Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   2   3   4   5   6   7   8   9   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 15 -
insan  da  yaşayışını,  işini,  məişətini  asanlaşdıran,  sağlamlığını,  vaxtını, 
təhlükəsizliyini  qoruyan  ən  müxtəlif  rəmzlərlə  əhatə  olunmuşdur.  İctimai-
siyasi,  milli,  dini  simvolikada,  dövlət  rəmzlərində  (bayraq  və  gerblərdə)
müasir  kompüter  texnologiyalarında,  şirkət  və  təşkilatların  emblemlərində, 
əmtəə,  yol  hərəkəti,  hərbi  rütbə  nişanlarında,  məlumat  lövhələrində  və  s. 
mnemonikadan - şərti işarələr sistemindən geniş istifadə edilməkdədir. Ortaq 
işarə sistemlərinin bir çoxu hər bir kəs üçün tamamilə anlaşıqlıdır. Məsələn, 
iki maili çarpaz xətt   ibtidai dövrlərdə olduğu kimi indi də bağlı, yasaq 
edilən  ərazinin  başlanmasını,    nişanı  hərb  sənətində  hədəfi,  səhiyyədə 
xəstəxananı, «ox» işarəsi   hərəkətin istiqamətini, qədəhə sarınmış ilan
   
təbabəti  ifadə  edir.  İzdihamlı  küçələrdə  rast  gəldiyimiz  sadə    nişanı  isə 
bütün  ölkələrdə  və  dillərdə  «nəqliyyat  vasitələrinə  giriş  qadağandır!»  kimi 
uzun xəbərdarlığı əvəz edir. Səmavi dinlərin fərqləndirici rəmzləri arasında 
Aypara   islamın, xaç   xristianlığın, Mogen David – Hz.Davudun qalxanı 
  (islamda  -  Möhrü-Süleyman)  isə  iudaizmin  rəmzlərindən  sayılır.  Digər 
populyar rəmzlərin semantikasına nəzər salaq. Tanınmış «Apple» şirkətinin 
loqotipi  olan  «dişlənmiş  alma» 
  təsviri  bir  tərəfdən  İsaak  Nyutonu 
cazibə  qüvvəsinin  kəşfinə  həvəsləndirən  almanı,  digər  tərəfdən  isə  Adəm 
və  Həvvanın  cənnətdən  qovulmasına  bais  olan  «günah  meyvəsinin»  mifik 
obrazını təcəssüm edir. Bəzən təsadüfi oxşarlıqlara da rast gəlirik. Misal üçün, 
Şimali və Cənubi Qafqazda, Mərkəzi Asiyada geniş yayılan «alban» damğası 
 astroloji simvolizmdə Yer kürəsinin, onun üzüaşağı çevrilmiş variantı isə  
   Venera planetinin rəmzi kimi qəbul edilmişdir. Bundan başqa, Beynəlxalq 
Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri İttifaqının emblemi 
 «Ay-
ulduz»  (əslində,  «Ay-Günəş»)  damğası  olaraq,  VI-VII  əsrlərə  aid  Göytürk 
sikkələrinin  üzərini,  orta  əsr  Polşa-Litva  tatarlarının  gerblərini  bəzəmişdir. 
Azərbaycan  milli  manatının  rəmzi 
və  «Mazerati»  avtomobil  şirkətinin 
loqosu    əski  türk  tayfalarının  «daraq»,  «baltavar»  və  ya  «xan  damğası» 
adlanan işarəsinin, avronun simvolu olan    nişanı saka-skiflərin, hunların, 
xəzərlərin, Altaylardan Şərqi Avropayadək uzanan ərazilərdə məskunlaşmış 
oğuz və qıpçaqların «yay-ox» işarəsinin, Fransanın «Sitroen» avtomobillərinin 
emblemi isə    Azərbaycan xalça ornamentlərində də geniş yayılan «atlı» 
damğasının eynidir. 
Mifik  təsəvvürlərin,  ətraf    aləmi  estetik  dərkin  bədii  təzahürü  sayılan 
ornamentlərin  yaranma  səbəbləri,  genezisi  haqqında  fərqli  mülahizələr 


Damğalar, rəmzlər… mənimsəmələr
- 16 -
olsa  da,  onların  ilk  dövrlərdə  məhz  sakral  xarakter  daşımaları  mübahisə 
mövzusu  deyildir.  Qədim  ornamentlərin  ilk  nümunələrinə  Poleolit  dövrünə 
aid  qayaüstü  təsvirlərdə,  arxeoloji  tədqiqatlar  zamanı  aşkar  olunan  saxsı 
qab,  daş  və  sümük  bəzək  əşyaları  və  s.  üzərində  rast  gəlinir.  Neolit 
dövrünün  mədəniyyətlərində  onlar  yeni  formalar,  fərqli  işlənmə  texnikası 
və tətbiq sahələri ilə təkmilləşmiş, rəmzi mahiyyətini, ibtidai  dini inanclarla 
bağlılıqlarını  daha  da  möhkəmləndirmişlər.  Nəticədə,  bu  gün  xalq  tətbiqi 
sənətində «milli ornamentlər» kimi tanıdığımız etnik tərtibat ünsürlərinin bir 
çoxunun semantikasında məhz əcdadlarımızın qədim mnemonik simvolları, 
damğa  və  rəmzləri,  əlifba  işarələri  vasitəsilə  kodlaşdırıb-ötürdükləri 
informasiya  dayanmaqdadır.  Xüsusilə  vurğulamaq  lazımdır  ki,  damğalar, 
rəmzlər və onların törəmələri olan etnik ornamentlər konkret xalqın milli tarix 
və  mədəniyyətinin,  miqrasiya  və  inteqrasiya  proseslərinin  öyrənilməsində 
mühüm informasiya mənbəyidir.  
Lakin  təəssüflər  olsun  ki,  qədim  damğalar  hələ  də  tarixi  olayların 
təkzibedilməz  maddi  sübutları  kimi  deyil,  «naxış»,  mədəni  irs  nümunələri 
qismində  dəyərləndirilməkdədir.  Çünki  müasir  dominant  tarixşünaslığın 
rasionallığı şərtidir. Bir tərəfdən subyektivliyi inkar etsə də, salnaməçilərin 
fərdi  qənaətlərinə  -  «tarixi  yaddaşa»  söykənir,  digər  tərəfdən  isə  ifrat 
maksimalizmə vararaq «bizim kimi düşünməyən bizdən deyildir!» prinsipinə 
arxalanır. Onun əzəli rəqibi isə gerçəklikləri bəzən yarıbədii obrazlar, yırımif, 
yarıgerçəkliklər səviyyəsində qoruyub-ötürən sosial yaddaş – xalq (kollektiv) 
yaddaşıdır.  Yaranmış  mövqe  qarşıdurmaları  isə  bir  çox  hallarda  keçmiş 
haqqında reallıqdan uzaq olan təsəvvürlər yaradır. 
 Damğa işarələrinin sistemli şəkildə öyrənilməsi iki yüz ilə yaxın müddət 
ərzində davam etsə də, bir sıra məsələlərə tam aydınlıq gətirilsə də, onların 
ətrafında  yaranmış  mübahisələr  məhz  etnosiyasi  maraqlar  üzündən  hələ  də 
səngimək bilmir. Əsas səbəb isə üzərində bu işarələr olan qədim və zəngin 
maddi-mədəniyyət nümunələrinin, eləcə də həmin irsin yerləşdiyi ərazilərə 
olan etnomədəni iddialardır. Daha doğrusu, damğa işarələri xronoloji dövrlər 
üzrə  etnogenez  proseslərinin,  etnomədəniyyətin,  dövlətçilik  ənənələrinin, 
inancların müəyyən edilməsində həm təkzibolunmaz elmi sübutlar, həm də 
etnosiyasi mübarizədə təsirli vasitədir. Qeyd edək ki, digər xalqların tanınma-
fərqləndirmə nişanları ilə müqayisədə qədim türklərin damğa işarələri daha 
geniş funksiyalara malikdir. Əgər irandilli, qafqazdilli xalqlarda, slavyanlarda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə