Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   2   3   4   5   6   7   8   9   ...   31

DAŞ YUXULAR 
8
az qaldı canım çıxa. Bax, burama vurdular, doktor, sağ 
böyrümә. İndi dә ağrısına dözә bilmirәm. 
 Hәkim xәstәni gәtirәn adamın nә üyüdüb tökdüyünü 
o qәdәr dә aydın başa düşmürdü. Bәlkә  dә heç başa 
düşmәk istәmirdi. Hәtta ola bilsin hәkim, cәhrayı  rәngli, 
dama-dama köynәyin üstündәn sarı qalstuk bağlamış bu 
cıbırıx vә mәzәli kişinin dediklәrini ümumiyyәtlә eşitmirdi. 
Amma bununla belә diqqәtli adam hәkimin hәrdәnbir 
bığaltı gülümsәmәyini dә  nәzәrdәn qaçıra bilmәzdi. Bәli, 
o, hәrdәnbir açıq-aşkar bığaltı gülümsәyirdi. Ona görә yox 
ki, xәstәni gәtirәn adamın hәr sözü, hәr hәrәkәti gülmәli 
idi. 
Әslindә 
hәkimin hәmin o sayaq bığaltı 
gülümsәmәyinin yeganә  sәbәbi yaxasını  yırtan töşmәrәk 
"xәstә yiyәsi" ilә müqayisәdә әl arabasına uzadılan ağbaş 
kişinin arıq vә kifayәt qәdәr uzundraz olması idi. Yәqin ki, 
bu iki adamın görünüşündә  nәzәrә çarpan kәskin fiziki 
fәrq, hәkimә Don Kixotla Sanço Pança әhvalatının kәdәrli 
mәnzәrәsini xatırladırdı. 
Onlar  әmәliyyat otağının qapısına çatanda ağ xalatlı 
kişilәrdәn biri sarı qalstuklu iplәmәnin qarşısını kәsib onu 
dayandırmaq istәdi. 
- Burax gәlsin, - hәkim dedi, - nәsә deyilәsi sözü var. 
Qoy ürәyini boşaltsın. 
Koridorun darısqallığına baxmayaraq әmәliyyat otağı 
hündür tavanı, iri aynaları olan geniş tikili sahәsi idi. Tәn 
ortada üstünә yalnız mәlәfә  çәkilәn xәstәnin uzandığı  әl 
arabasına bәnzәr әmәliyyat stolu qoyulmuşdu. Xәstәni әl 
arabasında gәtirәn iki ağ xalatlı kişi onu әmәliyyat 
stolunun üstünә qaldırdı, dinmәzcә gözlәri ilә  hәkimdәn 


DAŞ YUXULAR 
9
getmәk izni aldılar vә sakitcә  әmәliyyat otağından çıxıb 
getdilәr. 
- Hәkim xalatının qolunu geri sivirib uca sәslә tibb 
bacısına - Peroksid gәtirin,sifәtini tәmizlәyin, - dedi, üzünü 
qan bürüyәn xәstәyә baxdı, kiminsә qarasına qәzәblә 
mırtdadı  vә artıq sizin dә tanıdığınız "xәstә yiyәsi"ndәn 
soruşdu - Bunu kim bu hala salıb? 
- Axı  mәn sizә dedim, doktor, yerazlar. 
Ermәnistandan gәlәn qaçqın köpәk-uşaqları. Heç veclәrinә 
dә deyil ki, sifәtini darmadağın elәyiblәr. Hәlә bu harasıdı, 
vәhşilәr onu yerә  yıxıb qarnına-qarnına döydülәr. Hә, 
doktor, yaxşı ki, mәn vaxtında yetişdim. Allah qoymasa, 
sәhәrdәn çıxmışdım ki, bir az havamı  dәyişim. Xaraba 
qalmış Parapetә çatanda, gördüm ki, fәvvarәnin o başında 
beş-altı alçaq bir nәfәri  әzişdirir. Adamlar...adamlar bir 
qıraqda durub, mal kimi dinmәzcә baxırlar... - Bu yerә 
çatanda o, qәfil susdu. Әslindә dodaqları  tәrpәnirdi, 
amma demәk istәdiyi sözlәr xirtdәyindәcә ilişib qalır, 
eşidilmirdi. 
- Perekis qurtarıb, hәkim - Tibb bacılarından hansısa 
(onlardan biri yaşlı, o biri tamam gәnc idi) az qala 
pıçıltıyla, üzür dilәyәn sәslә bildirdi. 
Cәrrah ümidsiz halda: 
- Deyәsәn, spirt olmalıdır, - dedi. 
- Yox, hәkim, nә vardı, hamısı dünәn işlәnib. 
- Yaxşı, suyla yuyun. Marqansını az elәyin. - Hәkim 
otağın küncündәki  әlüzyuyanda  әllәrini sabunlayıb suya 
tutdu vә sonra gәlib durdu әmәliyyat stolunun qabağında. 
- Әynindә nә var soyundurun. Bir dәnә tursik qalsın. 


DAŞ YUXULAR 
10
Üzü, burnu, çәnәsi, qәhvәyi köynәyinin boyunluğu, 
göyümtül pencәyi al qanın içindә olan xәstә  әmәliyyat 
stolunda elә sakit uzanmışdı, deyirdin bәs Parapet 
xarabada bunu yox, әksinә onu bu hala salan o zalım 
düşmәnlәri  әzişdiribilәr. O, sanki dәrin bir yuxuya 
dalmışdı, amma bununla belә ölüm-zülüm qalxıb-batan 
köksündәn titrәk, boğuq bir inilti ayrılırdı. Yatıb, amma elә 
bil heç yatmayıb, hәlә üstәlik yuxu görür vә qәribәsi o idi 
ki, tәpәdәn-dırnağa qәdәr qana bәlәnmiş bu adam sanki 
gördüyü yuxudan lәzzәt alır. 
Qadın xәstәnin sifәtini bürüyәn qanı sildi, hәkim 
nәbzini yoxladı. Tibb bacıları onun pal-paltarını 
soyundurandan sonra o, diqqәtlә xәstәni nәzәrdәn keçirib 
sanki özü-özünә hesabat verdi vә yaxud kimәsә diqtә 
elәdi: 
- Alt dodağında iki çapıq müşahidә olunur. Çәnә 
sümüyü salamatdı. Sağ qolunun iki yerindә  çıxıq var - 
dirsәkdә  vә bilәkdә. Sağ  әlin baş  vә orta barmağı  çıxıb. 
Sol ayağın әzәlәsi bәrk әzilib. Sağ ayağın diz qapağı sınıb. 
Kürәk nahiyәsindә döş qәfәsinin ciddi fәsadı qeyd olunur. 
Kәllә sümüyündә  әzik yoxdur. - Hәkim susdu, ürәyindә 
söydü. - Sotpjasenie mozqa! - Nәdәnsә o, son kәlmәni rus 
dilindә, hәm dә ucadan söylәdi, sonra şalvarının cibindәn 
dәsmal çıxarıb tәlәsmәdәn alnının tәrini sildi vә bu dәfә 
dә rus dilindә nitqini tamamladı: - İzbienie zverskoe! 
Hәkimin dilindәn çıxan hәr kәlmә  xәstәni bura 
gәtirәn adamın sifәtindә  hәyәcan, ağrı  vә  әzab  şәklindә 
yenidәn tәzahür elәyirdi. O, özünü hönkürüb ağlamaqdan 
güclә saxlayırdı. Hәkim müayinәni bitirәndә, "xәstә 


DAŞ YUXULAR 
11
sahibi"nin sәbri dә bitdi. İncidilmiş uşaq kimi hönkürәrәk 
ağladı. 
Әmәliyyat stolunun yanındakı qadınlardan birinin 
(gәnc qadının) gözlәri doluxsundu. Yaşlı tibb bacısı 
qәhәrlәndi vә üzüntü içindә başını buladı. Hönkürәn 
"xәstә yiyәsi"nin halı hәkimin ürәyinә od qoyurdu, hәkim 
bu qәribә adamı sakitlәşdirmәyә çalışırdı: 
- Sizin demәyinizdәn belә  çıxır ki, bu bәdbәxt 
ermәnidir. 
Gülmәli qәhrәmanımız heyrәt içindә gözünü bәrәltdi. 
- Nә  tәhәr ola bilәr ki, siz onu tanımayasınız? Siz 
bilmirsiniz ki, Saday Sadıqlı kimdir? Azәrbaycan teatrının 
fәxri, bir nömrәli aktyor! Siz doğrudanmı belә bir ustad 
sәnәtkarı tanımırsınız, doktor? Televiziyada da 
görmәmisiniz? Yәni bircә  dәfә  mәni dә görmәmisiniz 
televiziyada, doktor? Bәlkә  dә görmüsünüz, amma indi 
yadınıza düşmürәm. Nuvariş Qarabağlıyam mәn - komik 
rollar ifaçısı. Mәni tanımaya bilәrsiniz. Buna görә 
incimirәm sizdәn. Amma inanmıram ki, Saday Sadıqlını 
tanımayan olsun. Axı dünya sәhnәsindә heç kim Hamlet
Otella, Aydın, Kefli İsgәndәri onun qәdәr mәharәtlә 
oynamayıb... 
- Mәn sizi dәrhal tanıdım - gәnc tibb bacısı ürәyinin 
әn dәrin guşәsindәki fәrәh hissini gizlәtmәdәn dillәndi. 
- Sәni dә, onu da televizorda çox görmüşәm. - Onun 
yaşlı tibb bacısı  nә  sәbәbdәnsә nazlana-nazlana söhbәtә 
qoşuldu. - Amma xәstәni tanımamaqda Fәrzani doktorun 
günahı yoxdu. Otuz il Moskvada yaşayıb. Bakıya qayıtdığı 
cәmi-cümlәtanı üç ildir. Doktorun Saday Sadıqlını 
tanımamağının gerçәk sәbәbini bilәn kimi artist 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə