Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   25   26   27   28   29   30   31   32   33

47

təlimində 47 gənc, ətraf mühitə dair məlumatlılığın 

artırılması təlimində isə 45 gənc iştirak edib. 

Bundan əlavə, gənclər palataları öz icmalarındakı 

ətraf mühit problemlərini aradan qaldırmaq üçün 

kiçik qrantlar aldı.

Layihənin əhatə dairəsinə strateji planlaşdırma, icra 

göstəricilərinin ölçülməsi və yerli idarəetmədə 

ictimaiyyətin iştirakı sahəsində bələdiyyələrin 

bacarıqlarının artırılması da daxildir. 2012-ci ildə bu 

sahə üzrə təlimdə ümumilikdə, 57 bələdiyyə üzvü 

iştirak etdi. Bələdiyyələrin icmalarda sosial-iqtisadi 

layihələr həyata keçirməsinə dəstək olmaq üçün 

2013-cü ilin birinci rübündə onlara kiçik qrantlar 

verildi. 

Layihənin ümumi büdcəsi 463 873 dollardır ki, 

bunun da 195 799 dolları BP və onun tərəfdaşların 

tərəfindən təmin olunub. 2012-ci ildə cəmi 179 987 

dollar vəsait xərcləndi.

Gənclərin inkişafı üçün sahibkarlıq 

mərkəzi

2012-ci ildə Azərbaycan İcma İnkişafı üzrə 



Araşdırmalar, Təlim və Resurs Mərkəzi tərəfindən 

həyata keçirilən layihənin tərkib hissəsi kimi Gəncə 

peşə təlimi mərkəzi daxilində ayrıca biznes və 

idarəetmə bölümü yaradıldı. Məqsəd 

Azərbaycanda BTC və CQBK boyunca yerləşən 

Goranboy, Yevlax, Şəmkir, Ağstafa, Samux və Tovuz 

rayonlarında gənclərə sahibkarlıq bacarıqları 

aşılamaq idi. 

Təşəbbüs 2010-cu ildə BP və tərəfdaşlarının 

maliyyə dəstəyi ilə başladı və 2012-ci ilin iyununda 

başa çatdırıldı. Layihənin büdcəsi 98 845 dollar idi 

və bunun 7 434 dolları 2012-ci ildə xərcləndi. 

Mühasibat, kosmetologiya, qaynaqçılıq, kompüter 

texnologiyası, kompüter təmiri, tikiş və toxuculuq 

üzrə dördaylıq kurslarda təxminən 600 müdavim 

işə girmək və ya öz kiçik biznesinə başlamaq 

məqsədilə praktiki vərdişlərini artırmaq üçün iştirak 

etdi.


Məktəbəqədər təhsilə dəstək

Bu layihənin məqsədi məktəbəqədər təhsilin 

keyfiyyətini yaxşılaşdırmaq, 5-6 yaşlı uşaqların uşaq 

bağçalarına getməsi imkanını artırmaq və yerli 

icmalarda qadınlar üçün öz işlərini qurmaq və gəlir 

əldə etmək imkanları yaratmaqdır. Müasir Təhsil və 

Tədrisə Yardım Mərkəzi tərəfindən həyata keçirilən 

layihə 2010-cu ilin noyabr ayında BP və 

tərəfdaşlarının dəstəyi ilə başlanıb. Layihənin 

büdcəsi 226 224 dollardır və bunun 50 000 dolları 

2012-ci ildə xərcləndi. 

Proqramın Dəllər Cəyirdə ilkin sınaqdan çıxarılmış 

modeli 2013-ci ildə Tovuz rayonunun Dəllər 

Cırdaxan və Şəmkir rayonunun Düyərli icmalarında 

tətbiq olunacaq. Sınaq sxemi zamanı yerli uşaq 

bağçalarında və ibtidai məktəblərdə işləyən 

müəllimlər uşaq yönümlü məktəbəqədər 

metodologiya ilə təmin olundular və onlara 

“Addım-addım” metodu barədə təlim keçirildi.

Əməkdaşların cəlb edilməsi proqramı

Əməkdaşların cəlb edilməsi proqramı (ƏCP) 

əməkdaşlarımızı öz vaxt və istedadlarını könüllü 

olaraq icmalara sərf etməyə təşviq etmək üçün 

hazırlanıb, belə ki, şirkət təşəbbüsə vaxtın dəyəri 

qədər dəstək verir. 

2012-ci ildə 40-a yaxın əməkdaşımız təhsil layihələri 

vasitəsilə ƏCP-də iştirak etdi. Onlar Xəzər 

Mühəndisləri İctimai Birliyinin yay məktəbi 

layihəsinin həyata keçirilməsinə dəyəri 15 000 

dollara bərabər 750 saat vaxtlarını sərf etdilər.

