Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə7/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   2   3   4   5   6   7   8   9   10   ...   31

www.ehlibeyt-aka.com
                                
25 
 
züriyyətinə,  yəni  Muhəmməd  peyğəmbər  (s.ə.s.)  və  onun  pak  əhli-beytinə 
yönəlmiĢdir.  Əziz  Ġslam  peyğəmbəri  belə  buyurmuĢdur:  “Mən  atam 
Ġbrahimin duasında nəzərdə tutduğu Ģəxsəm”
36
 
    Möminlərin  qəlbləri  ilə  Ġbrahim  peyğəmbərin  ailəsi  arasındakı  əlaqənin 
sirri onların Allah dərgahında həqiqi namaz əhli olduqlarına görədir. Buna 
görə də onlar Kəbə evindən daha əzəmətlidirlər. Çünki Kəbə evi ibadət və 
namaz  üçün  bərpa  edilmiĢdir.  Allah-taala  buyurur:  “...Və  Ġbrahim  ilə 
Ġsmailə tapĢırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud 
ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin.”
37
 
    Həqiqətən,  Kəbə  evi  Ġslam  peyğəmbərinə  hörmət  olaraq  müsəlmanların 
qibləsi  qərar  verilmiĢdir.  Qurani-Kərimdə  bir  ayədə  belə  buyurulur: 
“ġübhəsiz, Biz sənin üzünün (bir iĢin baĢ verməsini gözləyən adam kimi) 
göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir 
qibləyə tərəf döndərərik...”
38
 
    Əgər  Ġslam  peyğəmbəri  qibləni  bəyənməsəydi,  onda  müsəlmanların 
qibləsi  üçün  ya  Beytül  Müqəddəs,  ya  da  baĢqa  bir  məkan  müəyyən 
edilərdi.  Çünki  “O  (Allah)  etdikləri  barəsində  (heç  kəs  tərəfindən)  sorğu-
suala  tutulmaz  və  onların  hamısı  (yaratdıqlarının  hamısı  Onun  qarĢısında) 
sorğu-sual edilərlər.”
39
 
       Bu  ayənin  izahı  Ġmam  Sadiqdən  (ə)  olan  rəvayətdə  belə  gəlmiĢdir: 
“Peyğəmbər  Məkkədə  olduğu  zaman  on  üç  il,  Mədinəyə  hicrət  edəndən 
sonra  isə  yeddi  ay  Beytül  Müqəddəsə  doğru  namaz  qıldıqdan  sonra  qiblə 
dəyiĢmiĢdir.”  Sonra    belə  buyurdu:  “(bu  müddətdən  sonra)  Allah-taala 
Peyğəmbəri  Məkkəyə  doğru  istiqamətləndirdi.  Çünki  yəhudilər 
Peyğəmbərə  eyib  tutaraq  belə  deyirdilər:  “Sən  bizə  tabe  olaraq  qibləmizə 
                                                           
36
  Əbul Həsən Əli ibn İbrahim əl Qumminin “Təfsir” kitabı, cild 1, səh. 62 
37
  Bəqərə surəsi, 125-ci ayə 
38
  Bəqərə surəsi, 144-cü ayə 
39
  Ənbiya surəsi, 23-cü ayə 


www.ehlibeyt-aka.com
                                
26 
 
namaz  qılırsan.”  Peyğəmbər  bu  sözdən  sonra  həddən  artıq  qəmləndi  və 
gecənin  qaranlığında  səmanın  üfüqlərinə  nəzər  edərək  öz  rəbbindən  bu 
məsələyə  aid  vəhyi  gözlədi.  Səhəri  günü  Bəni-Salim  məscidində  zöhr 
namazı  quruldu.  Zöhr  namazından  iki  rükət  keçəndən  sonra  Cəbrail  (ə) 
nazil oldu və Peyğəmbərin qollarından tutaraq onu Kəbəyə doğu döndərib 
bu  ayəni  nazil  etdi:  “ġübhəsiz,  Biz  sənin  üzünün  (bir  iĢin  baĢ  verməsini 
gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi 
səni  razı  qalacağın  bir  qibləyə  tərəf  döndəririk.  Odur  ki,  üzünü  Məscidül 
Hərəmə  tərəf  döndər...”
40
  Beləliklə,  namazın  iki  rükətini  Beytül 
Müqəddəsə  və  iki  rükətini  Kəbəyə  qıldı.  Yəhudilər  və  səfeh  insanlar  belə 
deyirdilər: “Sizi öz qiblənizdən döndərən nə oldu?”
41
 
    Buna  görə  də  Əhli-beytin  (ə)  hörməti  Allah  dərgahında  Kəbə  evindən 
daha  üstündür.  Aqil  insanların  adəti  də  belədir:  “Ev,  onun  sahibinə  görə 
ziyarət olunar.”  
 Üçüncü predmet:  
     Allah-taala  Kəbəni  Kərbəla  türbətinə  xatir  qorumuĢdur.  Əgər  Kərbəla 
olmasaydı,  Kəbənin  hörməti  qalmazdı.  Kərbəlanın  ağuĢuna  aldığı  Ģəxs 
Kəbənin  qalmasına  səbəb  olmuĢdur.  Əgər  o,  olmasaydı,  insanlar  Kəbə 
evinin  hörmətini  tanımazdılar.  Buna  müsəlmanların,  hətta  Ġslamdan  əvvəl 
ərəblərin  tarixində  açıq-aĢkar    dəlil  vardır.  Həmin  o  ev  ki,  Ġbrahim 
peyğəmbər  (ə)  və  oğlu    Ġsmail  tərəfindən  –  ayədə  buyurulduğu  kimi 
“...təvaf  edənlər,  yaxınlıqda  olanlar  (yaxud  ibadətə  çəkilənlər),  rüku  və 
səcdə  edənlər  üçün...”
42
  –  pak-pakizə  edilmiĢdi,  cahiliyyət  dövründə  Əmr 
ibn Yəhyanın  əli ilə bütlərə ibadət məkanına çevrildi. O, həmin Ģəxsdir ki, 
Kəbəyə  Hubəl  adlı  büt  (ġam  torpaqlarından,  ona  ibadət  edən  qövmü 
                                                           
40
  Bəqərə surəsi, 144-cü ayə 
41
  Əllamə Təbatəbainin “Əl mizan” kitabı, cild 1, səh. 326; Mühəddis Nurinin “Müstədrək səfinətul bihar” kitabı, cild 3, 
səh. 171 
42
  Bəqərə surəsi, 125-ci ayə 


www.ehlibeyt-aka.com
                                
27 
 
gördükdən  sonra)  gətirmiĢdi.  Əmr  ibn  Yəhya  onlardan  “Sizin  ibadət 
etdiyiniz  bu  bütlər  nədir?”  –  deyə  soruĢduqda,  belə  cavab  verdilər:  “Bu 
bütlərə onlardan yardım almaq, yağıĢ yağmasını istədikdə ibadət edirik və 
o  da  bizə  yardım  edir  və  yağıĢ  yağdırır.”  Əmr  ibn  Yəhya  dedi:  “Bu 
bütlərdən birini mənə Kəbədə qoymaqdan ötrü verməzsinizmi?” 
     Onlar  Hubəl  adlı  bütü  ona  verdilər.  Əmr  ibn  Yəhya  həmin  bütü 
Məkkəyə  gətirib  Kəbəyə  qoydu.  Bu  büt  Məkkədə  qoyulan  birinci  büt  idi. 
Sonra isə Ġsaf, Nailə adlı bütləri – hər birini Kəbənin bir tərəfinə qoydular. 
Beləliklə, Kəbəni təvaf edən Ġsafdan baĢlayaraq onu öpüb təvafı da onunla 
bitirirdi.  
      Səfa  dağının  üzərinə  “Mücavir  ər  rih”,  “Mərvə”  dağının  üzərinə  isə 
“Mətəm  ət  tayr”  adlı  bütlər  qoymuĢdular.  Ərəblər  Kəbə  evinin  ziyarətinə 
gələn  zaman  bu  bütləri  görüb    QüreyĢ  və  Xüzaə  qəbilələrindən  onlar 
haqqında soruĢduqda belə deyərdilər: “Onlara Allaha yaxınlaĢmaqdan ötrü 
ibadət edirik.”
43
 Ərəblər bu mənzərəni gördükdən sonra onları özlərinə büt 
götürdülər. Beləliklə, hər bir qəbilənin Allaha yaxınlaĢmaqdan ötrü ibadət 
etdiyi  özünəməxsus  bir  bütü  oldu.  Allah-taala  bu  mənzərəni  Qurani-
Kərimdə  belə  qeyd  edir:  “...
 
biz  onlara  yalnız  bizi  Allaha  daha  çox 
yaxınlaĢdırsınlar deyə, ibadət edirik (deyirlər)...”
44
 
    Kəbə evində qoyulan bütlərin sayı üç yüz altmıĢa çatırdı. Onlar müxtəlif 
Ģəkil,  heyət  və  formalarda  idi.  Hətta  məsihilər  Kəbə  evinin  divarları  və 
sütunları  üzərində  xanım  Məryəm  (ə),  Ġsa  (ə),  mələklər,  Ġbrahimin  (ə) 
əhvalatını həkk etmiĢdilər.
45
 
    Kəbə evinin ətrafında təvafa gəlincə isə QüreyĢ tayfasından baĢqa digər 
ərəblər  lüt  halında  təvaf  edirdilər.  Onlar  təvaf  edən  zaman  fit  və  əl 
                                                           
43
  Yaqubinin “Tarix” kitabı, cild 1, səh. 307; Məsudinin “Muruc əz zəhəb” kitabı, cild 2, səh. 254 
44
  Zümər surəsi, 3-cü ayə 
45
  Kəlbinin “Əl əsnam” kitabı, səh. 23 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə