Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   2   3   4   5   6   7   8   9   ...   33

BP-nin Azərbaycanda fəaliyyəti 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

3

Biz Azərbaycanın neft və qaz ehtiyatlarının işlənməsində dəyərli, 



etibarlı və uzunmüddətli bir tərəfdaş olmağa çalışırıq. 

BP-nin Azərbaycanda fəaliyyəti

Hədəflərimiz

Tərəfdaşlarımızla birlikdə 

gələcək bir çox illər ərzində 

AÇG-dən hasilatın səmərəli 

şəkildə idarə olunması üçün 

planlar hazırladıq və hasilatla 

bağlı prioritet istiqamətləri 

razılaşdırdıq.

Qərbi Çıraq platforması üçün 

dayaq bloku tamamlandı və üst 

modulların 2013-cü ilin üçüncü 

rübündə yatağa daşınması 

istiqamətində işlərimiz 

planlaşdırıldığı kimi davam edir.

Bu bölümdə

2,1

milyard 


barel Azəri-Çıraq-Dərinsulu 

Günəşlidən 1997-2012-ci 

illərdə hasil olunmuş neftin 

ümumi həcmidir.

7,73 

milyard 


kubmetr (təxminən 273 

milyard kubfut) qaz 2012-ci 

ildə Şahdənizdən hasil 

olunub.


Qərbi Çıraq platformasının tikintisi

İlk dəfədir ki, dünya səviyyəli tikinti-quraşdırma 

layihəsi bütovlükdə Azərbaycanda həyata keçirilir.



BP-nin Azərbaycanda fəaliyyəti 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

4

Aprel 2008 



Dərinsulu Günəşlidən ilk neft hasil olundu

Mart 2009 

BTC-nin ötürmə qabiliyyəti gündə 1,2 milyon 

barelədək artırıldı

Mart 2010

Çıraq neft layihəsi üçün 6 milyard dollar sərmayə 

qoyulmasına sanksiya verildi 

Sentyabr 2010

BTC boru kəməri ilə xam neftin milyardıncı bareli 

nəql edildi

Oktyabr 2010

Şəfəq-Asiman strukturunun birgə kəşfiyyatı və 

işlənməsi üzrə ARDNŞ ilə HPBS imzalandı

Dekabr 2010

Şahdəniz HPBS-nin 2031-ci ildən 2036-cı ilədək beş 

il müddətinə uzadılması haqqında saziş imzalandı 

May 2011 

Şəfəq-Asiman strukturu üzrə yeni HPBS 

Azərbaycan parlamenti tərəfindən ratifikasiya 

olundu


Oktyabr 2011 

Türkiyədə Şahdəniz qaz satışı və tranziti sazişləri 

imzalandı

Noyabr 2011

Şəfəq-Asiman strukturunun üçölçülü seysmik 

tədqiqatı başladı 

 

Sentyabr 1994 



BP, onun tərəfdaşları və Azərbaycan hökuməti 

arasında Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) üzrə 

hasilatın pay bölgüsü sazişi (HPBS) imzalandı

Fevral 1995 

Azərbaycan Beynəlxalq ӘƏməliyyat Şirkəti (ABƏŞ) 

təsis edildi

İyun 1996 

Şahdəniz üzrə HPBS imzalandı

Noyabr 1997 

Çıraq yatağından ilk neft hasil edildi

Dekabr 1998 

Qərb İxrac Boru Kəməri marşrutunun istismarına 

başlandı

Avqust 2001 

AÇG Faza 1 layihəsinə sanksiya verildi

Sentyabr 2002 

AÇG Faza 2 layihəsinə sanksiya verildi

Fevral 2003 

Şahdəniz Mərhələ 1 layihəsinə sanksiya verildi

Aprel 2003 

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin inşasına 

başlandı


Sentyabr 2004 

AÇG Faza 3 layihəsinə sanksiya verildi

Oktyabr 2004 

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) inşasına 

başlandı

Fevral 2005 

Mərkəzi Azəridə hasilat başladı

May 2005  

BTC boru kəmərinin Azərbaycandakı hissəsinin 

açılışı oldu

Dekabr 2005 

Qərbi Azəridə hasilat başladı

May 2006 

CQBK-yə ilk qaz vuruldu

İyun 2006 

Ceyhan dəniz terminalında ilk tanker Xəzər nefti ilə 

yükləndi

İyul 2006 

BTC boru kəmərinin Türkiyədəki hissəsinin, Ceyhan 

terminalının və BTC boru kəməri ixrac sisteminin 

təntənəli açılışı oldu

Noyabr 2006 

Şərqi Azəridə birinci mənfəət nefti hasil edildi 

Dekabr 2006

Şahdəniz Mərhələ 1-dən ilk qaz hasil edildi

Mart 2007 

BTC-nin ötürmə qabiliyyəti gündə 1 milyon barelə 

çatdırıldı

İyul 2007 

Şahdəniz yatağından Türkiyəyə ilk qaz çatdırıldı

Noyabr 2007 

Xəzər dənizində rekord 7 300 metrdən artıq 

dərinlikdə quyunun qazılması nəticəsində Şahdəniz 

yatağında böyük qaz-kondensat ehtiyatı kəşf 

olundu

Tarixi ekskurs



Biz Bakıdakı ilk ofisimizi 1992-ci ildə açdıq, iki il sonra isə BP 

Azərbaycan hökuməti ilə tarixi “Əsrin müqaviləsi”ni imazaladı.




5

BP-nin Azərbaycanda fəaliyyəti 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

2012


Yanvar 2012

Şəfəq-Asimanda ilk üçölçülü seysmik tədqiqat başa 

çatdı

May 2012


AÇG ilk neftin əldə edilməsindən bəri hasil 

olunmuş 2 milyardıncı bareli qeyd etdi

Oktyabr 2012

BTC Ceyhanda 2 000-ci tankerin yüklənməsini 

qeyd etdi

Oktyabr 2012

Şahdəniz gündəlik qaz hasilatında 966 milyon 

kubfut səviyyəsinə nail oldu 

Oktyabr 2012

Qərbi Çıraq platfroması üçün dayaq blokunun Bakı 

Dərin Özüllər Zavodunda tikintisi başa çatdı

Noyabr 2012

Çıraq ilk neftin əldə edilməsindən bəri uğurlu 

hasilatın 15-ci ildönümünü qeyd etdi

Bu bölümdə BP-nin 2012-ci ildə Azərbaycanda əldə etdiyi mühüm 

nailiyyətlərin və qarşılaşdığı çətinliklərin xülasəsini veririk.

Nailiyyətlər və çətinliklər

Nailiyyətlər



Əməliyyatlar_və_biznesin_inkişafı'>Əməliyyatlar və biznesin inkişafı 

2012-ci il yanvarın 4-də Şəfəq-Asiman perspektiv 

strukturunda planlaşdırılmış üçölçülü seysmik 

tədqiqatı tamamlandı.

2012-ci il mayın 18-də AÇG istismara verildiyi 1997-

ci ildən bəri 2 milyard barel neft hasilatına nail oldu. 

Oktyabrda Qərbi Çıraq platformasının dayaq bloku 

iş qrafikinə uyğun olaraq tamamlandı.

2012-ci ilin axırına Şahdəniz hasilatın ən yüksək 

sabit səviyyəsinə – hasilat obyektlərinin maksimum 

gücü ilə işləyərək bazarda tələbat olduqca gündə 

27,3 milyon standart kubmetr (966 milyon standart 

kubfut) qaz və gündə təxminən 55 000 barel 

kondensat hasil etdiyi bir səviyyəyə çatdı. May 

ayında Şahdəniz ilk dəfə olaraq beş quyudan 

hasilata başladı.

2012-ci ildə BP-nin dünyada ümumi neft debitinə 

görə 20 ən məhsuldar hasilat quyusundan 11-i 

Azərbaycanda idi. Şahdənizdəki beş quyunun 

hamısı buraya daxildir.

Dekabrın 18-də Şahdəniz konsorsiumu ilə ARDNŞ 

arasında 2013-cü ilə planlaşdırılmış Şahdəniz 

Mərhələ 2 layihəsi üzrə Yekun İnvestisiya Qərarının 

qəbul edilməsi üçün təməl yaradan silsilə sazişlər 

imzalandı.  

Əməyin təhlükəsizliyi

İşlənilmiş saatların 8%-dən çox artması 

şəraitində biz qeydiyyata alınan xəsarətlərin tezliyi 

göstəricimizin yaxşılaşmasına nail olduq.



Əməkdaşlarımız

Bizim yüksək vəzifələrdə işləyən əməkdaşlarmızın 

sayı il ərzində 13% artdı və 2006-cı ilin sonundakı 

40 nəfərlə müqayisədə 2012-ci ilin sonunda 168 

nəfərə çatdı.

Sahibkarlığın inkişafı

BP və tərəfdaşlarının yalnız yerli təchizatçılar 

vasitəsilə davamlı ölkədaxili sırf əməliyyat xərcləri 

artaraq təqribən 1,2 milyard dollar – 2011-ci 

ildəkindən 29% çox oldu. Xərclərin cəminə 89% 

artımla bizim inkişaf layihələrimizin əsas hədəf 

auditoriyası olan yerli kiçik və orta müəssisələr 

vasitəsilə birbaşa çəkilmiş 481 milyon dollar  

daxil idi.

Çətinliklər



Əməliyyatlar

1997-ci ildən bəri neft hasilatında davam edən sabit 

artımdan sonra 2011-12-ci illərdə azalma ilə üzləşdik. 

Buna mövcud quyularda məhsuldarlığın aşağı 

düşməsi, yeni quyuların qazılmasında çətinliklər 

və kollektorun geoloji mürəkkəbliyi kimi bir çox 

amillərin birləşməsi səbəb oldu.

Əməyin təhlükəsizliyi

Ağır qəza hadisələrinin sayı 2011-ci ilə nisbətən 

üç dəfə az olsa da, yol-nəqliyyat qəzalarının 

ümumi səviyyəsi 2011-ci illə müqayisədə 18% 

artdı. Hadisələr aşağı sürətdə baş verdiyindən 

dəyən zərər minimal oldu. Nəqliyyat vasitələrinin 

təhlükəsiz idarə olunması bütün il boyu diqqət 

mərkəzində duran əsas məsələ olaraq qaldı.



Ətraf mühit

2011-ci ildə dənizdə çirkab su emalı qurğularının 

17 dayanması ilə müqayisədə 2012-ci ildə 44 belə 

dayanma halı qeydə alınıb.

Sentyabr ayında, Mərkəzi Azəri platformasında 

quyunun sementləmə işləri zamanı kəmər 

quyruğunu lüləyə endirmə alətində meydana 

çıxmış nasazlıq nəticəsində qazma məhlulunun 

nəzərdə tutulmamış dağılması baş verdi.

Şahdəniz platforması.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə