Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə9/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

www.ehlibeyt-aka.com
                                
31 
 
                     Atırıq onunla bu məscidin taxta sütunlarına 
52
 
      Kəbə evinin bu formada hörmətinin pozulması və darmadağın edilməsi 
birinci  dəfə  deyildi.  Bundan  da  Ģiddətlisi  baĢ  vermiĢdi.  Əbdülməlik  ibn 
Mərvan  Abdullah  ibn  Zubeyrlə  döyüĢmək  üçün  Həccac  ibn  Yusif  əs 
Səqəfini orduya sərkərdə təyin edir. Həccac haram aylardan birində Kəbəni 
öz  qoĢunu  ilə  mühasirəyə  alır.  Həccacın  bu  murdar  əməlinə  heç  bir  Ģey 
mane ola bilmir: nə Kəbə, nə haram ayı, nə də həcc ziyarətinin əməllərini 
yerinə yetirmək üçün gələn müsəlmanların hörməti. Həccacın əmri ilə Əbu 
Qubeys dağının üzərinə mancanaq qoyularaq Kəbəyə daĢlar atılır.
53
 Birinci 
daĢ  atılan  zaman  səma  lərzəyə  gəlir,  ĢimĢək  və  ildırımın  səsi  hər  tərəfi 
bürüyür. Bu hadisə ġam ordusunda bir qorxu yaradır.
54
  
      Həccac  öz  əbasının  ətəyi  ilə  daĢı  götürərək  mancanağa  qoyur  və  onu 
atmağı əmr etdi. Sübh vaxtı bir-birinin ardı ilə Ģiddətli ildırımlar baĢ verir. 
Onun qoĢunundan on iki nəfəri ölür. 
 ġam  ordusu  sınmıĢdı.  Həccac  üzünü  ġam  ordusuna  tutaraq  belə  deyirdi: 
“Ey ġam əhli, baĢ verənləri inkar etməyin. Mən Tuhamənin oğluyam və bu 
da  onun  ildırımlarıdır.  Sizə  müjdə  olsun,  artıq  qələbə  bizimlədir.”
55
  Bu 
sözdən  sonra  Kəbə  evinə  daĢ  atmağa  baĢlayırlar.  Atılan  daĢlar  Məscidul 
Hərəmə yağıĢ kimi yağırdı. DöyüĢçülər bir qədər əl saxlayan kimi Həccac 
onlara adam göndərib onları söyərək ölümlə hədələyirdi.  
      Həccac  və  onun  qoĢunu  Kəbə  evini  o  qədər  daĢlayırlar  ki,  Zəmzəm 
quyusunun yaxınlığındakı divar və Kəbə evinin ətrafı çatlayır. Sonra Kəbə 
evini  odlarla  atəĢə  tuturlar,  beləliklə,  Kəbənin  pərdələri  tamamilə  yanaraq 
külə çevrilir. Kəbənin necə yandığını müĢahidə edən Həccac rəcəz oxuyub 
deyirdi:  
                                                           
52
  İbn Əsirin “Əlkamil” kitabı, cild 4, səh. 124 
53
  İbni Əsirin “Əlkamil” kitabı, cild 4, səh. 350; İbni Əsirin “Usudul ğabə” kitabı, cild 3, səh. 244 
54
  Təbərinin “Tarix” kitabı, cild 3, səh. 1190; İbni Əsirin “Əlkamil” kitabı, cild 4, səh. 351 
55
  Yenə orada 


www.ehlibeyt-aka.com
                                
32 
 
Məgər görmürsənmi Kəbənin parıldayan tüstüsünü? 
                   Belə güman edirlər ki, Allah onun qonĢusudur. 
                   Artıq onun daĢları zəifləmiĢ və çatlamıĢdır, 
                   Bütün göyərçinlər uzaqlaĢıb onu tərk etmiĢlər. 
                   Artıq Kəbənin darmadağın edilməsi yetiĢmiĢdir, 
                   Artıq onun bütün pərdələri yanıb tökülmüĢdür, 
                   Onun üzərində neft və odlar ucalan zaman. 
56
 
      Sonra  böyük  bir  döyüĢ  baĢ  verir.  ġam  ordusu  namaz  vaxtı  Məscidul 
Hərəmin qapılarından  içəriyə daxil olub Abdullah ibn Zübeyri  səsləməyə 
baĢlayır: Ey kor qadının oğlu! Ey iki ətəklinin oğlu!
57
 
      Məscidin  həyətində  baĢ  verən  döyüĢdə  Abdullah  ibn  Zubeyr  və  onun 
bütün  tərəfdarları  öldürülür.  Abdullahın  baĢını  bədənindən  ayırıb  
Əbdülməlik  ibn  Mərvan  üçün  göndərirlər.
58
  Abdullahın  bədəni  isə 
baĢıaĢağı  formada  xurma  ağacı  və  yaxud  bəzi  deyilənlərə  görə,  bir  taxta 
parçası  üzərində  çarmıxa  çəkilir.  Onun  yanına  ölmüĢ  it  cəsədini 
bağlayırlar.
59
  Bir  müddətdən  sonra  Həccac  onun  cəsədini  endirib  yəhudi 
məqbərəsinə  atır.
60
  Bəzi  deyilənlərə  görə  isə  anası  onu  Həcun 
məntəqəsində dəfn edir.
61
  
                                                           
56
 İbn Əsəmin “Əlfutuh” kitabı, cild 6, səh. 340 
57
  Abdullah ibn Zübeyrin anası ömrünün sonunda kor olmuşdu, lakin digər ləqəbə gəlincə isə Peyğəmbərlə Əbubəkr 
Mədinəyə hicrət edən zaman Əsma öz ətəyini iki yerə bölüb bir hissəsinə yemək, digərinə isə içmək üçün su qoymuşdu. 
Buna görə də “iki ətəkli” ləqəbi almışdı. Buxarinin “Səhih” kitabı, cild 3, səh. 1087, 2817-ci hədis; Müslümün “Səhih” 
kitabı, cild 4, səh. 1971, 2545-ci hədis 
58
  İbn Əsəmin “Əlfutuh” kitabı, cild 6, səh. 342; Təbərinin “Tarix” kitabı, cild 3, səh. 1192 
59
  İbn Əsəmin “Əlfutuh” kitabı, cild 6, səh. 343; İbn Əsirin “Əlkamil” kitabı, cild 4, səh. 357 
60
  Müslümün “Səhih” kitabı, cild 4, səh. 1971 
61
  İbn Əsirin “Əlkamil” kitabı, cild 4, səh. 357 


www.ehlibeyt-aka.com
                                
33 
 
      Bütün  baĢ  verən  bu  hadisələrdən  –  Kəbə  evinin  dağıdılması, 
yandırılması,  insanların  qətlə  yetirilməsi  və  xurma  ağacları  üzərində 
çarmıxa  çəkilməsi  ilə  müxtəlif  etiqadlara  malik  olan  insanlar  arasında 
Kəbənin hansı hörməti qala bilər?! 
      Sualı  belə  qoymaq  olar:  Bu  hadisədən  sonra  Kəbə  evinin  hörməti  və 
heybətini  necə  qaytarmaq  olar?!  Gələcəkdə  Kəbəyə  qarĢı  olan  təhlükəni 
dəf etmək olarmı?!  Kəbəni necə bərpa etmək olar?!    
      Həccac  Ġbn  Yusif,  onun  ġamdakı  acgöz  əmiri  və  hadisənin  Ģahidi 
olmuĢ fəqihlər, mühəddislər Kəbə evinin yandırılıb darmadağın ediləndən 
sonra yenidən bərpa olunması istiqamətində Ģoka düĢmüĢdülər. 
     Görəsən,  bu  hadisədən  sonra  həcc  ziyarətini  icra  etmək  üçün  Beytül 
Müqəddəsəmi  gedəcəklər?  Görəsən,  yəhudilər  və  nəsranilər  buna  razı 
olacaqlarmı?! Və yaxud üzlərini Beytül Müqəddəsəmi çevirəcəklər?! 
     Görəsən,  Kəbəni  ucaldıb  bərpa  etmək  üçün  Ġbrahim  və  Ġsmaili,  Allah 
evini bərpa edən bənnanı haradan tapacaqlar?  
     Allah evini bərpa edən bənnanı, elə Allah özü seçir, nəinki Əbdülməlik 
ibn Mərvan və onun cəlladları! 
     Beləcə,  onlar  sərgərdan  və  təĢviĢ  içində  idilər.  Ġbrahim  peyğəmbər  və 
Allah  yolunda  qurban  verə  biləcəkləri  Ġsmaili  tapmaq  mümkün  deyildi. 
Belə  ki  indi  onların,  Allah-taalanın    seçib  razı  qala  biləcəyi  bir  bənnaya, 
həmçinin  Ġbrahimin  Allah  yolunda  qurban  verdiyi  Ġsmail  kimi  qəbul  ola 
biləcək bir qurbanlığa ehtiyacları var idi.  
Allah-taala  buyurur:  “Oğlu  onunla  birlikdə  iĢləmək  və  çalıĢmaq  həddinə 
çatanda  (Ġbrahim)  dedi:  “Oğulcığazım!  Mən  yuxuda  hey  görürürəm  ki, 
sənin  baĢını  kəsirəm  (boğazına  bıçaq  çəkirəm).  Bəs,  bax  (gör),  nəzərin 
nədir?” (Ġsmail) dedi: “Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə