Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə3/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   2   3   4   5   6   7   8   9   ...   31

www.ehlibeyt-aka.com
                                
11 
 
       Beləliklə,  Qurani-Kərimdəki  bu  həqiqətlər  Allahın  Kərbəla  türbətində 
özünəməxsus  qeybi  və  məkana  xas  xüsusiyyətlər  əmanət  qoyduğunu  bir 
daha  təsdiqləyir.  Belə  ki  Allah-taala  bu  türbəti  peyğəmbər  reyhanəsini  öz 
ağuĢuna almaq üçün seçmiĢdir. Biz bu kitabda həmin xüsusiyyətləri əhatə 
etməyə çalıĢacağıq. Çünki bunları bilməklə biz özündə rəbbani təzahürləri, 
bəĢəri  elmləri,  yaradılıĢ  həqiqətlərini  və  qeybi  təsirləri  birləĢdirən  bu 
əzəmətli saraya daxil olmaq üçün “icazə vərəqəsi” qazanmıĢ olacağıq. Bu 
türbət  qüdsi  feyzlərin  nazil  olma  məskəni,  istər  dünyada,  istərsə  də 
dünyadan  sonrakı  həyatda  Allahın  məxluqata  olan  höccətinin  məkanıdır. 
Allah  öz  dostları  içindən  yalnız  Ġmam  Hüseyn  (ə)  üçün  bu  məqamı  və 
seçilmiĢ xüsusiyyətləri bəyənmiĢdir.  
  
 
 
Həqiqətən,  Kərbəla  türbəti  bir  çox  məkani  xüsusiyyətlərlə  seçilir.  Bu 
xüsusiyyətlərdən  bəzisini  Əziz  Ġslam  peyğəmbəri  (s.ə.s),  bəzisini  isə 
peyğəmbərdən  sonra  Əmirəlmöminin  Əli  (ə)  bəyan  edərək  açıqlamıĢdır. 
Bəzisini isə Peyğəmbərin (s.ə.s) həyat yoldaĢları və səhabələri qeyd edərək 
xatırlamıĢlar. Hətta rəvayətlərdə  bu xüsusiyyətlərin  bəlağətli söz ustadları 
tərəfindən  həm  nəzm,  həm  də  nəsr  üslubunda  tərənnüm  olunduğunu  görə 
bilərik. 
Beləliklə,  Kərbəla  türbətinin  məkana  xas  xüsusiyyətlərini  bəyan  edənlərin 
birincisi Əziz Ġslam Peyğəmbəridir (s.ə.s). 
 
BĠRĠNCĠ BƏHS:  
Peyğəmbərin  (s.ə.s)  nəzərində  Kərbəla  türbətinin  məkana  xas 


www.ehlibeyt-aka.com
                                
12 
 
xüsusiyyəti: 
      Peyğəmbərdən  (s.ə.s.)  gələn  çoxsaylı  hədislər  məkana  xas  xüsusiyyət 
cəhətindən  Kərbəla  türbətinin  Ģərafətini  bəyan  etmiĢdir.  Bu  bəyan  bir  çox 
xüsusi  hadisələr  zamanı  mələklərin  Kərbəla  türbətini  daĢıyıb  onu 
Peyğəmbərin qarĢısına qoymaqla təkrarlanmıĢdır. Buna görə də bu hədislər 
bəzən  yağıĢ  mələyinin,  bəzən  isə  Cəbrailin  Kərbəla  türbətini  gətirməsinə 
iĢarə edir: 
1)
 
Əhməd ibn Hənbəl öz müsnədində Sabitdən, o isə Ənəs ibn Malikdən 
rəvayət  edir  ki,  yağıĢ  mələyi  Peyğəmbərin  yanına  gəlmək  üçün 
Rəbbindən icazə alır. Peyğəmbər Ummu Sələməyə tapĢırır ki, qapıya 
nəzarət edib heç kimi yanına buraxmasın. Bu zaman Hüseyn (ə) gəlir. 
Ummu Sələmə ona mane olsa da, Hüseyn (ə) atılaraq otağa daxil olur 
və  Peyğəmbərin  belində,  çiynində  və  boynunda  oturur.YağıĢ  mələyi 
Peyğəmbərdən soruĢur: 
– Onu sevirsənmi? 
– Bəli! – deyərək Peyğəmbər cavab verir. 
YağıĢ mələyi: 
–  Sənin  ümmətin  onu  qətlə  yetirəcək.  Əgər  istəyirsənsə,  onun  qətlə 
yetiriləcəyi məkanı sənə göstərim? – Bu zaman əli ilə vuraraq qırmızı 
rəngdə  torpaq  gətirir.  Ummu  Sələmə  torpağı  götürüb  baĢ  yaylığına 
bükür.
14
 
Bu hədis açıq-aĢkar yağıĢ mələyinin türbəti gətirməsi və möminlərin anası 
Ummu Sələmənin həmin türbəti götürüb öz yaylığına qoymasına iĢarə edir. 
                                                           
14
  Müsnəd Əhməd, 3-cü cild, səh. 242, Heysəminin “Məcməuz zəvaid” kitabı, 9-cu cild, səh. 187, Əbi Yəlanın 
“Müsnəd” kitabı, 6-cı cild, səh. 133, Ġbn Həbbanın “Səhih” kitabı, 15-ci cild, səh. 143, Təbəraninin “Əlmöcəm əlkəbir” 
kitabı, 3-cü cild, səh. 106, Məqrizinin “Ġmtaul əsma” kitabı, 12-ci cild, səh. 235. 


www.ehlibeyt-aka.com
                                
13 
 
2)
 
Təbərani  Mütəllib  ibn  Abdullah  ibn  Həntəbdən,  o  isə  Ummu 
Sələmədən  rəvayət  edir:  “Peyğəmbər  bir  gün  mənim  evimdə 
oturmuĢdu.  Mənə  əmr  etdi  ki,  heç  kimi  onun  yanına  buraxmayım. 
Mən  də  gözlədim.  Bu  zaman  Hüseyn  (ə)  Peyğəmbərin  yanına  daxil 
oldu.  Birdən  Peyğəmbərin  fəryad  edərək  ağladığını  eĢitdim. 
Hadisədən  hali  olmaq  üçün  otağa  daxil  oldum.  Gördüm  ki,  Hüseyn 
(ə) Peyğəmbərin qucağında
15
 əyləĢib baĢını sığallayır, Peyğəmbər isə 
ağlayırdı. Dedim: 
– And olsun Allaha onun, içəri daxil olmasını görmədim. 
Peyğəmbər  buyurdu:  Cəbrail  evdə  idi  və  məndən  soruĢdu  ki,  onu 
sevirsənmi? Cavabında : – Bəli!– dedim. 
Cəbrail mənə xəbər verdi ki, sənin ümmətin Kərbəla deyilən bir yerdə 
onu qətlə yetirəcək. Həmin torpaqdan götürüb mənə göstərdi.
16
 
 
BĠRĠNCĠ MƏTLƏB:  
Peyğəmbər  (s.ə.s)  Əliyə  (ə)  Kərbəla  türbətinin  xüsusiyyətindən  xəbər 
verir 
       Bəzi  rəvayətlərdə  Peyğəmbərin  (s.ə.s.)  bir  çox  əlamətdar  hadisələrdə 
Kərbəla türbətinin xüsusiyyətindən söhbət açması varid olmuĢdur. Müxtəlif 
vaxtlarda  Allah-taala  öz  elçisini  Kərbəla  torpağının  daĢıdığı  məkana  xas 
xüsusiyyətlərdən  xəbərdar  etmiĢdir.  Tezliklə  bu  hədislərdən  bəzisinə  iĢarə 
edib açıqlayacağıq. 
      Abdullah ibn Nəchi atasından rəvayət edir ki, bir gün  atası, Əli (ə) ilə 
gedirmiĢ.  Neynəva  çölünə  yetiĢən  zaman  (Əli  (ə)  Siffeyn  çölünə  doğru 
                                                           
15
 Burada ravi tərəddüd edir: “ya da onun yanında əyləşib” 
16
  Təbəraninin “Əlmöcəm əlkəbir” kitabı, 23-cü cild, səh. 289, Əlhindinin “Kənzul ummal” kitabı, 12-ci cild, səh. 126, 
Salihinin “Subul ərrəĢad” kitabı, 10-cu cild, səh. 153, Zəhəbinin “Siyər əlam ənnübəla” kitabı, 3-cü cild, səh. 289 


www.ehlibeyt-aka.com
                                
14 
 
hərəkət  edirdi)  fəryad  etdi:  “Fərat  çayının  sahilində  səbir  et,  ey  Əba 
Abdullah,  səbirli  ol,  ey  Əba  Abdullah.”  Ravi  deyir  ki,  soruĢdum:”  Nə 
üçün?”  Əli  (ə)  buyurdu:  “Bir  gün  Peyğəmbərin  hüzuruna  daxil  olub 
gördüm ki, gözləri yaĢla dolub. SoruĢdum: 
–  Ey  Allahın  Peyğəmbəri,  səni  kimsə  qəzəbləndirib?  Nə  üçün 
gözlərin yaĢla dolub? 
– 
Bir az bundan əvvəl Cəbrail yanımda idi, Hüseynin Fərat sahilində 
qətlə yetiriləcəyini xəbər verib dedi ki, “Onun türbətindən qoxulamaq 
istəyirsənmi?”  “Bəli”  dedim.  Əlini  uzadıb  bir  ovuc  torpaq  götürüb 
mənə verdi, özümü saxlaya bilmədim, gözlərim yaĢla doldu.
17
 
         Əgər  bu  cür  rəvayətləri  mülahizə  etsək,  görərik  ki,  Cəbrail  (ə) 
müəyyən  səbəblər  üzündən  bir  çox  məqamlarda  peyğəmbərə  Kərbəla 
torpağını  gətirərək  Hüseynin  qətlindən  xəbər  verirmiĢ.  Sonrakı  bəhslərdə 
bu hadisənin açıqlaması izah olunacaq. 
 
ĠKĠNCĠ MƏTLƏB: 
Peyğəmbər  xanımları  və  səhabələrinin  nəzərində  Kərbəla  türbətinin 
Ģərafəti: 
       Bir  çox  hədislər  müxtəlif  sözlərlə  möminlər  anası  Ummu  Sələmənin 
Kərbəla  torpağından  olan  türbəti  öz  yaylığına  bükərək  özü  ilə  həm  oyaq 
halında,  həm  də  yuxuda  olarkən  daĢımasına  iĢarə  etmiĢdir.
18
  Ummu 
Sələmə  bu  türbətin  Ģərafəti  və  onun  Allah  dərgahındakı  əzəmətli 
                                                           
17
  Təbrizinin “Əl İkmal fi əsmair rical” kitabı, səh. 45; Dahhakın “Əl ahad vəl məsani” kitabı, cild 1, səh.308; Heysəminin 
“Məcməuz zəvaid” kitabı, cild 9, səh. 187; Zəhəbinin “Siyər əlam ən nübəla” kitabı, cild 3, səh. 288 
18
  Müsnəd Əhməd ibn Hənbəl, cild 3, səh. 242; Əbu Yəla əl Mosulinin “Müsnəd” kitabı, cild 6, səh. 133; İbn Həbbanın 
“Səhih” kitabı, cild 15, səh. 142; Təbəraninin “Əl mucəm əl kəbir” kitabı, cild 3, səh. 106; Ənsarinin “Əl məasnid” kitabı, 
cild 1, səh. 243; Heysəminin “Məvarid əz zəman” kitabı, cild 7, səh. 199 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə