Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə14/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

www.ehlibeyt-aka.com
                                
46 
 
göstərir.  Ġnsanlar  həyatın  mənbəyini  müxtəlif  Ģeylərdə  –  çaylar, 
bitkilər,  günəĢ  və  bu  kimi  digər  məxluqatda  görürlər.  Bu  rəmzləri 
ziyarət  edən  insan  onlarda  olan  həyat  mənbəyini  nəzərə  alıb  bu 
məfhumlara qüdsiyyət verir. Bütün bunlar bu məfhumların qüdsiyyəti 
prizmasındandır,  nəinki  onların  xaliqiyyət,  übudiyyət  və  tövhidi 
baxımından. 
Buna görə də bir çox məkanlar həyat mənbəyi olduğu üçün qüdsiyyət 
kəsb  etmiĢdir.  Məsələn,  bütün  yerlərdə  universitetlər  ehtirama 
malikdir, çünki onlar insaniyyət ilə həyat arasında bir növ körpüdür. 
Bu körpü elm və tədrisdir. Buna görə də universitet  meydanı “təhsil 
hərəmi”  də  adlanır.  Görəsən,  “təhsil  hərəmi”nə  ehtiram  orada  gedən 
dinin təbliğinə görədir, yoxsa həyatın qaynağı olduğu üçün?  
Həmin məna ictimai formasiyaların dəyiĢməsində aparıcı rol oynamıĢ 
inqilabçı  və  mütəfəkkirlərin  xatirəsinə  müxtəlif  paytaxtların 
meydanlarında ucaldılan abidələrdə, naməlum əsgər məzarlarında da 
təcəssüm olunur. 
Bəs, nə üçün Kərbəla meydanı həyatı doğuran amil və mənbə hərəmi 
sayılmasın?! Necə ola bilər ki, “təhsil hərəmi”  “hüseyni hərəm”dən 
üstün olsun? Halbuki insani dəyərlər bu rəmzlərin və Ġmam Hüseynin 
(ə)  ədalət,  hürriyyət,  isar,  qəhrəmanlıq,  Ģücaət,  iffət,  izzət,  nəfsin 
aliliyi,  özünü  qurban  vermə,  əsaslar  uğrunda  təmkinli  olma  və 
ümmətin islahı uğrundakı Ģəxsiyyəti ilə cilvələnir. Ġmam  Hüseyn (ə) 
özü  buyurur:”  ġübhəsiz,  babamın  ümmətini  islah  etmək  üçün  yola 
çıxmıĢam və insanları vaciblərə əmr etmək, haramlardan çəkindirmək 
istəyirəm.” 
80
 
                                                           
80
  Seyid Müqərrəmin “Məqtəl” kitabı, səh.139 


www.ehlibeyt-aka.com
                                
47 
 
Ümmətin  islahı,  cəmiyyətin  fərdləri  arasında  ölüm  toxumu  səpən, 
onun  fərdlərinə  yol  açan  cəhalət,  yoxsulluq,  xəstəlik,  bədbəxtlik, 
fəsad,  zülm,  hüriyyətlərin  boğulması,  repressiya  kimi  amillərin 
təsirini  aradan  qaldırmaq,  yalnız,  Kərbəla  meydanında  Ġmam 
Hüseynin (ə) təsis etdiyi sabit qanunlarla mümkündür. O həzrət (ə) bu 
sabit  qanunları  Kərbəlaya  yola  düĢməzdən  əvvəl,  hələ  yolda  ikən 
təsis  etmiĢdi,  eyni  zamanda  da  öz  Əhli-beyti  və  səhabələrinə  Ġslam 
Peyğəmbərindən  sonra  ölüm  toxumlarının  bu  ümmətə  necə  yol 
açdığını  bəyan  edirdi.  Ġmam  Hüseyn  (ə)  xütbələrinin  birində  Allaha 
həmd-səna  edib  babası  peyğəmbərə  salavat  göndərəndən  sonra  belə 
buyurur:  “Artıq  bizim  baĢımıza  gələnləri  özünüz  də  görürsünüz. 
Həqiqətən,  dünya  dəyiĢib  tanınmaz  hala  düĢmüĢ  və  vaciblərə  arxa 
çevrilmiĢdir. Bu rüzgar piyaləsinin ömründən onun dibində yalnız bir 
qurtumluq,  alçaq  yaĢayıĢdan  isə  məhv  olmuĢ  otlaq  qalıb.  Məgər 
görmürsünüzmü  ki,  haqqa  əməl  edilmir,  batildən  nəhy  olunmur? 
Mömin  bəndə  haqq  yolunda  öz  rəbbinin  görüĢünə  tələsməlidir. 
Həqiqətən, mən ölümü yalnız səadətə qovuĢmaq, zalımlarla həyatı isə 
darıxdırıcı və süst görürəm.” 
81
 
Buna  görə  də  Ġmam  Hüseyn  (ə)  babası  Peyğəmbərin  (s.ə.s.) 
ümmətində həyatı özünün, səhabələrinin, övladlarının, hətta altı aylıq, 
ağuĢunda  boğazı  kəsilərək  çırpınan  südəmər  balasının  Ģəhadəti  ilə 
yenilədi. Allahın salamı onlara olsun! 
Onun  ölümü  bir  daha  ölməyəcək  həyat  idi!  Çünki  haqq  və  səmavi 
dəyərlərə  əsaslanmıĢdı.  Onun  həyatı  batil,  zülm  və  cəhalətin  ölümü 
idi. 
                                                           
81
  Seyid ibn Tavusun “Əl luhuf fi qətlət tufuf” kitabı, səh.48; Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 44, səh.381; 
Seyid Şərəfuddinin “Əlməcalis əl faxirə” kitabı, səh.226; Səmavinin “İbsarul eyn” kitabı, səh.30  


www.ehlibeyt-aka.com
                                
48 
 
Bəli,  bütün  bunlar  səbəb  oldu  ki,  Kərbəla  türbəti  müsəlmanların 
məscidlərinə  daĢınsın.  Çünki  bu  türbət  həmin  məscidlərə  həyat  bəxĢ 
edir. Bu türbətlə insan sivilizasiyası və dəyərlərinin abidəsi cilvələnir. 
Fiqhi  prizmadan  müsəlmanların  nə  üçün  ona  səcdə  etməsinə  gəlincə 
isə burada yalnız üç fəqihin baxıĢını xatırlamaqla kifayətlənəcəyik. 
2)
 
Fiqhi nöqteyi-nəzərdən Kərbəla türbətinə səcdə:   
Burada  isə  Ġslam  sivilizasiyasına  “Əl-Ğədir”  kimi  töhfə  verən, 
bəhslərinin  bəzisində  Ġslam  Peyğəmbərinin  həyatından  söz  açan 
həmin  kitabın  bəzi  hissələrindən  Suriyada  “Sirətunə  və  sünnətunə” 
adı  altında  mühazirə  demiĢ  və  həmin  mühazirədə  fiqhi,  əqidəvi 
bəhslərə  toxunan  Əllamə  Əmininin  elm  ocağına  üz  tuturuq.  Həmin 
bəhslərdən  biri  də  Kərbəla  türbətinə  səcdənin  icazəli  olması 
məsələsidir.  Əllamə  Əmini  Kərbəla  türbətinə  səcdə  etmək 
mövzusunda  mühazirəsi  zamanı  belə  demiĢdir:  Ģiələrin  Kərbəla 
türbətindən  səcdəgah  olaraq  istifadə  etmələrinin  səbəbi  Ģübhəsiz  iki 
güclü  qaydaya  əsaslanır:  birincisi  –  namaz  qılan  Ģəxs  özü  üçün 
paklığına əmin olduğu türbət götürməlidir – dünyanın hansı yerindən 
və  yaxud  hansı  torpağından  olursa  olsun.  Bütün  bu  torpaqlar  fiqhdə 
bərabər  hesab  olunur,  yəni  onlardan  birinin  digəri  müqabilində 
üstünlüyü  yoxdur.  Bu  məsələ  namaz  qılan  Ģəxsin  ibadətdə  riayət 
etdiyi digər məsələlər kimidir.  
Xüsusilə, səcdəgah qərar verilən hər hansı bir torpağın paklığı yalnız 
bəzi  hallarda  mümkündür.  Çünki  bir  çox  yerlərdə  –  Ģəhər,  kənd, 
meydan,  mehmanxana,  qeyri  müsəlmanların  yaĢadığı  ərazilər  və  bu 
kimi  digər  məkanlarda,  istər  müsəlman,  istərsə  də  paklığına  əminlik 
olmayan  qeyri  müsəlmanların,  təharət  və  nəcasət  məsələlərinə 
əhəmiyyət  verməyən  insanların  olduğu  yerlərdə  torpağın  paklığına 
necə yəqin etmək olar?! 
YaxĢı  olar  ki,  namaz  qılan  müsəlman  ehtiyata  əməl  edərək  özü  ilə 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə