Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   2   3   4   5   6   7   8   9   10   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 20 -
alimlərinin  tarixi  Azərbaycan,  o  cümlədən  Qərbi  Azərbaycan  ərazilərində, 
Anadolu  və  Qafqazda  qayaüstü  təsvirlər  içərisindəki  qədim  türk  işarələrini 
bilərəkdən rəmz və ya damğa kimi deyil, 
«oxunması hələ mümkün olmayan 
qədim erməni əlifbası işarələri» adı altında təqdim etmələrinin  arxasında bu 
rəmzləri dolayı yolla mənimsəmə istəkləri dayanır. Çünki «erməni damğası» 
kimi yozula biləcək istənilən işarənin, əslində, qədim türklərə, irandillilərə və 
ya Qafqaz xalqlarına məxsus olması onlarda da şübhə oyatmır. Məhz bu səbəb 
üzündən  dağıstanlı  alim  Həsən  Yaxtaniqov  Qafqaz  xalqlarının  damğaları 
haqqında kitabında «erməni damğalarından» bəhs edərkən İrəvan alimlərinin 
«fəaliyyətsizliyinə»  təəccübünü  gizlədə  bilməmişdir: 
«1892-ci  ildə  Ulap 
Mustafa Mahir İsmayıl oğlunun Türkiyədə nəşr etdirdiyi kitab nədənsə 
tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Burada noqay, qaraçay, 
abaza, kabardin və ermənilərin 257 damğası toplanmışdır. Halbuki, bu 
damğalar bəzi nəsillərin etnik mənsubiyyətinə də aydınlıq gətirə bilər».
6
 
Səbəb isə budur: erməni tərəfi həqiqəti müəyyənləşdirmək marağında deyildir. 
   4. Dini mənsubiyyətin və mifoloji təfəkkürün göstəricisi. Qədim türk 
damğa işarələrinin böyük hissəsini sakral xarakter daşıyan rəmzlər və onların 
çoxsaylı variantları, məsələn,     
 
              və s. təşkil 
edir. Əski türk qam-şaman inanclarından, ibtidai kosmoqonik təsəvvürlərdən, 
tanrıçılıq dinindən bəhrələnən bu işarələr əsas etibarilə nəzərlik funksiyasına 
malik olan Tenqri xan və Humay Ana simvollarıdır. Türk xalqlarının islam və 
xristianlıq dinlərini qəbul etməsi nəticəsində bu rəmzlərin ilkin semantikası 
dəyişsə də, qoruyucu funksiyaları xalq yaddaşından silinməmişdir. Onlar ortaq 
etnik  ornamentlər  kimi  tətbiqi  sənətdə  indi  də  geniş  istifadə  edilməkdədir. 
Məsələn, bu gün Azərbaycan, Anadolu, Şimali Qafqaz, Mərkəzi Asiya, Krım 
və  Volqaboyu  türk  xalqlarının  xalça  naxışlarında  qədim  dinlər  və  əcdad 
kultu ilə bağlı bəzək ünsürlərinin damğa nişanları ilə müşayiət olunması bu 
mistik funksiyanın günümüzə gəlib çatan işartılarıdır. Lakin hər bir tayfanın 
qoruyucu damğaları ilə yanaşı, ortaq xarakter daşıyan nəzərlik işarələri:   - 
bitik, tumar,     - «aça», «elşən»,        - «qaz ayağı», «çərxi-fələk», 
«şəmsi-gərdan», «sarman» və s. vardır. Onu da xüsusi vurğulamaq lazımdır 
ki, hələ eramızdan əvvəl qədim qayaüstü təsvirlərdə, məzar daşları və maddi-
mədəniyyət nümunələri üzərində «Dirilik Ağacı» (Həyat Ağacı, Qaba Ağac) 
     və ucluqlarında tayfa damğaları olan Tenqi xan nişanlarının      
6   
Х.Яхтанигов. «Северокавказские тамги». Нальчик: “Эльбрус”, 1993.


Damğalar, rəmzlər… mənimsəmələr
- 21 -
  xristianlıq, «Günəş-Ay» anlamları verən  və   damğalarının   
      
  işarələrinin isə islam dini ilə əlaqəsi yoxdur. Arxeoloji materiallara əsasən,  
bu  rəmzlər  həmin  dinlərdən  1000-3000  il  əvvəl  yaranmış  və  yayılmışdır. 
Xristianlıqdan  əvvəlki  dövrlərdə  formalaşan,  ilkin  yozumları  təhrif  olunan, 
türk  xalqlarının  qədim  və  müasir  xalça  ornamentləri  kimi  tanınan,  lakin 
orta əsrlərdə xüsusilə erməni-qriqorian kilsəsi tərəfindən İsa Məsih dini ilə  
bağlanan, ucluqları qoç buynuzlu 
 
 
 damğa və rəmzlərdən ibarət 
olan açalar (hasalar, xaçlar)      və s. də ortaq türk maddi-mədəni irsində 
xalça ornamentləri kimi qalmışdır. Bununla belə, qoç işarəsinin türk xalqlarının 
islam  dinini  qəbul  etməsindən  sonra  da  unudulmamasının,  qalmasının  bir 
səbəbi onun zoomorf rəmz qismində İsmayıl qurbanı ilə əlaqələndirilməsidir.
7
 
   
5. Ərazi mənsubiyyətinin qrafik əlaməti. Etnosiyasi qarşıdurmaların 
obyekti  olan  «mübahisəli  ərazilərdə»  aşkar  olunan  damğa  işarələri,  bu 
nişanlarla  bağlı  qədim  toponimlər  -    «Oxçular»,      «Baltalı»,     
«Yayçı»,    «Baqanalı»,      «Aşamaylı»,     
 
 «Daraqlı»,   
«Bitikli»/«Tumarlı»,   «Çəmbərli» və s.  konkret etnosun və ya ayrı-ayrı 
tayfaların məskunlaşma dövrünü və ərazilərinin göstəricisi kimi nəzərdən 
keçirilə  bilər.  Məsələn,  ötən  əsrin  ortalarında  Dərbənd  qala  divarlarının 
eramızın  V-VI  əsrlərinə  aid  hörgü  daşları  üzərindəki  yüzlərlə  damğa 
işarələrinin müqayisəli təhlili nəticəsində onların bütövlükdə türk tayfalarına 
və tayfa birləşmələrinə məxsus olduğu sübuta yetirilmişdir. Bu faktın özü də  
türklərin guya regiona VIII-XII əsrlərdə köç etmələrinə dair bir sıra Rusiya, 
Ermənistan  və  Dağıstan  «mütəxəssislərinin»  etnosiyasi  iddialarını  puça 
çıxarır.  Başqa  bir  misal:  1940-cı  ildə  türkiyəli  tədqiqatçı  Əli  Rza Yayğın 
Bursa şəhəri ətrafındakı kəndlərdə apardığı etnoqrafik araşdırmalar zamanı 
türk tayfalarına, eləcə  də oğuz boylarına məxsus olan, mal-qaranın, bağ, 
bostan və əkin sahələri hüdudlarının nişanlanması məqsədilə istifadə edilən 
damğa işarələri və variantlarını müəyyənləşdirmişdir. Həmin işarələr:   - 
alkaevli tayfası (Samanlı kəndində), 
 - eymür tayfası (Yaylacıq kəndində), 
 - alkaevlilərin digər damğası (Kayapa kəndində), 
 - çuvardur tayfası 
(Əlaiddin kəndində),   - çuvaldurların digər damğası, (Samanlı kəndində),
  -  yenə  də  Əlaiddin  kəndində  (hansı  boya  aid  olduğu  məlum  deyildir. 
Lakin oğuz elinin bügdüz boyunun damğa işarəsinə   bənzəyir – A.Q.)
,   

 И.Богословская«Зооморфные мотивы каракалпакского орнаментального искусства», http://
www.sanat.orexca.com/rus/archive/2-09/irina_bogoslovskaya.shtml


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə