Данная книга представляет собой самоучитель по возможностям последней



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix14.10.2017
ölçüsü0,58 Mb.
#4953
  1   2   3   4   5   6   7   8   9   ...   20


 

 

Corel Draw 12 

 

Mәtlәb Әlizadә 

 

 

 

   



 

  

 



 

 




 

 

KOMPÜTER QRAFİKASI HAQQINDA ÜMUMİ MƏLUMAT 

Yaxın  keçmişə  qədər  təsvirlərin  fərdi  kompüterlərdə  keyfiyyətli  təsviri 

istifadəçiləri  müəyyən  problemlər  qarşısında  qoyurdu.  Fərdi  kompüterlərin  son 

illərdə  sürətlə  inkişaf  etməsilə  əməli  və  sərt  disk  yaddaşının  həcminin,  həmçinin 

sürətinin  daha  da  artması  istifadəçilərə  yaranmış  problemləri  həll  etməyə  geniş 

imkanlar verir. 

Məlumdur ki, qrafik informasiyadan fərdi kompüterlərdə istifadə edərkən onlar 

kompüterin yaddaşında çox yer tuturlar. Digər tərəfdən fərdi kompüterlər ona daxil 

olan informasiyanı rəqəm formatında (kodlaşdırılmış formatda) təhlil edirlər. 

Rəsmləri kodlaşdırmaq üçün onları çoxlu sayda eyni rəngli (eynicinsli) hissələrə 

bölürlər.  Təsvirdə  istifadə  ediləcək  bütün  rənglər  nömrələnir.  Nömrələnmiş 

rənglərdən  istifadə  etməklə  istənilən  surəti  yaratmaq  olar.  Məlum  olduğu  kimi, 

təbiətdə  həddindən  çox  rənglər  bizi  əhatə  edir.  Odur  ki,  oxşar  rəngləri  eyni 

rəqəmlərlə nömrələmək qəbul edilmişdir. Deməli, istifadə olunan rənglərin sayından 

asılı olaraq istənilən təsviri kodlaşdırmaq mümkündür. Yəni, rənglər sayı azaldıqca, 

az  sayda  nömrələrdən  istifadə  ediləcək,  nəticədə  kodlaşdırma  prosesi  daha  etibarlı 

olacaqdır. 

Ən  sadə  halda  iki  rəngdən:  ağ  və  qara  rəngdən  və  bu  rəngləri  kodlaşdırmaq 

üçün  iki  rəqəmdən,  “

0

”  və  “


1

”‐dən  istifadə  edilir.  Belə  kodlaşdırma  fərdi 

kompüterlərdə istifadə olunan ikilik say sisteminə xasdır. 

Şəklin rəqəmlərin köməyilə kodlaşdırılmasını nümunədə aydınlaşdıraq. 

Çəkilmiş kvadratı doqquz bərabər hissəyə bölüb daxilinə “+” rəsmini yerləşdirək 

(şəkil 1.) Kodlaşdırmaya uyğun olaraq yaradılmış rəsm aşağıdakı rəqəmlər ardıcıllığı 

ilə kodlaşdırılacaqdır: 010 111 010. İkilik say sistemində yazılmış rəqəmlər ardıcıllığı 

rəsmin kompüter kodu olacaqdır. 

Çəkilmış  rəsmdəki  xanaların  sayını  artırsaq  (şəkil 2.),  rəsmin  kompüter  kodu 

daha da mürəkkəbləşəçək və 0000 1111 0000 0000 1111 0000 və s. rəqəmlər ardıcıllığı 

kimi yazılacaqdır. Beləliklə, fərdi kompüter daxil olan kodu təhlil edərək ona uyğun 

təsviri  bərpa  edir.  Şəkillərin  göstərilən  üsulla  kodlaşdırılması  nəticəsində  alınan 

təsvir kompüter qrafikasında 

RASTR

 və ya 


BITMAP

 təsviri adlandırılır. 









Şəkil 1.

 

Doqqus bərabər hissəyə bölünmüş kvadrat 


 

0  0 0 0


1 1 1 1

0 0 0 0


0  0 0 0

1 1 1 1


0 0 0 0

0  0 0 0


1 1 1 1

0 0 0 0


0  0 0 0

1 1 1 1


0 0 0 0

1  1 1 1 1 1 1 1 1 1 1 1

1  1 1 1 1 1 1 1 1 1 1 1

1  1 1 1 1 1 1 1 1 1 1 1

1  1 1 1 1 1 1 1 1 1 1 1

0  0 0 0


1 1 1 1

0 0 0 0


0  0 0 0

1 1 1 1


0 0 0 0

0  0 0 0


1 1 1 1

0 0 0 0


0  0 0 0

1 1 1 1


0 0 0 0

Şəkil 2.

 

Xanalar sayı artırılmış kvadrat 

BITMAP

  ingilis  sözü  olub  bitlərin  toplusu,  çoxlu  sayda  hissələrə  bölünmüş 

təsvirin  bir  hissəsi  (xanası)  isə  piksel  (

PiC

ture 


El

ement


  –  rəsm  elementi)  adlanir. 

Bəzən pikseli nöqtə də adlandırırlar. 

Qeyd etmək lazımdır ki, ağ və qara rənglə təsvir edilmiş rəsmdəki pikseli bir bit 

ilə  göstərmək  mümkün  olduğu  halda,  çoxrəngli  rəsmi  belə  formada  göstərmək 

mümkün  deyildir.  Digər  tərəfdən  rəngli  rəsmlərin  rəqəmlər  vasitəsilə 

kodlaşdırılması ağ və qara rəngdən ibarət olan rəsmin kodlaşdırılması ilə eynidir. 

Məlumdur ki, fərdi kompüterin ekranında görünən rəsm minlərlə hissələrə, yəni 

minlərlə  piksellərə  bölünür.  Deməli,  fərdi  kompüterin  yaddaşında  rəsmin  hissələri 

bir  neçə  bit  ilə  təsvir  edilir.  Onda  rəngli  rəsmlərin  masaüstündə  göstərilməsi  çoxlu 

sayda piksellərdən (bir neçə on milyona qədər), yəni bitlərdən ibarət olacaqdır. Hər 

bir  nöqtə  çoxlu  sayda  informasiya  təsvir  edə  bilirsə,  deməli  bir  o  qədər  sayda  da 

rənglərin  variantı  mövcuddur.  Variantların  sayının  çoxalması  böyük  yaddaş 

tutumunu  tələb  edir.  Məsələn,  bir  nöqtənin  yaddaşda  4  bayt  yer  tutmasıni  nəzərə 

alsaq,  16  milyondan  çox  rəngə  malik  rəsmi  təsvir  etmək  üçün  yaddaşda  bir  cinsli 

rəngdən ibarət olan rəsmin yaddaşda tutduğu yerdən otuz dəfə çox yer lazımdır. 

Qeyd  etdiyimiz  kimi,  piksel  rəsmin  ən  kiçik  hissəsidir.  Onun  ölçüsünü  təyin 

etmədən kodlaşdırılmış rəsmi yaratmaq mümkün deyildir. 

Kompüter  qrafikasında  pikselin  ölçüsündən  yox,  əsas  iki  paramertrindən: 

təsvirin  ölçüsündən  və  buraxılma  qabiliyyətindən  istifadə  edirlər.  Təsvirin  ölçüsü 

onun eni və uzunluğu ilə göstərilir. Hər iki parametr müxtəlif uzunluq vahidləri ilə 

təzahür  edilə  bilər  (məsələn,  metr,  santimetr,  düym  və  s.).  Kompüter  qrafikasında 

təsvirin  ölçüsünü  əsasən  piksellərlə  verirlər.  Təsvirin  buraxılma  qabiliyyəti  isə 

müəyyən  kəsiyə  düşən  piksellərin  sıxlığı  ilə  təyin  edilir  və  bir  düymdə  olan 

nöqtələrin  sayı  ilə  verilir.  Məsələn,  fərdi  kompüterin  ekranında  göstərilən  rəsm  72 



dpi

‐dirsə  (



D

ot 


P

er 


I

nch


),  bu  o  deməkdir  ki,  təsvirin  eni  və  uzunluğu  düymün 

yarısına (təxminən 12 mm‐ə) bərabərdir. 

Fərdi  kompüterin  monitorunda  ümumi  halda  təsvir  olunan  təsvirin  buraxılma 

qabiliyyəti  72

 dpi

‐dən  120 



dpi

‐yə  qədər  götürülür.  Hazır  məhsulun  çapı  zamanı  isə 

bu  parametr  300 

dpi


‐yə,  yüksək  çapda  (müasir  çap  qurğularında)  isə  daha  yüksək 

qiymətə – 1440 

dpi

‐yə malikdir. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə