil təmiri sexini işlədir. 

Elçin uşaqkən həmyaşıdları kimi avtomobil 

həvəskarı idi. Böyüdükcə atasının işi onu 

özünə cəlb edirdi. Məktəb tətilləri zamanı 

xırda təmir işlərində atasına kömək edir, kiçik 

hissələri rəngləyir, maşınların xırdaca cızıqlarını 

doldururdu. Bir azdan Elçin atasının yanında 

şagird olmağı seçdi. Lakin bilirdi ki, şagirdlikdən 

çıxaraq daha irəli getmək üçün texniki biliklər və 

daha çox təcrübə qazanmalıdır. 

Elçin izah edir: “BP-nin icmalarla əlaqələr üzrə 

məsul şəxsinin kənd məktəbində mütəmadi 

olaraq təşkil edərək rayonumuzda həyata 

keçirilən layihələr barədə məlumat verirdi 

görüşlərdə iştirak edirdim. O, həmçinin qeyd 

edirdi ki, BP və tərəfdaşlarının maliyyə dəstəyi 

ilə ÜMİD SİD tərəfindən həyata keçirilən peşə 

təlimlərindən bir çox gənclər faydalanır”. 

“Mən həmişə daha çox bilik əldə etmək imkanı 

axtarırdım. Ona görə də xarici markalı maşınların 

təmiri üzrə ixtisaslı təlim keçməyə imkan 

yaranan kimi fürsəti əldən vermədim. Bu, 2012-

ci ilin aprelində oldu və dörd aydan sonra təlim 

kursunu uğurla başa vurdum. İndi mən müxtəlif 

markalı maşınları təmir edə bilirəm. Nəticədə, 

Sarıtəpə kəndinin girəcəyində öz avto-təmir 

seximi açdım və onu uğurla işlədirəm”. 

O əlavə edir: “BP və tərəfdaşlarının 

maliyyələşdirdiyi təlim mənə şagirdlikdən 

ustalığa yüksəlmək imkanı yaratdı. İndi mən 

özümə daha çox arxayınam və peşə təcrübəmi 

dostlarımla bölüşmək istərdim. Hazırda biri 

Sarıtəpə, digəri qonşu kənddən olan iki dostum 

mənim təcrübəmdən həvəslənərək həmin 

təlim proqramında iştirak edir”. 

İndi iki uşaq atası, 23 yaşlı Elçin öz ailəsini 

saxlamaq və biznesini daha da genişləndirmək 

üçün kifayət qədər pul qazanır. 

İcmalarla işimiz

2012-ci ildə BP və tərəfdaşları səylərini Bakı-Tbilisi-Ceyhan (BTC) 

və Cənubi Qafqaz Boru Kəməri (CQBK) marşrutlarının yaxınlığında 

yaşayan icmalarda iqtisadi inkişafı gücləndirməyə yönəltdilər.

Cəmiyyət

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə