Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   2   3   4   5   6   7   8   9   ...   33

BP-nin Azərbaycanda fəaliyyəti 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

6

Hüquqi struktur



BP Azərbaycanda bir sıra hüquqi şəxslərin qismində 

fəaliyyət göstərir və bu da onun 1992-ci ildə Bakıda 

ilk ofisini açmasından bəri ölkədə və regionda 

keçdiyi təkamülü əks etdirir. Əsas hüquqi şəxs BP 

Eksploreyşn (Kaspian Si) Limited (“BP Exploration 

(Caspian Sea) Limited”) şirkətidir.

BP Azərbaycan, Gürcüstan və 

Türkiyədə

Azərbaycanda BP Azərbaycan hökuməti ilə 

bağlanmış bir neçə hasilatın pay bölgüsü sazişi 

və tranzit əraziyə malik ölkə hökuməti sazişi 

(TƏMÖHS) əsasında fəaliyyət göstərir. Gürcüstan 

və Türkiyədə o, ixrac boru kəmərləri və terminalları 

əhatə edən TƏMÖHS-lər əsasında fəaliyyət göstərir.

Biznes strukturu

2012-ci ilin sonunda 11 vitse-prezident, baş maliyyə 

müşaviri, tədarük və təchizat üzrə məsul şəxs və 

baş hüquq müşaviri köməkçisi BP-nin Azərbaycan-

Gürcüstan-Türkiyə regionu üzrə prezidentinə 

hesabat verirdi.

Qeydiyyatdan keçirilmiş ünvan

BP Eksploreyşn (Kaspian Si) Limited şirkətinin 

Azərbaycandakı ofisinin qeydiyyatdan keçirilmiş 

ünvanı: Nizami küçəsi 96, Bakı şəhəri, AZ1010. 

Telefon: +994 (0)12 599 3000.  

Faks: +994 (0)12 599 3665.

Əməkdaşlar

2012-ci ilin sonunda Azərbaycanda BP tərəfindən 

daimi işə götürülmüş şəxslərin sayı 3 072

a

 idi ki, 



bunların 2 555-i Azərbaycan vətəndaşları idi.

Dənizdəki hasilat yataqları

Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG)

b

 Xəzər 



dənizinin Azərbaycan sektorunda ən böyük neft 

yatağıdır. Şahdəniz (ŞD) çox böyük dəniz qaz və 

kondensat yatağıdır.

Dənizdəki istismarda olan obyektlər 

Çıraq platforması, Mərkəzi Azəri platforması, Qərbi 

Azəri platforması, Şərqi Azəri platforması, Şahdəniz 

platforması və Dərinsulu Günəşli platforması.

Nəqletmə və saxlama imkanları

(2012-ci ilin sonu) 

Nəqletmə:

 Səngəçal terminalı – Bakı şəhərinin 

cənubunda yerləşən neft və qaz emalı terminalı. 

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri – Səngəçal 

terminalını Türkiyənin Ceyhan dəniz terminalı 

ilə birləşdirən 1 768 km uzunluğunda (443 km 

Azərbaycanda) boru kəməri. Cənubi Qafqaz Boru 

Kəməri (CQBK) – Səngəçal terminalı ilə Gürcüstan-

Türkiyə sərhədi arasında 691 km uzunluğunda 

(443 km Azərbaycanda) qaz boru kəməri. Qərb 

İxrac Boru Kəməri (QİBK) – Səngəçal terminalını 

Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanı 

ilə birləşdirən 829 km uzunluğunda (456 km 

Azərbaycanda) boru kəməri. 

 

Nəqletmə və saxlama qabiliyyəti:

 BTC – gündə 

1,2 milyon barel; CQBK – gündə 19,8 milyon 

standart kubmetr (mmscm); QİBK – gündə 

106 min barel. Səngəçal terminalı – gündə 1,2 

milyon barel (164 000 ton) neft və 41,5 mmscm 

qaz (27,4-ü ŞD və 14,1-i AÇG-dən) emal edə bilir. 

Rezervuarların xam neft tutumu 3,2 milyon bareldir 

(450 000 ton).

Geoloji-kəşfiyyat işləri

Şəfəq-Asiman kəşfiyyat ərazisi.

Əsaslı xərclər 

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin 1995-ci 

ildə qurulmasından bəri AÇG, BTC, ŞD Mərhələ 1 

və CQBK layihələri üçün təxminən 38 milyard dollar.

Neft və kondensat hasilatı

AÇG 1997-2012-ci illər: cəmi 2,1 milyard bareldən 

çox, o cümlədən 2012-ci ildə 243 milyon bareldən 

çox. ŞD-dən kondensat hasilatı: cəmi təqribən 80 

milyon barel və 2012-ci ildə 16 milyon bareldən çox.

Qaz hasilatı

ŞD 2006-2012-ci illər: cəmi təqribən 38 milyard 

standart kubmetr, o cümlədən 2012-ci ildə 7,7 

milyard standart kubmetrdən çox.

Şərqi Azəri platforması.

Buraya təyinatla xaricdə işləyən və Azərbaycan vətəndaşı olan 



65 ixtisaslı işçi də daxildir.

Dayazsulu Günəşli Azərbaycan Respublikası Dövlət Neft 



Şirkəti tərəfindən işlənilir.

Strukturumuz, təşkilatımız, obyektlərimiz və tariximiz.

BP Azərbaycan – ilk baxışda



Bernard Luni 

Hasilat üzrə baş əməliyyat 

icraçısı, BP qrupu

BP-nin bütün dünyadakı əməliyyatlarına 

baş çəkmək ön xətdəki işçilərimizin hansı 

çətinliklərlə rastlaşdığını başa düşməyimizə 

kömək edir. 2012-ci ilin oktyabrında nəhəng 

Azəri-Çıraq-Dərinsulu Günəşli yatağında 

hasilatla bağlı məsələləri ARDNŞ-dəki 

həmkarlarımızla müzakirə etmək üçün 

Apstrim üzrə digər iki vitse-prezidentlə 

birlikdə Azərbaycanda oldum. Qarşılaşdığımız 

çətinlikləri aradan qaldırmaq üçün planı 

razılaşdırdıq. Biz tərəfdaşlarımızla birgə 

işləməyi davam etdirmək, əməyin 

təhlükəsizliyinə güzəştsiz münasibətimizi 

saxlamaqla icra göstəricilərimizi gücləndirmək 

və Azərbaycanda işçi qruplarımıza kömək 

etmək məqsədilə BP-nin ən yaxşı təcrübə, 

texnologiya və səriştəsini gətirmək 

öhdəliyimizə sadiqik.

7

2012-ci il ərzində Azəri-Çıraq-Dərinsulu Günəşli 



(AÇG) neft və Şahdəniz (ŞD) qaz yataqlarında 

hasilat davam etdirildi. 

Azəri-Çıraq-Dərinsulu Günəşli 

BP, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin 

adından AÇG yatağının əməliyyatçısıdır. AÇG Xəzər 

hövzəsinin Azərbaycan sektorunda ən iri neft 

yatağıdır və Bakıdan təxminən 100 km şərqdə 

yerləşir. Yarğanlar, palçıq vulkanları, eləcə də dik 

yamaclar daxil olmaqla sərt dəniz dibi relyefinə 

malik geoloji baxımdan mürəkkəb yataqdır. 

AÇG-də hasilat 1997-ci ilin noyabr ayında yatağın 

Çıraq hissəsindən başlanmışdır və indi buraya 

yatağın Mərkəzi, Qərbi və Şərqi Azəri, həmçinin 

Dərinsulu Günəşli hissələri də daxildir. 2012-ci il 

Biz dənizdə Azərbaycanın əsas karbohidrogen yataqlarının 

operatoruyuq. Quruda dünyanın ən böyük kompleks neft və qaz emalı 

terminallarından birini, həmçinin onu region və dünya bazarları ilə 

birləşdirən boru kəmərlərini idarə edirik. 

Əməliyyatlarımız

mayın 18-də AÇG istismara verildiyi 1997-ci ildən 

bəri 2 milyard barel neft hasilatına nail oldu. 

2012-ci ildə AÇG kompleksindən orta hesabla 

gündə 664 400 barel (ildə 243,2 milyon barel və ya 

32,9 milyon ton) neft hasil etdik. Bundan başqa, 

Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) gündə 

təxminən 9,2 milyon standart kubmetr (təxminən 

324 milyon standart kubfut) səmt qazı çatdırıldı. 

Ümumilikdə, 2012-ci ildə ARDNŞ-yə təxminən 3,4 

milyard standart kubmetr (təxminən 119 milyard 

standart kubfut) səmt qazı təhvil verdik. Bu, səmt 

qazı ilə bağlı bütün il üzrə 3 milyard standart 

kubmetr (və ya 106 milyard standart kubfut) olan 

proqnozumuzdan təxminən 13% çoxdur. 

AÇG üzrə əməliyyat xərcləri cəmi 725 milyon, 

əsaslı xərclər isə 2,495 milyard dollar oldu. 2013-cü 

ildə AÇG fəaliyyətləri üzrə əməliyyat xərclərinə 758 

milyon, əsaslı xərclərə isə 2,514 milyard dollar 

vəsait xərcləməyi nəzərdə tuturuq.



Hasilatın idarə olunması 

1997-ci ildən bəri AÇG-dən neft hasilatında davam 

edən sabit artımdan sonra 2011-12-ci illərdə 

hasilatın azalması ilə üzləşdik. Bu, mövcud 

quyularda məhsuldarlığın aşağı düşməsi, yeni 

quyuların təhvil verilməsi, Xəzərdə qazma 

qurğularından məhdud istifadə imkanı və AÇG-də 

məhsuldar layın mürəkkəb geologiyası kimi 

amillərin birləşməsindən irəli gəlib. 

2012-ci ilin noyabrında BP, ARDNŞ və digər 

tərəfdaşlar AÇG-də hasilatla bağlı problemlərin 

idarə olunması və məhsuldarlığın yaxşılaşdırılması 

üçün sıx əməkdaşlıq etməyə başladı. Gələcək bir 

çox illər ərzində AÇG-də məhsuldarlığın səmərəli 

şəkildə idarə olunması üçün birlikdə planlar 

hazırladıq və hasilatla bağlı prioritet istiqamətləri 

razılaşdırdıq. 

Müəyyən etdiyimiz yeddi prioritet istiqamət yeni 

quyuların təhvil verilməsi, lay təzyiqinin azalmasının 

Mərkəzi Azəri platforması.

BP-nin Azərbaycanda fəaliyyəti 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012



Azəri-Çıraq-Dərinsulu Günəşlidən neft hasilatı, 2003-2012 

(milyon barel)



27,25

27,20

34,00

38,70

44,60

47,13

51,83

52,40

56,21

47,82

57,99

70,10

74,90

69,60

71,70

89,13

81,39

42,80

69,74

72,40

90,60

98,00

76,60

62,53

35,04

49,02

45,80

51,40

49,60

41,40

45,18

4,02

39,18

46,40

49,50

42,50

17,70

50

100



150

200


250

300


2012

2011


2010

2009


2008

2007


2006

2005


2004

2003


Çıraq

Mərkəzi Azəri

Qərbi Azəri

Şərqi Azəri

Dərinsulu Günəşli



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə