Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə4/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   2   3   4   5   6   7   8   9   ...   31

www.ehlibeyt-aka.com
                                
15 
 
məqamından  xəbərdar  idi.  Buna  görə  də  bu  türbəti  həmiĢə  özü  ilə 
daĢıyardı. 
      Digər  bir  rəvayətdə  gəlmiĢdir  ki,  Peyğəmbər  həmin  torpağı  onun 
yanında əmanət qoyur. 
     ƏməĢ, Əbu Vail ġəqiq ibn Sələmədən, o isə Ummu Sələmədən rəvayət 
edir  ki,  bir  gün  Həsən  və  Hüseyn  evdə  Peyğəmbərin  qarĢısında 
oynayırdılar.  Bu  zaman  Cəbrail  nazil  olub  dedi:  “Ey  Muhəmməd,  sənin 
ümmətin  bu  oğlunu  (Hüseynə  iĢarə  edərək)  qətlə  yetirəcək.”  Peyğəmbər 
ağlayaraq  onu  sinəsinə  sıxdı.  Sonra  (Peyğəmbər  Ummu  Sələməyə)  dedi: 
“Bu  türbət  sənin  yanında  əmanətdir.”  Peyğəmbər  türbəti  qoxulayıb 
buyurdu: “Kərbü bəlanın iyidir.” Peyğəmbər sözünə əlavə edərək dedi: “Ey 
Ummu  Sələmə,  bu  türbət  qana  çevrilən  zaman  bil  ki,  artıq  Hüseyn  qətlə 
yetirilib.” Ummu Sələmə deyir ki, türbəti bir ĢüĢənin içinə qoyub hər gün 
ona  baxaraq  belə  deyərdim:”  O  gün  ki,  qana  çevriləcəksən,  necə  də 
əzəmətli bir gündür!”
19
 
      Peyğəmbər  (s.ə.s.)  bu  hadisəni  Ummu  Sələməyə  xəbər  verməklə 
kifayətlənməyib,  hətta  AiĢə
20
,  Zeynəb  bint  CəhĢ
21
  və  səhabələrinə
22
  də 
xəbər  vermiĢdir.  Rəvayətlərdən  belə  məlum  olur  ki,  mələklər  dəfələrlə 
Peyğəmbərə  (s.ə.s.)  Kərbəla  hadisəsini  danıĢarmıĢlar.  Peyğəmbər  (s.ə.s.)  
göz  yaĢlarını,  sarsıntılarını  və  kədərini  saxlaya  bilmir,  bəzən  göz  yaĢları 
haqqında heç bir kəs soruĢmadan Kərbəla hadisəsindən danıĢar, bəzən isə 
söhbət etməzdi, lakin göz yaĢları sanki gözəl natiq kimi dilə gələrdi. 
 
                                                           
19
  Təbəraninin “Əl mucəm əl kəbir” kitabı, cild 3, səh. 108; Təbrizinin “Əl İkmal fi əsmair rical” kitabı, səh. 45; Məzzinin 
“Təhzib əl kamal” kitabı, cild 6, səh. 408; Heysəminin “Məcməüz zəvaid” kitabı, cild 9, səh. 204 
20
  Zəhəbinin “Siyər əlam ən nübəla” kitabı, cild 3, səh. 289-290; Salihinin “Subul əl huda vər rəşad” kitabı, cild 10, səh. 
153; Təbrizinin “Əl İkmal fi əsmair rical” kitabı, səh. 45 
21
  Salihinin “Subul əl huda vər rəşad” kitabı, cild 10, səh. 154 
22
  Əl Qunduzinin “Yənəbiul məvəddəh” kitabı, cild 3, səh. 8; İbn Kəsirin “Əl bidayə vən nihayə” kitabı, cild 8, səh.301, 
Salihinin “Subul əl huda vər rəşad” kitabı, cild 11, səh. 75 


www.ehlibeyt-aka.com
                                
16 
 
ÜÇÜNCÜ MƏTLƏB: 
Ġmam Əli (ə) öz səhabələrinə Kərbəla türbətinin Ģərafətindən xəbər verir: 
     Ġmam  Əli  (ə)  Əhli-beyt  ilə  bağlı  olan  varlıq  aləminin  həqiqətlərinin 
izahında  Peyğəmbərin  (s.ə.s.)  üslubunu  qoruyaraq  söhbət  edərdi.  Əli  (ə) 
pak Kərbəla türbətinin məkana xas xüsusiyyətləri haqqında öz səhabələrinə 
danıĢar  və  (onunla  bağlı  olan)  peyğəmbər  ailəsinə  üz  verən  böyük  kədəri 
açıqlayardı.  Bəli,  Kərbəla  torpağında  qətlə  yetirilən  peyğəmbərin  (s.ə.s.)  
reyhanəsi,  övladları,  qızları  və  qardaĢı  övladlarıdır.  Bu  torpaqda  Əbutalib 
ailəsindən  nə  qədər  pak  insanın  qanı  tökülmüĢdür!  Sanki,  Kərbəla  onlar 
üçün, onlar da Kərbəla üçün xəlq olunmuĢdur! Buna görə də Ġmam Əlinin 
(ə) söhbəti aĢağıdakı iki yönü əhatə edərdi: a) ġeyx Müfid Cuveyriyyə ibn 
Mushər  əl  Əbdidən  belə  rəvayət  edir:  Əmirəlmöminin  Əli  (ə)  ilə  birlikdə 
Siffeynə  tərəf  istiqamətləndiyimiz  zaman  yol  əsnasında  Kərbəla  çölündən 
keçirdik,  bu  zaman  Əli  (ə)  qoĢunun  bir  tərəfində  dayanıb  sağa  və  sola 
baxaraq  gözləri  yaĢaran  halda  buyurdu:  “And  olsun  Allaha  ki,  bu  torpaq 
onların  karvanının  mövqeyi  və  əbədiyyətlərinin  yeridir.”  Səhabələrdən 
bəziləri soruĢdu: “Ey Əmirəlmöminin, bu nə yerdir?”  
      Həzrət  buyurdu:  “Bu  Kərbəladır.  Bu  çöldə  hesabsız  Cənnətə  daxil 
olacaq bir qövm qətlə yetiriləcək.”
23
 
      b) Əli (ə) yalnız bu bəyanla kifayətlənməyib (yəni Siffeyn döyüĢündən 
qayıdıb  Kərbəladan  keçdiyi  zaman),  əksinə,  daim  Küfə  minbərində 
insanlara bu həqiqətdən danıĢardı. Onlara AĢura gününü tanıtdırıb Kərbəla 
çölündə peyğəmbər (s.ə.s.) ailəsinə üz verəcək müsibətdən söz açardı. 
      Rəvayət olunur ki, Ġmam Həsən (ə) vəfatından qabaq qardaĢı Hüseynə 
belə buyurdu: “Həqiqətən, Cödənin atası Əliyə (ə) müxalif idi. Əli (ə) onu 
                                                           
23
  Mufidin “Əl irşad” kitabı, cild 1, səh. 332; İbn Əbil Hədidin “Nəhcül bəlağənin şərhi” kitabı, cild 3, səh. 170; İrbilinin 
“Kəşf əl ğümmə” kitabı, cild 1, səh. 282; Hillinin “Kəşf əl yəqin” səh. 80; İbn Şəhr Aşubun “Əl mənaqib” kitabı, cild 2, 
səh. 106; Bəhraninin “Mədinət əl məaciz” kitabı, cild 2, səh. 39; Əl Hindinin “Kənz əl ümmal” kitabı, cild 13, səh. 655 


www.ehlibeyt-aka.com
                                
17 
 
Küfədə  caniĢin  təyin  etmiĢdi.  Siffeyn  döyüĢündən  Kufəyə  qayıdan  zaman 
minbərdə onun oğlu haqqındakı imamın sözlərini eĢitdikdən sonra Cödənin 
atası  onun  itaətindən  yayınıb  yolunu  azdı.  Artıq  onunla  bir  məclisdə 
oturmur,  Ģiələrindən  uzaqlaĢır  və  (Peyğəmbər  Əhli-beytinə)  salavat 
göndərmirdi.  Əli  (ə)  xütbədə  onun  oğlu  haqqında  belə  buyurmuĢdu:  “Ah 
olsun, Muhəmməd peyğəmbərin (s.ə.s.) balası, reyhanəsi və gözünün nuru 
mənim  oğlum  Hüseynə!  Sənin  sülbündən  gələn  oğlun  öz  atasından  sonra 
xilafətə gələcək zalım və inadkar bir xəlifə ilə balama qarĢı çıxacaq! Ġmam 
Hüseyn hara, sənin oğlun hara!!!”  
      Əbu Bəhr əl Əhnəf ibn Qeys ət Təmimi yerindən qalxaraq soruĢdu: Ey 
Əmirəlmöminin, onun adı nədir?  
     Həzrət buyurdu: 
       “Bəli,  Yezid  ibn  Müaviyə.  Übeydullah  ibn  Ziyada  oğlum  Hüseynin 
qətli  tapĢırılacaq.  Onların  döyüĢü  Fərat  çayının  qərbində  Kərbəla  çölündə 
baĢ  verəcəkdir.  Sanki,  onların  karvanının  mövqeyini,  səfər  əĢyalarının 
qoyulduğu  yeri,  Kufə  əhlinin  qoĢunlarının  onları  necə  əhatə  etməsini, 
qılıncları,  nizələri  ilə  onların  bədənlərinə,  qanlarına  və  ətlərinə  necə 
iĢləməsini,  peyğəmbər  nəslinin  və  mənim  balalarımın  necə  əsir 
götürülməsini, qoca, cavan və uĢaqların necə qətlə yetirilməsini görürəm.” 
     ƏĢəs ibn Qeys ayağa qalxaraq dedi: “Peyğəmbərin iddia etmədiyi elmi 
sən iddia edirsən. Bu elm sənə haradandır?” 
     Əmirəlmöminin  buyurdu:  “Vay  olsun  sənə,  ey  cəhənnəmlik,  sənin 
oğlun Muhəmməd! And olsun Allaha ki, onların  sərkərdələrindən olacaq. 
(Bəli,  and  olsun  Allaha)  ġimr  ibn  ZillcövĢən,  ġəbəs  ibn  Rəbəi,  Əmr  ibn 
Həccac Zübeydi və Əmr ibn Hureys!” 
     ƏĢəs  Ġmamın  sözünü  kəsməyə  tələsib  dedi:  “Ey  Ġbn  Əbutalib,  dediyini 
mənə anlat.” 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə