Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
  1   2   3   4   5   6   7   8   9   ...   31


DAŞ YUXULAR 
1
 
Әkrәm Әylisli 
 
 
Daş  
yuxular 
 
 
Roman-rekvyem. 
Azәrbaycan dilindәn  
müәllif tәrcümәsi. 
 
M.Hüseynzadәnin 
redaktәsi ilә. 
 
  
 


DAŞ YUXULAR 
2
Әkrәm  Әylisli - Azәrbaycanın Xalq Yazıçısı, 
Әmәkdar  İncәsәnәt Xadimidir. Ölkәsinin  әn ali 
"İstiqlal" (2002) vә Azәrbaycan  әdәbiyyatına 
göstәrdiyi böyük xidmәtlәrә görә  "Şöhrәt" 
ordeninә layiq görülüb.  
Ötәn  әsrin 60-cı illәrindәn jurnalın dost 
müәlliflәri sırasındadır (bir müddәt redaksiya 
heyәtinin üzvü olub). Vaxtı ilә  qәlәmә aldığı 
"Adamlar vә  ağaclar" trilogiyası Ümumittifaq 
şöhrәti qazanıb,  әsәrlәri bütün SSRİ  vә  Şәrqi 
Avropa xalqlarının dillәrindә işıq üzü görüb.  
Eyni zamanda Әkrәm  Әylislinin nәsri ingilis, 
fransız, alman, ispan dillәrinә tәrcümә edilib.  
O, Azәrbaycanın bir çox teatrlarında sәhnәyә 
qoyulan pyeslәrin müәllifidir, ssenarilәri  әsasında 
kinofilmlәr çәkilib.  
Turgenev, Korolenko, Çexov, Paustovski, Böll, 
Şukşin, Aytmatov, Markes, Rüşti kimi әdiblәrin 
yaradıcılığından örnәklәri tәrcümә edәrәk 
azәrbaycanlı oxuculara çatdırıb.  
Hazırda Azәrbaycanda yazıçının "Әylisdәn 
Әylisә" memuarları çox oxunur.  
"Daş yuxular" roman-rekviyeminin nәşri әdibin 
75 illik yubileyinә  tәsadüf edir. Ad günü 
münasibәti ilә  Әkrәm  Әylislini hәrarәtlә  tәbrik 
edirik.  
Әkrәm  Әylislinin "Daş yuxular" roman-
rekviyemi sadәcә  bәdi mәtn deyil, bu, hәqiqәtәn 
vәtәnini sevәn bir yazıçının öz xalqının  şәrәf vә 


DAŞ YUXULAR 
3
lәyaqәti naminә  әn acı  hәqiqәtlәri fövqәladә bir 
cәsarәtlә demәk cәhdidir.  
İnsanların vәtәn sevgisinә  zәrrә  qәdәr  şübhә 
olmasa da yazıçının hәmvәtәnlәrinә üz tutaraq 
dediklәri olduqca gәrәkli vә xeyirlidir.  
Ruslar, ermәnilәr, gürcülәr, serblәr, albanlar
әrәblәr...  
bir sözlә ümumi dil tapmaq naminә  mәşәqqәt 
çәkәn hәr kәs üçün xeyirlidir.
 


DAŞ YUXULAR 
4
 
 
Lev Anninski lbu әsәr  
haqqında ressenziyada yazır: 
 
"Hәr iki tәrәf etiraf etmәli, hәr iki tәrәfin adamları 
qәlblәrindәki kin vә nifrәtin nәdәn qaynaqlandığına 
nәzәr salmalıdırlar. Ә.Әylislinin sәtrlәrindәn qan axan 
romanının әsas mövzusu budur. Bu bәdbәxtliyin sonu 
varmı? Yerin yalnız bir әlcәsini cәnnәt bilәrәk
çaqqallar vә ilanlar mәskәn salan dağlar arasında 
kimsәylә ünsiyyәt saxlamadan, heç kәsә toxunmadan, 
bir kimsәyә qaynayıb qovuşmadan yaşamaq 
mümkünmü? Yox, әlbәttә, yox! Tәmaslar qaçılmazdır. 
Әn azı yer üzündә sevgi deyilәn bir qüdrәt var. Elә bir 
qüdrәt ki, hansı  tәrәfin haqlı, hansı  tәrәfin haqsız 
olduğunun fәrqinә varmır.  Әn azı qarışıq sevgilәrdәn 
doğulan insanlar var. Vә  nәhayәt adamların bir-
birindәn ayrı yaşaya, bir-birindәn qaçıb gizlәnә 
bilmәdiyi mәhkumluq var. Bütün bunları bildiyinә görә 
susmağı bacarmayan, sәsini içindә boğmağa gücü 
çatmayan yazıçının hәqiqәti demәkdәn ayrı bir yolu 
varmı? 
 
Әkrәm  Әylisli  әn doğru yolu tutaraq nifrәti 
yerindә oturdub." 
 


DAŞ YUXULAR 
5
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Urvatsız ölәn 
hәmvәtәnlәrimin 
xatirәsinә 
 
  
 


DAŞ YUXULAR 
6
 
 
 
 
 
 
 
 
 
BİRİNCİ  
HİSSӘ 
 
 
Qarderobcu qarının 
müәmmalı ölümü, 
mәşhur artistin ölüm tәhlükәli 
zarafatı vә partbilet-pistolet. 
 
  
 


DAŞ YUXULAR 
7
Bakının böyük xәstәxanalarının birinin әzik-sınıq 
bölümünә indicә çatdırılan xәstәnin halı ölümcül idi. 
Huşunu itirәn xәstәni әl arabasına uzadıb xәstәxananın o 
biri başına qәdәr uzanan yarıqaranlıq koridorun tәn 
ortasıyla ayrı bir korpusdakı әmәliyyat otağına aparırdılar. 
Ağ xalatlı iki qadın idi, eynәn onlar kimi ağ xalat geyinmiş 
iki kişi idi, bir dә arıq, ota boylu, tәmkini, ciddi üzü, 
xalatının tәmizliyi vә  şaxlığı ilә digәr dörd hәmkarından 
seçilәn cәrrah idi ki, әl arabasının yanınca addımlayırdı. 
Xәstәxana hәyatı üçün adi sayılan bu mәnzәrәyә 
özәllik verәn artıq bir şey vardısa, o, xәstәni klinikaya 
gәtirәn kişinin görünüş  vә davranışındakı faciәvi komizm 
idi.  Әlli beş-altmış yaşında balacaboy, durduğu yerdә 
oynayan,  әl boyda üzünün dәyirmisi  şişman qarnına 
qәtiyyәn uyuşmayan bu kişi hәkimlәrin dörd bir yanında 
tullana-tullana eyni sözlәri doğrayıb tökürdü: 
- Doktor, başına dönüm, doktor...öldürdülәr. Günün 
günorta çağı, belә bir adamı basıb әzdilәr, hәlak elәdilәr. 
Onların hamısı yerazlardı, hәkim! Beş-altı nadan yeraz. Bu 
qaçqın köpәkuşağı insana hörmәt qoymurlar, qadan alım, 
ay hәkim. Nә artist sayırlar, nә  şair, nә yazıçı bilirlәr. 
Birinin üstünә barmağını tuşla ki, bu ermәnidi, demәli, 
onun işi bitdi. O saat vәhşiyә dönüb salırlar ayaq altına, 
tapdalayıb başını әzirlәr. Tikә-tikә parçalayırlar, denәn kişi 
olan bir kәs irәli durmağa hünәr elәyir, elәmir... Onlara 
deyirәm: vurmayın, bu adam ermәni deyil
özümüzünküdür, xalqın oğludur, millәtimizin fәxridir, 
vicdanlı adamdı. Kimdir qulaq asan? Heç adını da 
soruşmadılar, a balam, sәn kimsәn, nәçisәn, nә  sәbәbә 
bu işә qatışırsan... Böyrümdәn elә bir tәpik ilişdirdilәr ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə