Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə8/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

www.ehlibeyt-aka.com
                                
28 
 
çalırdılar.  Bu  insanlar  “hillə”
46
  adlanırdılar.  Onların  arvadları  ayıb  yerləri 
açıq formada təvaf edərdilər.
47
  
    Kəbə  evinin  bu  vəziyyəti  Ġslam  peyğəmbərinin  (s.ə.s.)  besətindən  
əvvəlki  dövrə  aid  idi.  Beləliklə,  ilahi  nur  parlayaraq  Muhəmmədi  (s.ə.s.) 
peyğəmbərliyə  seçdi.  Bununla  da,  Kəbə  evinin  əvvəlki  heyəti  və  paklığı 
özünə  qayıtdı.  Belə  ki  Məkkə  Ģəhərinin  fəthi  zamanı  Ġmam  Əli  (ə) 
Peyğəmbərin  (s.ə.s.)  mübarək  çiyinlərinə  çıxaraq  Kəbəni  bütlərdən 
təmizlədi.  Ġmam  Əli  (ə)  həmin  Ģəxsdir  ki,  QüreyĢin  ibadət  etdiyi  bir  çox 
bütləri sındırıb darmadağın etməsini öz öhdəsinə götürdü. Kəbənin damı və 
içi bu bütlərlə dolu idi. Bu hadisədən sonra Ġmam Əli (ə) “bütləri sındıran” 
ləqəbi ilə məhĢurlaĢdı.
48
 
     ...Kəbə evinin vəziyyəti Peyğəmbərin (s.ə.s.) besətindən əvvəl belə idi... 
Lakin Peyğəmbərin (s.ə.s.)  vəfatından sonrakı halına gəlincə isə o, daha da 
pis  və  hörməti  tapdalanmıĢ  oldu  ..!  Çünki  Bəni  Üməyyə  hakimləri  Kəbə 
evində  nə  divar,  nə  də  pərdə  qoymuĢdular,  əksinə  onu  pərakəndə 
səpələnmiĢ  daĢlara  çevirmiĢdilər,  hətta  rəngi  belə  qalmamıĢdı!  Onun 
rəngini odlar və yanmağa macal tapmayan neftin rəngi dəyiĢmiĢdi. 
     Ey kaĢ, bu iĢ elə belə də qurtaraydı! Kəbə evi ətrafında bir çox səhabə 
və  tabeinlərin  qanı  tökülmüĢdü,  hətta  Məscidül  Hərəmin  həyəti  onların 
cəsədləri ilə dolmuĢdu. Hərəmin daxilində gedən müharibənin Ģiddətindən 
onların bəzilərinin bədən üzvləri ətrafa səpələnmiĢdi. 
     Ġslam  tarixində  belə  deyilir:  “Bəni-Üməyyə  tərəfdarları  dəfələrlə 
Kəbənin  ehtiramını  tapdamıĢlar.  Əgər  onların  hakimiyyəti  uzun  müddət 
                                                           
46
  Yaqubinin “Tarix” kitabı, cild 1, səh. 310, Nişaburinin təfsiri Təbərinin haşiyəsi ilə, cild 9, səh. 157 
47
  Əzrəqinin “Əxbaru Məkkə” kitabı, cild 1, səh. 115-117; Süheylinin “Ər rovd əl unuf” kitabı, cild 1, səh. 133 
48
  Şəhr ibn Aşubun “Mənaqib” kitabı, cild 1, səh. 388; İbn Şazan əl Qumminin “Ər rovdə” kitabı, səh. 194; Məclisinin 
“Biharul ənvar” kitabı, cild 39, səh. 187; İbn Əsakirin “Tarixu mədinəti Diməşq” kitabı, cild 70, səh. 236; Qunduzinin 
“Yənəbiul məvəddəh” kitabı, cild 3, səh. 208; Yəzdinin “İlzamun nasib” kitabı, səh. 206 


www.ehlibeyt-aka.com
                                
29 
 
davam  etsəydi,  Ġslam  Ģəriətindən  yalnız  ad  və  adətlərdən  baĢqa  bir  Ģey 
qalmazdı. 
     Ġslam  peyğəmbəri  diqqəti  Bəni-Üməyyənın  həqiqətinə  yönəldərək  belə 
buyurmuĢdur: “Əgər Əbul Asın övladları otuz nəfərə çatsalar, onda Allahın 
malını özlərinə dövlət, bəndələrini qul, Allahın dinini isə əxlaqsızlıq yuvası 
edərlər.”
49
 
     Əgər  Bəni-Üməyyə  hakimlərinin  pisliklərini  və  törətdikləri  cinayətləri 
sadalasaq,  onda  bu  kitab  öz  məzmunundan  kənara  çıxmıĢ  olacaq.  Lakin 
onların Məscidül Hərəmdə törətdikləri bəzi hadisələrə toxunmaq zəruridir. 
Əziz  oxucular,  bununla  da  siz  Kərbəla  türbətinin  Məkkə  türbətindən 
fəzilətli  olmasının  səbəbini  öyrənə,  həmçinin  Kərbəla  torpağının  Ġslam 
dininin  və  onun  müqəddəslərinin  qorunmasında  kəsb  etdiyi  hikməti  dərk 
edib yəqinə çata bilərsiniz.  
     Həmçinin  sizə  aydın  olacaq  ki,  Kərbəla  torpağı  Ġslam  dininin  bərpa 
olduğu  və  ucaldığı  əsaslara  nisbətdə  hansı  mövqedə  dayanmıĢdır.  Yer 
üzündə fitnə-fəsad törədən hakimlər, yoxsa Allahın kitabı və peyğəmbərin 
pak Əhli- beyti ilə bir mövqedə ?! Baxaq görək, bu iki hərəmin (Məscidül 
Hərəm  və  Məscidün  Nəbi)  fasiq  və  zalım  hakimlərin  nəzərində  nə  qədər 
hörməti vardır ?! 
a)
 
Mədinə Ģəhərinin hörmətinin pozulması: 
     Ġslam  Peyğəmbərinin  qədəmləri  ilə  mübarək  olan  Mədinə  Ģəhərinə 
gəlincə, onun hörmətini Yezid ibn Müaviyənin əmri ilə Müsrif ibn Üqbə və 
onun ġam torpaqlarından  gələn  ordusu muhacirlərin övladlarından min üç 
yüz,  ənsarların  övladlarından  isə  min  yeddi  yüz  nəfər  insanı  qətlə 
                                                           
49
  Hakim Nişaburi Əbuzər əl Ğifaridən nəql edir; cild 4, səh. 526; Əhməd ibn Hənbəl “Müsnəd” kitabında 11775-ci 
hədisdə nəql edir; Əbu Yəla “Müsnəd” kitabında 1152-ci hədisdə nəql edir; Təbərani “Əlmucəm əl ovsət” kitabında 
7785-ci, “Əlmucəm əs sağir” kitabında isə 1150-ci hədislərdə nəql edir; Heysəmi “Məcməüz zəvaid” kitabı, cild 5, səh. 
241; Əlmosuli “Müsnəd” kitabı, cild 11, səh. 402, 6523-cü hədis 


www.ehlibeyt-aka.com
                                
30 
 
yetirməklə pozmuĢdur. Digər insanlar, yəni qullar və ağalardan isə üç min 
üç yüz nəfərə qədər insan qətlə  yetirilmiĢdi.  Ümumilikdə, altı  min üç  yüz 
nəfər insan öldürülmüĢdü.
50
 (Tarixdə bu rəqəmlər fərqlidir). Bu hadisədən 
sonra ġam  əhli qılınclarla  Mədinə  Ģəhərinə  daxil olub qarĢısına çıxan hər 
bir  kəsi,  istər  böyük,  istərsə  də  kiçik  olsun,  hamısını  qətlə  yetirirdilər. 
Onlar  sonra  da  Mədinə  əhlinin  namusuna  sataĢdılar.  Üç  gün,  üç  gecə 
qadınlara  təcavüz  edib,  müsəlmanların  malını  qənimət  bilərək 
mənimsədilər.  Əhalinin  bir  çoxu  orada  olan  səhabələrin  evinə  pənah 
aparırdı. 
       Əbu  Səid  əl  Xidri  belə  deyir:  “And  olsun  Allaha  ki,  üç  gün  ərzində 
Mədinə  Ģəhərində  Peyğəmbərin  qəbrindən  baĢqa  bir  yerdən  azan  səsini 
eĢitmədik. Peyğəmbər məscidinin qapısı qarĢısında Müslüm ibn Üqbə üçün 
taxt qoyulmuĢdu. Ora daxil olan hər bir kəsin boynu vurulurdu.”
51
 
 
 
b)
 
Məkkə Ģəhərinin hörmətinin pozulması: 
       Müslüm  ibn  Üqbə  Mədinə  Ģəhərindən  xaric  olandan  sonra  Məkkəyə 
tərəf üz tutur. Abdullah ibn Zubeyrlə döyüĢmək üçün öz ordusuna Husayn 
ibn Numeyr əs Səkunini sərkərdə təyin edir və Məkkə əhlindən Yezid ibn 
Müaviyə üçün beyət alır. Abdullah ibn Zubeyr onlara müqavimət göstərən 
zaman  mancanaq  vasitəsi  ilə  Kəbəni  daĢqalaq  edir,  onu  yandırır  və  rəcəz 
oxuyaraq belə deyirlər: 
Ağzından köpük püskürən dəvəyə oxĢar sapandla 
                                                           
50
  İbn Əsəmin “Əlfutuh” kitabı, cild 5, səh. 160 
51
  Yenə orada 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə