Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   25   26   27   28   29   30   31   32   33

48

2012-ci ildə bu təşəbbüslərə Azərbaycanlı gənc 

neft-qaz ixtisaslı məzunların təlimi, tələbə və 

məzunlar üçün bir sıra təqaüd proqramları daxil idi. 

Əsas diqqətimiz təbiət elmləri ilə bağlı ixtisaslara, 

o cümlədən neft-qaz, kimya və mexanika 

mühəndisliyinə yönəldi. 

Neft-qaz ixtisaslı məzunların 

təkmilləşdirilməsi proqramı

Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi 

proqramı (NİMTP) neft-qaz ixtisaslı yerli məzunlar 

üçün BP qrupunun yeni təlim və inkişaf vasitəsidir. 

NİMTP-nin məqsədi həm neft-qaz sənayesi, həm 

də Azərbaycanın faydalanacağı yerli səriştənin 

inkişafına kömək etməkdir. Beynəlxalq miqyasda 

tanınmış ekspert və şirkətlərin həyata keçirdiyi bu 

proqram 11 ay davam edir. NİMTP haqqında daha 

ətraflı məlumat almaq üçün səhifə 23-ə baxın. 

Qafqaz Universiteti layihəsi

2012-ci ildə biz Qafqaz Universitetinin tədris 

proqramlarını genişləndirərək kimya, mexanika 

və digər mühəndislik ixtisasları üzrə bakalavr 

təhsilini əhatə etmək səylərinə dəstəyimizi 

davam etdirdik. Bu layihənin ümumi büdcəsi 

2,4 milyon dollardır ki, bunun 1,1 milyon dolları 

2012-ci ildə xərclənib. 2012-ci ilin sonuna mexanika 

mühəndisliyi kurslarına 59 tələbə qəbul edilib. 

Kimya mühəndisliyi fakültəsindəki tələbələrin sayı 

isə 73-dür. 

Mütəxəssislərimiz, həmçinin seminar və 

konfranslarda öz bilik və təcrübələrini bölüşməklə 

və tələbələrin sənaye ilə təmasını artırmaq üçün 

onların BP laboratoriyalarından istifadəsinə şərait 

yaratmaqla universitetin mühəndislik proqramlarına 

töhfə verdilər. 

2013-cü ildə universitetin mexanika mühəndisliyi 

fakültəsində avadanlıqlarla tam təchiz edilmiş  

11 laboratoriyanın açılması planlaşdırılır.

Layihələri İdarəetmə Məktəbi

BP və onun tərəfdaşları tərəfindən 2010-cu 

ildə Xəzər Universitetində Layihələri İdarəetmə 

Məktəbi (LİM) qurulub. Bu proqram Azərbaycanda 

həm özəl, həm də dövlət sektorunda işləyən 

şəxslərin layihə idarə etmək bacarıqlarını inkişaf 

etdirmək məqsədilə hazırlanıb. Hazırda məktəb 

layihələri idarəetmə təlimi sahəsində aparıcı 

beynəlxalq şirkət olan “ESI International”ın 

dünyada tanınmış müfəssəl proqramından 

faydalanmaq imkanı verir. 

2012-ci ilin iyununda LİM-in ilk məzunlarının 

buraxılış mərasimi keçirildi və bu tədbirdə 

məzunlara Corc Vaşinqton Universitetindən 

layihələrin idarə olunması üzrə beynəlxalq magistr 

BP və onun tərəfdaşları Azərbaycanda enerji sektorundakı 

mütəxəssislərin potensialını inkişaf etdirməyə xidmət göstərən təhsil 

təşəbbüsləri və proqramlarına dəstək olmağa davam edir.

Təhsil təşəbbüsləri

Ceyhun Kərəmov 

NİMTP proqramının meneceri, 

BP AGT

NİMTP azərbaycanlı kadrlar üçün öz texniki 



bilik və bacarıqlarını gücləndirməyə imkan 

verən dünya səviyyəli unikal bir təlim 

proqramıdır. Buraya beynəlxalq nüfuzlu 

universitet tərəfindən həyata keçirilən zəngin 

texniki təlim, immersiv ingilisdilli texniki mühit, 

ünsiyyət bacarıqlarına ciddi diqqət və real 

biznes təcrübəsi daxildir. NİMTP azərbaycanlı 

gənc mühəndislərin BP və beynəlxalq neft 

sənayesinə qoşulması üçün əlverişli bir fürsət 

yaradır. 



BP və tərəfdaşlarının Azərbaycanda  

sosial xərcləri 

(min dollar)

BP

T r fdaşlar



2 640

1 908

Tələbələr BP-nin geologiya üzrə yay təcrübəsi 

kursunda.

sertifikatları verildi. Məzunlar dövlət və müxtəlif 

biznes sahələri, o cümlədən neft-qaz, mühəndislik, 

inşaat, dənizçilik, geologiya, bank və maliyyə, təhsil 

və telekommunikasiya sektorlarını təmsil edirdi. 

Bundan əlavə, LİM Azərbaycan hökuməti və Dünya 

Bankının birgə həyata keçirdiyi Dövlət İnvestisiyaları 

üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi 

çərçivəsində nazirliklərdəki dövlət işçilərinə 

təlim keçmək üçün 2012-ci ildə Təhsil Nazirliyi ilə 

müqavilə imzaladı. 

2012-ci ildə 35 özəl və dövlət təşkilatından 146 

nəfər LİM-ə qəbul olunub. Onlardan 51 nəfəri 

Corc Vaşinqton Universitetinin magistr, 94 nəfəri 

isə dinləyici sertifikatını aldı. Layihə başladıqdan 

bəri Azərbaycanda 77 dövlət təşkilatı və özəl 

müəssisənin 183 təmsilçisi LİM-ə qəbul olub. 

Ümumi büdcə 1,6 milyon dollardır ki, bunun da 

400 000 dolları 2012-ci ildə xərcləndi. Layihə  

2015-ci ilə qədər davam edəcək.

BP-nin xüsusi təqaüd proqramı

BP-nin xüsusi təqaüd proqramı 2007-ci ildən davam 

edən bir təşəbbüsdür. O, neft və qaz ixtisasları 

üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. İllik 

təqaüdlər şirkətin Azərbaycanda ali təhsilə dəstək 

olmaq barədə daha geniş öhdəliyinin bir hissəsini 

təşkil edir. 

Dövlət Neft Akademiyasının tələbələri üçün 

təqaüdlər nəzərdə tutan bu proqram 2012-ci ildə 

genişləndirilərək digər dörd universiteti – Bakı 

Dövlət Universiteti, Xəzər Universiteti, Qafqaz 

Universiteti və Memarlıq və İnşaat Universitetini də 

əhatə etdi.

Beş yerli universitetdə neft və qaz mühəndisliyi və 

geologiyadan tutmuş korroziya və təftişə qədər 11 

Cəmiyyət


BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012


49

Layihələrin idarə olunmasında  

yeni üfüqlər

Ramiz Məmmədli ABŞ-da dövlət idarəçiliyi 

üzrə təhsil alıb. Təhsilini başa vurduqdan 

sonra yüksək enerji və böyük gözləntilərlə 

Azərbaycana qayıtdı, lakin tezliklə başa düşdü ki, 

akademik təhsilinə və səriştələrinə uyğun daha 

dar ixtisaslaşma əldə etməlidir.

İş axtararkən öyrəndi ki, BP və tərəfdaşlarının 

maliyyə dəstəyi ilə Xəzər Universitetində 

qurulmuş Layihələri İdarəetmə Məktəbi (LİM) 

üçün layihə meneceri axtarılır. Bu vəzifə üçün 

göndərdiyi ərizə uğurlu oldu. LİM-in inkişafına 

kömək etməklə yanaşı, fürsətdən istifadə 

edərək layihə idarəetmə bacarıqlarını təkmil-

ləşdirmək üçün özü də məktəbdə təhsil aldı. 

Ramiz deyir: ”LİM gözəl bir fürsət və yeni bir 

sınaq oldu. Mənə planlaşdırma və xərclərə 

nəzarət, risklərin idarə olunması, layihə 

rəhbərliyinin idarə edilməsi və ünsiyyət kimi 

mühüm sahələrdə öz bilik və bacarıqlarımı 

gücləndirməyə imkan verdi. Təlimatçılar mənim 

üçün ilham mənbəyi oldular. Mən yaxşı dostlar 

qazandım və təlim yoldaşlarımla məhsuldar 

əlaqələr qurdum.”

2011-ci ilin dekabrında Ramiz 11 000 nəfərdən 

çox əməkdaşı olan iri yerli şirkət üçün təlim 

sisteminin qurulması və təlim mərkəzinin inşa 

edilməsini nəzərdə tutan layihəyə başçılıq etdi.

LİM-i başa vurduqdan sonra Ramiz Layihələri 

İdarəetmə İnstitutunun (PMİ) Layihələrin İdarə 

Olunması üzrə Mütəxəssis (PMP) imtahanından 

keçdi. PMP akademik göstərici olmaqla 

yanaşı, sahibinin layihələrin idarə olunması üzrə 

mühüm bacarıq və biliklərə yüksək səviyyədə 

yiyələndiyini təsdiqləyən dünyada qəbul edilmiş 

bir ixtisas dərəcəsidir.

LİM-də yiyələndiyi müxtəlif təcrübə və 

bacarıqlar Ramizdə özünə əminlik yaratdı 

ki, layihələrin idarə olunması üzrə konsaltinq 

xidmətləri sahəsində öz biznesinə başlasın. 

Bu gün o, müştərilər üçün yenidənqurma 

layihələrini idarə edir, həmçinin LİM-in digər 

məzunları ilə birlikdə PMİ-nin Azərbaycan 

bölməsini qurmaq istiqamətində çalışır.

neft-qaz ixtisası üzrə təhsil alan 91 nəfər yüksək 

nəticə göstərmiş tələbəyə təqaüdlər verdik. 

Təqaüd alanlar birinci və ikinci kurs tələbələri idi 

ki, onlardan 61 nəfəri BP-nin maliyyələşdirdiyi 10 

aylıq təlim kursu vasitəsilə öz ingilis dili biliklərini 

təkmilləşdirmək imkanı qazandı, 30 nəfərinə isə 

ləptop kompüter verildi. 2012-ci ildə verilmiş xüsusi 

təqaüdlərin dəyəri 45 880 dollar oldu. 

Ümumilikdə, 2013-cü ilin əvvəlinə biz 348 nəfər 

tələbəyə təqaüd vermişik ki, bunların səkkizi öz 

karyeralarına Azərbaycanda BP şirkətində başlayıb, 

üçü isə BP və onun tərəfdaşlarının məzunlar üçün 

təqaüdünə layiq görülüb.

BP-nin tələbələr üçün geologiya üzrə 

yay təcrübə kursu

Son doqquz ildə BP Azərbaycanda tələbə və 

məzunların sedimentologiya və struktur geologiya 

üzrə yay çöl-səhra təcrübəsinə sponsorluq edib. 

2012-ci ildə yerli və xarici universitetlərdən müraciət 

etmiş 71 nəfər ərizəçi arasından biliklərin 

qiymətləndirilməsi əsasında 22 tələbə seçildi. Kurs 

Azərbaycan Milli Elmlər Akademiyasının və Miçiqan 

Universitetinin (ABŞ) nümayəndələri tərəfindən 

keçirildi.

Azərbaycan neft və qaz təqaüd 

proqramı


2002-ci ildən başlayaraq BP və onun tərəfdaşları 

tərəfindən maliyyələşdirilən bu proqram 

azərbaycanlı tələbələrə Türkiyə və Azərbaycan 

universitetlərində mühəndislik və yerşünaslıq 

elmləri sahəsində bakalavr və magistr təhsili 

almağa imkan yaradır. 2012-ci ildə 32 nəfər bakalavr 

və iki nəfər magistr təhsili alan tələbəyə dəstək 

verildi. İl ərzində 12 nəfər tələbə yay təcrübəsi, 

səkkiz nəfər tələbə isə “Çəllenc” proqramına cəlb 

edildi (“Çəllenc” proqramımız barədə ətraflı 

məlumat almaq üçün səhifə 23-ə baxın). 2012-ci 

ildə BP və tərəfdaşlarının verdiyi təqaüdlərin dəyəri 

104 000 dollardan çox idi.

Cənubi Xəzər hövzəsinin 

modelləşdirilməsi mərkəzi

2008-ci ildə biz Milli Elmlər Akademiyasının 

Geologiya İnstitutunda Cənubi Xəzər hövzəsinin 

modelləşdirilməsi mərkəzini açdıq. Bu gün mərkəz 

müasir geoloji modelləşdirmə avadanlıqları ilə 

təchiz edilmiş bir elm müəssisəsi kimi xidmət 

göstərir, mürəkkəb Cənubi Xəzər hövzəsinin 

geoloji mühitinin modelləşdirilməsinə kömək edir. 

Buraya geologiya, geofizika, geokimya və 

biostratiqrafiya kimi müxtəlif elm sahələrində 

mütəxəssislər cəlb olunur.

2012-ci ildə mərkəzdə işlər Cənubi Xəzər 

hövzəsinin geotermal tarixi və çökmə modeli 

ətrafında cəmləşdi. Biz, həmçinin Geologiya 

İnstitutunun əməkdaşı tərəfindən Avstriyanın 

Leoben Universitetində aparılan tədqiqat layihəsini 

də dəstəklədik. Bundan əlavə, Bakıda keçirilən 

Ultra-dərin Karbohidrogen Potensialına dair 

Beynəlxalq Konfransa sponsorluq etdik.

Neft kimyası üzrə beynəlxalq konfrans

2012-ci ildə Neft Kimyası üzrə 8-ci Bakı Beynəlxalq 

Yusif Məmmədəliyev konfransına texniki dəstək 

göstərdik. Neft-kimya Prosesləri İnstitutu (Elmlər 

Akademiyası nəzdində) tərəfindən təşkil olunan bu 

konfransın əsası 1994-cü ildə BP-nin təşəbbüsü ilə 

qoyulub. Biz bu konfransa 1996, 1998 və 2000-ci 

illərdə də sponsorluq etmişik. 

2012-ci ildə sponsorluğumuz 14 947 dollar 

dəyərində oldu və konfrans iştirakçılarına 

materialların paylanmasını əhatə etdi. Konfransda 

ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, 

Qazaxıstan, Gürcüstan və Azərbaycandan olan 

təxminən 250 alim və mühəndis iştirak etdi.

Azərbaycan Biznes Keys Müsabiqəsi

Artıq ikinci ildir ki, biz ABŞ Təhsilli Azərbaycan 

Məzunları İctimai Birliyinin həyata keçirdiyi 

Azərbaycan Biznes Keys Müsabiqəsini 

dəstəkləyirik. Müsabiqədə Azərbaycan Dövlət 

İqtisad Universiteti, Qafqaz Universiteti, Bakı 

Dövlət Universiteti, Azərbaycan Dövlət Neft 

Akademiyası, Azərbaycan Turizm İnstitutu və 

Azərbaycan Dövlət İdarəçilik Akademiyasından 

450-yə yaxın tələbə iştirak edib.

Müsabiqənin ideyası iştirakçılara həll etmək üçün 

real məsələlər təqdim etmək, onların biznes 

biliklərini genişləndirmək və təqdimat bacarıqlarını 

gücləndirməkdir. BP-nin 6 410 dollar dəyərində 

sponsorluğu finalçı və qaliblər üçün mükafatların 

alınmasını əhatə etdi. Əməkdaşlarımız müsabiqəyə 

könüllü olaraq təlimçi, məşqçi və münsif kimi də 

kömək edib.

Xəzər Enerji Mərkəzi 

2012-ci ildə Xəzər Enerji Mərkəzində (XEM) 2 827 

nəfər olub. Onların 1 792 nəfəri Azərbaycan 

hökuməti, bizimlə tərəfdaş olan şirkətlər və 

Bakıdakı xarici səfirliklərin qonaqları, yaxud 

fəaliyyətimizlə maraqlanan müxtəlif təşkilatların 

nümayəndələri olub. Digər 1 035 nəfər isə məktəb 

şagirdləri və tələbələr olub.

Bu il həm də XEM-in 2005-ci ilin mayında 

açılışından bəri 40 000-ci ziyarətçisini qəbul etməsi 

ilə yadda qalıb. Bundan əlavə, biz BP-nin ekoloji 

cəhətdən həssas ərazilərdə necə enerji hasil 

etdiyini izah edən “Oazis” adlı yeni sərgi açdıq. 

Sərgiyə Xəzər dənizi və Abşeron yarımadasının 

yerli flora və faunası ilə landşaftını əks etdirən 

təsvirlər, BP-nin ətraf mühitə yanaşmasından bəhs 

edən video film, ətraf mühitə dair viktorinalardan 

ibarət interaktiv oyunlar və yerli süxur nümunələri 

bağçası daxildir.

Cəmiyyət

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə