Daşqın MƏHƏMMƏDLİ



Yüklə 159,96 Kb.

tarix18.04.2018
ölçüsü159,96 Kb.


136 

 

 



 

 

Daşqın MƏHƏMMƏDLİ 

Bakı Dövlət Universiteti, Kitabxanaçılıq-İnformasiya fakültəsi 

“Kitabxana resursları informasiya axtarış sistemləri kafedrası”nın tələbəsi 

 

RESPUBLİKANIN KİTABXANA-İNFORMASİYA 

MÜƏSSİSƏLƏRİNDƏ İNFORMASİYA-KOMMUNİKASİYA 

TEXNOLOGİYALARININ TƏTBİQİNİN MÜASİR VƏZİYYƏTİ VƏ 

BƏZİ TƏKMİLLƏŞDİRİLMƏSİ MƏSƏLƏLƏRİ 

(ADU İRK-nın təcrübəsi əsasinda) 

 

Açar  sözlər:  k

itabxana-informasiya  müəssisələri,  informasiya    cəmiyyəti, 

kitabxana-biblioqrafiya və informasiya xidməti, informasiya resurs kompleksi, 

iRBİS-64  avtomatlaşdırılmış kitabxana-informasiya idarəetmə sistemi 

Ключевое  слова:  библиотеки  и  информационные  учреждения,  услуги 

информационного  общества,  библиотеки,  библиографии  и  информации, 

комплекс  информационных  ресурсов,  иРБИС-64  автоматизированная 

библиотечно-информационной системы управления 

Keywords:  library  and  information  institutions,  information  society,  library-

bibliography  and  information  service,  information  resource  Complex,  iRBIS-

64 automated library-information management system 

 

“Kitabxanalar informasiya cəmiyyətinin ürəyidir.” 

(YUNESKO-nun bəyanatından) 

Bəşər tarixinə  nəzər salarkən belə  bir qanununauyğunluq  aşkar olunur 

ki,  hər  bir  əsr  özünəməxsus  inkişaf  prosesi  ilə,  böyük  elmi  və  mədəni 

əhəmiyyətə  malik  hadisələrlə  xarakterizə  olunur.  Məsələn,  dünya  alimləri 

keçən  əsrin  ikinci  yarısından  başlayaraq  XX  əsri  “atom  əsri”,  “elmi-texniki 

tərəqqi  əsri”,  “informasiya  partlayışı    əsri”  adlandırmağa  başladılar.  XXI  əsr 

isə  “informasiya  əsri”  hesab  olunur.  Bunun  əsas  səbəbi  informasiyanın 

cəmiyyətin 

əsas  aparıcı  qüvvələrindən  birinə  çevrilməsi,  sənaye 

cəmiyyətindən  informasiya  cəmiyyətinə  sürətlə  keçidlə  əlaqədar  idi. 

İnformasiya  cəmiyyəti  bəşəriyyətin  inkişafında  yeni  dövrün-informasiya 

erasının  başlanğıcı,  müasir  dövr  sivilizasiyasının  yeni  inkişaf  mərhələsinin 

əsas əlamətlətindən biridir (4,s.227).  

Bəs  “informasiyalaşdırılmış  cəmiyyət”  hansı  cəmiyyətə  deyilir. 

“informasiyalaşdırılmış    cəmiyyət”  anlayışı  ilk  dəfə  XX  əsrin  60-cı  illərinin 

sonu, 70-ci illərin əvvəllərində işlənib. Bu termini ilk dəfə Tokio Texnologiya 

İnstitutunun  professoru    Y.Xayaşin    elmi  dövriyyəyə  daxil    edərək  



137 

 

özünəməxsus xüsusiyyətlərini  göstərmişdir: 



-  İnformasiyalaşdırılmış  cəmiyyət-yeni  tipli  cəmiyyətdir;  bu 

cəmiyyət özündən əvvəlki cəmiyyətlərdən öz texnologiyalarına görə (xüsusilə 

informasiya texnologiyalarına) görə fərqlənir. Bu cəmiyyət  yeni qlobal sosial 

inqilabın  nəticəsi  olub,  informasiya  partlayışından  dağan,  informasiya  və 

kommunikasiya texnologiyalarının birləşməsi nəticəsində formalaşan yeni tipli 

cəmiyyətdir 



 

 

-  İnformasiyalaşdırılmış  cəmiyyət-bilik  cəmiyyətidir;  bu  cəmiyyət 

hər  bir  insanın,  hər  bir  cəmiyyətin  bilik  almasını  təmin  edir,  onlara 

informasiya  mənbələrindən  maneəsiz  istifadə  etmək  və  təcrübə  qazanmaq 

üçün şərait yaradır

. 



-  İnformasiyalaşdırılmış  cəmiyyət  –  qlobal  cəmiyyətdir;  dünyada 

böyük  qloballaşma  prosesi  gedir.  Bu  proses  hər  şeydən  əvvəl  özünü 

informasiya sahəsində göstərir. Qlobal cəmiyyətdə informasiya mübadiləsinin 

nə  vaxtı,  nə  məkanı,  nə  də  siyasi  sərhədləri  vardır.  Bu  da  cəmiyyətə  və 

insanlara  bəşəri  sərvətlərdən  bəhrələnmək  imkanı  verməklə,  mədəniyyətlərin 

bir-birinə  yaxınlaşdırılmasının  təsir  dairəsini  genişləndirir,  eyni  zamanda  hər 

bir  cəmiyyətə  başqa  cəmiyyətlərdən  faydalanmaqla  yeniləşmək  və 

təkmilləşmək imkanı verir (5,s.18). 

Görkəmli  rus  alimi  A.İ.Rakitov  isə  informasiyalaşdırılmış  cəmiyyətin 

aşağıdakı təxmini xarakteristikasını vermişdir: 

- Hər bir insan, hər bir təşkilat üçün informasiyanın ümumaçıq olması; 

-  İnformasiyanın  ümumaçıqlığının  real  təminatı.  İlk  növbədə  texniki 

informasiyanın, informasiya texnologiyasının müasir səviyyəyə uyğun təşkili; 

-  İnformasiyanın  istehsalı.  Cəmiyyətin  bütün  sahələrində,  müxtəlif 

istiqamətlər  üçün  həyat  fəaliyyətini  təmin  etmək  və  inkişaf  etdirmək  üçün 

lazımi  miqdarda  informasiya  istehsal  etmək.  Bu  işin  həyata  keçirilməsi  elmi 

əsaslara söykənməli,kompüter texnologiyasından geniş istifadə edilməlidir (2, 

s.118).   

İnformasiyalaşdırılmış cəmiyyətin əsas göstəricilərindən biri də işləyən 

əhalinin  50  faizindən  çoxunun  informasiya  xidmətindən  istifadə  edə  bilməsi, 

müasir informasiya texnologiyaslndan baş çıxarmasıdır. Məhz buna görədir ki, 

müasir  dövrdə  informasiyalaşdırma  və  mediatirasiya  (informasiyanı  sürətlə 

vermək  və  qəbul  etmək  üçün  tətbiq  edilən  inteqral  sxemlər)  prosesi  qlobal 

xarakter almağa başlamışdır. Bu isə informasiyalaşdırılmış cəmiyyətə keçmək 

üçün cəmiyyət üzvlərinin aşağıdakı imkanlara malik olmasını zəruri edir: 

- əhalinin savadlılıq və təhsil səviyyəsinin yüksək olması; 

-  bütün  ailələrdə  qlobal  informasiya  şəbəkəsi  olan  internetə  qoşulmuş 

fərdi (şəxsi) kompüterlərin olması; 

-  informasiya  şəbəkələrində  fəaliyyətin  yeni  forması  və  növünün 

meydana çıxması; 




138 

 

-  şəbəkədə  iş  və  ticarət,  şəbəkədə  istirahət,  şəbəkədə  əyləncə  və 



yaradıcılıq, şəbəkədə tərbiyə və təhsil, şəbəkədə tibb və s.; 

- cəmiyyətin hər bir üzvünün yaşadığı yerdən asılı olmayaraq ölkədə və 

xaricdə 

mövcud 


olan 

bütün 


informasiya 

mənbələrindən 

,müəssisələrdən,mərkəzlərdən istifadə etmək imkanının olması; 

-  dünya  internet  sisteminə  qoşulmaqla  ən  yeni  informasiyanı  əldə  edə 

bilməsi imkanlarının olması; 

kütləvi  informasiya  vasitələrinin  fəaliyyətinə,  informasiya 



mənbələrinin  açılmasına  diqqət  yetirilməsi,  onlarla  informasiya  orqanları 

arasında  əlaqələrin  genişlənməsinə,  inteqrasiyanın  təmin  edilməsinə  diqqət 

yetirilməsi; 

-  milli  layihələrdə  informasiya  və  kommunikasiya  texnologiyalarının 

tətbiqi sahəsində geniş təcrübə olması; 

-  ölkədə  iqtisadi  fəaliyyət  və  investisiyaların  qoyuluşu  üçün  əlverişli 

şəraitin mövcud olması və s. 

Beləliklə, 

bütün 

bu 


cəhətlər 

ümumiləşdirilərək 

müasir 

informasiologiyada  informasiyalaşdırılmış  cəmiyyətə  belə  tərif  verilir:  



“İnformasiyalaşdırılmış 

cəmiyyət”-işçi 

qüvvəsinin 

əksər 


hissəsinin 

informasiyanın,  onun  yüksək  keyfiyyət  səviyyəsi  olan  biliyin  istehsalı,  emalı 

və reallaşdırılması ilə məşğul olan cəmiyyətdir ( 5, s.70). Bundan əlavə bir çox 

xarici  kitabxanaşünas  və  informatik  mütəxəssislər,  o  cümlədən      görkəmli 

Azərbaycan 

alimləri 

 

prof. 


A.A.Xələfov, 

X.İ.İsmayılov  və  b. 

“informasiyalaşdırılmış  cəmiyyət” anlayışı haqqında özlərinəməxsus qiymətli 

fikirlər söyləyəmiş və əsaslandırılmış elmi nəticələrə gəlmişlər. 

 Müstəqillik 

şəraitində  dövlətimiz  və  xalqımız,  alimlərimiz, 

ziyalılarımız,  bütün  qəbildən  olan  mütəxəssislərimiz  qarşısında  duran  ən 

mühüm  vəzifə  müasir  Azərbaycan  cəmiyyətini  informasiyalaşdırmaqdır.  Bu 

məqsədlə  Azərbaycan  dövləti    mütərəqqi  addımlar  atmış,  müstəqil 

Azərbaycanda informasiyalaşdırılmış vətəndaş cəmiyyəti quruculuğu prosesini 

sürətləndirmək  üçün    onun  mükəmməl  hüquqi  bazasını  formalaşdırmışdır. 

“Kitabxana  işi  haqqında”,  “İnformasiya,  informasiyalaşdırma  və 

informasiyanın  mühafizəsi  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunları    qəbul  edilmiş,  “Azərbaycanda  kitabxanaların  fəaliyyətinin 

yaxşılaşdırılması  haqqında”,  “Azərbaycan  Respublikasında  Kitabxana-

informasiya  sahəsinin  2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət 

Proqramının  təsdiq  edilməsi  haqqında”    prezidentin      sərəncamları  

verilmişdir  ki,  bu  da  ölkəmizdə  kitabxana-informasiya  sahəsinin  

hərtərəfli inkişafına dövlət qayğısının bariz təzahürləridir (2,s.29). 

Xalqımızın  ümummilli  lideri,  ulu  öndər  H.Ə.  Əliyev  hər  zaman 

kitabxana  işinə  və  onun  inkişafına  yüksək  qiymət  vermiş  ,  kitabxanaları  

mənəviyyat,  bilik,  zəka  mənbəyi  adlandırmışdır.  Bu  gün  ulu  öndərimizin  




139 

 

layiqli  davamçısı,  möhtərəm    Prezidentimiz    İ.H.Əliyevin  ölkəmizdə  bu 



sahənin 

inkişafı, 

müasirləşməsi, 

informasiya-kommunikasiya 

texnologiyalarının  tətbiqi,  qabaqcıl  təcrübədən  səmərəli  istifadə,  elektron 

kataloq və elektron kitabxanaların təşkili və s. məsələlərdə bilavasitə diqqət və 

qayğısı  nəticəsində  əhəmiyyətli  nailiyyətlər  əldə  edilmiş,  ölkəmizdə    bir  çox 

kitabxana-informasiya  müəssisələrinin  fəaliyyəti  qabaqcıl  dünya  təcrübəsinə 

uyğunlaşdırılmışdır.  

Cəmiyyətin  informasiyalaşdırılmasına  yüksək  qiymət  verən  Prezident 

İ.Əliyev  informasiya-kommunikasiya  texnologiyalarına  həsr  edilmiş  elmi 

konfranslardan  birində  belə  deyir:  “Dünyada  uğur  qazanmış,  inkişaf  etmiş 



ölkələrin  təcrübəsinə  baxsaq  görərik  ki,  o  inkişafın,  tərəqqinin  əsas 

səbəbləri  təbii  ehtiyyatlar  deyil,  məhz  bilik,  məhz  savad,  yeni 

texnologiyalardır-bunlar  ölkəyə  uğur  gətirir,  inkişaf,  müasirlik 

gətirir.”(2,s.12).  Ölkə    prezidenti    həmçinin,    cəmiyyətin  informasiya 

təminatında    kitabxanaların  işinə    və  bu  sahədə  müasir  texnologiyaların 

tətbiqinə 

yüksək  qiymət  verərək  demişdir:  “Müasir  Azərbaycan 



cəmiyyətinin  informasiya  təminatının  həyata  keçirilməsində  ölkə 

kitabxanalarının  tutduğu  mühüm  yer  mədəniyyətin  bu  sahəsində 

informasiya 

cəmiyyətinin 

tələblərinə 

müvafiq 

olaraq 

müasir 

texnologiyaların  tətbiqini  zəruri  edir.”  Beləliklə,  bu  proses  möhtərəm 

prezidentimizin 

bilavasitə 

rəhbərliyi 

altında 

uğurla 

davam 

etdirilməkdədir. (4,s.243).    

Qeyd etmək lazımdır ki, artıq bütün dünyada, o cümlədən Azərbaycan 

Respublikasında  informasiya  cəmiyyəti  kommunikasiyaları  sistemində 

kitabxanaların rolu o qədər artmışdır ki, kitabxanasız cəmiyyətin informasiya 

tələbatını  ödəmək  mümkün  deyildir.  Kitabxanalar  cəmiyyətdə  elm  və 

mədəniyyətin  inkişafında,  təhsil  və  tərbiyənin  yüksəldilməsində,  həmçinin 

insanların informasiya təminatında mühüm sosial institut kimi yaxından iştirak 

etməklə ən çox istifadə olunan müəssisəyə çevrilmişdir. 

Dünyanın  ən  qədim xalqlarından biri olan Azərbaycan xalqının əsrlər 

boyu  zəngin  kitab  və  kitabxana  mədəniyyəti  olmuşdur    və    bu  mədəniyyətin 

ilk  izləri  b.e.ə.  III  minilliyin  I  yarısına-Azərbaycan  ərazisində  yaranan  ilk 

dövlət olan qədim Aratta dövləti dövrünə gedib çıxır (4,s.61).  

Heç    şübhəsiz  ki    belə  qədim  və  zəngin  kitab  və  kitabxana  

mədəniyyətinə  malik  olan  xalqımız    və    onun  bu  günkü  müstəqil  dövləti 

müasir  kitabxana-informasiya    müəssisələrini    yeni  dövrün  tələbləri  əsasında 

inkişaf etdirmək  və hərtərəfli tərəqqisini təmin etmək üçün ən vacib və zəruri 

addımları  atır, müasir texnika və texnologiyaların  tətbiqi və  ondan səmərəli 

istifadə  üçün    münbit    şərait    yaradır.  Yəni,  hazırki  şəraitdə  bütün  düya 

təcrübəsində  olduğu  kimi  Azərbaycan  Respublikasında    da  cəmiyyətin 

informasiyalaşdırılması prosesini  yüksək səviyyədə təşkil etmək üçün  bu işə 




140 

 

ilk olaraq kitabxanalarından başlanılır.  



Daha  doğrusu,  informasiyalaşdırılmış    cəmiyyətin    mahiyyəti  və 

xüsusiyyətləri  ilə  ötəri  tanışlıq  belə  bir  qənaətə  gəlməyə  imkan  verir  ki,  bu 

cəmiyyət  informasiyanın  ən  mühüm  daşıyıcısı  olan  kitab  və  kitabxanalarsız  

keçinə 


bilməz. 

Kitabxana 

informasiyalaşdırılmış 

cəmiyyətin 

əsas 

atributlarından  biri,  informasiya  müəssisələrinin  ən  mühüm  vasitəsidir. 



Kitabxanalar informasiyalaşdırılmış cəmiyyət üçün əsas müəssisə olduğu kimi 

müasir  kitabxanalar  da  informasiya  texnologiyaları  olmadan  keçinə  bilməz. 

Müasir  kitabxanaların  yaranması,  fəaliyyət  göstərməsi,  cəmiyyətdə 

kitabxanalara xas olan sosial funksiyaları yerinə yetirməsi, cəmiyyətin tərəqqi 

və  inkişafının  əsas  vasitələrindən    birinə  çevrilməsi  üçün  onun  özünün 

bütövlükdə 

informasiyalaşdırılması 

zəruridir. 

İnformasiyalaşdırılmış 

cəmiyyətə  keçid  prosesində  Azərbaycan  kitabxanalarının  əsas  vəzifəsi  öz 

nəzəri  və  təcrübi  səviyyəsinin  yüksəldilməsinin  daim  qayğısına  qalmaq, 

müasir  cəmiyyətin,  kitabxana  oxucularının  ən  böyük  ehtiyac    hiss  etdiyi 

informasiya  istehsalını  genişləndirmək  olmalıdır(4,s.239).  Qeyd  etməliyik  ki, 

son  zamanlar  respublikamızda  kitabxana-informasiya    xidmətinə,  cəmiyyətin 

informasiyalaşdırılmasına  həsr  edilmiş  elmi  konfranslarda,  seminarlarda, 

simpoziumlarda    əsas  məsələ  kimi    kitabxana-informasiya    infrastrukturunun 

bizim yaşadığımız informasiya təcavüzü əsrində inkişaf  prinsipləri gündəmə 

gəlmişdir.  Respublikamızda  kitabxana  işinin  strukturunda  yeniliklər  baş 

verməyə,  islahatlar  aparılmağa  başlanmış,  ilk  növbədə  kitabxanaların 

avtomatlaşdırılması,  kitabxana  işi  fəaliyyətinin  kompüterləşdirilməsi, 

kitabxana  işinin  komplektləşdirilməsindən  başlayaraq  kitabların  və  digər 

sənədlərin, elektron vasitələrin kitabxana qaydası ilə işlənməsi, kitabxana-uçot 

və hesabat işlərinin, həmçinin hüquqi və fiziki şəxslərə kitabxana-informasiya 

xidmətinin  kompüterlədirilməsi prosesi geniş  meydan almış, yeni iş üsulu və 

formaları, metodiki təminat problemi meydana gəlməyə başlamışdır. Hazırda  

M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, AMEA-nın Mərkəzi 

Elmi  Kitabxanası,    BDU-nun  Elmi  Kitabxanası,    Azərbaycan 

Respublikası  Prezidenti  İşlər  İdarəsinin”  Prezident  Kitabxanası”, 

Parlament  Kitabxanası,  F.Köçərli  adına  Respublika  Dövlət  Uşaq 

Kitabxanası,  C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanası, 

Respublika  Elmi-Texniki  Kitabxanası,  Xəzər  Universitetinin  Elmi 

Kitabxanası  və  s.  kimi  böyük  milli,  sahəvi,  təhsil  və  xüsusi  statuslu  

kitabxanalarda, eləcə də Mədəniyyət Nazirliyi tərkibindəki  bir çox Şəhər  

və  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sistemlərində  İKT-larının, 

Avtomatlaşdırılmış  Kitabxana  İnformasiya  Sistemlərinin  tətbiqi  nəticəsində 

elektron kataloqların, elektron kitabxanaların yaradılaraq   istifadəyə verilməsi 

və  beləliklə  də    çoxsaylı  və  çoxməqsədli  informasiya  tələbatçılarının 

informasiya tələbatlarının onlayn təmin edilməsi mümkün olmuşdur (6,s 198). 



141 

 

M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxanasında  VTLS-



VİRTUA,  AMEA-nın  MEK,  BDU-nun  Elmi  Kitabxanası,  Azərbaycan 

Respublikası  Prezidenti  İşlər  İdarəsinin  “Prezident  Kitabxanası”,  Parlament 

Kitabxanası, F.Köçərli adına Respublika Dövlət Uşaq Kitabxanası, C.Cabbarlı 

adına Respublika Gənclər Kitabxanası,  Respublika Elmi-Texniki Kitabxanası 

və  bir  çov  digər  təyinatlı  kitabxanalarda  Rusiya  Ümumi  Elmi-texniki 

Kitabxanasının (ГПНТБ) məhsulu olan və  mükəmməl arxitektura və  səmərəli 

tətbiqetmə  imkanlarına  malik  olan  “İRBİS-64”  AKİS-i  vasitəsilə  kitabxana 

prosesləri  kompüterləşdirilir,  elektron  kataloqlar  və  elektron  kitabxanalar 

yaradılır  və  tələbatçılara  avtomatlaşdırılmış  lokal  və  şəbəkə  kitabxana-

biblioqrafiya  və  ionformasiya  xidməti  göstərilir.  Bundan  əlavə  Xəzər 

Universitetinin  Elmi  Kitabxanasında  “Follet”,  Azərbaycan  Diplomatik 

Akademiyasının  Elmi  Kitabxanasında  “Millenium”  kimi  yüksək  imkanlara 

malik  və  qabaqcıl  dünya  ölkələrində  istifadə  edilən  AKİS-lərdən  istifadə 

olunaraq  informasiyalaşdırılmış  cəmiyyətin  tələblərinə  uyğun  şəkildə 

kitabxana- informasiya  prosesləri avtomatlaşdırılır.  Qeyd etmək lazımdır ki,  

“Azərbaycan Respublikasında Kitabxana-informasiya sahəsinin  2008-2013-cü 

illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı”-na    uyğun  olaraq  Respublikanın  bütün 

kitabxana-informasiya  müəssisələrinin    müasir  informasiya  –kommunikasiya 

texnologiyaları  ilə  təchiz  edilərək  AKİS-lərdən  istifadə  etməklə  əhaliyə 

səmərəli  kitabxana-biblioqrafiya  və  informasiya  xidmətinin  təşkili  prosesi 

sürətləndirilmişdir (1).   

Ümumiyyətlə,  müasir  şəraitdə  respublikamızfa  kitabxana-informasiya 

müəssisələrinin  avtomatlaşdırılması  və  kompüterləşdirilməsi  sahəsində 

görülən tədbirləri aşağıdakı kimi qruplaşdırmağı məqsədəmüvafiq hesabetmək 

olar:  

1. 


Respublikanın 

kitabxana-informasiya 

müəssisələrində 

avtomatlaşdırma  və  kompüterləşdirmə  proseslərini  həyata  keçırmək  üçün 

müvafiq maddi-texniki şəraitin yaradılmasının təşkil edilməsi; 

2.  Bu  proseslərin  tətbiqi  üçün  lazım  olan  proqram  və  texniki  təminat 

vasitələrinin  alınması,  kompüterlər,  perferiye  qurğuları,  mexanikləşdirmə 

vasitələri, elektrik avadanlıqları və digər zəruri elementlərlə təmin edilmə; 

3.  Elektron  kataloq  və  elektron  kitabxanaların  təşkili  üçün  müvafiq 

beynəlxalq yazı formatları və AKİS-lərin təşkili;  

4.  Adları  çəkilən    nəzəri,  texniki  və    texnoloji  prosesləri  həyata 

keçirmək üçün kadr hazırlığı (1). 

Respublikamızda 

artıq 


kitabxanaların 

müasirləşdirilməsi 

və 

modernləşdirilməsi  üçün  müvafiq  dövlət  və  qeyri-dövlət  təşkilatları  özlərinin 



beynəlxalq  əlaqələrini    genişləndirir,    beynəlxalq    qrant  layihələrində  iştirak 

edir,  və  kitabxana-informasiya  sahəsində  ən  nüfuzlu  brynəlxalq  təşkilatlarla 

səmərəli əməkdaşlıq edirlər. Artıq bu sahədə kifayət qədər mütərəqqi addımlar 



142 

 

atılmış  və  təcrübə  toplanmışdır.  Görkəmli  kitabxanaşünas  alim, 



prof.X.İ.İsmayılovun rəhbərliyi ilə 1999-cu  ildəAzərbaycanda Kitabxana 

İşinin  İnkişafı    Assosiasiyası  (AKİİA)  təsis  edilmişdir.  Respublikamızın 

kitabxana  işi  və  informasiya  təminatı  sahəsində  fəaliyyət  göstərən 

mütəxəssislərini  və  təşkilatlarını  öz  ətrafında  birləşdirən  bu  təşkilatın 

nümayəndə heyəti ABŞ-da, Fransada, Belçikada, Norveçdə, Cənubi Koreyada, 

Litvada,  Rusiyada,  Gürcüstanda  və  s.  Ölkələrdə  keçirilən  seminar  və 

müşavirələrdə  iştirak  etmiş  və  kitabxana-informasiya  prosesləri  ilə  bağlı 

dünyadakı  ən  son  yeniliklərin,  nəzəri-təcrübi  məsələlərin  öyrənilməsi  və 

tətbiqi  üşün  çox  mühüm  əhəmiyyət  kəsb  edən  tədbirlər  həyata  keçirmişdir. 



AKİİA    düyada    kitabxana  işi  sahəsində  ən  böyük    beynəlxalq  təşkilat  

olan  İFLA-nın  (İnternational  Federation  Library  Assosiations; 

azərbaycanca  Beynəlxalq  Kitabxana  Federasiyaları  Assosiasiyası)  

İsrailin  paytaxtı    Yerusəlim  şəhərində  2000-ci  ilin  avqustunda    keçirilən  

66-cı  Baş  konfransında  daimi    üzvlüyünə  qəbul  edilmişdir  (3,s.122-123).  

Bu  mühüm  hadisə  Azərbaycanın  kitabxana-informasiya  ictimaiyyətini  geniş 

beynəlxalq aləmə tanıtmışdır. Eləcə də, M.F.Axundov adına Azərbaycan Milli 

Kitabxanası  1999-cu  ildə  Avrasiya  Fondunun,və  Açıq  Cəmiyyət  İnstitutunun 

İnformasiya  Yardım  Fondu  və  Təlim-Tədris  mərkəzi  İRTCL-ın 

maliyyələşdirdiyi  layihə  çərçivəsində  qalib  gələrək  ABŞ-ın  VTLS 



Korporasiyasının  məxsusi  kitabxanalar  üçün  işləyib  hazırladığı  və  bütün 

dünyada məşhur olan  “Virtua” Avtomatlaşdırılmış Kitabxana-informasiya 



İdarəetmə  sistemini  (AKİS-ni)  almışdır.  Milli  Kitabxana  VTLS-VİRTUA  

proqramının  bütün  Avtomatlaşdırılmış  İşçi  Yerlərini  (AİY)  almışdır. 

Kitabxanada  kitabxana proseslərinin  avtomatlaşdırılması hazırda da bu AKİS 

vasitəsi  ilə  həyata  keçirilir.  Milli  Kitabxanada  tətbiq  olunan  bu  proqramın 

üstün  cəhətlərindən  biri  də  biblioqrafik  yazıların  MARC-21  beynəlxalq 

maşınla  oxunan yazı formatına uyğun olaraq təqdim olunmasıdır ki, bunun 

da  nəticəsində  istənilən  sayda  və  həcmdə  biblioqrafik  informasiyanın 

toplanması, mühafizəsi, istifadəsi və mübadiləsini təmin etmək  mümkün olur.  

Bununla bağlı digər bir çox nümunələri də misal gətirmək olar (6,s.193).  

 Əlbəttə,    yuxarıda  adlarını  çəkdiyimiz  bütün  bu  proseslər  böyük  çox 

maliyyə  vəsaitləri  və  gərgin  əmək  tələb  etdiyindən  hələ  respublikanın  bütün 

kitabxanalarında  həyata  keçirilə  bilməsə  də    ardıcıl  və  məqsədyönlü  şəkildə 

davam  etdirilir  və  bu  istiqamətdə  müvafiq  təşkilatlar,  dövlət  orqanları 

tərəfindən  genişmiqyaslı  tədbirlər  həyata  keçirilir.  Heç  şübhəsiz  ki,  bu 

tədbirlər  müvafiq  sahə  üzrə  Azərbaycan  Respublikasının  qanunvericiliyi  

əsasında tənzimlənir və onların göstəriş və tövsiyyələri  rəhbər tutulur (2,s.65). 

Müasir  şəraitdə  respublikamızda  kitabxana-informasiya  işi  sahəsində 

qabaqcıl iş  strategiyası  ilə fərqlənən qurumlardan biri də Azərbaycan  Dillər 

Universitetinin  İnformasiya  Resurs  Kompleksidir  (İRK).  Kompleksin 



143 

 

yaranması  ideyası  bir  neçə  il  əvvəl  Bakıda  ABŞ-Azərbaycan  Təhsil 



Mərkəzinin  strukturuna  daxil  olan  Amerika  Mərkəzinin  fəaliyyətindən 

başlanmışdır ( 2003-cü il). Həmin vaxtdan etibarən  Amerika Mərkəzinin öz 

işini  uğurla  həyata  keçirməsi,  ABŞ-ın  Azərbaycandakı  səfirliyi  ilə  sıx 

əməkdaşlıq,  bir  çox  sahələrdə  ABŞ-ın  informasiya  mərkəzləri  ilə  aparılan 

uğurlu tərəfdaşlıq ölkənin təhsil ictimaiyyətinin, xüsusilə də Azərbaycan Dillər 

Universitetinin  rəhbərliyinin  diqqətini  cəlb  etmişdir.  Belə  ki,  Azərbaycan 

Dillər  Universitetinin  rektoru,  Milli  Məclisin  AŞPA-dakı  daimi  nümayəndə 

heyətinin  başçısı,  prof.  Səməd  Seyidovun  təşəbbüsü  və  ABŞ  səfirliyinin 

dəstəyi  ilə  Bakıdakı  Amerika  Mərkəzi  2007-ci  il  iyun  ayının  22-də 

Azərbaycan Dillər Universitetinə köçürülmüşdür. Rəsmi açılışda respublikanın 

elm, təhsil xadimləri, nazirlər, Milli Məclisin üzvləri, ABŞ-ın Azərbaycandakı 

səfiri  xanım  Ənn  Dersi  və  başqa  rəsmi  şəxslər  iştirak  etmiş  və  ABŞ  Dövlət 

Departamentinin  rəsmiləri  canlı  videobağlantı  vasitəsi  ilə  öz  təbriklərini 

çatdırmışlar.  Həmçinin  burada  Azərbaycan  Dillər  Universiteti  və  ABŞ-ın  

Azərbaycandakı 

səfirliyi 

arasında  rəsmi  Anlaşma  Memorandumu 

imzalanmışdır.  Memoranduma    ADU-nun  rektoru  prof.Səməd  Seyidov  və 

ABŞ-ın Azərbaycandakı səfiri  xanım Ənn Dersi imza atmışlar (7). 

Qısa  müddət  ərzində  Amerika  mərkəzinin  Azərbaycan  Dillər 

Universitetindəki  fəaliyyəti  daha  da  genişlənmiş  və  Azərbaycan  Respublikası 

prezidentinin  maliyyə  dəstəyi  ilə  İnformasiya  Resurs  Kompleksinə  çevrilmiş, 

2008-ci  ilin  5  dekabrında  isə  rəsmi  açılışı  olmuşdur.  Açılışda  Azərbaycan 

Respublikasının  Təhsil  Naziri  M.Mərdanov,  Rabitə  və  İnformasiya 

Texnologiyaları  Naziri  Ə.Abbasov,  Universitet  rəhbərləri,  elm,  təhsil 

ictimaiyyətinin  üzvləri,  kitabxanaşünaslar,  ABŞ-ın  Azərbaycandakı  səfiri, 

parlament nümayəndələri, müxtəlif xarici səfirliklərin nümayəndələri, ziyalılar 

iştirak etmişdir (7;8). 



İRK-nın  məqsədi:   

-  Azərbaycan  Respublikası  Ali  Təhsil  müəssələrinin  Dünya  təhsil 

məkanına  inteqrasiyasına  yardımçı  olmaq,  öz  imkanları  vasitəsi  ilə 

Azərbaycan  təhsil  sistemininin  Dünya  standartlarına  uyğun  inkişafına  xidmət 

etməkdir (7;8). 

  

 İRK-nın əsas strategiyası:   



-  Milli  səviyyədə  qlobal  informasiya  cəmiyyəti  quruculuğuna  yardımçı  olan 

elm və mədəniyyətin informasiyalaşdırılması proseslərini himayə etmək və bu 

sahədə maarifləndirici yardım göstərmək. 

- Elm, təhsil və mədəniyyətin informasiyalaşdırılması; 

-  Azərbaycanın  gələcəyi  üçün  yüksək  səviyyəli  mütəxəsis  kadrların 

yetişdirilməsinə kömək; 

- Azərbaycan Ali Təhsil müəssisələrinin müəllim və tələbələrinın elmi tədqiqat 

işlərini himayə edən tədbirlərin (sahəvi videokonfranslar, seminarlar, təlimlər, 




144 

 

təqdimatlar  və s.) həyata keçirilməsi; 



- Azərbaycan elm,təhsil və mədəniyyətinin təbliği; 

- Dünya elm, təhsil və mədəniyyət dəyərlərinin Azərbaycanda təbliği; 

- Mədəniyyətlərarası dialoq;  

- İnformasiya mədəniyyətinin inkişafı və fasiləsiz təhsil

- İnformasiya cəmiyyəti quruculuğunun etik aspektləri; 

- Beynəlxalq və regional əməkdaşlıq; 

- Dövlət strukturları ilə əməkdaşlıq (7;8). 

İRK adlarını çəkdiyimiz istiqamətlərdə öz işini müvəfəqiyyətlə həyata 

keçirmək  üçün  əhəmiyyətli  təşəbbüslər  göstərir.  Belə  ki,  ADU-nun 

İnformasiya 

Resurs 

Kompleksi 



ABŞ-ın 

Azərbaycandakı 

səfirliyi, 

respublikanın  elm,  təhsil,  mədəniyyət  müəssisələri,  kitabxana-informasiya 

mərkəzləri  və  institutları  ilə  sistemli  şəkildə  səmərəli  əməkdaşlıq  edir. 

Xüsusilə, ölkəmizin kitabxana-informasiya müəssisələrinin dünya informasiya 

məkanına  inteqrasiyasını,  beynəlxalq  tammətnli  elektron  məlumat  bazalarına 

çıxışını,  İnformasiya  kommunikasiya  texnologiyalarının  tətbiqini,  xarici 

nüfuzlu informasiya müəssisələri ilə müvafiq problemlərin müzakirəsini canlı 

videobağlantıların  təşkili  vasitəsilə  təmin  edir  və  təkmilləşməsinə  yardım 

göstərir. İnformasiya Resurs Kompleksinin strukturu 10 mərkəzdən ibarətdir:   

1. Strateji İnkişaf Mərkəzi; 2. Amerika mərkəzi; 3. Britaniya Mərkəzi; 

4.  İnnovasiya Mərkəzi;  5. Media  Mərkəzi; 6.  Türkdilli Xalqların Folklor 

Mərkəzi;  7.  Əcnəbi  Xalqların  Folklor  Mərkəzi;    8.  Elektron  Resurs 

Mərkəzi;   9. Məlumat Sorğu mərkəzi;   10. İnformasiya  Kommunikasiya 

Texnologiyaları Mərkəzi. 

Eyni zamanda İnformasiya Resurs Kompleksinin fəaliyyətində bir çox 

istiqamətlərdə  aktuallıq  kəsb  edən  proqramların  təşkili  xüsusi  yer  tutur.  Bura   

Mədəniyyətlərarası  dialoq  proqramı,  Universitet  Karyera  Mərkəzlərinin 

inkişafı proqramı,  Neft-Qaz və Enerji proqramı, Psixologiya proqramı,  Tibbi 

məsləhətlər  proqramı,  Ekologiya  proqramı,  Kitabxana-informasiya    sahəsinin 

inkişafı  proqramı,  Bank  İşi  proqramı,  Amerikaşünaslıq  proqramı,  Xaricdə 

Təhsil  proqramları,  İngilis  dilinin  tədrisində  innovasiyalar  proqramı  və  s. 

Daxildir (8). 

  

İRK-nın  fəaliyyətində  əsas  yerlərdən  birini  də,  informasiya 



tələbatçılarına  səmərəli  kitabxana-informasiya  xidmətinin  təşkili  tutur. 

Bu  xidmətin  əsas  texniki  və  texnoloji  üsulları  Kompleksin  strukturunda 

əhəmiyyətli yerlərdən birini tutan Elektron Resurs Mərkəzində yerinə yetirilir. 

Mərkəz  özündə  Elektron  Kompleksləşdirmə,  Elektron  Kataloqlaşdırma  və 

Elektron  tam-mətnli  məlumat  bazalarının  yaradılması  sektorlarını  birləşdirir 

(8). 


Hazırda  İRK  -nın  ümumi  resurs  fondunu  dünyanın  23  dilində  olan 

34.785  nüsxə  müxtəlif  növlü,  tipli  və  formalı  sənədlər  (eləcə  də,  tammətnli 




145 

 

elektron  resurslar  və  elektron  kitablar)  təşkil  edir.  Fondun  9325  nüsxəsini 



depozitar  fond,  10200  nüsxəsini  (9300)  adda  kitablar,  200  nüsxəsini  (170 

adda)  dövri  mətbuat  nümunələri,  12675  nüsxəsini  (11748  adda)  ümumi 

tammətnli elektron resurslar, 60 nüsxəsini isə (60 adda) elektron kitablar təşkil 

edir (6). 

          İRK –nın Statistik hesabatından məlumat (2008-2011-ci illər): 

-İstifadəçilərin ümumi sayı:   105.600  nəfər (sırf kitabxana xidməti ilə 

bağlı); 

- Gündəlik davamiyyət:   150 - 380  nəfər ;  

- Sorğuların ödənilməsi(gündəlik):  211-237 sorğu ( müxtəlif 

mövzulara əsasən); 

- Elektron resurslardan istifadə:  5640 mənbə istifadə olunmuşdur. 

Bunlar – elektron tammətnli beynəlxalq elmi bazalar (EBSCO, JSTOR, 

BioOne, Oxford University Press, Cambridge University Press)-dır. 

- İnternetdən istifadə:  506.968 ( təhsillə  bağlı  müxtəlif   

maarifləndirici saytlara müraciət) (7;8). 

   

İRK-da 


əsas 

kitabxana 

prosesləri 

inteqrasiya 

olunmuş 

Avtomatlaşdırılmış  Kitabxana-İnformasiya  Sistemi    olan    İRBİS-64/128  -



AKİS-nin  təkmilləşdirilmiş  versiyası  vasitəsilə  həyata  keçirilir  və 

istifadəçilərin ixtiyarına verilir (7). 

İRBİS  64/128    AKİS-İ  Rusiya  Dövlət  Ümumi  Elmi  Texniki  kitabxanasının  

istehsalıdır  və  əsasən  Rusiyada  və    MDB    məkanında  tətbiq  olunur.  Qeyri-

məhdud  sayda  sənədlə    qeyri-məhdud  sayda  istifadəçiyə  avtomatlaşdırılmış 

kitabxana-informasiya  xidməti  göstərməyə  imkan  verir.Qeyd  etmək  lazımdır 

ki,  Kompleksə  İRBİS  -64/128    AKİS-nin  16  modulu  (AİY)  alınmışdır  və 

hazırda      kitabxana  proseslərini  avtomatlaşdırmaq  üçün      burada  AKİS-in    9 

əsas modulundan   istifadə edilir.Bu modullar(AİY-ləri) aşaöıdakılardır: 

1.  Komplektləşdirici;  2.  Kataloqlaşdırıcı;  3.  Oxucu;  4.  Kitab 

verilişi; 5. İnzibatçı; 6. OPAC(veb səhifəşi vasitəsi ilə);  7. Veb İRBİS/128;  

8.  İnzibatçı-Tammətnli  verilənlər  bazası;  9.  Naviqator-Tammətnli 

verilənlər bazası. Digər 7 yeni modulun  isə tətbiqi  yaxın gələcəkdə nəzərdə 

tutulur.(7).  Həmçinin  hər  bir  resurs  növü  fondunun  təhlükəsizliyinin  təmin 

edilməsinə xüsusi diqqət yetirilir. Belə ki,  İRK-nın fondunda  yerləşən hər bir 

resurs növünə xüsusi təhlükəsizlik nişanı vurulur və beləliklə çıxış  qapısında 

təhlükəsizlik  nişanını  oxuyan  aparat  (xüsusi  elektron  qapı)  vasitəsi  ilə 

resursların təhlükəsizliyi təmin edilir.  

Burada muasir kitabxana xidmətinin ən əlverişli üsullarından biri hesab 

olunan  açıq  rəf  üsulu  tətbiq  olunur  ki,  bu  da  istifadəçilərin  heç  bir  maneəyə 

rast  gəlmədən,  sərbəst  şəkildə    İRK-nın  Resurs  bazasından  səmərəli 

istifadəsinə  imkan  verir.  Burada  informasiya  xidməti  müxtəlif  mənbələr-

İnformasiya Resurs Kompleksinin kitab fondundan, dövri mətbuat və məlumat 



146 

 

fondundan,  tammətnli  elektron  məlumat    bazalarından  (EBSCO,  JSTOR, 



BioOne,  Oxford  University  Press,  Cambridge  University  Press),  depozitar 

fonddan, elektron məlumat-biblioqrafiya bazasından və s. həyata keçirilir. 

Məlumat-sorğu  Mərkəzinin  fondu  hər  növ  oxucu  kontingenti  üçün 

nəzərdə  tutulmuşdur.  Bu  fondda  müxtəlif  elmi-köməkçi  xarakterli 

ensiklopediyalar, almanaxlar, bələdçilər, müxtəlif dillərdə olan lüğətlər, ixtisas 

terminləri  lüğətləri,  bütün  elm  sahələrini  əhatə  edən  müxtəlif  dillərdə  olan 

ədəbiyyatlar, 

xüsusi 


”Azərbaycan” 

bölməsi, 

“Hüquq” 

bölməsi,  

“Kitabxanaçılıq-informaiya  sahəsinə  dair  dövri  materiallar  bölməsi”,  “Dünya 

Bankı”  bölməsi,  “Britaniya  ədəbiyyatı”  bölməsi,”  Ölkəşünaslıq”  bölməsi, 

“Amerika  ədəbiyyatı”  bölməsi,  “Neft-Qaz  ədəbiyyatı”  bölməsi,  “Uşaq 

Ədəbiyyatı    Kolleksiyası”  bölməsi,  “DVD  kolleksiyası”  bölməsi,  müxtəlif  

beynəlxalq test proqramlarına (TOEFL, İELTS, CMAT, SAT) dair materiallar 

və  s.  açıq  rəf  üsulu  ilə  Melvil  Düinin  Onluq  Təsnifat  Sistemi  ilə 

təsnifləşdirilərək istifadəçilərin ixtiyarına verilmişdir. 

-  “Azərbaycan”  bölməsində  ölkənin  tarixinə,  dilinə,  ədəbiyyatına, 

mədəniyyət və incəsənətinə, folkloruna və s.; 

-  “Amerika  ədəbiyyatı”  və  ”Britaniya  ədəbiyyatı”  bölmələrində  -

ABŞ  və  Böyük  Britaniyanın  müxtəlif  sahələrinə  (ədəbiyyatına, 

İncəsənətinə,folkloruna  və s.);       

- “Hüquq” bölməsində daxili və beynəlxalq hüququn müxtəlif   

sahələrinə, beynəlxalq əməkdaşlığa və s.; 

-  “Dünya  Bankı”  bölməsində  maliyyə-kredit,  uçot-hesabat,  Dünya 

Bankının ölkələrdəki  fəaliyyət layihələri , Azərbaycandakı  

fəaliyyəti, 

maliyyə hesabatları  və s.; 

- “Neft-Qaz ədəbiyyatı” bölməsində isə geologiya, neft kimyası, neft-

qaz istehsalı və emalı, enerji, geofizika, geologiya və s.; 



-  “Uşaq  ədəbiyyatı  kolleksiyası”    bölməsində  isə  kiçik  yaşlı  uşaqlar 

və məktəblilər üçün  müxtəlif dillərdə olan çox sayda bədii ədəbiyyat və xarici 

dillərin tədrisi və  s.   bağlı  ədəbiyyatlar öz  əksini tapmışdır.  İRK-nın  fondunu  

23  dildə  olan  resurslar  təşkil  edir.  Onların  çox  hissəsi  əsasən  ingilis, 

Azərbaycan,  rus,  polyak,  fransız,  ispan,  fars,  türk,  qazax,  türkmən  və  s. 

dillərdədir (7;8).    

   

İRK-nın resurslarından istifadə etmək istəyən hər bir istifadəçi müvafiq 



formada qeydiyyatdan keçir, onlar üçün elektron kart açılır, fərdi şifrə verilir 

və    istifadəçi  kartı  hazırlanır.  Bu  halda  istifadəçinin  bütün  şəxsi  məlumatları: 

soyadı, adı, ünvanı, ev və mobil telefon nömrələri, e-mail ünvanı təhsil aldığı 

yaxud işlədiyi  yer və şəxsi şifrəsi onun üçün açılan elektron kartda öz  əksini 

tapır.  Beləliklə,  istifadəçi  İRK-nın  informasiya  resursunun  geri  qaytarılma 

vaxtını  ləngidəndə,  yararsız  hala  saldıqda  və  digər  xoşa  gəlməz  hallar 

yarandqda  dərhal  ona  xəbərdarlıq  edilir  və  müvafiq  tədbir  görülür.  İRK-nın 



147 

 

daxili qaydalarına əsasən resursların evə verilmə müddəti 20 gündür. Xidmət 



ödənişsizdir.  İRK-da  üç  minə  yaxın  orijinal,  lisenziyalı  DVD-kolleksiyası 

toplanmışdır.  Kolleksiyaya  dram,  komediya,  macəra,  fantastik  janrlarda, 

animasiyalı, tarixi şəxsiyyətlər və s. haqqında  sənədli filmlər daxildir ki, bu da  

yeni, mütərəqqi əhəmiyyət kəsb edən və informasiya cəmiyyətinin tələblərinə 

uyğun  şəkildə  təşkil  edilən  kompleks    kitabxana-informasiya  xidmətinin  

mühüm formalarındandır (7). 

 İRK-nın  Məlumat-Sorğu  Mərkəzində  istifadəçilərə  daha  operativ 

informasiya  vermək,  onların  çap  sənədləri  vasitəsilə  ödənilməsi  mümkün 

olmayan  sorğularını  ödəmək  üçün  nüfuzlu  beynəlxalq  elektron  tam  mətnli 

məlumat  bazalarından  geniş  istifadə  olunur.  Həmin  məlumat  bazalarında 

dünyanın ən qabacıl elm xadimlərinin elmi əsərlərini, məqalələrini əhəmiyyətli 

etibarlı  mənbə  kimi  elektron  variantda  istifadə  etmək  mümkündür.  Həmin 

elektron  tammətnli  məlumat  bazalarına  EBSCO  Host,  JSTOR,  BioOne, 

Oxford  University  Press,  Cambridge  University  Press,  Tompson  Reyter 

Agentliyinin  bazası  daxildir.  Həmçinin,  dünyanın  başqa  beynəlxalq  nüfuzlu 

məlumat  bazaları  ilə  də  əməkdaşlıq  qurmaq  üçün    İRK-nın  rəhbərliyi 

danışıqlar  aparır  və  yaxın  müddətdə  həmin  bazalardan  da    İRK  istifadə 

hüququnu əldə edəcəkdir. 



EBSCO  Host  –  İnternet  və  ya  birbaşa  əlaqə  vasitəsi  ilə  əldə  oluna 

bilən güclü onlayn elmi tammətnli istinad bazasıdır. 60 ildən artıqdır ki, elmi 

informasiya  sahəsində  fəaliyyət  göstərir.  EBSCO-nun  bazası  7  min  500  adda 

olan  elektron  jurnal,  qəzet  və  məqalələrə  çıxışdır.  Burada  200-dən  artıq 

məlumat  bazası  toplanmışdır  (tammətnli  elmi  jurnallar,  qəzetlər  və  başqa 

məlumat  bazaları).  Əsas  məlumat  bazası  ingilis  dilindədir.  Lakin  başqa 

dillərdə də (rus, fransız, alman və digər) məlumatlar mövcuddur.  

EBSCO Host-a daxil olan bazaların adları: 

- Academic Search Premier (Akademik axtarış); 

 

 

 



- Bisnes Sourse Premier (Biznes mənbə axtarışı) 

- Regional Biznes News (Regional biznes xəbərləri); 

- Medline (Tibb sahəsinə aid məlumat bazası); 

- ERİC (Təhsil informasiya Resurs Mərkəsi); 

-  Master    FİLE  Premier  (xüsusi  sahəvi  kitabxanaların  istifadəçiləri 

üçün); 


- News paper Source (Qəzet resursları); 

- GreenFİLE (Yaşıl fayl) - ekologiyaya dair məlumat bazası; 

- Clinical Pharmacology (kliniki farmakologiya); 

-  Health  Source:Nursıng/Academic  edition  (  Sağlamlıq  mənbəyi:Tibb 

bacısı\Elmi nəşrlər). 

  

 EBSCO-da  kitabxana-informasiya  mütəxəsisləri,  ali  və  orta  ixtisas 



kitabxanaçılıq məktəblərinin tələbələri, eləcə də bu sahə ilə maraqlanan digər 


148 

 

şəxslər üçün çox böyük elmi-nəzəri və təcrübi əhəmiyyətə malik olan Library 



and  İnformation  Science  (Kitabxana-informasiya  elmləri)  bazası  mövcuddur 

ki, bu da dünyada müvafiq sahə üzrə ən etibarlı və zəngin mənbələrdən hesab 

olunur.  Digər  adlarını  çəkdiyimiz  məlumat  bazalarının  da  informasiya 

istifadəçiləri üçün çox böyük əhəmiyyəti vardır. 

İnformasiya  Resurs  Kompleksinin  Elektron  Resurs  Mərkəzi 

həmçinin  Dövlət  proqramına  uyğun  olaraq  kitabxana-informasiya  sahəsinin 

müasir  vəziyyəti,  İKT-dan  istifadə,  elektron  kataloqlaşdırma,  elektron 

kitabxana  və  s.  mövzularda  respublikanın  iri  elmi  və  sahəvi  kitabxanalarının 

əməkdaşlarına vaxtaşırı təlim-treninqlər də keçirir ki, bu da onun  ümumi elmi 

və təcrübi əhəmiyyətini  daha da artırır. 

 Bunlara nümunə olaraq,  Elektron Resurs  Mərkəzinin rəhbəri, peşəkar 

kitabxanaşünas-biblioqraf  C.Əliyevanın  rəhbərliyi  ilə  ADU-nun  Əsaslı 

Kitabxanasının  əməkdaşlarına  İRBİS-64  AKİS-nin  Kataloqlaşdırıcı  AİY 

haqqında  (2009,  yanvar-fevral),  Azərbaycan  Dövlət  Aqrar  Universiteti 

kitabxanasının  əməkdaşlarına  İRBİS-64  AKİS-nin  Kataloqlaşdırıcı  AİY 

haqqında  (2009,  avqust),  F.Köçərli  adına  RUK-nın  əməkdaşlarına  İRBİS-64 

AKİS-nin  Kataloqlaşdırıcı,  Oxucu  AİY-ləri  haqqında  (2009,  oktyabr),  ABŞ 

Səfirliyinin  regionlardakı  Amerika  Mərkəzi  koordinatorlarına  İRBİS-64 

AKİS-İ  haqqında  (2009,  noyabr)  keçirilən  treninqləri;  BDU-nun 

Kitabxanaçılıq-informasiya fakültəsinin təcrübəçi tələbələrinə (IV kurs, 1410-

cu  qrup)  İRBİS  -64  AKİS-nin  bütün  modulları  haqqında  (2010,  aprel-may) 

keçirilən  təcrübəni  və  ATU-nun,  BSU-nun,  ADA-nın,  ADİU-nin,  Dənizçilik 

Akademiyasının  və  s.  Kitabxanalarınln  əməkdaşlarına  müvafiq  istiqamətdə 

keçirilən  konsultasiyaları  göstərmək  olar  (8).  Həmçinin,  İRK-nın  Elektron 

Resurs  mərkəzi  Mədəniyyət  və  Turizm  Nazirliyinin  təşkil  etdiyi  “Elektron 

resursların  idarə  olunması”  (2010,  13-17dekabr)  adlı  konfransda  “ADU-nun 

İRK-nın  informasiyalaşdırma  sahəsindəki  tədbirləri”  adlı  məruzə  ilə  çıxış 

etmişdir.  (Məruzəçilər:  ERM-nin  rəhbəri  C.Əliyeva  və  İRK-nın 

Avtomatlaşdırma üzrə  direktor müavini   M.İmamverdiyev) (7). Onu da qeyd 

edək  ki,  BDU-nun  rektoru  və  İRK-nın  direktoru  arasında  imzalanmış  5  illik 

rəsmi  müqaviləyə  əsasən  BDU-nun  kitabxanaçılıq-informasiya  fakültəsinin 

tələbələri İRK-da təcrübə keçirlər. Bu istiqamətdə eyni zamanda İRK-da xarici 

nüfuzlu kitabxana birlikləri, assosiasiyaları və konsorsiumları, kitabxanaçılıq-

informasiya  təhsili  verən  xarici  müəssisələrlə  (Universitetlərlə  və  kolleclərlə) 

də sıx əməkdaşlıq davam edir, onlarla müvafiq aspektdə müxtəlif mövzularda 

debatlar, canlı videokonfranslar keçirilir. 

 İRK  AKİİA  və  AKİK-nın  da  üzvü  kimi  onların  fəaliyyətində  fəal 

iştirak  edir,  beynəlxalq  tədbirlərdə,  İFLA-nın  konfranslarında  Azərbaycanı 

layiqincə  təmsil  edir.  Buna  misal  olaraq  İRK-nın  direktoru,  AKİİA-nın 

beynəlxalq əlaqələr üzrə idarə heyətinin üzvü, AKİK-nın Əqli Mülkiyyət üzrə 




149 

 

ölkə  koordinatoru  olan  Ş.Xudiyevanın,  tanınmış  kitabxanaşünas  alim,  BDU-



nun  kitabxanaçılıq-informasiya  fakültəsinin  dekanı,  AKİİA-nın  prezıdenti, 

prof.  X.İ.İsmayılov  və  AKİİA-nın  üzvü,  BDU-nun  Biblioqrafiyaşünaslıq 

kafedrasının müəllimi, peşəkar biblioqraf-alim Ə.Məmmədovla birlikdə 2001-

ci  ilin  avqust  ayında  İFLA-nın  ABŞ-ın  Boston  şəhərində  keçirilən  67-ci 

konfransında iştirakını göstərmək olar.  

Qeyd  etdiyimiz  kimi,  İRK-da  sistemli  şəkildə  dünyanın  qabaqcıl 

kitabxana-informasiya  birlikləri  və  kitabxanaçılıq  təhsili  verən  müəssisələrlə 

respublikanın kitabxana ictimaiyyəti və informasiya mütəxəssislərinin iştirakı 

ilə müvafiq aspektdə canlı videobağlantılar, debatlar keçirilir.  Buna 2012-ci il 

7  mart  tarixində  ABŞ-ın  İndiana  Universiteti  kitabxanaçılıq-informasiya 

elmləri  fakültəsinin  professor-müəllim  heyəti  və  tələbələrin,  eyni  ilə  də 

Azərbaycan kitabxana cəmiyyətinin görkəmli nümayəndələri ilə keçirilən canlı 

videobağlantı-müzakirəni  misal  göstərmək  olar.  Tədbirdə  görkəmli 

kitabxanaşünaslardan Azərbaycan kitabxanaşünaslıq elminin banisi, BDU-nun 

kitabxanaşünaslıq  kafedrasının  müdiri,    Əməkdar  elm  xadimi,  BMT  yanında 

Beynəlxalq  İnfirmasiyalaşdırma akademiyasının  akademiki,  “Şöhrət  ordenli” 

tarix elmləri doktoru, professor  A.A.Xələfov, AMEA-nın MEK-nın direktoru, 

filologiya 

elmləri  doktoru 

A.Əliyeva-Kəngərli,  M.F.Axundov  adına 

Azərbaycan  Milli  Kitabxanasının  direktor  müavini  M.Hacıyeva,  BDU-nun 

Elmi  Kitabxanasının  direktoru  S.İbrahimova  və  digər  tanınmış  mütəxəssislər 

iştirak  etmiş,  amerikalı  həmkarları  ilə  kitabxanaşünaslıq  və  informasiyanın 

müxtəlif istiqamətləri ilə bağlı müzakirələr aparılmış və maraqlı nəticələr əldə 

edilmişdir.  Həmin  videobağlantıda  İRK-nın  Avtomatlaşdırma  üzrə  direktor 

müavini, JFDP proqramının qalibi Müşviq İmamverdiyev  Amerika tərəfindən 

çıxış etmişdir (7).  

Ümumiyyətlə,  İRK-nın    Məlumat-Biblioqrafiya  Aparatı  gündəlik 

olaraq  yenilənir.  İstifadəçilər  MBA-nın  informasiya  xidmətindən  eyni 

zamanda  uzaq  məsafədən  də  yararlana  bilərlər.  Bunun  üçün  web  səhifədə 

yerləşdirilən  İnformasiya  Resurs  Kompleksinin  “Elektron  Resurslar” 

bölməsindən kartotekaya daxil olub axtarış apara bilər. 

 Göründüyü  kimi,  ilk  dəfə  b.e.  əvvəl  III  minillikdə  dünya 

sivilizasiyasının  beşiyi  olan  qədim  Şumerdə  yaranan,  5  min  ildir  ki, 

bəşəriyyətin    mədəni-mənəvi  və  intellektual  potensialının  inkişafına  misilsiz 

xidmətlər  göstərərək  mövcud  olduğu  bütün  dövrlərdə  cəmiyyətin  əsas 

informasiya mənbəyi, bəşəriyyətin yaratdığı bütün elmi-fəlsəfi, ədəbi-bədii və 

mədəni-mənəvi  sərvətlərin  toplayıcısı,  mühafizəedicisi,ictimai  istifadəsinin 

təşkiledicisi olan kitabxanalar  elm, informasiya,  mədəniyyət, təhsil və tərbiyə 

müəssisələri kimi ən qiymətli və əhəmiyyətli sosial müəssisələr olmuşdur. 

Azərbaycan  xalqı    da  əsrlər  boyu  zəngin  kitab,  kitabxana 

mədəniyyətinə  malik    olmuş,  böyük  alimlərimizin,  yazıçılarımızın, 




150 

 

şairlərimizin,  bütün  elm,  mədəniyyət,  incəsənət,  dövlət  və  siyasət 



xadimlərimizin  yetişməsində,  inkişafında,  fəaliyyət  göstərməsində      və  

beləliklə,    xalqımızın  və  millətimizin  hərtərəfli    inkişafı  və  tərəqqisində    bu  

mədəniyyətin əvəzsiz və şəriksiz  rolu, misilsiz xidmətləri olmuşdur.  

Bu  gün  yaşadığımız    müasir  dörvdə    də  zəngin  və  qiymətli  kitab 

fondlarına malik müxtəlif  növlü, tipli və məqsədli  kitabxanalarla  zəngin olan 

Azərbaycan  dövləti  bu  kitabxanaların  daha  da  inkişaf  etdirilməsi, 

İnformasiyalaşdırılmış  cəmiyyətin  tələblərinə  cavab  verməsi,  ən  müasir  

texnika  və  texnologiyalarla  təchiz    edilməsi  və  qabaqcıl  təcrübənin  ən  yeni 

metodları ilə fəaliyyət  göstərərək cəmiyyət üzvlərinin informasiya tələbatının 

təmin edilməsi üçün  əməli tədbirlər  görərək  münbit şərait yaratmışdır. Ona 

görə də ölkəmizin kitabxana-informasiya müəssisələri müasir şəraitdə dinamik 

inkişaf  edərək  Azərbaycanda  cəmiyyətin  informasiya  təminatında  və 

“informasiyalaşdırılmış  cəmiyyət”  quruculuğu  prosesində    başlıca    vasitə 

rolunu  oynayır    və  doğma  vətənimizə,  müstəqil  respublikamıza,  əziz  və 

möhtərəm xalqımıza, elmimizə, təhsilimizə, mədəniyyətimizə xidmət ruhunda 

köklənərək    milli  mədəniyyətimizin  təzahür  forması  kimi  milli 

ideologiyamıza,  azərbaycançılıq  fəlsəfi  konsepsiyasına,  onun  təbliğinə  

istiqamətlənir  və  qloballaşan  dünyada  Azərbaycan  elminin,  təhsilinin, 

mədəniyyətinin təmsilçisi kimi fəaliyyət göstərirlər.             

      


 

 

 



 

 

                                                              ƏDƏBİYYAT 



 

 1.  Azərbaycan  Respublikasında  Kitabxana-informasiya  sahəsinin    2008-2013-cü  illərdə 

inkişafı üzrə Dövlət Proqramı // Kitabxanaşünaslıq və biblioqrafiya: elmi- nəzəri, metodik və 

təcrübi jurnal.- 2008.- N 2 . – s.12. 

2. İsmayılov X.İ. Kitabxana-İnformasiya texnologiyaları:(Dərs vəsaiti).-B.: Nurlar, 2009.-312 

s. 


3.  Baxşəliyev  Z.İ.  Azərbaycanda  Kitabxana  İşinin  İnkişafı  Assosiasiyası  Beynəlxalq 

təşkilatın-İFLA-nın  üzvüdür\\  kitabxanaşünaslıq  və  biblioqrafiya:  elmi-nəzəri  və  metodik-

təcrübi jurnal.- 2000.-N2.-s.122-126. 

4. Xələfov A. A.Kitabxana və cəmiyyət:(monoqrafiya).-B.: ”Azərnəşr”, 2011.-348s. 

5. Kazımi P.F. İnformasiya mühəndisliyi:(monoqrafiya).-B.: BUN,2011.-235 s. 

6. 


Rüstəmov 

Ə.M.Elektron 

kataloqlaşdırma 

metodologiyası:(monoqrafiya).-B.: 

UniPrint,2011.-276 s. 

7. İnformasiya Resurs Kompleksi Elektron Resurs Mərkəzinin hesabat və təqdimatları 

8.  İnformasiya  Resurs  Kompleksinin    2008-2011-ci    illərdə  fəaliyyəti  haqqında        statistik 

hesabatı.   



 

 

 

 

 

 

 


151 

 

 



 

 

 

 

Д . МАГОМЕДЛИ 

 

СОВРЕМЕННОЕ СОСТОЯНИЕ И НЕКОТОРЫЕ ВОПРОСЫ 

СОВЕРШЕНСТВОВАНИЯ  ИКТ В БИБЛИОТЕЧНО-ИНФОРМАЦИОННЫХ 

УЧРЕЖДЕНИЯХ В РЕСПУБЛИКЕ 

(НА ПРИМЕРАХ РАБОТЫ ИНФОРМАЦИОННЫХ  

РЕСУРСОВЫХ КОМПЛЕКСОВ АУЯ). 

 

РЕЗЮМЕ 

 

  

В статье проанализированы основы направления, применение ИКТ в области 

библиотечно-информационной деятельности. А также, освещены проблемы 

информационного общества, библиотечно-библиографического обслуживания на 

основе опыта работы Информационных Ресурсовых Комплексов АУЯ 

 

 

 

D.H. MAHAMMADLI 

 

THE PRESENT SITUATION OF APPLICATION OF INFORMATION 

COMMUNICATION TECHNOLOGIES AND SOME IMPROVMENT  PROPLEMS 

IN  THE LIBRARY-INFORMATION INSTITUTIONS  OF THE REPUBLIC 

(ON THE BASIS OF  THE  INFORMATION RESOURCE COMPLEX  OF 

THE AZERBAIJAN UNIVERSITY OF LANGUAGES) 

 

SUMMARY 

 

In  this  article  the  present  situation  of  application  of  information-communication 

technologies  and  the  state  care  to  this  field,  further  requirements  and  future  development 

perspectives were analyzed, the conception of information society,the problems of the role and 

place of the libraries in information society were touched, and especially taking the activity of 

Information  Resource Complex of The Azerbaijan University of Languages differing with its 

original  structure  and  advanced  experience  as  an  example,  its  foundation,  development, 

organization  principles  of  library-bibliography  and  information  communication  technologies, 

also the regional cooperation in this field and the main points of its activity as a base-trining-

experience centre were reflectid. 



 

 

 

                 

 

 

 

: down -> meqale -> kitabxanashunasliq-biblioqrafiya -> 1 2012
kitabxanashunasliq-biblioqrafiya -> Rübabə RÜSTƏmova kitabxanaçılıq-informasiya fakültəsinin dissertantı
kitabxanashunasliq-biblioqrafiya -> Bu nöMRƏDƏ KİtabxanaşÜnasliq
kitabxanashunasliq-biblioqrafiya -> Microsoft Word jurnal k&bN2 27
kitabxanashunasliq-biblioqrafiya -> Magistrant bazar iQTİsadiyyati şƏRAİTİNDƏ Kİtabxanaçiliq
kitabxanashunasliq-biblioqrafiya -> Microsoft Word Kitabxanashunasliq biblioqrafiya 2009 2
kitabxanashunasliq-biblioqrafiya -> Orxan AĞAMİRZƏyev amea m ərkəzi Elmi Kitabxanasının doktorantı
kitabxanashunasliq-biblioqrafiya -> Leyla abasova bakı Dövlət Universitetinin “ Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının müəllimi
1 2012 -> Leyla abasova bakı Dövlət Universitetinin “Kitabşünaslıq və nəşriyyat işi”
1 2012 -> Oruc quliyev amea-nın aspirantı


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə