Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   2   3   4   5   6   7   8   9   ...   31

DAŞ YUXULAR 
16
sәbәbdәn ola bilәrdi, ya aynaları bәs deyincә toz basıb, ya 
da bayırda şәr vaxtıdır, qaranlıq qovuşub. 
Tәk bircә yerdә, aynәbәndin yaxınlığındakı qapı 
sәmtdә oturacaq görunurdü. Bundan ayrı bu qüssәli 
koridorun harasındasa bir hovur әylәşmәk imkanı  sıfıra 
bәrabәr idi. Nuvariş Qarabağlı asta-asta oturacağa tәrәf 
addımladı. Başgicәlәnmә  vә ürәk bulanması  nәfәsini 
kәsirdi. Bayaqdan siqaret tüstüsü üçün içi yanırdı, amma 
әlini cibinә salmağa vә ordan siqaret, kibrit çıxarmağa 
belә heyi qalmamışdı. Oturacağa yaxınlaşdı, qapının lap 
böyründә alt-alta vurulmuş iki lövhә gördü. Üst lövhәdә iri 
qara hәriflәrlә yazılmışdır: "Travmatologiya vә cәrrahiyyә" 
şöbәsi, aşağıda xırda hәriflәrlә  "Şövbә müdiri Cәrrah 
Fәrzani Fәrid Hәsәn oğlu." Doktor Fәrzaninin kabinetinin 
qapısı açıq idi. 
Mәşәqqәtli gün Nuvariş Qarabağlını üzüb әldәn salsa 
da, bircә hovur dizini qatlayib әylәşmәk istәsә dә, qapının 
yanındakı oturacaqda әylәşmәdi. 
Ona elә  gәldi ki, әgәr indi burda otursa bir dә heç 
zaman ayağa qalxa bilmәyәcәk. Ehmalca açıq qapıdan 
kabinetә  nәzәr saldı: stol, iki köhnә stul, divan, seyf, 
soyuducu, köhnә televizor, elektirik çaydan, әlüzyuyan... 
O, cibin eşәlәyib siqaret tapdı  çıxartdı, amma yenә  dә 
çәkmәdi. Güclü ürәk bulanmasının tәsiri altında pәncәrәyә 
sarı  gәldi vә heç ora çatmamış  әmәliyyat otağının 
yanından digәr istiqamәtә  dә eynәn belә bir koridorun 
uzanıb getdiyini gördü. Doktor Fәrzaninin kabineti 
yerlәşәn bu koridorun hәmәn o boş, kimsәsiz kolidordan 
fәrqi bu idi ki, burda çoxlu pәncәrәlәr vardı  vә  dәhliz 
boyunca sıralanan göyümtül palata qapıları tutqun şüşәli, 


DAŞ YUXULAR 
17
kül rәngli pәncәrәlәrә baxırdı. Pәncәrәlәrdәn birinin 
önündә ayağı gipsә salınan oğlan qoltuq ağacına söykәnib 
siqaret çәkirdi. Ona yaxın, qapısı açıq palatanın qarşısında 
qolu sarıqlı bir qadın durmuşdu. Koridorda o iki nәfәrdәn 
savayı ayrı bir inli-cinli yox idi. 
Nuvariş Qarabağlı bayaqdan barmaqları arasında 
saxladığı siqareti yandırdı. Elә ilk qullabdaca gözlәrinә 
qaranlıq çökdü. İndicә yerә  yıxılacağından qorxdu. 
Divardan tutub, birtәhәr özünü oturacağa çatdırdı. O 
vaxta qәdәr oturmalıydı ki, gözünün qabağını kәsәn qara 
pәrdә çәkilsin. Gözünün pәrdәlәnmәyi cәhәnnәm, bu saat 
onu hәr  şeydәn daha çox bütün bu olanları Saday 
Sadıqlının arvadı Azadә xanıma necә çatdıracağı 
qorxudurdu. 
Nuvariş Saday Sadıqlının evinә tez-tez gәlirdi. Onun 
arvadının harada işlәdiyini dә bilirdi. İndi isә belә bir 
vәziyyәtdә burdan qalxıb Azadә xanımın iş yerinә 
yollanmaq onun nәzәrindә demәk olar ki, mümkünsüz iş 
idi. Hәlә bilmir ki, kişinin başına gәtirilәnlәri necә, nә 
tәhәr danışacaq. Yaxşısı budur, tәrpәnmәsin burdan, 
әmәliyyatın sonuna qәdәr gözlәsin.  Әmәliyyat bitәr, 
Sadayın yaraları sarınar, huşu üstünә gәlәr, ancaq bundan 
sonra baş verәnlәri Azadә xanıma çatdırmaq o qәdәr dә 
çәtin olmaz. ( Unudub ki, bu gün bazardır vә  tәbii ki
Azadә xanım da işdә deyil.) 
Nuvariş Qarabağlı üç dәfә evlәnsә  dә, bu müdhiş 
gecәdә bütün şәhәrdә yolunu gözlәyәn bir kimsә yoxdur. 
Birinci dәfә ailә qurmaq qәrarını verәndә 19-20 yaşı vardi: 
heç nә, gözü tutan qızı nişansız, toysuz, xeyir-duasız bir 
taksiyә basıb ata evinә gәtirdi. Toy cәhәnnәm, olur olsun, 


DAŞ YUXULAR 
18
olmur olmasın. Mәsәlә burasında idi ki, Nuvarişin anası 
xeyir-duasız әr evindә peyda olan gәlini heç cur bağışlaya 
bilmirdi. Ay yarımdan sonra qaynana ilә davadan sonra 
qız  şey-şüyünü yığışdırıb evdәn çıxdı, bir dә heç zaman 
geri qayıtmadı. Onda cavan vaxtlarıydı, tamaşalarda 
epizodik rollara çıxırdı, o zaman teatırın qocaman bir 
işçisinin "mәnzil 
şәraitini yaxşılaşdırdılar", onun 
Montindәki rütubәtli yarızirzәmi otağını Nuvarişә verdilәr. 
O, bu mәnzildә ciyәri xәrçәngә tutulması  sәbәbindәn 
rәhmәtә gedәn ikinci arvadı ilә  cәmi doqquz ay yaşadı. 
Üçüncü arvadı Cülyetta teatrın tanınmış aktyorlarından 
birinin qarımış  qızı idi, ona әrә gәlәndә bәlkә dә 36 yaşı 
olardı. Beş il uşaqları olmadı. Sonra oğlan doğuldu. Bir 
dәfә, hәlә heç uşaq üçaylıq da deyilmiş , başı daşlı ana 
körpәni  әmizdirәrkәn bunu tәrs yuxu basır, sәhәr 
oyananda görür ki, uşaq iki döşünün arasında boğulub 
ölüb. Dәhşәtli burasıydı ki, anaya görә qucağında boğulan 
tifil guya heç ölmәyib, diridi, amma kirimir, ağlayır, elә 
hey süd istәyir... Bundan sonra ana yemәkdәn kәsildi, 
yuxu gözündәn qaçaq düşdü. Uşaqdan sonra on gün 
qalmadi. Arıqlayıb çöpә döndü, şam kimi әriyib, kölgә kimi 
çәkilib getdi, elә bil heç bu dünyada o adda adam yox 
imiş. 
İndi, on ildәn çoxdu ki, şәhәrin mәrkәzindә Nuvarişin 
iki gözlü mәnzili vardı. Bu fevrala qәdәr, tәk qalmağına 
baxmayaraq irәliki vaxtla müqayisәdә dinc, hәtta hәdsiz 
dәrәcәdә xoşbәxt vә düzgün hәyat yaşayırdı. Fәlәyin işinә 
bax ki, Nuvariş Qarabağlı öz mәnzilinә gecәlәr, hәm dә 
getmәyә başqa bir yeri olmadığına görә dönürdü. Halal-
hünbәt mәnzilindә o, bir dәqiqә  dә olsun dinclik tapmır, 


DAŞ YUXULAR 
19
yuxunun, istrahәtin nә olduğun bilmirdi. Sәbәb dә bu idi 
ki, vәzifә baxımından  әhәmiyyәtsiz, amma gәlir 
baxımından çox mötәbәr vәzifә tutan bir nәfәr - 
Baksavetin yekәqarın, uzundraz әmәkdaşı günlәrin birindә 
teatrın qocaman işçisi, qarderobçu Qreta Sәrkisovna 
Minasovanın mәnzilini  әlә keçirmiş, axırıncı, onuncu 
mәrtәbәdә Nuvarişә qonşu olmuş  vә bu yaşayış sahәsini 
әsl әyyaş yuvasına çevirmişdi. Divarın o üzündәki mәnzilin 
kәhilti vә nırıltısı bütün gün әsib-sәngimәk bilmirdi. Qoca 
tәcrübәli sürtük qәhbәlәrin çığırtıları köhnә sәnәtә yenicә 
qәdәm basan xırda qızların hәqiqi vә ya yalançı kef 
iniltilәri ağılı başdan çıxarır, artisti gündüz rahatlığın, 
gecәlәr yuxunun uzunә  hәsrәt qoyurdu. Deyilәnә görә 
hәmin uzundıraz heyvәrә şuşalıdır. Bakıya sonradan tәşrif 
buyurub. Baksovetde işә duzәlib. Nuvarişgilin evinin 
qonşuluğundakı koperativ binada dördotaqlı  mәnzil alıb. 
Bu adamın bәdәn quruluşu kvadrat şәkilindәdir. Nataraz 
kürәyinin enini hәr hansı bir ölçü stanrdartına 
uyğunlaşdırmaq, sadәcә mümkün deyil. Onun göyümtül, 
qara rәngli qalın saçları, bununla bahәm, qara vә qalın 
qaşları, әhәmiyyәtli dәrәcәdә uzun bığı, büsbütün boş vә 
heç nә ifadә etmәyәn krokadil gözünә  bәnzәr donuq 
gözlәri vardı. Hәtta onun adı  vә familyası da Nuvariş 
Qarabağlının qulaqlarında zalımlıq vә allahsızlıq rәmzi kimi 
sәslәnirdi:  Şahqacar  Әrmağanov. Adam ona bu adı 
verәnin yerinә xәcalәt çәkir. 
Sәhәr açılar-açılmaz, hәlә heç hava tam işıqlanmamış 
hәyәtdә sәs-küy qalxmış vә dәrhal çox güman ki, camaat 
eşitsin deyә, xәbәr yayılmışdı ki, guya hansısa bir ermәni 
qadın özünü eyvandan atıb. Qreta Sәrkisovnanın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə