Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə31/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   23   24   25   26   27   28   29   30   31

www.ehlibeyt-aka.com
                                
100 
 
ki,  bu  miqdarla  kifayətlənilsin.  Həmçinin  ümid  niyyəti  ilə  su  və 
yaxud hər hansı bir maye ilə qarıĢdırıb istifadə etmək olar; 
6)
 
Müqəddəs Kərbəla türbətini Ģəfa məqsədi ilə istifadə etdikdə udmaq, 
ya da su və hər hansı bir mayedə həll edib içmək mümkündür; 
7)
 
Ġnsan  türbəti  ya  özü  götürməli,  ya  lazımi  qaydada  və  miqdarda 
götürüldüyünə  əmin  olmalı,  yaxud  iki  adil  Ģahidin  sözünə 
əsaslanmalıdır.  Etimadlı  bir  Ģəxsin  və  ya  türbət  sahibinin  sözü 
insanda əminlik yaradarsa, kifayətdir. Vacib ehtiyat budur ki, əminlik  
və iki Ģahid olmasa, türbət su və ya mayedə tam qarıĢdırılaraq istifadə 
edilsin. 
 
ÜÇÜNCÜ  MƏTLƏB: Müqəddəs Kərbəla türbətində Ģəfa axtarılan zaman 
oxunan dualar 
        Əhli-beytdən  (ə)  gələn  hədislərdə  Ġmam  Hüseyn  (ə)  türbətini  Ģəfa 
məqsədi ilə istifadə edərkən oxunması tövsiyə olunan çoxsaylı dualar nəql 
olunmuĢdur. Bu dualar fiqh, hədis və dua kitablarında öz əksini tapmıĢdır. 
Biz isə burada onlardan bəzilərini xatırlatmaqla kifayətlənirik: 
1)
 
Ġbn  Quləveyh  Ġmam  Sadiqin  (ə)  belə  buyurduğunu  nəql  edir: 
“Sizlərdən  kimsə  Ġmam  Hüseynin  (ə)  qəbrinin  türbətindən  qəbul 
etdikdə  bu  sözləri  desin:  “Ey  mənim  Allahım,  səni  and  verirəm  bu 
türbəti  daĢıyan  mələyin,  onu  qəbul  edən  Peyğəmbərin  və  orada  olan 
vəsinin  haqqına,  onu  bütün  xəstəliklərə  Ģəfa  et  (və  həmin  xəstəliyin 
adını çəkirsən)”.
157
 
2)
 
Əbu  Cəfər  əl  Mosuli  Ġmam  Baqirdən  (ə)  belə  nəql  edir:  “Ġmam 
Hüseynin (ə) qəbrinin türbətini götürdükdə de: “Ey  mənim Allahım, 
səni and verirəm bu türbətin, bu türbətə vəkil olunmuĢ mələyin və bu 
                                                           
157
  İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh. 469 


www.ehlibeyt-aka.com
                                
101 
 
türbəti  qazımıĢ  mələyin  haqqına,  orada  olan  vəsinin  haqqına, 
Muhəmməd  və  onun  Əhli-beytinə  salavat  göndər.  Bu  türbəti  mənim 
üçün  bütün  xəstəliklərdən  Ģəfa,  bütün  qorxulardan  əmin-amanlıq 
et.”
158
 
3)
 
Hədislərdə həmçinin nəql olunur ki, türbəti götürən zaman bu sözləri 
demək  lazımdır:  “Ey  mənim  Allahım,  səni  and  verirəm  bu  pak 
türbətin və pakizə təpənin haqqına, bu türbətdə dəfn olunmuĢ vəsinin 
haqqına,  onun  babasının,  ata-anasının,  qardaĢının,  onu  əhatə  edib  
yardım  etməyi  gözləyən,  qəbri  üzərində  ibadətdə  olan  mələklərin 
haqqına,  onu  mənim  üçün    bütün  xəstəliklərdən  Ģəfa,  bütün 
qorxulardan  əmin-amanlıq,  bütün  məhrumiyyətlərdən  qurtuluĢ,  hər 
cür  zəlalətdən  çıxıĢ  və  izzətə  çatma  vasitəsi  et.  Onun  vasitəsilə 
mənim ruzimə bolluq, cismimə sağlamlıq əta et.”
159
 
4)
 
Əli  ibn  Əbi  Müğeyrənin  Haris  ibn  Müğeyrə  əl  Nəsridən  nəql  etdiyi 
rəvayətdə  deyilir  ki,  Haris  Ġmam  Sadiqə  (ə)  deyib:  “Mənim  bir  çox 
xəstəliklərim  var,  bütün  dava-dərmanlardan  istifadə  etmiĢəm,  lakin 
faydası  yoxdur.”  Ġmam  Sadiq  (ə)  ona  buyurub:  “Hüseynin  (ə) 
qəbrinin  türbətindən  istifadə  etməyə  nə  deyirsən?  Çünki  o,  bütün 
xəstəliklərin Ģəfası, bütün qorxulardan əmin-amanlıqdır. Onu (türbəti) 
götürən zaman de: “Ey Allahım, səni and verirəm bu türbətin və onu 
daĢıyan mələyin haqqına, onu təhvil alan Peyğəmbərin haqqına, onda 
dəfn edilən vəsinin haqqına, Muhəmməd və onun əhli-beytinə salavat 
göndər  və  onu  bütün  xəstəliklərin  Ģəfası,  bütün  qorxulardan  əminlik 
vasitəsi et!” 
Hədisin ardında imam (ə) buyurur: “Türbəti daĢıyan mələyə gəlincə, 
bu,  Cəbraildir  (ə).  Cəbrail  (ə)  onu  Peyğəmbərə  (s.ə.s)  göstərərək 
demiĢdir:  “Bu,  sənin  balanın  türbətidir,  səndən  sonra  ümmətin  onu 
                                                           
158
  İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh. 470 
159
  İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh. 472 


www.ehlibeyt-aka.com
                                
102 
 
qətlə  yetirəcək.”  Onu  (türbəti)  təhvil  alan  peyğəmbər  Muhəmməd 
peyğəmbərdir  (s.ə.s).  Orada  dəfn  edilən  vəsi  isə  Ģəhidlərin  ağası 
Hüseyndir (ə)”. 
        Ġmam  (ə)  sözünə  davam  edərək  buyurur:  “Hökmdardan  və  ya  baĢqa 
bir  kəsdən  qorxun  olduğu  zaman  Ġmam  Hüseynin  (ə)  türbətini  özünlə 
götürmədən  evdən  çıxma.  Belə  de:  “Ey  Allahım,  bu  sənin  vəlinin  oğlu 
Hüseynin  (ə)  qəbrinin  türbətidir.  Onu  qorxduğum  və  qorxmadığım  Ģeylər 
üçün götürmüĢəm.” Belə etsən, həqiqətən də, səni qorxutmayacaq Ģeylərlə 
üzləĢərsən.”  
       Ravi deyir ki, türbəti imamın (ə) dediyi qaydada götürdüm. Allah-taala 
mənim  səhhətimi  sağaltdı  və  bu  türbət  məni  bütün  qorxduğum  və 
qorxmadığım  Ģeylərdən  amanda  saxladı.  Allaha  həmd  olsun  ki,  ondan  
sonra heç bir pislik və xəstəlik görmədim.
160
 
5)
 
Əbu  Həmzə  əl  Somali  Ġmam  Sadiqdən  (ə)  belə  nəql  edir:  “Ġmam 
Hüseynin  (ə)  qəbrinin  torpağını  götürmək  istəsən,    “Fatihə”,  “Nas”, 
“Fələq”,  “Ġxlas”,  “Kafirun”,  “Qədr”  və  “Yasin”  surələrini, həmçinin 
“Ayətül-kürsü”nü  oxu,  sonra  isə  de:  “Ey  mənim  Allahım,  səni  and 
verirəm 
qulun, 
həbibin, 
peyğəmbərin,  rəsulun  və  əminin 
Muhəmmədin,  peyğəmbərinin  qardaĢı,  qulu,  möminlərin  ağası  Əli 
ibn Əbutalibin, Sənin vəlinin zövcəsi, peyğəmbərinin qızı Fatimənin 
haqqına,  Həsən  və  Hüseynin  haqqına,  düzgün  yolda olan  imamların 
haqqına,  bu  türbətin  haqqına,  bu  türbətə  vəkil  olunmuĢ  mələyin 
haqqına,  orada  dəfn  edilən  vəsinin  haqqına,  torpağın  ağuĢuna  aldığı 
cəsədin  haqqına,  torpağın  ağuĢuna  aldığı  nəvənin  haqqına,  bütün 
mələklərinin,  peyğəmbərlərinin  və  rəsullarının  haqqına,  Muhəmməd 
və onun  əhli-beytinə salavat göndər! Bu türbəti  mənim və onda Ģəfa 
axtaranların  hamısı  üçün  bütün  xəstəlik  və  pisliklərdən  Ģəfa,  bütün 
                                                           
160
  İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh. 473-474 


www.ehlibeyt-aka.com
                                
103 
 
qorxulardan  əmin-amanlıq  vasitəsi  et!  Ey  mənim  Allahım, 
Muhəmməd  və  onun  əhli-beyti  haqqına,  bu  türbəti  faydalı  elm,  bol 
ruzi,  bütün  xəstəlik,  bəla,  pislik  və  ağrılardan  Ģəfa  vasitəsi  et! 
Həqiqətən, Sən hər Ģeyə qadirsən! Ey mənim Allahım, ey mübarək və 
xoĢbəxt türbətin, ora nazil olan mələyin, orada dəfn olunmuĢ vəsinin 
Rəbbi,  Muhəmməd  və  onun  əhli-beytinə  salavat  göndər  və  onun 
vasitəsilə mənə fayda ver! Həqiqətən, Sən hər bir Ģeyə qadirsən!” 
161
 
DÖRDÜNCÜ    MƏTLƏB:  Kərbəla  türbəti  ilə  Ģəfa  tapmağa  əngəl  olan 
Ģeylər 
        Bütün  əməllərin  qəbulu,  Allah  dərgahına  ucalması  və  savablarının 
dəfələrlə artması üçün müəyyən Ģərtlər mövcud olduğu kimi, Ġmam Hüseyn 
(ə)  türbəti  ilə  Ģəfa  tapmağın  da  Ģərtləri  vardır.  Allah-taala  Kərbəla 
türbətinin  qeybi  təsirlərinin  onda  Ģəfa  axtaranlara  həqiqətən  nəsib  olması 
üçün  bir  sıra  Ģərtlər  müəyyən  etmiĢdir.  Həmin  Ģərtlər  Əhli-beytdən  gələn 
hədislərdə öz əksini tapıb: 
1)
 
Bir  nəfər  Ġmam  Sadiqdən  (ə)  soruĢub:  “EĢitmiĢəm  ki,  siz  Ġmam 
Hüseyn  (ə)  türbətinin  misilsiz  məlhəm,  bütün  xəstəlikləri  aradan 
qaldıran  dərman  olduğunu  deyirsiniz.  Bu  doğrudurmu?”  Ġmam  (ə) 
buyurub:  “Bəli,  demiĢəm.  Sən  nə  düĢünürsən?”  KiĢi  türbətdən 
istifadə  etdiyini,  lakin  heç  bir  faydasını  görmədiyini  deyib.    Ġmam 
Sadiq  (ə)  onun  cavabında  buyurub:  “Bil  ki,  türbətin  duası  var.  Kim 
onu qəbul edib duanı oxumasa, demək olar ki, ondan faydalanmaz.” 
KiĢi soruĢub: “Bəs onu qəbul edən insan hansı sözləri deməlidir?” 
Ġmam  (ə)  buyurub:  “Hər  Ģeydən  əvvəl  onu  öpüb  gözlərinin  üzərinə 
qoy  və  bir  noxud  həcmindən  artıq  qəbul  etmə.  Kim  bundan  artıq 
qəbul  edərsə,  sanki,  bizim  ətimizi  yeyib,  qanımızdan  içmiĢdir.  Onu 
qəbul edərkən belə de: “Ey mənim Allahım, səni and verirəm türbəti 
                                                           
161
  İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh. 475-476 


www.ehlibeyt-aka.com
                                
104 
 
gətirən mələyin, onu qoruyan Peyğəmbərin və o torpaqda dəfn edilən 
vəsinin haqqına, Muhəmməd və onun əhli-beytinə salavat göndər! Və 
onu  (türbəti)  mənim  üçün  bütün  xəstəliklərdən  Ģəfa,  bütün 
qorxulardan  əmin-amanlıq,  bütün  pisliklərdən  qorunma  vasitəsi  et!” 
Bu  sözləri  deyəndən  sonra  onu  möhkəm  bir  Ģeyin  içinə  qoyub  saxla 
və üzərinə “Qədr” surəsini oxu. Dediyim bu dua türbətin götürülməsi 
üçün icazə,  “Qədr” surəsi isə xitamdır.”
162
 
2)
 
Əbu Həmzə əl Somali rəvayət edir ki, Məkkədə olduğu zaman Ġmam 
Sadiqdən  (ə)  soruĢub:  “Sənə  fəda  olum,  bizim  səhabələr  Ġmam 
Hüseynin  (ə)  qəbrinin  kənarından  türbət  götürür  və  onunla  Ģəfa 
diləyirlər. Görəsən, o türbətdə Ģəfa verəcək qabiliyyət varmı?” Ġmam 
(ə)  buyurub:  “Qəbrin    dörd  mil  əhatəsindəki  türbətlə  Ģəfa  diləmək 
olar. 
Həmçinin 
babam  Peyğəmbərin,  Həsənin,  Əlinin  və 
Muhəmmədin  (Ġmam  Baqirin)  qəbrlərinin  türbəti  ilə  də  Ģəfa  tapmaq 
mümkündür.  O  (türbət)  hər  bir  dərdin  dərmanı,  hər  bir  qorxunun 
qalxanıdır.  Duadan  baĢqa  heç  bir  Ģey  ona  tay  ola  bilməz.  Türbətlə 
Ģəfa  tapmağa  mane  olacaq  Ģeylərdən  biri  onun  töküldüyü  qab  və  ya  
Ģəfa diləyən insanda  yəqinin azlığı  ola bilər.  Türbətin  dərdə  dərman 
olduğuna  tam  əmin  olan  insan  üçün  isə,  Allahın  izni  ilə,  o  kifayət 
edər.  Türbətin  təsirini  aparan  Ģeylərdən  biri  də  küfr  əhlindən  olan 
cinlər və Ģeytanlardır. Onlar hər Ģeyə toxunub qoxulayarlar. Cinlər və 
Ģeytanlar Adəm övladlarına  paxılllıq edir  və  türbətə  toxunaraq  onun 
qoxusunu  aparırlar.  Türbət  Ġmam  Hüseyn  (ə)  cənnətindən  kənara 
çıxmamıĢ  saysız-hesabsız  cin-Ģeytan  dəstələri  ona  toxunub  təsirini 
aradan  aparmaq  üçün  toplaĢırlar.  Lakin  onlar  mələklərlə  birgə  bu 
cənnətə  daxil  ola  bilmirlər.  Türbətdən  bir  qədəri  onların 
toxunuĢundan    qorunsa,  dərdinə  dərman  axtaran  insan  üçün  kifayət 
edər.  Onu  götürən  kimi  gizlət  və  bacardığın  qədər  üzərinə  Allahın 
                                                           
162
  Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 24, səh. 229 


www.ehlibeyt-aka.com
                                
105 
 
zikrindən  de.  EĢitmiĢəm  ki,  türbəti  götürən  bəzi  insanlar  ona  laqeyd 
münasibət  bəsləyirlər.  Hətta  bəziləri  onu  dəvə,  inək  və  uzunqulağın 
yemək  torbasına,  yemək  qablarına  atırlar.  Bəziləri  isə  yeməyə 
bulaĢmıĢ əlləri ilə türbətə toxunur, yaxud onu xurcuna qoyurlar. Belə 
olan halda onunla necə dərdə çarə ola bilər? Qəlbində yəqini olmayan 
Ģəxslər  də  öz  xeyrlərinə  olan  bu  Ģeyə  səhlənkar  yanaĢaraq  onun 
təsirini aradan aparırlar.”  
163
 
BEġĠNCĠ    MƏTLƏB:  Kərbəla  türbətindən  düzəldilmiĢ  təsbehin  qeybi 
təsirləri 
        Müqəddəs  Kərbəla  təsbehi  bir  çox  qeybi  təsirlərə  malikdir.  Əhli-
beytdən  gələn  hədislərdə  bu  xüsusiyyətlərə  və  qeybi  təsrilərə  də  iĢarə 
olunur.  Bəzi  hədislərdə  onun  bütün  qorxulardan  əmin-amanlıq  vasitəsi 
olduğu,  digərlərində  isə  onunla  zikr  edən  Ģəxsin  savabının  qat-qat  artıq 
olduğu qeyd edilir. 
1)
 
Kərbəla  türbətindən  düzəldilmiĢ  təsbeh  bütün  qorxulardan  əmin-
amanlıqdır: 
        Rəvayətə görə, Ġmam Sadiq (ə) Ġraqa daxil olan zaman insanlar onun 
ətrafına  toplaĢaraq  deyiblər:  “Ey  bizim  ağamız,    Ġmam  Hüseyn  ağanın 
türbəti bütün xəstəliklərdən Ģəfadır, görəsən, o, bütün qorxulardan da əmin-
amanlıqdırmı?”  Ġmam  (ə)  buyurub:  “Bəli,  sizlərdən  kimsə  bütün 
qorxulardan  amanda  qalmaq  istəsə,  türbətdən  düzəldilmiĢ  bir  təsbeh 
götürsün və “Leylətül-məbit”  duasını  üç  dəfə oxusun. Həmin  dua  belədir: 
“Ey  mənim  Allahım,  hiylə  ilə  sarsılmayan,  məğlubedilməz  və  möhkəm 
olan pənahında gecələdim. Yaratdığın  istər samit (cansız), istərsə də natiq 
(canlı)  olan  hər  bir  Ģeydən  baĢ  verə  biləcək  bütün  müsibət  və  pis 
hadisələrdən,  bütün  zalım  və  qəsbkarların  Ģərindən  Sənə  pənah  gətirib, 
                                                           
163
  İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh. 470-471 


www.ehlibeyt-aka.com
                                
106 
 
Sənə yaxınlaĢdım. Peyğəmbər əhli-beytinin məhəbbətini möhkəm libas tək 
əynimə  geyib  onların  haqqını  etiraf  edərək,  ixlasın  möhkəm  divarına 
sığınıb  onların  ipindən  yapıĢaraq  mənə  əziyyət  etmək  istəyən  hər  kəsdən 
özümü  qoruyuram.  Əminəm  ki,  haqq  onlarladır,  onlardadır  və  onların 
vasitəsilə  bərqərar  olunur.  Onların  dost  tutduqlarını  mən  də  dost  tutur, 
uzaqlaĢdırdıqları Ģəxslərdən mən də uzaqlaĢır, düĢmən bildiklərini mən də 
düĢmən  bilirəm.  Ey  Allahım,  Muhəmməd  və  onun  əhli-beytinə  salavat 
göndər.  Ey  mənim  Allahım,  onların  vasitəsilə  məni  qorxduğum  bütün 
varlıqların  Ģərindən  Öz  pənahında  saxla.  Ey  əzəmət  sahibi,  bütün 
düĢmənlərimi  yeri-göyü  yaradanın  vasitəsilə  özümdən  uzaqlaĢdırdım.
 
Biz 
onların  önlərindən  və  arxalarından  sədd  çəkib  onları  (hər  bir  tərəfdən) 
örtdük (yaxud gözlərini kor etdik). Buna görə də onlar görmürlər (“Yasin” 
surəsi,  ayə  9-  red.)”  Sonra  təsbehi  öpüb  gözlərinin  üzərinə  qoysun  və 
desin: “Ey mənim Allahım, Səni and verirəm bu türbətin və onun sahibinin 
haqqına,  onun  babası,  ata-anası,  qardaĢı  və  məsum  övladlarının  haqqına! 
Onu (türbəti) bütün xəstəliklərdən Ģəfa, bütün qorxulardan amanda qalma, 
bütün pisliklərdən qorunma vasitəsi et.” Sonra türbəti cibinə qoysun. Əgər 
bunu  sübh  vaxtı  etsən,  gecəyə  qədər,  gecə  vaxtı  etsən,  sübh  çağına  kimi 
Allahın amanında olarsan.”
164
 
 
2)
 
Allah-taala Ġmam Hüseyn (ə) türbəti ilə zikr edənin savabını artırır: 
 
a)
 
Rəvayətə görə, Ġmam Sadiq (ə) buyurmuĢdur: “Kimdə Ġmam Hüseyn 
(ə)  qəbrinin  türbətindən  təsbeh  olarsa,  zikr  etməsə  belə,  zikr 
edənlərdən hesab olunar.”
165
 
b)
 
Həmçinin  rəvayət  olunur  ki,  kim  Ġmam  Hüseyn  (ə)  türbətindən 
düzəldilmiĢ  təsbehi  əlində  fırladaraq  bu  sözləri  desə:  “Sübhanəllah, 
                                                           
164
  Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 83, səh. 276 
165
  Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 82, səh. 340, 28-ci hədis 


www.ehlibeyt-aka.com
                                
107 
 
vəlhəmdulillah  və  la  ilahə  illəllah,  vallahu  əkbər”,  Allah-taala 
təsbehin  hər  bir  dənəsinə  görə  ona  altı  min  yaxĢılıq  yazar  və  ondan 
altı min pislik silinər. Onun məqamı altı min dəfə ucalar və ona bir o 
qədər Ģəfaət nəsib olar.
166
 
c)
 
Ġmam  Sadiq  (ə)  buyurmuĢdur:  “Ġmam  Hüseyn  (ə)  türbətindən 
düzəldilmiĢ  təsbehi  özündə  daĢımaq  müstəhəbdir.  Bu  təsbehin  otuz 
üç  dənəsi  olur.  Kim  onunla  zikr  edərsə,  hər  dənəyə  görə  ona  qırx 
yaxĢılıq,  zikr  etmədən  əlində  fırladarsa,  iyirmi  yaxĢılıq  verilər.  Heç 
bir təsbehlə zikr etmək türbətdən götürülmüĢ təsbehlə zikr etməkdən 
daha fəzilətli deyil.”
167
 
d)
 
Ġbn  Məiyyə  Ġmam  Sadiqin  (ə)  belə  buyurduğunu  deyir:  “Kim  Ġmam 
Hüseyn  (ə)  türbətindən  olan  təsbehlə  zikr  etsə,  Allah-taala  ona  dörd 
yüz yaxĢılıq yazar və dörd yüz pisliyini pozar. Onun dörd yüz hacəti 
qəbul  olunar,  məqamı  dörd  yüz  dəfə  ucalar.  Bu  təsbeh  göy  ipə 
düzülmüĢ  otuz  dörd  daĢdan  ibarətdir.  Bu,  bizim  nənəmiz  Fatimeyi-
Zəhranın  təsbehidir.  Fatimeyi-Zəhra  Həmzə  qətlə  yetirilən  zaman 
onun qəbrinin türbətindən təsbeh düzəldib zikr edərmiĢ.”
168
 
e)
 
Ġmam  Kazim  (ə)  buyurmuĢdur:  “Bizim  Ģiələrimizin  daim  dörd  Ģeyə 
ehtiyacı  var:  üzərində  namaz  qıldıqları  xurma
169
,  barmaqlarına 
taxdıqları  üzük,  diĢlərini  fırçaladıqları  fırça  və  Əba  Abdullah 
Hüseynin  (ə)  qəbrinin  türbətindən  düzəldilmiĢ,  otuz  üç  daĢı  olan 
təsbeh.  Bu  təsbehlə  zikr  edəndə  hər  bir  daĢına  qırx  yaxĢılıq,  heç  bir 
zikr etmədiyin halda isə iyirmi yaxĢılıq yazılar.”
170
 
f)
 
Abdullah  ibn  Cəfər  əl  Himyəri  deyir  ki,  Ġmam  Kazimə  (ə)  məktub 
yazaraq  ondan  Ġmam  Hüseynin  (ə)  qəbrinin  türbəti  ilə  zikr  etməyin  
fəziləti  barədə  soruĢub.  Ġmam  (ə)  belə  cavab  verib:  “Zikr  edə 
                                                           
166
  Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 82, səh. 340, 29-cu hədis 
167
  Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 82, səh. 340, 30-cu hədis 
168
  Əllamə Məclisinin “Biharul ənvar” kitabı, cild 82, səh. 341, 32-ci hədis 
169
  Xurma ağacının yarpaqlarından alınan iplərlə tikilmiş balaca səccadə. 
170
  Şeyx Tusinin “Təhzibul əhkam” kitabı, cild 6, səh. 75 


www.ehlibeyt-aka.com
                                
108 
 
bilərsən,  ondan  düzələn  təsbehdən  üstün  heç  nə  yoxdur.  Onun 
fəzilətlərindən  biri  də  budur  ki,  zikr  edən  Ģəxs  bəzən  təsbehi 
fırladaraq zikri unutsa, həmin zikrin savabı ona yazılar.”
171
 
 
 
 NƏTĠCƏ: 
          Kərbəla  türbəti  bir  sıra  üstünlüklərə  malikdir.  Bura  Məryəm  bint 
Ġmranın  ora  pənah  aparması,  bu  türbətin  Müqəddəs  Rabva  olması  və 
ümumiyyətlə, oranın yer üzündəki digər torpaqlardan daha üstün, Ģərafətli 
və  fəzilətli  olaraq  əmin-amanlıq  hərəmi  qərar  verilməsi  aiddir.  Həmçinin 
bu  türbət  Cəbrail  (ə)  tərəfindən  daĢınması  və  Peyğəmbərin  (s.ə.s.)  onu 
öpərək göz yaĢlarına qərq etməsi nəticəsində bir çox qeybi və fiziki təsirlər 
kəsb  etmiĢdir.  Məhz  buna  görə  də  Əhli-beyt  (ə)  və  bütün  möminlər  bu 
türbəti ilahi feyz və bərəkətin cəlb edilməsi üçün vasitəyə çevirmiĢlər. 
          Ötən  bəhslərdə  Əhli-beyt  imamlarının  (ə)  bu  türbətə  nə  qədər 
əhəmiyyət  verdiyindən  danıĢdıq.  Bu  baxımdan  Ġmam  Sadiqdən  (ə)  nəql 
olunan rəvayət xüsusi əhəmiyyətə malikdir. Belə ki Ġmam Sadiq (ə) namaz 
qılan  zaman  özü  ilə  daĢıdığı  kisədən  Kərbəla  türbətini  çıxarıb  səccadənin 
üzərinə tökər və onun üzərinə səcdə edər, həmçinin ondan təsbeh düzəldib 
özü  ilə  gəzdirər,  bunu  Ģiələrinə  də  tövsiyə  edərək  buyurarmıĢ:  “Kimdə 
Ġmam  Hüseynin  (ə)  qəbrinin  türbətindən  təsbeh  olarsa,  zikr  etməsə  belə, 
zikr edənlərdən hesab olunar.”
172
 
          Kərbəla türbətinə bütün bu üstünlüklərin və Ģərafətli xüsusiyyətlərin 
verilməsinin  səbəbi  bu  torpağın  Ġslam  Peyğəmbərinin  (s.ə.s.)  balası  və 
reyhanəsi  Ġmam  Hüseyni  (ə)  öz  ağuĢuna  almasıdır.  Məhz  buna  görə  də 
                                                           
171
  Şeyx Tusinin “Təhzibul əhkam” kitabı, cild 6, səh. 76 
172
  Şeyx Səduqun “Mən la yəhduruhul fəqih”, cild 1, səh.268 


www.ehlibeyt-aka.com
                                
109 
 
bütün  bu  xüsusiyyətlərin,  o  cümlədən  dərdlərə  çarə,  bütün  qorxulardan 
əmin-amanlıq  vasitəsi  olma,  günahların  örtülməsi  və  bu  kimi  digər  qeybi 
təsirlərin  özünü  doğrultması  Ġmam  Hüseynin  (ə)  haqqının  tanınması, 
imamətinin qəbul edilməsi ilə bağlıdır. Belə ki Ġmam Sadiq (ə) buna iĢarə 
edərək  buyurmuĢdur:  “Xəstə  olan  bir  mömin  Əba  Abdullahın  (ə)  haqqını, 
hörmətini və vilayətini tanıyaraq onun qəbrindən barmaq ucu boyda torpaq 
götürsə, o torpaq ona məlhəm olar.”
173
 
“...mənim  uğurum  yalnız  Allahın  köməyi  ilədir.  Ona  təvəkkül  etdim  və 
Ona tərəf qayıdacağam.” 
174
  
 
 
   
 
 
 
 
 
 
 
           
 
                                                           
173
  İbn Quləveyhin “Kamiluz ziyarat” kitabı, səh.460 
174
  “Hud” surəsi, 88-ci ayə 


www.ehlibeyt-aka.com
                                
110 
 
 
 
 
 
 
 
 
 
  
  
 
  
 
 
 
 
 
 
 
 


www.ehlibeyt-aka.com
                                
111 
 
 

Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə