Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix28.06.2018
ölçüsü0,82 Mb.
#52353
  1   2   3   4   5   6   7   8   9   ...   15


 

 



 

 

 

 

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan 

olmasının 870 illik yubileyinə həsr edilir 

 

 

 

 

 

Poeziya dünyasının dahisi 



 

 

 

 

 

 



 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Poeziya dünyasının dahisi 



 

(metodik vəsait) 

 

 

 

 

 

Respublikanın 

kütləvi 

və 

ixtisaslaşdırılmış  kitabxanaları, 

Mərkəzləşdirilmiş 

Kitabxana 

Sistemləri üçün metodik vəsait 

 

 

 

 

Bakı-2012 

 



 

 



 

 Tərtibçi:                                           Məmməd Məmmədov 

 

 

 

 

İxtisas redaktoru və  

buraxılışa məsul:                                Kərim Tahirov, 

                                                    fəlsəfə doktoru, 



                                                          Əməkdar mədəniyyət işçisi 

 

Redaktor: 

 

 

 



Gülbəniz Səfərəliyeva 

 

 

 

Poeziya  dünyasının  dahisi:  metodik  vəsait  /tərt.  ed. 

M.Məmmədov;  ixtis.  red.  və  bur.  məs.  K.Tahirov;  red. 

G.Səfərəliyeva;  M.F.Axundzadə  adına  Azərbaycan  Milli 

Kitabxanası.- Bakı, 2012.- 64 s. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

©M.F.Axundov adına Azərbaycan Milli Kitabxana, 2012 

 



 

 



 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 

870 illik yubileyinin keçirilməsi haqqında  

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

2011-ci  ildə  dünya  ədəbiyyatının  görkəmli  nümayəndəsi, 

dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvinin

 

870 



illiyi tamam olmuşdur. 

Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı 

səkkiz  əsrdən  artıqdır  ki,  xalqımızın  mənəviyyatının  ayrılmaz 

hissəsinə  çevrilmişdir.  Böyük  sənətkarın  bütün  həyatı  və 

zəngin  ədəbi  fəaliyyəti  həmin  dövrdə  təkcə  Azərbaycanın  və 

Qafqazın  ən  iri  şəhəri  deyil,  eyni  zamanda  Yaxın  və  Orta 

Şərqin  mühüm  mədəniyyət  mərkəzi  kimi  tanınmış  Gəncə  ilə 

bağlıdır.  Şair  ömrü  boyu  burada  yaşayıb  yaratmış  və  dünya 

poeziyasına  bir-birindən  dəyərli  söz  sənəti  inciləri

 

bəxş 



etmişdir. 

Nizami  Gəncəvi  ümumbəşəri  mahiyyət  daşıyan,  ecazkar 

poetik  qüvvəyə  malik  yaradıcılığı  ilə  Şərq  bədii  təfəkkürünü 

elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş 

yüksəkliklərə  qaldırmışdır.  Mütəfəkkir  şairin  məşhur 

“Xəmsə”si  insanlığın  mənəvi  sərvətlər  axtarışının  zirvəsində 

dayanaraq,  dünya  ədəbiyyatının  şah  əsərləri  sırasında  layiqli 

yer tutur. 

Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində 

yeni  parlaq  səhifə  açmış  ölməz  əsərləri  bu  gün  də  insanların 

mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey 

sənətkar  öz  ənənələri  ilə  seçilən  ədəbi  məktəbini  yaratmışdır. 

Nizami  Gəncəvinin  dünyanın  ən  zəngin  kitabxanalarını 

bəzəyən  əsərləri  Şərqdə  incəsənətin,  xüsusən  də  miniatür 

sənətinin inkişafına təkan vermişdir. 



 

 



 

Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin 

diqqət  mərkəzindədir.  Ölkəmizdə  dahi  şairin  əsərləri  dəfələrlə 

nəşr  olunmuş,  ədəbi  irsinin  öyrənilməsi  və  tanıdılması 

sahəsində  xeyli  iş  görülmüş,  çox  sayda  tədqiqatlar  meydana 

gətirilmiş,  eləcə  də  dünya  nizamişünaslığında  ilk  dəfə  olaraq 

əsərlərinin  elmi  tənqidi  mətni  hazırlanmışdır.  Bu  proseslərin 

intensiv  şəkil  almağa  başlaması  əsasən  Nizami  Gəncəvinin 

anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi 

şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı 

ilk  qərar  1939-cu  ildə  qəbul  edilmiş,  lakin  İkinci  Dünya 

müharibəsi  səbəbindən  yubileyin  yalnız  1947-ci  ildə 

keçirilməsi  mümkün  olmuşdur.  O  illərdən  etibarən  Nizaminin 

dövrü,  həyatı  və  yaradıcılığı  ilə  bağlı  yeni-yeni  araşdırmalar 

aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin 

möhtəşəm  məqbərəsi  ucaldılmış,  xatirəsinin  əbədiləşdirilməsi 

istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir. 

1970-ci  illərdə  ümumən  respublikamızda  klassik  mədəni 

irsimizin  öyrənilməsi  baxımından  tamamilə  yeni  mərhələ 

başlayır.  Həmin  mərhələ  bilavasitə  xalqımızın  ümummilli 

lideri  Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Məhz  onun  təşəbbüsü 

ilə  qəbul  edilən  “Azərbaycanın  böyük  şairi  və  mütəfəkkiri 

Nizami  Gəncəvinin  irsinin  öyrənilməsini,  nəşrini  və  təbliğini 

daha  da  yaxşılaşdırmaq  tədbirləri  haqqında”  1979-cu  il  6 

yanvar  tarixli  qərar  bu  istiqamətdə  kompleks  vəzifələr  irəli 

sürərək,  Nizami  irsinin  və  ümumən  orta  əsrlər  Azərbaycan 

mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər 

açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan 

olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı 

dönüş yaratmışdır. 

Nizami  Gəncəvi  ilə  bağlı  son  yubiley  tədbirləri  ustad 

sənətkarın  850  illiyi  ilə  əlaqədar  1991-ci  ildə  keçirilməli  idi. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə