DAŞ YUXULAR
12
qardaşımız sakitlәşdi. Sonradan onları tanıdıqlarını etiraf
edәn tibb bacılarının әvvәl-әvvәl özlәrini bilmәzliyә
vurmalarını Nuvariş Qarabağlı belә yozdu ki, onlar doktora
görә ehtiyyat elәyiblәr. Qorxublar ki, qabaqdangәlmişlik
hәkimin xәtrinә dәyәr. Nuvariş Qarabağlıya elә gәlirdi ki,
bayaqdan bәri söylәdiklәri hәkimә çatmayıb. Ya hәkim
çox-çox fikirli olub, ya da Nuvariş Qarabağlı әsәb
gәrginliyi sәbәbindәn lazım olan sözlәri tapıb deyә
bilmәyib. Ona görә dә nә qәdәr mümkündürsә fikrini
cәmlәmәk, Parapetdә baş verәn müsibәti daha sadә vә
aydın şәkildә çatdırmaq qәrarına gәldi:
- Әhvalat belә oldu, doktor; mәn sәhәr tezdәn
şәhәrә çıxdım. İndi dәqiq yadımda qalmayıb, saat on
olardı, bәlkә dә on bir olardı. Parapetdә Fәvvarәlәr
deyilәn yer var, görmәmiş olmazsınız. Bax orda qәfil
qışqır-bağır qopdu. Elә bil kiminsә әtini kәsirdilәr. Heç
demә, bir qoca ermәniymiş ordakı. Bәdbәxt çörәk almaq
üçün evdәn çıxıb vә elә hәmin dәqiqә keçib yerazların
әlinә. Ev paltarındaymış, çәkәlәkdә...
Mәn ora çatanda bәdbәxti öldürüb hovuza
tullamışdılar. Gözlәri açıq idi, doktor, dübbәdüz mәnә
baxırdı. Açığı, mәn onun necә qәtlә yetirildiyini görmәdim.
Әvvәldәn orda olanların söylәdiklәrinә görә, lap siftә
ermәnini hovuza tullayıblar, buzlu suyun içinә. Bu da qoca
kişii, soyuğa dözmәz, istәyәr sürünüb sudan çıxsın.
Hәmәn cavan oğlanlar hovuzun başında dayanıb yazıq
kişini tәpiklәyә-tәpiklәyә tәzәdәn salıblar hovuza, ta canı
çıxana qәdәr. Allah saxlamış bu Saday Sadıqlının da ki,
başından ömür-billah qada-bala әskik deyil. Yoxsa ki,
heylә zıppıltıda sәnin nә itin azıb. Sadәcә, arına gәlib,
DAŞ YUXULAR
13
özün saxlaya bilmәyib. Bu da nәticәsi. Axı o aktyordur,
ürәk adamıdır. Ürәyi çәkib aparıb onu ora, qabağa durub
kömәk elәsin. Yerazlar hardan bilir bu kimdir, nәçidi? Axı
onlar gәlmәdilәr, yerli deyillәr. Elә buna görә dә bәdbәxt
Sadayı ermәni bilib, vәşilәşiblәr, tökülüşübәr üstünә. Mәn
ora bircә dәqiqә yubansaydım onlar bunu da qoca
ermәninin getdiyi yerә göndәrәcәkdilәr. Allah üzünә
baxdı, sağ qaldı. Başına dönüm, doktor, xilas elә onu. Bu
böyük insanın hәyatı sizin әlinizdәdir, - dedi vә artist
nәhayәt ki, indicә eşitdiyiniz gurultulu, hәyacanlı nitqini
başa vurdu.
Hәkim әmәliyyata tәlәsirdi. Amma bunun üçün elә bil
nәsә çatışmırdı. Görünür, artistin nitqindәn tәsirlәnmişdir.
O, әmәliyyat stolunda tirrәnәn Hamlet-Otello-Kefli
İsgәndәrin ayrı-ayrılıqda vә hamısı bir yerdә qoca
ermәnini xilas elәmәk istәyindә qeyri-adi bir әlamәt
görmürdü. Hәkimә görә bir tikә adamlığı olan hәr kәs elә
bu sayaq hәrәkәt edәrdi, basqa sayaq yox. Amma bu
şәhәrin adamları elә bil әvvәlcәdәn sözlәşib әlbir olublar
ki, adamlıq deyilәn o idbarı yaxın buraxmasınlar. Hәtta
yüz faiz әmin ola bilәrsiniz ki, adam sifәti görmәk bu
mәxluqlara sәrf elәmir.
Cәmi on-onbeş gün bundan irәli doktor Fәrzani bu
otaqda hansısa möcüzә sayәsindә kilinikaya çatdırılan on
dörd-on beş yaşlı ermәni qızcığazın üstündә olduqca ağır
cәrrahi әmәliyyat aparmışdı.
Metronun basabas vaxtı bir neçә azәrbaycanlı arvad
üstünә cumub yüzlәrlә mәxluqun gözü qarşısında hәmin
qızcığaza divan tutmuşdu. Hәlә bundan da bir neçә gün
irәli bir başdanxarab şair xәstәxanaya basqın edib qırx
DAŞ YUXULAR
14
ildәn bәri kordologiya şöbәsindә can qoyan hәkimi
tәpәqapaz eyәyib halal-hünbәt kobinetindәn bayıra
atmışdı, nәdi-nәdi ermәninin qarnından çıxıb. Bu
biabırçılıqdan sonra xәstәxanada dәrmana bir nәfәr
ermәni qalmadı, nә hәkim, nә xidmәtçi. Kimi evinә girib
bayıra çıxmadı, kimi Bakıyla әbәdilik vidalaşdı.
- Hәr şey aydındı, Numayiş müәllim, fars demiş,
mәsәlә mәlum. - Hәkim ovqatının açıq-aşkar pәrtliyinә
uyuşmayan gümrah sәslә dedi vә cәrrah alәtlәrini әlinin
altında yerbәyer etmәyә başladı. Nuvariş Qarabağlı
doktorun gül kimi adını tәhrif elәmәsindәn incimәdi (bu
insan otuz il Moskvada yasayib, belә xırda-para yanlışlığa
yol vermәkdә tam sәlahiyyәtlidir), amma bu xırda
yalnışlığa düzәliş vermәyi dә unutmadı.
- Deyimmi Nuvariş Qarabağlı kimdir, doktor - sözә
başladı - Adi bir artist. Yüzlәrlә Nuvariş Qarabağlı Saday
Sadıqlinin çölә atılan bircә dırnağına dәymәz. Nadan
uşaqları, kaş onun yerinә mәni vuraydılar.
- Bu da Qarabağlıdır? - Hәkim soruşdu vә növbәti
dәfә xәstәnin nәbzini yoxladı.
- Yox ey, yox, doktor. Hec mәn dә Qarabağlı
deyilәm, Kürdәmirdәnәm. Qarabağlı mәnim lәqәbimdir.
Saday Sadıqlı Naxçıvandandı, Ordubadda Әylis deyilәn bir
kәnd var, oralıdı. Düzdü, mәn orda olmamışam, amma
bilirәm ki, Nuh Nәbidәn qalma bir kәnddi. Vaxtilә ,
deyirlәr, orda çoxlu ermәni yaşayırmış. Onların deyәsәn
yeddi ya sәkkiz kilsәsi indiyәcәn durur. Görünür o
ermәnilәr ağıllı, xeyirxah insanlar imiş. Bu Saday Sadıqlı
da onlar kimi düz adamdır, doktor, istәyir lap dünya
dağılsın, ağa qara demәz. Neçә ildir düz sözә görә başı
DAŞ YUXULAR
15
bәla çәkir, yenә dә özünә yığışmır. İki aydan sonra yaşı
әlli olacaq, di gәl on yaşlı uşaq kimidi. Ürәyi dilindәdi. Belә
qarışıq zamanda da dilini dinc qoymur. Ermәni yox ey, pis
biz özümüzük, deyir. Qorxub çәkinmir. Hәr yerdә deyir
bunu - teatrda, çayxanada.
Doktor Fәrzani gözlәrini geniş açıb bu dәfә xәstәnin
sifәtinә mәxsusi bir nәzәr yetirdi. Elә bil onu ilk dәfә
görürdü. Bayaqdan başdaşı kimi tәrpәnmәz dayanıb,
susan tibb bacıları da tәrpәşib xısınlaşdılar. Fәrzani
Nuvariş Qarabağlının әlindәn möhkәm yapışıb onu qapıya
sarı çәkәrәk dedi:
- Hә, di tәrpәn, cavan oğlan, burda daha sәnlik bir iş
qalmadı. Dәhlizdә әylәş, dincini al. Ya da get evә, necә ki,
lazımdı dincәl, yüz vur bәdәnә, başını bastır yat. Әgәr
istәsәn, sonra gәlәrsәn. Bu sәnin üçün apensit deyil ki,
tezcәnәk kәsib atasan, kapitalnı remont telәb olunur
burda, әn azından üç-dörd saat çәkәcәk, fikir elәmә.
Dostun yaşayacaq. Mәn ondan elә Otello düzәldәcәyәm,
Dezdomona hayıl-mayıl olacaq, bircә kәrә görәn kimi,
ürәyi gedib yıxılacaq.
Elә belә, danışa-danışa hәkim artisti dәhlizә ötürdü
vә ardınca qapını bağladı.
Hәmin an, yәni әmәliyyat otağının qapısı bağlananda,
Nuvariş Qarabağlı dәşәtli tәnhalıq, tәklik hiss elәdi. Elә bil
işıqlı dünya indicә üzünә örtülәn qoşatay qapının o
üzündә qalmışdı. Uzun, yarıqaranlıq koridoru qәbirstanlıq
sıxıntısı bürümüşdü. İşıq yanmırdı. Әtrafda ins-cins gözә
dәymirdi. Koridorun әks tәrәfindә, başdakı iki lay
pәncәrәnin şüşәlәri kor gözlәr kimi qaralırdı. Bu, iki
Dostları ilə paylaş: |