Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   4   5   6   7   8   9   10   11   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 22 -
- yıva boyu (Domaniç və Çərşənbə kəndlərində),   - Kayapa və Qızılkeçili 
kəndlərində  (tayfa  mənsubiyyəti  məlum  deyildir), 
  -  dodurğa  tayfası 
(Yaylacıq kəndində) və s. ilkin orta əsrlərdə Türkiyənin bu ərazilərində də 
oğuz boylarının böyük nüfuza malik olduqlarını sübuta yetirir.
8
«Damğa» sözünün etimoloji izahı 
«Damğa»  (tamqa,  tanma,  tanqa,  tanqama,  tanba,  takma,  tamğa, 
tuğra)  sözü  birmənalı  olaraq  türk  mənşəlidir.  Bu  söz  Göytürk  mətnlərində 
  kimi  yazılır  və  «tamka»  kimi  oxunurdu.  Damğa/tamğa/tamka 
sözünə  Orxon  epiqrafik  abidələrindəki  yazılarda  da  rast  gəlinir: 
«Yerdeki 
tamkalıg  yılkı»  (Yerdeki  damgalı  ilxı).
9
  Başqa  bir  misal.  1949-cu  ildə 
A.Okladnikov tərəfindən Monqolustanın Cənubi Xankay aymakında tapılmış 
daş abidə üzərində hündürlüyü 18 santimetrə çatan damğa təsviri   altında 
Orxon-Yenisey işarələri ilə 
«Tuğçi borqıçı Yağış çor tuğrağı» («Yağış» adlı 
bayraqdar-şeypurçu/boruçalanın damğası) sözləri yazılmışdır.
10
 Qeyd edək 
ki,  «Tuğra»  kəlməsi  ilk  dövrlərdə  «damğa»  sözünün  sinonimi  kimi  işlənsə 
də, orta əsrlərdə ərəb-türk xəttatlıq sənətində yazı ornamenti nümunəsi kimi 
hökmdarın imzasını, möhürünü və gerbini əvəz etmişdir. Tanınmış türk alimi 
Əhməd  Cavad  Əmrənin  qənaətinə  əsasən,  «damğa»  sözünün  kökündə  əski 
türkcədə  «yandırmaq»,  «dağlamaq»,  «qızdırmaq»  anlamı  verən  «tam»  feli 
dayanır.
11
 Fransız tədqiqatçısı Jan Pol Rou isə onun daha qədim, protoaltay 
mənşəli  olan,  «bir  heyvanın  üzərinə  basmaq»  kimi  yozulan  «taq»  felindən 
törəndiyini iddia edir və misal olaraq «damğa» sözünün sinonimlərindən birini 
- «taqma» kəlməsini göstərir.
12
 Oljas Süleymenov isə «tamqa/damğa» sözünün 
etimologiyasını daha qədim dövrlərlə, Şumer mədəniyyəti ilə bağlayır. Onun 
qənaətinə görə, bu kəlmə öz genezisini protoşumerlərin dilində «gil lövhə», 
«yazılı  material»  anlamını  verən  «tup»  sözündən  götürmüşdür.  Sonralar 
akkadların, elamların və huritlərin dillərinə «tupp» və «tuppi», avropalıların 
dillərinə  isə  «tipus»  (latın),  «tipros»  (yunan),  «tippe»  (fransız)  və  «tayp» 
8   «Bursa çevresinde kayi boyu ve karakeçili damgalari», http://timeoutbursa.blogspot.com/2012/04/bursa-cevresinde-
kayi-boyu-ve.html
9   Aysu Ata. «Orhun türkçesi». Anadolu Üniversitesi, 2011.
10  Ə.Rəcəbli. «Qədim türk yazısı abidələri», I cild. Bakı, 2009.
11 
 Emre Ahmet Cevat. Türk Dili Araştırmaları Yıllığı Belleten, 1954.
12  Funda Toprak, «Defter-i Çengiz-nāme’de boy nişanlari ve damgalar», Turkish Studies- International Periodical For 
The Languages, Literature and History of Turkish or Turkic Volume 6/1 Winter 2011.


Damğalar, rəmzlər… mənimsəmələr
- 23 -
(ingilis) kimi daxil olmuşdur. Şumer əsilli «tup» sözü türk dillərində yazı, yazı 
lövhəsi, surətçıxarma, möhür, perqament, fərman və s. yozumlarda işlədilən 
«tumar»,  «tapu»,  «tap»,  «tabla»  və  ən  nəhayət,  «tamba»,  tamqa»,  «tabqa» 
kəlmələrinin yaranmasında iştirak etmişdir.
13
 
   Bəzi türk dillərində eləcə də orta əsrlər Azərbaycanında «tamğa», tamqa» 
və  ya  «damğa»  sözü  ilkin  mənasından  savayı,  «möhür»,  «hərf»  və  «durğu 
işarəsi»  (məsələn,  qazax  dilində  -  «tendik  tamqası»)  anlamında  bu  gün  də 
işlədilir. Xatırladaq ki, qədim Şumerdə satışa çıxarılan malların üzərinə öz 
möhürünü  (damğasını)  vurmaq  səlahiyyətinə  malik  olan,  Ön Asiya,  Misir 
və  Hindistanla  alış-veriş  edən  hərbiləşdirilmiş  iri  tacirlərə  «tamkar»  və  ya 
«damkar»  deyilirdi.  Etimologiyasına  gəldikdə  isə  onun  qədim  dövrlərdə 
«takma»  (taxma),  «tanqa»,  «tanma»  adlandırılması  damğanın  «tanınma 
işarəsi»  kimi  yaranması  ehtimalını  irəli  sürməyə  əsas  verir.  Çində,  Tibet 
dağlarının  ətəklərində  yaşayan  sarıq  yuqurlar  (sarı  uyğurlar)  bu  günədək 
qədim inanclarını – qam-şaman dinini mühafizə edərək tanrılarını «As tamqa», 
«Yaq  tamqa»,  «Sun  tamqa»  adlandırırlar.  Bəzi  ehtimallara  görə,  qədim 
türklərin inanclarında «Tenqri» və «tamqa» (damğa) kəlmələri ilk vaxtlar eyni 
mənanı bildirmişdir. Azərbaycanda müxtəlif tarixi dövrlərdə «damğa» sözünə 
sinonim olaraq «bilgə» və ya «bəlgə», «nişan», «möhür», «tuğra», «kərtik» 
kəlmələri işlədilirdi. Hazırda ölkəmizin Qərb hissəsində «ənə» sözündən də 
istifadə olunur. D.Nemetin fikrincə, «ənə» və ya «ene» qədim kökə malikdir 
və «etibar etmək», «etibarlı» anlamını verir.
14
 Orta əsrlərdə Mərkəzi Asiya, Yaxın Şərq, Şərqi Avropa türkləri, eləcə də 
onlarla sıx təmasda olmuş şərqi slavyanlar «damğa» sözünə sinonim qismində 
«yasaq»,  «tavro»  kəlmələrindən  də  istifadə  etmişlər.  Lakin  həqiqətdə  bu 
sözlərin  hər  biri  damğanın  ayrı-ayrı  qədim  funksiyalarını  ifadə  edirdi. 
Məsələn, adından göründüyü kimi, «tavro» (tavra) kəlməsi ev heyvanlarının 
– davarın bədəninə, qulaqlarına dağlanan damğaları, «yasaq» - girişi kənar 
şəxslər  üçün  qadağan  olunan  binaların  divarlarına,  eləcə  də  «yasamal» 
(hökmdar  fərmanı  ilə  qorunan  yasaq  ərazi,  qoruq)  elan  edilən  torpaqların 
hüdudlarındakı ağac və ya daş sütunlara vurulan rəmzləri bildirirdi. Üst geyim 
və inanc yerlərinin giriş qapılarını bəzəyən «bilgə» isə şəxsin etnik və dini 
mənsubiyyətini, ibadətgahın hansı inanca məxsus olduğunu göstərirdi. Bu gün 
arxaizmə çevrilən «bilgə» sözünün keçmiş dövrlərdə paralel olaraq «nikah», 
13 
 О.Сулейменов. «Аз и Я. Книга благонамеренного читателя». М.: изд. Грифон, 2005.
14 
 Yenə orada


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə