Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   2   3   4   5   6   7   8   9   10   ...   33

11

Səngəçal terminalı: BP-nin Xəzərdə əməliyyatçısı olduğu bütün obyektlər üçün strateji mərkəz 

Səngəçal terminalı 

Səngəçal terminalı dənizdən gələn nefti və 

qazı ixracdan əvvəl texnoloji emaldan keçirən 

bir mərkəzdir. Terminal Xəzər hövzəsində 

BP tərəfindən işlədilən bütün mövcud dəniz 

yataqlarından hasil edilən məhsulu texnoloji emal 

etmək üçün nəzərdə tutulub və genişləndirilmək 

imkanı var. Terminala neft və qazı texnoloji emal 

edən qurğular, Bakı-Tbilisi-Ceyhan (BTC) boru 

kəmərinin birinci nasos stansiyası, Cənubi Qafqaz 

Boru Kəmərinin (CQBK) kompressor stansiyası və 

digər qurğular daxildir. 

2012-ci ildə terminal 282,9 milyon barel neft ixrac 

etdi. Bunun 246,4 milyon bareli BTC ilə, təxminən 

29,1 milyon bareli Qərb İxrac Boru Kəməri (QİBK) 

marşrutu ilə, təxminən 6 milyon bareli dəmir yolu, 

1,4 milyon bareli isə kondensat ixrac xətti ilə ixrac 

edildi. 

2012-ci ildə terminaldan orta hesabla gündə 

təxminən 21,1 milyon standart kubmetr (və ya 

745,4 milyon standart kubfut) ŞD qazı ixrac olundu. 

Qaz CQBK və terminalın qaz emalı qurğularını 

Azəriqazın yerli şəbəkə sisteminə birləşdirən 

ARDNŞ qaz boru kəməri vasitəsilə ixrac edildi.

İl ərzində Səngəçal terminalının genişləndirilməsi 

fəaliyyətləri yolun bərpa və tikintisi, müvəqqəti 

Səngəçal terminalı

• Sahəsi: 542 hektar

• Yerləşdiyi ərazi: Bakıdan 55 km cənubda, 

Qaradağ rayonu

• Texnoloji emal gücü: gün ərzində 1,2 milyon 

barel neft və 41,5 milyon kubmetr qaz (o 

cümlədən, 27,4 milyon Şahdəniz və 14,1 

milyon kubmetr AÇG qazı)

• Maksimum tutumu: təxminən 4 milyon barel 

• İşlək tutumu: təxminən 3,2 milyon barel

obyektlərin və daşqına qarşı bəndin tamamlanması, 

sahənin düzlənməsi, boru kəmərinə baxış və 

müştərək ofisin tikilməsindən ibarət oldu.

2012-ci ildə terminalda müxtəlif modernləşdirmə 

və təkmilləşdirmə işləri aparıldı. ŞD üzrə çıxan 

istiliyin utilizasiyası qurğusu istismara verildi, ŞD 

üzrə məşəl qazı layihəsinin ikinci mərhələsi başladı, 

dövri texniki xidmət (aşağıya baxın) təhlükəsiz 

şəkildə başa çatdırıldı və boru kəmərindən parafinin 

təmizlənməsi proqramı həyata keçirildi. Yeni 

laboratoriyanın tikintisi 2014-cü il üçün iş qrafikimizə 

keçirildi.

Şahdəniz platformasının gecə görünüşü.

BP-nin Azərbaycanda fəaliyyəti 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




2013-cü il üçün perspektivlər

Terminalın təhlükəsiz, etibarlı və səmərəli gündəlik 

işini davam etdirmək 2013-cü ildə əsas prioritetimiz 

olaraq qalacaq. Həmçinin Şahdəniz üçün isti yağ 

daşıyıcı sistemində filtrasiya blokunun qoyulması, 

kondensasiya səviyyəsinə nəzarət qurğularının 

etibarlılığının yaxşılaşdırılması, eləcə də Azəri-Çıraq-

Dərinsulu Günəşli (AÇG) Faza 2 boru kəmərinin 

parafindən təmizlənməsi proqramını Mərkəzi Azəri 

və Şərqi Azəridə başa çatdırmağı nəzərdə tuturuq. 

Bu il üçün planlaşdırılmış digər layihələrə 

CQBK-nin diaqnostikası proqramına dəstək, 

İlkin neft layihəsi çəninə texniki baxış proqramı, 

infrastrukturun modernləşdirilməsi və müxtəlif 

təmir - tikinti layihələri daxildir. Biz, həmçinin, 

təhlükə və istismara yararlılığın araşdırılması planına 

başlayacağıq. 

Dövri texniki xidmət

2011-ci ildəki geniş əhatəli dövri texniki xidmət 

(DTX) proqramımızın ardınca 2012-ci ildə Səngəçal 

terminalı (19 gün) və dəniz platformalarında – 

Şahdəniz (19 gün) və Dərinsulu Günəşlidə (15 gün) 

DTX-ləri – zəruri texniki xidmət, təftiş və ya layihə 

işlərinin tamamlanması üçün istismar obyektlərinin 

dayandırıldığı dövrləri – başa çatdırdıq. 

Səngəçalda sentyabrda həyata keçirdiyimiz DTX 

terminalın tarixində ən böyüyü idi, onu təhlükəsiz 

şəkildə, uğurla tamamladıq. Buraya çoxlu sayda 

iridiametrli klapanların birləşdirilməsi, mövcud 

yerüstü məşəl sisteminin təftişi və texniki xidməti, 

isti yağ daşıyıcı sistemində mayenin dəyişdirilməsi 

daxil idi. 

Şahdəniz platformasında DTX terminalla eyni 

vaxtda aparıldı. Platformadakı zəruri işlərə yüksək 

təzyiqli çənin daxili və struktur təftişi, müxtəlif 

buraxıcı klapanların dəyişdirilməsi və dördüncü 

xilasetmə qayığının quraşdırılması üçün tələb 

olunan altı qaynaq birləşdirməsi daxil idi. 

Oktyabrda Dərinsulu Günəşlidəki DTX-yə Çıraq neft 

layihəsi üçün mühüm birləşmələrin quraşdırılması, 

klapanların dəyişdirilməsi və yüksək təzyiqli 

çənlərin daxili təftişi daxil idi. Həm yüksək təzyiqlə, 

həm də aşağı təzyiqlə işləyən məşəl ucluqları 

dəyişdirildi. 

12

25 076


24 982

25 107


25 571

26 309


28 155

28 167


28 694

28 753


32 820

33 780


35 442

36 373


37 242

40 906


43 901

48 885


53 528

53 762


53 792

10 000


20 000

30 000


40 000

50 000


60 000

Trinidad


Avstraliya

Avstraliya



M rk zi Az ri (d)

Avstraliya



Q rbi Az ri (b)

Q rbi Az ri (a)

M rk zi Az ri (c)

Trinidad


Şahd niz (e)

Şahd niz (d)

M rk zi Az ri (b)

Anqola


M rk zi Az ri (a)

Avstraliya



Şahd niz (c)

Şahd niz (b)

Şahd niz (a)

Avstraliya

Avstraliya

Ümumi neft debiti (günd barel neft ekvivalenti)

Neft debiti (günd barel)

Qaz debiti (günd barel neft ekvivalenti)

Səngəçal terminalının vertolyotdan görünüşü.

BP-nin Azərbaycanda fəaliyyəti 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012

BP-nin 20 ən məhsuldar hasilat quyusu



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə