Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   2   3   4   5   6   7   8   9   10   ...   31

DAŞ YUXULAR 
28
Nuvarişin ovcundadır. Vә Qreta Sәrkisovna ölüm fürsәtini 
onun ovcundan qapmaq istәyir ki, canı bu namәrd 
dünyanın zülm-zillәtindәn biryolluq qurtarsın. Qreta 
Sәrkisovna qan içindә sürünә-sürünә yaxınlaşdıqca, 
Nuvarişi dәhşәt vә qorxu daha şiddәtlә bürüyürdü. 
Nuvariş bütün gücü ilә ölmәk istәyәn vә bәlkә dә әslindә 
ölmәk istәmәyәn bu qarıdan qaçıb uzaqlaşmaq, canını 
qurtarmaq istәyirdi. Artist qarının meyitindәn xilas olmağa 
çalışsa da, ayağını yerә basa bilmirdi, elә bil bütün bәdәni 
qaldırmaq mümkün olmayan çirkabla dolmuşdu. 
Artist elә o dәhşәt içindә dә gözlәrini açdı - sevindi - 
Allaha  şükür ki, buradadır, soyuq, rütubәtli koridorda. 
İşıqları da yandırmışdılar. Koridorun o biri başında 
әmәliyyat otağının qapısı taybatay açılmışdı. 
Nuvariş Qarabağlı o dәhşәtli yuxudan qurtular-
qurtulmaz, kabinetinә dönәn Doktor Fәrzani dәrhal başa 
düşdü ki, o çox pis haldadır, dilini tәrpәdib söz demәyә dә 
taqәti yoxdur. 
Fәrzani  әmәliyyatdan indicә  çıxmışdı,  әlüzyuyanın 
qәnşәrindә üzü divara durub әlini sabunlayırdı. 
- Keç içәri,  әylәş, Mübariz müәllim - o, dedi: - 
Narahat olma, hәr şey qaydasındadır. Dostun palatadadır. 
Yatır özüyçün. Canı möhkәmdir. Dәmir kimidir. 
Özaramızdı, qәtiyyәn alkaşa oxşamır. 
Artist bu vәziyyәtindә heç fәrqinә dә varmadı doktor 
onun adına Nuvariş yox, Mübariz söylәdi. 
- Necә, doktor? Necә  yәni yatır? Hüşü üstünә  gәlib 
ki? 
- Hәlә yox, - Doktor әlini silә-silә, sakitcә dedi - 
Tәlәsmә, hәr şeyin vaxtı var. 


DAŞ YUXULAR 
29
Bu gecә olmasa da, sabah sәhәr dәqiq özünә 
gәlәcәk. Palatasına yaxşı tibb bacısı göndәrdim. 
Sәhәrәcәn keşiyini çәkәcәk. - Hәkim mәhrәbanı mismara 
keçirib, yerindә әylәşdi. - Deyәsәn möhkәm yuxulamısan, 
yaxşı yaddaşı olana oxşayırsan. Nәdir, yuxunu 
qarışdırmısan? 
- Yuxu görürdüm, doktor, siz hardan bildiniz? 
Ömrümdә heylә  dәhşәt görmәmişәm. - Artist susdu vә 
qәfil hönkürmәyә, göz yaşları içindә, hәkimә yalvarmağa 
başladı - Siz Allah, doktor, mәnә bir az spirt verin, çox 
yox, onca qram. Allah haqqı boğuluram. Başım cırılır, elә 
bil beynimin içindә siçan-siçovul qaçır. 
- Yox, dostum, belә yaramaz, - artistin halına qәlbәn 
yanan hәkim nәzakәtlә dedi. Vә stolun üstünә bir köhnә 
qәzet sәrdi. Kabinetin qapısını bağladı. Soyuducudan 
şüşәsi tәrlәmiş balaca qrafin çıxardı. İçindә göz yaşı kimi 
şәffaf maye olan qabı stolun üstünә qoydu. Qәzetin 
üstündәcә kolbasa doğradı. İki dәnә xiyar şorabası qoydu, 
duzlu şor qoydu, sac lavaşı qoydu vә lap axırda artdanıb 
yuyulmuş keşniş  dәstәsi qoydu... İki armudu çay 
stәkanına zoğal arağı süzdü. Artistin gözlәri parıldadı. 
- Siz çox yaxşı adamsınız, doktor. Sizi gördüyüm 
andan bunu başa düşdüm. 
Artist әlini stәkana sarı uzatdı, amma onu götürmәdi, 
çünki hәlә  hәkim dә öz stәkanını götürmәmişdi. Hәkim 
әlüzyuyan sәmtә baxdı. Artist bu sayaq baxmaqla onun nә 
demәk istәdiyini başa düşdü, qalxdı,  әlini sabunlayıb 
yudu, qayıdıb oturdu. 
- İçәk? - Hәkim gülümsәyәrәk dedi vә arağı içdi. Bir 
әlcә lavaş götürdü, şora batırıb ağzına apardı. 


DAŞ YUXULAR 
30
- Sizin sağlığınıza, doktor. - Nuvariş ayaq üstә içdi, 
üz-gözünü qırışdırıb, әylәşdi. 
- Kalbasa götür. Doyunca ye. - Hәkim qonağa tәklif 
elәdi. Amma özü kolbasaya әl vurmadı.  İki qanad kişnişi 
ağzına qoyub asta-asta çeynәmәyә başladı. - O, ailәlidir? 
- Ailәlidir, doktor, qәşәng arvadı var, Azadә xanım. 
Kefin istәyәn diş  hәkimi, hәm dә insan adamdır. Mәşhur 
psixiatır Abasәliyevin qızıdır. Bәlkә dә tanıyırsınız? 
Doktor Fәrzani әmәlli-başlı heyrәtlәndi. 
- Abasәliyevi kim tanımır ki? - dedi - Durur o? 
- Yaşayır, doktor. Sağlığına heç pis dә yaşamır. - 
Araqdan sonra halı özünә  gәlәn Nuvariş  hәvәslә cavab 
verdi. - Maşallah, buz baltası kimidir. Bir il olar bağda qalır 
- Mәrdәkanda. Deyir ki, axmaq-uxmaqdan nә qәdәr aralı 
olsam yaxşıdır. Hәr tәrәf elәlәri ilә doludur. 
- Demәli, dostumuz doktor Abasәliyevin kürәkәnidir? 
- O, tәkrar soruşdu vә stәkanlara araq tökdü. 
Nuvariş Qarabağlını heyrәtlәndirәn o idi ki, doktor 
arağı süzәndә daha bayaqdan bәri olduğu kimi "dostun" 
yox, "dostumuz" söylәdi. 
- Hә, hә, kürәkәnidir. Hәm qohum, hәm dә yaxın 
dostdurlar. Pәrәstiş elәyirlәr bir-birinә. Otuz ildir bir 
yerdәdilәr. Doktor Abasәliyevin ayrı kimi var axı? Arvadı 
rәhmәtә gedib, qalan tәk qızıdır. Saday Sadıqlını  oğul 
gözündә görür. 
- Belә-belә  işlәr - Doktor öz alәmindә  nәsә düşünә-
düşünә dillәndi - Deyirsәn onlar hәm dә yerlidirlәr, elәmi? 
Doktor Abasәliyev mәn bilәn Naxçıvandan olmalıdır... Hә, 
vur görәk. - O, stәkanı başına çәkib, üstündәn şor- lavaş 
yedi. 


DAŞ YUXULAR 
31
- Düzdü, naxçıvanlıdılar - Nuvariş tәsdiqlәdi, bir dilim 
kolbasa götürüb araq stәkanını boşaltdı. - Bir 
kәnddәndilәr,  Әylisdәn. Kәndlәrinin dәlisidirlәr. Harda 
oldular, ancaq Әylisdәn danışırlar. Deyirlәr nә zamansa 
orada çoxlu ermәni yaşayırmış. Belә  çıxır bizim 
müsәlmanlarla aralarından su keçmirmiş. Doktor 
Abasәliyev o ermәnilәri çox tәriflәyir. Onlar kimi mәdәni
vicdanlı, zәhmәtkeş insanlar dünyanın heç harasında ola 
bilmәz, deyir. Mәn onların belә söhbәtlәrini çox 
eşitmişәm. Kürәkәn-qaynata  Әylisdәn danışanda adam 
hәmәn dәqiqә istәyir durub getsin ora, hәmişәlik ölüb 
qalsın Әylisdә. 
 
Doktor Fәrzani düşüncәdәn ayrılmadan artisti 
dinlәyirdi. 
- Demәli belә, doktor Abasәliyev indi Mәrdәkandadır, 
- o daha çox özü-özünә deyirdi, cәrrah, sonra bir qәdәr 
düşündü soruşdu: - Tәk yaşayır orda? 
- Әlbәttә tәk, kimi var ki? Tәkcә Azadә xanım tez-tez 
baş  çәkir ona. Hәr bazar sәhәr tezdәn yanına gedir. 
Gecәni qalır, o biri gün birbaşa işә qayıdır. Düz deyirsiniz, 
yaşlı adamın bağda tәk yaşaması  çәtin mәsәlәdi. Bu da 
var ki, boş vaxtı elә çox deyil darıxsın. Şәhәrdәki evindә 
otuz min kitabı var idi. Yazıq Azadә xanım il uzunu 
kitabları Bakıdan Mәrdәkana daşıyıb. Abasәliyev oturub 
bağda, oxuyur o kitabları. Deyirlәr özü dә yazmağa 
başlayıb. 
- Onların uşaqları yoxdur bәs? 
- Yox, doktor. Bir tәrәfdәn baxanda Saday Sadıqlı 
kimi adamın övladının olmaması  işin xeyrinәdir. Sözün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə