Damğalar, rəmzlər… mənimsəmələr
- 116 -
və üçdişli döyüş yabaları), süngü (nizə), Togrul qartal/ikibaşlı qartal, qoç/
təkə buynuzu və s. anlayışlarının hər birinin qədim dövlətçilik rəmzləri
olmasıdır. Bu işarə Qızıl Orda dövlətində «Böyük İskəndərin nişanı» da
adlandırılır və bir sıra türk xalqlarının bayraqlarında altıguşəli ulduzla yanaşı
təsvir olunurdu.
«Qədim bulqarlar bu rəmzi Hindistan və Fələstindən
tutmuş Almaniya və İtaliyayadək nəhəng bir ərazidə yaymışlar».
1
Yeri
gəlmişkən, xan damğasının üç aləmə, dörd stixiyaya (torpaq, hava, su,
od) və ya dörd cəhətə (şimal, cənub, şərq, qərb) istiqamətlənmiş bərabərtərəfli
Tenri xan rəmzi - aça (haça, xaç) ilə birliyinin qrafik təzahürü
bu
gün dini mənsubiyyətindən asılı olmayaraq, bütün türkdilli xalqların tətbiqi
sənətində geniş yayılan etnik ornamentlərdəndir. Yalnız orta əsrlərdə xristian
dininin rəmzlərindən birinə çevrilən həmin işarəyə Şərqi Avropanın pravoslav
məbədlərində, məsələn, Bolqarıstandakı Müqəddəs Məryəm kilsəsinin (XIV
əsr) daşları üzərində də rast gəlinir.
2
Azərbaycan, Anadolu, Mərkəzi Asiya,
Krım, Tatarıstan xalçaçılıq sənətində «daraq» kimi tanınan işarənin həm
də «xan damğası», «baltavar», «eltəbər», «daraq damğa», «quşlu damğa»
(ikibaşlı qartal) adları altında tanınması onun digər damğa işarələri arasında
üstün statusa malik olmasının göstəricisidir. Burada bir vacib məqamı
vurğulamaq istərdik. Ortaq olaraq «xan damğası» adlandırılan və çoxsaylı
variantları olan bu işarə qədim türk tayfalarında fərqli semantikaya malik
idi. Məsələn, hun və xəzərlərdə, qıpçaqlarda vassallığı təcəssüm etdirirdisə,
orta əsrlərdə oğuzlarda ali hakimiyyəti, dini və dünyəvi hakimiyyətin bir əldə
cəmləşdirilməsini (bax: «Quşlu damğa») bildirirdi.
Azərbaycanın Quba, Şirvan və Qarabağ xalçalarında «xan damğası»,
«daraq» və ya «baltavar» ornamenti
3
1
«Древнобългарската митология», 4 част, http://atil.blog.bg/history/2012/01/20/drevnobylgarskata-mitologiia-4-
chast.886479
2 Н.Соболева. «Очерки истории Российской символики: От тамги до символов государственного суверените-
Н.Соболева. «Очерки истории Российской символики: От тамги до символов государственного суверените-
та», http://www.rumvi.com
3
«Azərbaycan xalçaları», сild 2, №4, 2012
Damğalar, rəmzlər… mənimsəmələr
- 117 -
Qədim türklərin dövlətçilik iyerarxiyasında mühüm yer tutan
«eltəbər»
titulu mərkəzi hakimiyyətə tam və ya qismən tabe olan vassal hakimlərə,
məliklərə, müasir terminologiya ilə desək, «vali», «qubernator» funksiyalarını
icra edən xan və sərkərdələrə verilən rütbə idi.
Bəzi mənbələrdə onun
«iltəbər», «yaltavar», «ışbara» kimi variantlarına da təsadüf olunur. Bu gün
İranda yaşayan qaşqaylar (etnik azərbaycanlılar) arasında «tayfa başçısı»,
«nəslin ağsaqqalı» anlamında işlədilən və «eltəbər» sözünün törəməsi olan
«ilbəgi» (elbəyi) titulu hələ də qalmaqdadır. Qədim Çin mənbələrinə görə,
648-ci ildə Xanbalıq (Pekin) şəhərinə göndərilən qırğız elçisi «eltəbər»
titulunu daşıyırdı və bu, çinlilərin türk sərkərdələrinə ünvanladıqları «şe-li-
fa» və ya «xsie-li-fa» kimi rütbələrin analoqu sayılırdı. Başqa bir qənaətə
əsasən, eltəbər/baltavar titulu Atillanın qurduğu Hun imperiyası dönəmində
də mövcud olmuş, sonralar Xəzər xaqanlığında da geniş yayılmışdır. Tarixi
mənbələrdə Qafqaz hunlarının başçısı Alp İltəbər, Xarəzm xanı Xatimolteber
(?), Volqaboyu Bulqar dövlətinin başçısı Baltavar haqqında məlumatlar vardır.
VII əsrə aid qədim salnamələrdə uyğur hökmdarlarından Tumidu xaqanın
(Uluq Eltəbər), Yabqu Eltəbərin adları çəkilir.
4
X əsrdə yaşamış ərəb səyyahı
və diplomatı Əhməd ibn Fədlan Volqaboyunda olarkən buradakı bulqar-suvar
tayfa birliyinin başçısı Eltebər Almuşda (əl-Həsən ibn Baltavar) haqqında
da ətraflı söz açır. VII əsrdə yaşamış alban tarixçisi Musa Kağankatlı (erm.:
«Kaqankatvaüi»,
türkcə: «Xaqanın şəhərindən olan») «Alban ölkəsinin tarixi»
əsərində Xəzər dövlətinin eltəbəri Alp İltəbərin də adını çəkir. Salnamənin
erməni dilinə tərcüməsində onun titulu «iltuverutyun» şəklində qeyd olunur.
Bildirilir ki, Xəzər xaqanı bu titulu ona «pativ» (qədim İran dillərində olan
«pati» sözündəndir və «başçı», «yüksək çin» anlamında işlədilirdi) kimi
vermişdir. Türk xalqlarında hökmdar öz adı ilə çağırılmadığı üçün ona «Alp
İltəbər» deyirdilər. VII əsrdə Xəzər imperiyasının tabeliyinə keçən Qafqaz
hunlarının ilk eltəbəri «Alp Bulu» kimi tanınan Bulu Şad («şad»: Türk və Xəzər
xaqanlıqlarında varislik hüququ olmayan şahzadəyə verilən rütbə) olmuşdur.
O da məlumdur ki, Qafqaz Albaniyasının katalikosu Viro ölkəsini hunların
basqınlarından qorumaq üçün 631-ci ildə onun hüzuruna gəlmiş və salnamədə
«yırtıcı aslan balası Şat» kimi də xatırlanan Alp İltəbərə Albaniyanın tarixən
hun əraziləri olduğunu bəyan etmişdir.
5
4
А.Камалов. «Древние уйгуры. VIII-IX вв.». Алматы: «Наш мир». 2001.
5
К.Алиев. «Великий князь Алп-Илитвер. К эпической биографии правителя кавказских гуннов
(гуннуг-ундуров) // газета «Ёлдаш/Времена», 22 июль 2011 г.
Damğalar, rəmzlər… mənimsəmələr
- 118 -
Bir sıra mülahizələrə əsasən, «eltəbər» kəlməsi «el» (ölkə), gücləndirici
«ta» və «bar» (bütün) sözlərinin birləşməsindən yaranmışdır. Macar linqvisti
A.Bombaçi bunu əsas götürərək, «eltəbər» titulunun «xalqın, tayfanın başçısı»
anlamı verməsi qənaətinə gəlmişdir.
6
Kül tigin mətnlərində
«eltəbərliğ bodun»
(eltəbəri/rəhbəri olan xalq) ifadəsinə rast gəlinir. Bu gün «vətən», «coğrafi
mənşə ərazisi» anlamını verən «el» kəlməsi qədim türk dillərində «tayfa ittifaqı»
mənasında işlədilirdi. Saka-skif dilinin daşıyıcılarından biri sayılan çuvaşların
dilində «təbər» sözü indinin özündə də «başçı», «rəhbər» kimi izah olunur.
Lakin titulun ilkin semantikasının qədim dövlətçilik atributları kontekstindən
təhlili sözün kökündə fərqli mənanın dayandığını göstərir. Məsələn, damğa
işarəsinin qrafik təsvirinin bəzi deşici və doğrayıcı silahlara bənzərliyinə
söykəndiyini bildirən tatar tədqiqatçıları, zənnimizcə, haqlı olaraq «baltavar»
sözünün qədim türk dövlətçilik rəmzlərinin adlarından - «balta» (tək və ya
ikiağızlı balta) ilə «ber» (yay-oxun nadir işlədilən etnik adı) kəlmələrinin
birləşməsindən yarandığını bildirirlər. Fikrimizcə, əgər bu titulun yay-oxla
əlaqələndirilməsi istisna olunarsa, onun qədim sakral rəmzlərdən olan «balta»
işarəsi ilə bağlanması həqiqətə uygun ola, bu rütbənin ilkin semantikasının
bərpasında açar rolunu oynaya bilər.
Bu qənaəti - «eltəbər» və ya «iltəbər», «baltavar» titullarını
«el/il + təbər»,
«balta + ber/var» söz birləşmələrindən yaranmasını əsaslandırmağa çalışaq.
Dünyanın bir sıra qədim xalqlarında balta ilahilərin solyar rəmzlərindən
biri kimi qəbul edilmişdir. Bu qorxunc silah bir tərəfdən ilahi qəzəbi, cəza
atəşini, şimşəyi, digər tərəfdən isə mütləq gücü, hakimiyyəti, məhsuldarlığı
və tanrıların insanlara yardımını təcəssüm etdirirdi. İkiağızlı (ikibaşlı) balta
ilkin dövrlərdə Göy tanrısı və Yer ilahəsi arasında izdivacı, Yaranışı simvolizə
etsə də, sonralar «ikibaşlı qartal» rəmzinin arxetiplərindən biri olaraq dövlət
idarəçiliyində dini və dünyəvi hakimiyyətin vəhdətini ifadə etmişdir. O da
maraqlıdır ki, türk xalqlarının damğa təsnifatında həmin semantikanı verən
bir sıra damğa işarələrinin adları müxtəlif olsa da («qoşa balta», «baltavar»,
«ikibaşlı qartal», «Ay-Günəş»/»Ay-ulduz», «yay-ox» və s.), təsvirləri eynidir.
Əski türklərin qam-şaman oyunlarında (ayin rəqslərində) balta ilahi qüvvələr
və ruhlarla ünsiyyət yaratmaq vasitələrindən biri sayılırdı.
7
Bu sakral silah
vaxtilə Şumer, Hett, Akkad, Qədim Misir, Assuriya, Manna, Midiya, Urartu
6
Yenə orada
7 З.Наурзбаева. «Семь ипостасей Коркута», http://www.otuken.kz/index.php/mythzira/48-korkut
Dostları ilə paylaş: |