Ümumilikdə, yerli “Sağlam həyat” QHT-si 2009-cu 

ilin noyabr ayından 2012-ci ilin dekabrına qədər 

ƏCP-dən əldə olunan vəsaitdən istifadə edərək 

təxminən 94 000 dollar dəyərində 15 ƏCP layihəsi 

həyata keçirib.

BP-nin kitabxanalara dəstək təşəbbüsü

 

2012-ci ildə Samux rayonundakı Aşağı Ağasıbəyli 



kənd məktəbinin və Goranboy rayonundakı 8 

nömrəli məktəbin kitabxanalarını təmir edərək 

müasirləşdirdik. Məqsəd uşaqların kitablardan 

istifadə imkanını yaxşılaşdırmaqdır. Layihənin dəyəri 

9 621 dollar idi. Bu məbləğ BP əməkdaşları 

tərəfindən yeni il lotereyasında bağışlandı. 

Layihədən təxminən 1 500 məktəbli və müəllim 

bəhrələndi.  



Digər təşəbbüslər

2012-ci ildə daha bir kitabxana layihəsi çərçivəsində 

Xəzər Mühəndisləri İctimai Birliyinin kitabxanasına 

mühəndis-texniki ixtisaslara dair 5 000 dollar 

dəyərində 44 kitab bağışlandı. 

Biz keçən il uşaq evində qalan on qıza bərbərlik 

kursuna getmələri üçün yardım etdik. Layihənin  

5 000 dollar olan dəyəri BP əməkdaşlarının könüllü 

sərf etdiyi vaxt əsasında hesablandı.

Bundan əlavə, Sumqayıtda 20 nömrəli uşaq 

bağçasının damının “Sağlam həyat” ictimai birliyi 

tərəfindən təmir olunmasını maliyyələşdirməyə 

kömək etdik. Nağd yardım BP əməkdaşları və Bakı 

Beynəlxalq Qadınlar Klubu tərəfindən verildi. Dəyəri 

7 951 dollar olan layihədən 180-ə yaxın uşaq 

bəhrələndi.

Ən kiçik icma üzvləri üçün təhsil

BP-nin icmalarla əlaqələr üzrə məsul şəxsinin 

Dəllər Cəyir kəndində keçirdiyi görüşlərin 

birində Gəncə Dövlət Humanitar Kollecinin 

məzunu Zülfiyyə Qurbanova eşitdi ki, BP və 

tərəfdaşlarının maliyyə dəstəyi ilə məktəbəqədər 

təhsil layihəsi həyata keçiriləcək. 

Zülfiyyə bu təşəbbüs barədə eşidəndə işsiz idi 

və sonradan açıq müsabiqə yolu ilə icma əsaslı 

məktəbəqədər təhsil mərkəzində işləmək üçün 

seçildi. Mərkəzdə dərs deməzdən əvvəl o, bilik 

və bacarıqların artırılması üzrə bir sıra təlim 

sessiyalarında iştirak etdi.

Bu, iki il əvvəl olmuşdu. “O vaxtdan bəri mən 

məktəbəqədər yaşlı uşaqlara ədədlər, günün 

tarixi, rəng anlayışı və heyvanlar aləmi, şəhərlər, 

təbiət və Azərbaycanın tarixi abidələri barədə 

dərs deyirəm”, – o deyir. 

Layihənin sorağı Dəllər Cəyir kəndindən 

kənara yayıldı. Dəllər Cəyirdən 2-3 kilometr aralı 

yerləşən Dəllər və Dəllər Daşbulaq kəndlərindən 

də bəzi valideynlər öz uşaqlarını mərkəzə dərsə 

gətirdilər. Nəticədə, 55 uşaq mərkəzdə məktəbə 

hazırlıq təlimini uğurla başa vurdu və ibtidai 

məktəbə getdi. 

Övladı mərkəzdə təhsil alan analardan biri – 

Lamiyə Məmmədova deyir: “Oğlum Elmir 

mərkəzə gedəndən bəri inanılmaz dərəcədə 

sürətlə böyüdü. Saylar, rənglər və bəzi ibtidai 

anlayışları öyrənməklə yanaşı, o, həm də öz 

fikirlərini daha sərrast ifadə edir, başqalarına 

qarşı daha anlayışlıdır və davranışlarında daha 

yetkindir”. 

BP-nin Davamlı İnkişaf Təşəbbüsü üzrə layihə 

icraçısı Rəna Həsənova əlavə edir: “İcma üzvləri 

tərəfindən yüksək qiymətləndirilməsi, eləcə də 

ibtidai sinif müəllimlərinin innovativ metodikaya 

yiyələnmək arzusu nəzərə alınaraq layihənin 

müddəti 2013-cü ilin sonuna qədər uzadılıb”. 

Layihə başa çatandan sonra bələdiyyəyə 

məxsus təhsil mərkəzi icma ilə bələdiyyə 

tərəfindən birgə idarə olunacaq.

Cəmiyyət

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə