Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   10   11   12   13   14   15   16   17   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 37 -
malaq», «Gün bəlgisi» (Gün nişanı), «Domalaq ana», «Gün domalaq», «Sarı 
baybikə», «Baybikə», «Nurullah», «Altun top», «Qızıl alma», «Altun alma» 
kimi adları vardır. Tədqiqatçıların ümumi qənaətinə əsasən, Atillanın hun im-
periyasının bayrağında da onun təsvirləri vardır. Altun alma həm də mütləq 
hakimiyyətin rəmzi sayılıb. Əski inanclarda bu işarə “Tenqri xan-Günəş” an-
layışını bildirsə də, türk xalqlarının islam dinini qəbul etməsindən sonra onun 
da  semantikası  dəyişmişdir.  Müsəlman  simvolizmində  Günəşin  rəmzi  yeni 
məzmunla zənginləşərək Allahın Yer üzünə yaydığı nuru, İslam Peyğəmbərini 
ifadə etməyə başlamışdır.
 
  -  Ən  qədim  sakral  işarələrdən  biri  hesab  olunur.  Əsas  əlaməti 
bərabərtərəfli olmasıdır. Damğa işarəsi kimi «aça», «açamay», «elşən», «xaç» 
və s. adlanır. Tanrının dörd cəhət, dörd dünya və dörd ünsür üzərində bərabər 
dərəcədə hökmünü, eyni zamanda dünyanın dörd tərəfinə söykənərək Göyü 
saxlayan qövsvari çatını – ərşin tağını simvolizə edir. Bu kosmoqonik mo-
del qazax və qırğızların alaçıqlarında da öz əksini tapmışdır. İçəridə havanın 
təmizlənməsi  və  ocaq  tüstüsünün  çölə  çıxması  üçün  tavanın  mərkəzindəki 
dairəvi yarığa Mərkəzi Asiya xalqları «tunduk» deyirlər. Tunduq mərkəzdə 
çarpazlaşan ağac millər vasitəsilə möhkəmləndirilir. Onun tiplərindən hər biri  
      və s. sakral rəmz və damğa işarəsi kimi yayılmışdır. Damğa işarəsi 
kimi  «təkər»  də  adlanır.  Qırğızıstanın  dövlət  bayrağındakı  rəmz    vahid 
ailədə, vətəndə birliyi, firavanlığı və inkişafı ifadə edir.
 
 -  Türk dünyasında və islam aləmində geniş yayılan, bir sıra müasir 
müsəlman ölkələrinin dövlət rəmzinə çevrilən bu işarə «Ay-ulduz» kimi tanın-
sa da, onun həqiqi semantikası Günəş və Ay təsvirləri ilə əlaqəlidir. Təsadüfi 
deyildir ki, Orta Şərqdə porulyar adlarından biri də «şəms-qəmər»dir. Damğa 
işarələri arasında Günəşin 
    
 və s. Ayın isə     
 kimi əlahiddə 
təsvirləri vardır.
 Bundan başqa, «Günəş-Ay» mifologemindən yaranan çox-
saylı damğalar               
  
     və onların variantları da möv-
cuddur.
 Bu rəmzlərin ilkin tiplərinə Qobustan, Gəmiqaya, Qərbi Azərbaycan, 
Mərkəzi Asiya,  Şərqi  Sibir  qayaüstü  təsvirlərində,  Şumer,  Babil, Assuriya 
barelyeflərində,  qutilərin,  mannalıların  və  midiyalıların  maddi-mədəniyyət 
nümunələrində geniş təsadüf olunması uzaq keçmişdə bu torpaqlarda yaşamış 
sakinlərin Ay və Günəşə tapınmasından xəbər verir. Müsəlman dövlətlərində 


Damğalar, rəmzlər… mənimsəmələr
- 38 -
«bütpərəstliklə»  əlaqəli  solyar  dini  nişanın  –  Günəş  təsvirinin        islam 
simvolizmində  səkkizguşəli  ulduza    çevrilərək  əsas  atributlardan  birinə 
çevrilməsi mömin insanın səkkiz əməlinin və Cənnətin səkkiz  qapısının bu 
işarədə təcəssüm olunması ilə əlaqələndirilir: Mərhəmət, səbr, dürüstlük, sirr 
saxlamağı bacarmaq, sədaqət, cömərdlik, şükr etmək, təkəbbürlü və həris 
olmamaq.  Və  bu  əməllərə  riayət  edən  mömin  müsəlmanın  üzünə  axirətdə 
Cənnətin səkkiz qapısı açılacaqdır.
 
  -  Ağqoyunlu  dövlətinin  bayraqları  üzərində  güman  edilən  rəmz 
təsviri  oğuzların  bayandur  boyunun  damğası  kimi  Yazıçıoğlu  Əlinin 
«Təvarixi əl-Səlcuq» (XV əsr), Seyid Loğmanın «Hünərnamə» (XVII əsr) 
adlı  salnamələrində 
  şəklində,  Mahmud  Kaşğarinin  «Divani  lüğət-it 
Türk» (XII əsr) əsərindəki təsnifatda üzü aşağıya çevrilmiş   formasında 
göstərilmişdir.  Bayandurların  damğası  Fəzlullah  Rəşidəddinin  «Cami  ət-
Təvarix» (XIV əsr) kitabındakı variantı isə 
 M.Kaşğarinin təqdim etdiyi 
tipə daha yaxındır. Ağqoyunlulara aid edilən bayraq simvolunun bənzərinə 
  İranın  cənub-qərbində  yaşayan  qaşqayların  –  etnik  azərbaycanlıların 
milli rəmzləri sırasında, uyğur yazı sistemində, Qafqaz Albaniyasının əlifba 
variantlarında  rast  gəlirik.  Bu  fakt  qaşqayların  da  vaxtilə  bayandur  tayfa 
birləşməsinin  tərkibində  olmasından  xəbər  verir.  Məlumdur  ki, Ayqoyun-
lu sultanı Həsən xan Bayandur (Uzun Həsən,  1423-1478) həmin tayfanın 
nümayəndəsi  idi  və öz şəcərəsini Oğuz  xanla  bağlayırdı.  Etimoloji yozu-
ma görə, «bayandur» sözü əski türkcədə «varlı», «dövlətli» anlamını verir. 
Bu baxımdan, Azərbaycan milli xalça naxışları içərisində «dəvə», Mərkəzi 
Asiyada  isə  «erkəş»  (dəvə  hörgücü),  bəzən  isə  «qaz»  (qu  quşu)  adlanan 
ornamentlər 
 
  ilə  bayandurların 
 
  damğaları  (yüklü  dəvə) 
arasında  zahiri  bənzərlik  onların  arasındakı  semantik  yaxınlığın  nəticəsi 
ola bilər. Belə ki, elat tayfalarının təsəvvürlərində «yüklü dəvə» zənginlik 
əlaməti sayılmışdır.
 -  Qədim türklərin mifik təsəvvürlərində qoç təsviri sakral rəmzlərdən 
biri sayılırdı. Qoç bir tərəfdən «bolluq» və «bərəkət» bildirir, digər tərəfdən 
isə vəfat etmiş insanların ruhlarını Tanrı məkanına çatdıran müqəddəs canlı-
lardan hesab edilirdi. Tanrıya kəsilən qurbanlar arasında ağ atla yanaşı ağ qo-
çun da xüsusi dəyəri vardı. Bundan başqa, əski türk dillərində «qara» sözünün 


Damğalar, rəmzlər… mənimsəmələr
- 39 -
təkcə rəng deyil, həm də «böyük», «güclü» anlamlarını verdiyini nəzərə alsaq, 
Qaraqoyunluların dövlət rəmzinin - «qara qoç» təsvirinin də şərti xarakter da-
şıdığını, «qüdrətli dövlət» kimi yozumunun daha düzgün və dəqiq olduğunu 
görərik. Bəzi mənbələrə görə, Ağqoyunlu dövlətinin ilkin rəmzi də  analoji 
«qoç buynuzu» damğası olmuşdur.
 
 
 - Bu işarə Osmanlı bəyliyini quran Qayı boyuna aid edilsə də, tayfa-
nın damğaları və onların variantları      
   arasında analoqları yoxdur. 
Əslində, Osmanlı bəyliyinin rəsmi rəmzi kimi tanınan bu işarə qədim oğuz-
larda hakimiyyət    (yay) və vassallıq   (ox) bildirən damğaların birliyidir və 
təsnifatda «yay-ox» adlandırılır. Onun         və   kimi variantları vardır.
 
 - Cəlairlər dövlətinin bayrağı üzərində təsvir olunan bu sadə damğa 
işarəsi «eşik», «qapı» adlanır. Mərkəzi Asiya, Volqaboyu, Krımın türk tayfa-
ları arasında geniş yayılmışdır. Oğuz və qıpçaq tayfalarının damğa işarələri 
arasında onun müxtəlif variantlarına təsadüf edilir. Bu damğa işarəsinin bir 
adı «ev»dir. Ə.Canıbəyovun təsnifatına görə,   işarəsi həm də noqayların as 
(az) və arqın (arqun) tayfalarının tanınma-fərqləndirmə nişanlarıdır.
 Tarixi Azərbaycan ərazilərində təşəkkül tapan, indiki Ermənistan və 
Gürcüstanı, Dağıstanın cənub hissəsini əhatə edən Qaraqoyunlu dövlətinin 
(1410-1468) rəmzi, bayrağı üzərindəki qara qoç təsvirinin Azərbaycan xalça-
çılıq sənətində əksi barədə bir qədər ətraflı danışmaq istərdik. Qeyd edək ki, 
bu işarənin digər variantları da mövcuddur. Məsələn, Qaraqoyunlu dövlətinə 
aid edilən metal sikkələrin üzərində   və    rəmzlərinə də təsadüf edi-
lir. Qarabağ qrupuna aid olan «Malıbəyli» xalça naxışlarında nədənsə 
 
işarəsi tək halda «ördək», qrup şəklində isə «çərxi-fələk» kimi tanınan orna-
mentin təhlili onun açıq şəkildə Qaraqoyunlu dövlət rəmzinin – qara qoçun 
stilizə olunmuş təsviri olduğunu göstərir. Yəni bu rəmzdən dördünün xalça 
üzərində xaç şəklində   birləşməsi təkcə sakral «çərxi-fələk» işarəsinin   
 təsvir variantlarından biri   deyil, həm də Qaraqoyunlu dövlətinin «dün-
yanın dörd tərəfinə yayılan hakimiyyəti» ideyasının sxematik təsviridir. Onu 
da xüsusi vurğulayaq ki, erməni mənimsəmələrinin əsas obyektlərindən biri 
məhz Qarabağ qrupuna aid olan, xüsusilə Şuşanın Malıbəyli kəndində to-
xunan eyni adlı xalçalardır. Ermənilərin Azərbaycan xalqının milli-mədəni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə