Dastan yatir



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə1/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
  1   2   3   4   5   6   7   8   9   ...   65


 
 
Hüseyn SARAÇLI 
 
 
 
 
 
 
 
 
 
 
 
NƏĞMƏLĠ SĠNƏMDƏ YÜZ 
DASTAN YATIR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 “Elm və təhsil” 
Bakı – 2016
 
 
 


Hüseyn Saraçlı 
 
 

 
 
NəĢrə hazırlayanı  
və redaktoru:    
Musa NƏBĠOĞLU 
                           
Əməkdar Mədəniyyət ĠĢçisi 
 
Məsləhətçi:      
Məhərrəm QASIMLI 
                         
Əməkdar Elm Xadimi, professor 
 
Rəyçi:               
ġurəddin MƏMMƏDLĠ 
                                      professor 
 
 
 
Hüseyn Saraçlı.  
Nəğməli sinəmdə yüz dastan yatır.   
Bakı, “Elm və təhsil”, 2016, 304 səh.  
 
 
Kitabda  XX  əsr  Azərbaycan  aĢıq  sənətinin  görkəmli 
nümayəndəsi Hüseyn Saraçlının Ģeirləri və dastan repertuarından 
seçmələr yer alıb.  
 
 
Kitabın  nəĢrində  göstərdiyi  dəstəyə  görə  Həbibov  Abdul 
Məmməd oğluna minnətdarlıq edirk. 
 
 
 
ISBN 978-9952-8176-1-2             
 
 
                   
   
 
 © M.NƏBĠOĞLU 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 

 
 
Musa NƏBĠOĞLU 
Əməkdar Mədəniyyət ĠĢçisi 
 
 
 
 
O, SAZDAN YARANMIġDI,  
SÖZDƏN DOĞULMUġDU 
 
 
Hüseyn Saraçlı  (Hüseyn Qurban oğlu Həsənov) 1916-
cı ildə Borçalıda – indiki Gürcüstan Respublikasının Bolnisi  
rayonunun Saraçlı kəndində anadan olub. Ġlk dəfə öz kəndlisi 
AĢıq  Ġsmayılın  Ģəyirdi  olub,  sonra  dövrünün  azman  aĢığı 
QuĢçu  Ġbrahimdən  bu  sənətin  sirlərini  öyrənib,  Ģair  Nəbi  və 
Sarvan  Bayram  kimi  (hər  ikisi  Borçalının  Faxralı 
kəndindəndir)  güclü  saz-söz  xiridarlarının  yanında  tam 
püxtələĢərək, kamil el sənətkarına çevrilib. 
AĢıq  Hüseyn  Saraçlı  gözəl  saz  çalıb-oxuması  və  Ģeir 
yazması  ilə  yanaĢı,  dastan  danıĢmaqda  Azərbaycan  aĢıq 
sənətində əvəzsiz bir ustad idi.   
AĢıq Hüseynin Saraçlının söylədiyi bir çox dastanlar 
lentə yazlaraq Azərbaycan və Gürcüstan radio və televiziya 
Ģirkətlərinin qızıl fondlarında saxlanılır.   
AĢıq  sənətinə  əvəzsiz  xidmətlərinə  görə  Hüseyn 
Saraçlı    Gürcüstanın  “Əməkdar  mədəniyyət  iĢçisi”  fəxri 
adına layiq görülüb.  
AĢıq Hüseyn Saraçlının sənətdə  öz dəsti-xətti ilə seçilən 
14  Ģəyirdi  olub.  Sonuncu  Ģəyirdi  aĢıq-sazbənd  Kövrək 
Muraddır. 


Hüseyn Saraçlı 
 
 

AĢıq  Hüseyn  Saraçlı  1987-ci  ildə  71  yaĢında 
dünyasını  dəyiĢib.  Doğulduğu  Saraçlı  kəndində  bu  böyük 
sənətkarın büstü qoyulub. 
Sinəsi  söz  xəzinəsi  olan  H.Saraçlı  həm  də  bədii 
yaradıcılıqla  məĢğul  olur,  aĢıq  poeziyasının  müxtəlif 
formalarında  Ģeirlər  qoĢurdu.  Sağlığında  kitabı  nəĢr 
olunmasa da, onun Ģeirləri, söylədiyi dastan və qaravəllilər 
1992-ci  ildə  Süleyman  Əfəndi  (Süleymanov)  tərəfindən 
nəĢrə hazırlanaraq (ġeirlər. Söyləmələr. Bakı, Yazıçı, 1992, 
208  səh.)    nəĢr  olundu.  Kitaba  professor  Əflatun  Saraçlı 
ön söz yazıb.  
Elə  S.Əfəndinin  təĢəbbüsü  və  yaxından  iĢtirakı  ilə 
ölümündən  sonra  hər  il  aprel  ayının  ikinci  Ģənbə  günü 
Saraçlı kəndində ustadın anım günü keçirildi.  
2016-cı  il,  sazının  laylasında  neçə-neçə  aĢıq  böyü-
dən,    neçə-neçə  Ģairi  xalqa  tanıdan,  insanların  qəlbində  
bir  sənət  adlı  sönməz  iĢıq  yandıran,  ürəklərin  dostu, 
könüllərin  mehmanı  olan  AĢıq  Hüseyn  Saraçlının 
anadan olmasının 100 illik yubiley ilidir.  
O  Hüseyn  Saraçlı  ki,  bu  gün  də  bizimlədi,  bilənlər 
bilir onun yerini – sazdadı, mizrabdadı, pərdədədi, simdədi. 
O,  sazdan  yaranmıĢdı,  sözdən  doğulmuĢdu.    Yeri  daim 
əhli-hallar  içində  olan  ustad  təpədən-dırnağa  aĢığıydı  – 
yeriĢiylə,  qəddi-qamətiylə,  ağayana  duruĢu,  Ģirin  ləhcə-
siylə...  Onun  ömrü  ozan  ömrü,  saz  ömrüydü.  Xalq  Ģairi 
Zəlimxan  Yaqubun  diliylə  desək,  o,  “məhlə  aĢığı  deyil, 
yurd-mahal  aĢığıydı,  bal  dilli  millətimin  dili  bal  aĢığı, 
meydanda  Qoç  Koroğlu,  Rüstəm  Zal  aĢığıydı”.  Onun 
varlığından  nə  qazandısa  sazın  ömrü  qazandı,  yoxlu-
ğundan isə “nə itirdi Azərbaycan itirdi”.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə