Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   25   26   27   28   29   30   31   32   33

Bu hesabat BP qrupunun auditorları olan “Ernst & 

Young” şirkəti tərəfindən yoxlanılmışdır. Yoxlama 

prosesinin əsas məqsədi hesabatın mətnində 

verilmiş BP-nin davamlı inkişafla bağlı fəaliyyətinə 

dair məlumat, açıqlama və faktların dəlillərə 

əsaslandığını təsdiq etməkdən ibarətdir. Bu 

prosesin məqsədi müstəqil üçüncü tərəfin 

hesabatın məzmununa zəmanət verməsidir. “Ernst 

& Young”ın gördüyü işlərin əhatə dairəsi və 

nəticələri aşağıda verilib.

Müstəqil şirkətin BP rəhbərliyinə 

əminlik barədə təminat bəyanatı



“BP Azərbaycanda. Davamlı inkişaf haqqında 

hesabat 2012” (“Hesabat”) onun daxilindəki 

məlumatların toplanması və təqdim edilməsinə 

görə məsuliyyət daşıyan Azərbaycanda BP-nin 

rəhbərliyi tərəfindən hazırlanmışdır. Bizim 

məsuliyyətimiz BP rəhbərliyinin təlimatlarına uyğun 

olaraq Hesabatda verilmiş məlumat, fakt və 

işıqlandırılmış məsələlərin əhatə dairəsi barədə 

aşağıda göstərildiyi kimi məhdud əminlik öhdəliyini 

yerinə yetirməkdən ibarətdir.

Bu işlərin yerinə yetirilməsində biz yalnız “BP 

p.l.c.”nin rəhbərliyi qarşısında, onlarla razılaşdırılmış 

səlahiyyətlər çərçivəsində cavabdehik. Buna görə 

də hər hansı digər bir məqsədə görə və ya hər 

hansı digər şəxs və ya təşkilat qarşısında heç bir 

məsuliyyət daşımırıq. Hər hansı üçüncü tərəfin 

Hesabata nə dərəcədə etibar etməsinin 

məsuliyyəti tamamilə onun öz üzərinə düşür. 

Gəldiyimiz nəticələr gördüyümüz 

hansı işlərə əsaslanır

Əminlik üzrə götürdüyümüz öhdəlik Beynəlxalq 

Mühasiblər Federasiyasının Beynəlxalq ISAE3000

a

 



Standartlarına uyğun olaraq planlaşdırılmış və 

həyata keçirilmişdir. Hesabat aşağıdakı meyarlara 

görə qiymətləndirilmişdir: 

•  Hesabatın 2012-ci ildə media nümayəndələri 

tərəfindən BP-nin Azərbaycandakı fəaliyyətləri ilə 

əlaqədar qaldırdığı davamlı inkişafa dair əsas 

məsələləri, Azərbaycanda BP-nin mühüm davamlı 

inkişaf problemləri ilə bağlı özünün keçirdiyi 

yoxlama və seçilmiş daxili sənədləri əhatə 

edib-etməməsi.

•  Hesabatda verilmiş davamlı inkişaf haqqında 

məlumatların BP-nin müvafiq rəhbərləri 

tərəfindən verilən izah və dəlillərə uyğun 

gəlib-gəlməməsi.

•  Hesabatda verilmiş davamlı inkişaf haqqında 

məlumatların müvafiq biznes bölümü 

səviyyəsində qeydə alınmış məlumatlara uyğun 

gəlib-gəlməməsi.

Nəticələrə gəlmək üçün biz xülasəsi 

aşağıda sadalanan işləri həyata 

keçirmişik

1.  Azərbaycanda BP-nin 2012-ci ildə davamlı 

inkişafla bağlı fəaliyyətinə dair şirkətdənkənar 

kütləvi informasiya vasitələrinin hesabatlarını və 

şirkətdaxili sənədləri, o cümlədən maraqlı 

tərəflərlə görüşlərin nəticələrini nəzərdən 

keçirmişik.

2. Hesabatda əksini tapmalı əsas məsələlərin 

müəyyənləşdirilməsi üçün Azərbaycanda BP-nin 

nəzərdə tutduğu proseslərin nəticələrini 

nəzərdən keçirmişik. 

3. Hesabatda davamlı inkişaf üzrə verilmiş icra 

göstəriciləri və bəyanatlar haqqında məlumat və 

ya izahatları nəzərdən keçirmişik. Hesabatda 

əksini tapmış davamlı inkişaf üzrə göstəriciləri 

dəstəkləyən sənədləri yoxlayarkən ölkə və ya 

sahə səviyyəsində məlumatların toplanması, 

müqayisə edilməsi və onların necə əldə 

edilməsi proseslərini yoxlamamışıq. 

Əminlik səviyyəsi

Dəlil toplama proseduralarımız məhdud əminlik 

səviyyəsi əldə etmək və nəticələri əsaslandırmaq 

üçün nəzərdə tutulmuşdur. Həyata keçirilmiş dəlil 

toplama proseduralarının səviyyəsi məqbul əminlik 

öhdəliyinin yerinə yetirilməsinə (məsələn, maliyyə 

auditi) verilən tələblərlə müqayisədə aşağıdır və 

buna görə də nisbətən aşağı səviyyəli əminlik 

təmin edilmişdir.

Gəldiyimiz nəticələr

Hesabatla bağlı apardığımız yoxlama əsasında və 

işimiz üçün müəyyən edilmiş səlahiyyətlər 

dairəsində aşağıdakı nəticələrə gəlmişik.  

Bu nəticələr yuxarıdakı “Gəldiyimiz nəticələr 

gördüyümüz hansı işlərə əsaslanır” bölməsi ilə 

birlikdə oxunmalıdır.

1.  Hesabat əsas məsələləri əhatə edirmi? 

Mətbuatda və ya Azərbaycanda BP-nin özünün 

əhəmiyyət dərəcəsinin qiymətləndirilməsi 

prosesinin nəticəsi kimi qaldırılmış və bu 

Hesabata daxil edilməmiş davamlı inkişafla 

əlaqədar Azərbaycanda BP-yə aid hər hansı bir 

əsas məsələ bizə məlum deyil. 

2. Hesabatda Azərbaycanda BP-nin davamlı inkişaf 

üzrə icra göstəriciləri dəlil-sübut və ya izahatlarla 

təsdiqlənirmi?

Hesabatda BP rəhbərliyi tərəfindən 

Azərbaycanda BP-nin davamlı inkişaf üzrə həyata 

keçirdiyi fəaliyyətlərlə bağlı təqdim edilmiş 

təsdiq və məlumatlarda hər hansı bir qeyri-

düzgün bəyanatın olması bizə məlum deyil.

Müstəqilliyimiz

“BP p.l.c.”nin auditorları kimi “Ernst & Young”dan 

Audit Təcrübələri Şurasının (“Auditing Practices 

Board”) Auditorlar üçün etik standartlarında 

müəyyənləşdirilmiş tələblərə riayət etmək tələb 

olunur. “Ernst & Young” şirkətinin müstəqillik 

strategiyaları firmalar, tərəfdaşlar və peşəkar 

işçilərə tətbiq olunur. Bu strategiyalar 

sifarişçilərimizə münasibətdə müstəqilliyə xələl 

gətirən və ya gətirə biləcəyi ehtimal olunan hər 

hansı maliyyə maraqlarını qadağan edir. Hər il işçi 

və tərəfdaşlardan şirkətin siyasətlərinə riayət 

etdiklərini təsdiq etmək tələb olunur. 

Biz hər il qadağan edilmiş xidmətlər də daxil 

olmaqla, müstəqilliyimizə və obyektivliyimizə xələl 

gətirə biləcək hər hansı hadisənin baş verib-

vermədiyini BP-yə bildiririk. 2012-ci ildə heç bir belə 

hadisə və ya xidmət olmamışdır.

 

Ernst & Young LLP,  London



23 may 2013

Müstəqil əminlik bəyanatı

a

Auditlər və ya Tarixi Maliyyə Məlumatları üzrə Yoxlamalar istisna olmaqla Əminlik Öhdəlikləri üçün Beynəlxalq Mühasiblər 



Federasiyasının Beynəlxalq Standartı (İSAE3000).

52 Müstəqil əminlik bəyanatı

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012



Hesabatın hazırlanması prosesi, rəy və təkliflər

Tələbələr, kütləvi informasiya vasitələri və 

vətəndaş cəmiyyəti nümayəndələrinin rəy və 

təkliflərini öyrənmək üçün keçirdiyimiz görüşlər.

Bu, davamlı inkişaf haqqında BP-nin Azərbaycanda 

nəşr etdiyi sayca onuncu hesabatdır. Hesabat  

2012-ci il ərzində bizim Azərbaycanda həyata 

keçirdiyimiz fəaliyyətləri təsvir edir, əvvəlki 

hesabatlar barədə aldığımız rəy və təklifləri əks 

etdirir. 

BP qrupunun auditorları olan “Ernst & Young” 

şirkəti məlumatların düzgünlüyünə şirkətdənkənar 

zəmanət verib. Onların vəzifəsi bu hesabatda 

verilmiş rəqəm və açıqlamaların düzgünlüyü və 

sənədlərə əsaslandığını, bizim 2012-ci ildə 

Azərbaycandakı fəaliyyətlərimizlə bağlı əsas 

məsələlərin hesabatda tarazlaşdırılmış təqdimatını 

təmin etmək olub.

Rəylər

Əvvəlki nəşrlər kimi 2011-ci ilin davamlı inkişaf 



haqqında hesabatı da Azərbaycan və ingilis 

dillərində nəşr edildi və həm şirkət daxilində, həm 

də şirkətdən kənarda çap variantda və veb-saytımız 

vasitəsilə geniş şəkildə yayıldı. Bütün maraqlı 

tərəflərə hesabatın bir nüsxəsi göndərildi və 

onlardan öz rəy və təkliflərini verməsi xahiş olundu. 

Biz, həmçinin kütləvi-informasiya vasitələri, 

tələbələr və vətəndaş cəmiyyəti nümayəndələri ilə 

birbaşa rəy sorğusu üçün üç görüş təşkil etdik. 

Ümumiyyətlə, onların rəyi müsbət oldu. 



Tələbələr

 

Bakı Dövlət Universiteti, Dövlət İdarəetmə 



Akademiyası, Dövlət İqtisadiyyat Universiteti, 

Dövlət Neft Akademiyası, Qafqaz Universiteti və 

Xəzər Universitetinin tələbələri birgə rəy sorğusu 

görüşündə iştirak etdilər. Xəzər regionunda yeni 

texnologiyaların istifadəsi ilə yanaşı işəgötürülmə ilə 

bağlı məsələlər və BP-nin təcrübə proqramı bu 

qrupu daha çox maraqlandırdı. Tələbələr, həmçinin 

hesabatdakı məlumatların daha yaxşı çatdırılması, 

xüsusilə də hesabatda infoqrafika kimi yeni 

formatların istifadə olunmasına meyl göstərdilər. 



Kütləvi informasiya vasitələri

 

Media mənsublarının rəyləri də əsasən müsbət 



oldu və 2011-ci ilin hesabatı əvvəlki ildə olduğu kimi 

əhatəli və informativ hesab edildi. Gələcək üçün 

təkliflər əsasən “Əməliyyatlarımız” bölməsində 

daha geniş texniki təfərrüatların və hasilatdakı 

çətinliklər barədə daha çox məlumatın verilməsinə 

aid idi. Digər təkliflərə qrafik və diaqramlardan daha 

çox istifadə edilməsi daxil idi.

Vətəndaş cəmiyyəti

 

Vətəndaş cəmiyyətinin nümayəndələri birgünlük 



dəyirmi masaarxası müzakirədə iştirak etdilər. BP 

qrupunun hesabatların verilməsi üzrə heyəti qrup 

və ölkə səviyyəsində BP-nin davamlı inkişaf 

haqqında hesabatı haqqında rəyləri dinləmək üçün 

görüşdə iştirak etdi. Görüşdən əvvəl davamlı 

inkişaf haqqında hesabatımızla əlaqədar fikirlərini 

bilmək üçün dəyirmi masa iştirakçılarını müsahibə 

etdik. Müsahibələr sonrakı müzakirənin əsas 

istiqamətlərini müəyyən etmək və ümumilikdə, 

hesabat prosesi ilə bağlı qərarlar verməkdə bizə 

kömək etdi. 

Əsas təkliflərdən biri hesabata strateji qərarlar və 

gələcək planlarımızla bağlı daha çox məlumat daxil 

etmək idi. Alınan rəylərdən aydın oldu ki, onlar 

növbəti hesabatlarda davamlı inkişafla bağlı 

layihələr haqqında daha çox məlumat verilməsini, 

məsələn, BP və onun tərəfdaşlarının hansı 

qeyri-hökumət təşkilatları ilə, hansı icmalarda 

işləməsi, layihələrin verdiyi töfhə və nəticələr, 

gələcək planlar barədə yazmağımızı istəyirlər.

Bizim cavabımız

Aldığımız rəylərə cavab olaraq biz bu hesabata 

Azərbaycanda məzunların işə qəbulu və təcrübə 

proqramı haqqında daha çox məlumat daxil etdik. 

Biz statistik göstəriciləri əyani etmək üçün daha 

çox diaqramdan və infoqrafikadan istifadə etdik.

Biz, həmçinin hesabatımızın müxtəlif bölümlərində 

gələcək planlarımızla bağlı müxtəlif məlumatlar, o 

cümlədən qlobal strategiyamızın qısa xülasəsini 

əlavə etdik. Bundan əlavə, maraqlı tərəflərin təklif 

etdiyi kimi hesabata yeni “Hasilatın idarə olunması” 

alt-bölümü və Xəzər regionunda sınaqdan 

keçirilmiş yenilikçi texnologiya barədə bir konkret 

misal da daxil etdik. 

Biz Azərbaycanda çəkdiyimiz xərclər, işə götürmə 

təcrübəmiz, əməyin təhlükəsizliyi və ətraf mühitin 

qorunması ilə bağlı icra göstəricilərimiz və gəlirlərin 

şəffaflığını yaxşılaşdırmaq üçün birgə səylərimizə 

uyğun olaraq, Azərbaycan hökumətinə 

ödənişlərimiz barədə məlumatları açıqlamaqda 

davam edirik. 

Etik və məxfiliklə bağlı səbəblərə görə, həmçinin 

BP qrupunun siyasətinə uyğun olaraq, biz ayrı-ayrı 

işçilərimizə və ya podratçılarımıza ödənilən əmək 

haqlarının məbləği və kommersiya baxımından 

həssas məlumatları açıqlamırıq. BP qrupunun 

bütün dünyada gəlirləri və xərcləri üzrə ümumi 

məlumatı şirkətin 2012-ci il üçün illik hesabatında 

oxumaq olar.

Əgər bu hesabatla bağlı rəy və təklifləriniz olarsa, 

lütfən, bizimlə axırıncı səhifədə verilmiş ünvan və 

telefonlar vasitəsi ilə əlaqə saxlayın. 

Bu hesabatın məqsədi 2012-ci ildə Azərbaycanda gördüyümüz işlər 

və fəaliyyətlərimiz barədə ətraflı və şəffaf hesabat vermək və maraqlı 

tərəflərdən aldığımız rəy və təkliflərə cavab verməkdir.

BP davamlı inkişaf barədə necə  

hesabat verir 

bp.com/sustainability

BP qrupunun gəlirləri və xərcləri  

üzrə ümumi xülasə 

bp.com/summaryreview



Xəzər Enerji Mərkəzinə gəlin

Xəzər Enerji Mərkəzi (XEM) Bakının mərkəzindən 55 km 

məsafədə, Salyan şosesinin yaxınlığındakı Səngəçal neft 

və qaz terminalında yerləşir. Səfərlər pulsuzdur və bazar 

ertəsindən cüməyədək saat 10.00-dan 16.00-a qədər 

həyata keçirilir.

XEM-ə bütün səfərlər əvvəlcədən təşkil olunur. 

Məktəblilərin və universitet tələbələrinin səfərləri onların 

valideynləri və ya müəllimləri tərəfindən müşayiət olunur. 

Yaşlılar (16 və daha çox yaşlı) səfərdən qabaq adlarını və 

şəxsiyyət vəsiqələrinin nömrələrini təqdim etməlidirlər.

Telefonlar: +994 (0)12 446 8181 / 446 8141

E-poçt: cec@bp.com 

cec.az

İş üçün müraciət edin

Veb-saytımızın Karyera bölməsinə baş çəkin:  



bp.com/xezer/karyera

Orada texniklərin işə götürülməsi proqramı, məzun və 

təcrübəçilərin işə götürülməsi proqramı və Azərbaycanda 

BP-nin təcrübəli peşəkarlar üçün iş elanları haqqında 

məlumat ala bilərsiniz.

Qeyd: Məzun və təcrübəçilərin işə götürülməsi 

kampaniyası adətən oktyabr ayında başlanır və bu barədə 

yerli mediada elan verilir.



Müqavilə bağlayın

Biznes E-mərkəzinə, inkişaf layihələrimiz və tədarük 

sistemimizin necə işlədiyi barədə məlumatların 

yerləşdirildiyi veb-portalımıza daxil olun:



ecbaku.com

Şikayət, narahatçılıq və sorğularınızı göndərin

Öz şikayətlərinizi, sizi narahat edən məsələləri və ya digər 

məlumatlarla bağlı sorğularınızı, zəhmət olmasa, icmalarla 

əlaqə üzrə məsul şəxslərə çatdırın:

Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar 

+994 (0)55 225 0251/225 0245

Ağdaş, Yevlax, Goranboy, Samux 

+994 (0)55 225 0257/225 0254

Şəmkir, Tovuz, Ağstafa 

+994 (0)55 250 5831/225 0260

İctimai informasiya mərkəzlərinin nömrələri:

Kürdəmir +994 (0)145 505 45 

Yevlax +994 (0)166 658 84 

Gəncə +994 (0)22 573 890

Təhlükəsizliklə əlaqədar şikayət və narahatlıqlarla bağlı, 

lütfən, 114 nömrəsinə zəng edin.



Problemli məsələləri qaldırın

24 saat fəaliyyət göstərən “OpenTalk”un telefon 

nömrələrindən istifadə edin:

Azərbaycan: +994 (0)12 599 3888

Beynəlxalq xətt: +1 704 540 2242

Faks: +1 704 556 0732

Məktub:  BP OpenTalk, 13950 Ballantyne Corporate 

Place, PMB 3767, Charlotte, NC 28277, US.

Onlayn forma: opentalkweb.com

“OpenTalk” haqqında əlavə suallar Azərbaycanda BP-yə 

ünvanlanmalıdır.

İcma proqramı qrantı üçün müraciət edin

İcma proqramı qrantları ilə bağlı veb-saytımızda daha geniş 

məlumat alın: bp.com/xezer

Bizimlə növbəti ünvanla da əlaqə saxlaya bilərsiniz: 



cdi@bp.com

Sizin rəyiniz bizim üçün əhəmiyyətlidir. 

Qeyd və təkliflərinizi onlayn göndərə, 



bp.com/caspian/contactus 

 

həmçinin 



+994 (0)12 599 3000 

nömrəli telefonla zəng vura

və ya bizə yaza bilərsiniz: 

Şəffaflıq və ictimaiyyətə hesabatların 

verilməsi qrupu 

BP AGT regionu, Hyatt tauer 3, 

2-ci mərtəbə, İzmir küçəsi 1033, 

Bakı, Azərbaycan



Minnətdarlıqlar  

Dizayn 


“Maxmedia” MMC  

Çap 


“Max Offset” nəşriyyat evi

Foto-şəkillər  Şahin Abasəliyev,  

 

Styuart Konvey,  



 

Çingiz Səmədzadə  

 

Kağız 

Bu hesabat yenidən emal olunmuş kağız üzərində çap olunub. Bu kağıza müstəqil yoxlama 

tərəfindən Meşə işləri üzrə İdarəçilər Şurasının (FSC) qaydalarına uyğun şəhadətnamə verilib.

© BP p.l.c. 2013



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə