Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə5/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   2   3   4   5   6   7   8   9   ...   31

www.ehlibeyt-aka.com
                                
18 
 
     Həzrət buyurdu: “Vay olsun sənə, ey ƏĢəs, elə eĢitdiyin kimidir.”  
     ƏĢəs:  “Ey  Ġbn  Əbutalib,  sənin  sözlərinin  mənim  nəzərimdə  iki  xurma 
dənəsi qədər dəyəri yoxdur” – , deyərək arxa çevirib getdi.  
      Camaat ayağa qalxıb gözlərini Əliyə (ə) tərəf yönəldərək, sanki, ƏĢəsi 
öldürmək  üçün  ondan  icazə  alırdı.  Həzrət  camaata  belə  buyurdu:  “YavaĢ 
olun,  Allah  sizə  rəhm  etsin.  And  olsun  Allaha  ki,  mən  onu  öldürməyə 
sizdən daha çox qadirəm. Allahın əzabı kafirlərə labüd nazil olmalıdır.”
24
  
      Bu  hadisənin  nəticəsi  Peyğəmbər  ailəsinə  zülm  edən  insanların  pis 
aqibətindən  xəbər  verir.  Əhli-beyt  imamları  insanlara  Kərbəla  hadisəsi  ilə 
bağlı  olan  məsələləri  xırdalıqları  və  məkana  xas  xüsusiyyətləri  ilə  izah 
edərək  açıqlayırdılar.  Kərbəla  hadisəsi  ilə  bağlı  olan  qeybi  təsirlər, 
Peyğəmbər  (s.ə.s.)  əhli-beytinə  zülm  edənlərin  adları,  törətdikləri 
cinayətlər  Əlinin  (ə)  bəyanından  baĢlayaraq    Ġmam  Zamandan  (ə.f)  gələn 
həqiqətlərlə  tamamlanır.... 
ĠKĠNCĠ BƏHS: 
Əhli-beyt imamlarının nəzərində Kərbəla türbətinin xüsusiyyətləri: 
      Kərbəla hadisəsindən sonra Əhli-beyt imamlarının insanlara müqəddəs 
türbətin  Ģərafətinin  və  daĢıdığı  xüsusiyyətlərinin  tanıtdırılmasının  əhatə 
dairəsi  fərqli  rakurs  almıĢdı.  Bunun  səbəbi  aĢağıdakı  məqamlardan 
ibarətdir: 
1)
 
Əhli-beytin  Kərbəladakı  faciəli  qətli  nəticəsində  bu  məkan  insanlar 
içində məhĢurlaĢmıĢ və insanların da bu məkana inancı artmıĢdı; 
2)
 
Ġmam  Hüseyn  (ə)  türbətinin  zəvvarlarının  ləyaqət  və  ədəblərlə 
bəzənmələri üçün insanlara verilən göstəriĢlər  
                                                           
24
  Mövsuət kəlimat İmam Hüseyn(ə), səh. 200; Bəhraninin “Mədinət əl məaciz” kitabı, cild 3, səh. 196, hədis 826 


www.ehlibeyt-aka.com
                                
19 
 
3)
 
Mömin  kütlənin  etiqad  sahəsindəki  inanclarını  hər  hansı  bir  həqiqət 
haqda olan yəqin mərhələsindən əməl mərhələsinə daĢımaq. 
Əhli-beyt imamlarının bu türbəti daĢımaları onun haqqındakı bilgilərindən 
xəbər  verir.  Onların  bu  türbəti  müqəddəs  bilmələri,  onun  vasitəsilə  Ģəfa 
istəmələri  və  Allaha  görə  ona  səcdə  etmələri  bu  türbətin  xüsusiyyətləri 
haqda olan yəqindən qaynaqlanır. Bu həqiqət hədislərdə öz əksini tapır: 
Birinci mətləb: 
Kərbəla torpağı yaradılıĢına görə Məkkə torpağından əvvəldir: 
       Hürr Amuli “VəsailüĢ Ģiə” kitabında Ġmam Baqirdən (ə) rəvayət edir: 
“Allah-taala Kərbəla torpağını Məkkə torpağından iyirmi dörd min il əvvəl 
yaratmıĢ, müqəddəs bilərək mübarək etmiĢdir. Beləcə, məxluqatı yaradana 
qədər müqəddəs və mübarək olmuĢ və daim olacaq.
25
Allah-taala bu torpağı 
Cənnətdə  ən  üstün  torpaq  və  övliyaların  məskunlaĢacağı  ən  fəzilətli 
məskən və mənzil qərar vermiĢdir.”
26
 
 
 
 
ĠKĠNCĠ MƏTLƏB: 
Kərbəla  torpağının  Məkkə  torpağından  üstünlüyü  və  əmin-aman  hərəm 
olması: 
Kərbəla türbətinin xüsusiyyətləri və onun Məkkə torpağından üstün olması 
haqqında söhbət açan digər hədislərdən ikisini qeyd edirik: 
                                                           
25
  Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 10, səh. 404; Şeyx Tusinin “Təhzib əl əhkam” kitabı, cild 6, səh. 72 
26
  İbn Quləveyhin “Kamil əz ziyarat” kitabı,  səh. 450-451; Məclisinin “Bihar əl ənvar” kitabı, cild 54, səh. 202; “Əl usul 
əs sitə əşər”, səh. 16 


www.ehlibeyt-aka.com
                                
20 
 
1)
 
Əbul  Carud  Ġmam  Səccaddan  (ə)  belə  rəvayət  edir:  “Allah-taala 
Məkkə  torpağını  xəlq  etməzdən  iyirmi  dörd  min  il  əvvəl  Kərbəla 
torpağını mübarək və əmin amanlıq hərəmi seçmiĢdir. Allah-taala yer 
üzünün  torpaqlarını  əvəz  edən  zaman  Kərbəla  torpağını  bütövlükdə 
nurani  və  saf  Ģəkildə  ucaldıb  Cənnət  bağının  ən  üstün  guĢələrindən 
birində qərar verəcək. Həmin fəzilətli guĢədə yalnız peyğəmbərlər və 
risalət sahibləri məskunlaĢacaq. 
Və yaxud: “Risalət sahiblərindən “ulul əzm” peyğəmbərlər məskunlaĢacaq. 
O,  ulduzlar  arasında  ən  parlaq  ulduz  kimi  Cənnət  torpaqları  içərisində 
bütün  Cənnət  əhlinin  nurunu  örtərək  parlayacaq.  O,  səslənəcək:  “Mən 
Allahın müqəddəs torpağıyam. Mən Cənnət cavanını və Ģəhidlərin ağasını 
ağuĢuna almıĢ mübarək torpağam!”
27
 
2)
 
Hürr Amuli “VəsailüĢ Ģiə” kitabında Əbu Səid Əlqəmmatdan, o, isə 
Ömər  ibn  Yeziddən,  o,  da  Ġmam  Sadiqdən  (ə)  belə  rəvayət  edir: 
“(Qiyamət  günü)  Kəbə  torpağı  dilə  gəlib  deyəcək:  “Hansı  torpaq 
mənim  kimidir?!  Allahın  evi  (Kəbə)  mənim  üzərimdə  tikilmiĢdir. 
Ġnsanlar  hər  bir  tərəfdən  (ziyarətimə)  gəlirlər.  Allahın  hərəmi  və 
əmniyyət evi qərar verilmiĢəm.”  
Allah  ona:  “Kifayətdir,  sakit  ol!  Sənin  fəzilətin  Kərbəla  torpağının 
fəziləti yanında dənizə batırılaraq yaĢ olmuĢ iynə kimidir. Əgər Kərbəla 
torpağı  olmasaydı,  sənə  fəzilət    verməzdim.  Əgər  Kərbəla  torpağının 
ağuĢuna  aldığı  Ģəxs  olmasaydı,  səni  və  fəxr  etdiyini  (Kəbəni) 
yaratmazdım.  Sakit  ol,  qürurlanma!  Kərbəla  torpağı  üçün  zəlilanə, 
təvazökar, sayğılı və təkəbbürlü olmayan bir quyruq ol! Əks halda, səni 
tanınmaz hala salıb Cəhənnəm oduna ataram!”
28
 
                                                           
27
  “Əl usul əs sittə əşər” , səh. 17; bu məzmuna yaxın “Vəsailüş şiə” kitabında gəlmişdir, cild 10, səh. 403 
28
  Hürr Amulinin “Vəsailüş şiə” kitabı, cild 10, səh. 403; “Əl usul əs sitə əşər”, səh. 16 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə