Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsi Şöbə müdiri: Rzayev Mazahir Yəhya oğlu, proqram rəhbəri



Yüklə 327,66 Kb.
Pdf görüntüsü
tarix07.11.2018
ölçüsü327,66 Kb.
#77935


 

Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsi 

 

 

Şöbə müdiri:

 Rzayev Mazahir Yəhya oğlu, proqram rəhbəri



 

15.09.1942-ci  ildə  anadan  olmuşdur.  1960-1965-ci  illər  ərzində  Azərbaycan  Kənd 

Təsərrüfatı İnstitutunun  aqronomluqfakultəsini  bitirməklə “alim-aqronom” ixtisasını 

almışdır.1969-1972-ci  illər  aspirant  olub  və  elə  həmin  ildən  də  elmi  fəaliyyətə 

başlamışdır.  

       Rzayev  M.Y.  1975-ci  ildə  “Kirovabad-Qazax  bölgəsində  kövşənlikdə  yem 

bitkilərinin becərilmə aqrtexnikası” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə 

edərək  k/t  elmləri  namizədi  elmi  dərəcəsialmışdır.  86  elmi  əsərin  müəllifidir. 

       Hal-hazırda  “Respublikanın  bölgələri  üzrə  tarla  bitkilərinin  becərilməsinin  və 

torpaq  münbitliyinin  idarə  olunmasının  elmi  və  praktiki  əsaslarının  öyrənilməsi” 

mövzusu üzərində işləyir. 

E-mail: 

mazahir.rzayevekinci@inbox.ru

   

 

Şöbədə çalışan elmi əməkdaşlar: 



 

 Dünyamalıyev  Sevindik  Əbil  oğlu  –  aparıcı  elmi  işçi,  proqram  rəhbəri 

02.03.1955-ci  ildə  anadan  olmuşdur.  1973-1978ci  illərdə  ADU-nin  Biologiya 

fakultəsini bitirmiş və təyinatla İnstitutda əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildə 

“Aqrokimya” ixtisası üzrə “Üzvi, mineral gübrələrin və herbisidin qarğıdalı bitkisinin 

məhsuldarlığına  və  torpağın  münbitliyinə  təsiri”  mövzusunda  dissertasiya  işini 

müdafiə  edərək  Kənd  təsərrüfatı  elmləri  namizədi  elmi  dərəcəsi  almışdır.  35  elmi 

əsərin və 1 sortun müəllifidir. 

 

Abbasov Bəhlul Hüseyn oğlu - aparıcı elmi işçi 

 04.10.1934-cü ildə Naxçıvan MR-də anadan olumuşdur. 1953-1958-ci illərdə Gəncə 

Kənd  Təsərrüfatı  İnstitutunun  aqronomluq  fakultəsini  bitirmişdir.  1961-1966-cı 

illərdə  Azərbaycan  Elmi  Tədqiqat    Əkinçilik  İnstitutunda  "Tütün  bitkisinin  əkin 

müddətinin  və  qida  sahəsinin  bioloji  və  təsərrüfat  xüsusiyyətlərinə  təsiri"  adlı 

dissertasiya  mövzusunu  müdafiə  edərək  biologiya  elmləri  namizədi  elmi  dərəcəsi 

almışdır.  



B.Abbasov120  elmi  əsərin,  6  tütün  sortunun  müəllifidir.  Bu  sortlar  respublikanın 

ümumi tütün əkini sahəsinin 70-75 faizini təşkil edir. 

 

 Abdullayeva Zahidə Məmmədrza qızı - aparıcı elmi işçi 

30.09.1949-cu  ildə  anadan  olmuşdur.  1967-1972-ci  illərdə  Azərbaycan  Polotexnik 

İnstitutunun “Hidrotexnika mühəndisi” ixtisasını bitirmişdir. 1973-cü ildən İnstitutda 

əmək  fəaliyyətinə  başlamışdır.  1988-ci  ildə  “Abşeron  şəraitində  suvarma  rejimi, 

suvarma  üsulları 

və  gübrə  normalarının  kövşənlikdə  becərilən  soyanın 

məhsuldarlığına  təsiri”  mövzusu  üzrə  namizədlik  dissertasiyasını  müdafiə  edərək 

“Kənd təsərrüfatı” elmləri namizədi elmi dərəcəsi almışdır. 33 elmi əsərin müəllifidir. 

      Hazırda Suvarma şəraitində müxtəlif bitkilərdən ibarət qısa rotasiyalı növbəli və 

fasiləsiz əkinlərin torpağın bəzi münbitlik elementlərinə və bitkilərin məhsuldarlığına 

təsirinin öyrənilməsi”nə dair elmi tədqiqat işi aparır. 

  

Quliyeva Səhnə Allahverdi qızı - böyük elmi işçi 

 1961-ci  ildə  anadan  olmuşdur.  1980-1984-cü  illərdə  Azərbaycan  Kənd  Təsərrüfatı 

İnstitutunu  bitirərək  “alim-aqronom”  ixtisasını  bitirmişdir.  Bitirdikdən  sonra 

Az.ETƏİ-da  işə  başlamışdır.  Dissertasiya  işini  yekunlaşdırmışdır.  12  elmi  əsərin 

müəllifidir.  “Şəki-Zaqatala  bölgəsində  ətirli  və  yarımətirli  tütün  sortlarının  əsas 

əkində və arpadan sonra bioloji və təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi” mövzusu 

üzrə dissertasiya işiüzərində işləyir. 



 

Zamanova Rəhminə Məməş qızı - böyük elmi işçi 

20.05.1966-cı  ildə  anadan  olmuşdur.  1984-1989-cu  illərdə  Azərbaycan  Kənd 

Təsərrüfatı İnstitutunun  Meyvə-Tərəvəzçilik və Üzümçülük fakultəsini bitirmişdir. 7 

elmi məqalənin müəllifidir. 

Hazırda  “Mineral  və  üzvi  gübrələrnin  fonunda  yem  çuğunduru  bitkisinin 

məhsuldarlığına  fizioloji  aktiv  maddənin  təsiri  xüsusiyyətləri”  mövzusunda 

dissertasiya işi üzərində işləyir. 

 

 



İslamzadə Tarıverdi Allahverdi oğlu - kiçik elmi işçi 

28.09.1990-cı  ildə  anadan  olmuşdur.  Mingəçevir  Politexnik  İnstitutunda  təhsil 

aldıqdan sonra, Sumqayıt Dövlət Universitetində magistraturanı bitirmişdir. 

Hazırda  “Lənkəran-Astara  bölgəsində  çəltik  sortlarının  əsas  becərilmə  üsullarının 

tədqiqi” mövzusunda tədqiqat işi aparır. 

 

Kazımov Qabil Adil oğlu - böyük elmi işçi 

29.05.1963-cü  ildə  anadan  olmuşdur.  1981-1986-cı  illərdə  Azərbaycan  Kənd 

Təsərrüfatı İnstitutunun bitirərək alim-aqronom ixtisasını almışdır. 

Hazırda  yem  bitkilərinin  becərilmə  texnologiyası  üzrə  geniş  elmi  tədqiqat  işləri 

aparır. 18 elmi məqalənin müəllifidir. 

 

Seyidov Nəriman Mustafa oğlu - elmi işçi 

13.03.1941-ci  ildə  anadan  olmuşdur.  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutunun 

bitirmişdir.  “Alim-aqronomdur”dur.  Hazırda  yem  bitkilərinin  qarışıq  səpinlərinin 



becərilməsi,  mineral  gübrələrin  məhsuldarlığa  və  məhsulun  keyfiyyətinə  təsirinin 

öyrənilməsi ilə məşğuldur. 

 

Feyzullayev Hüseyn Mirzağa oğlu –kiçik elmi işçi  

25.11.1991-ci  ildə  Cəlilabad  şəhərində  anadan  olmuşdur.  1998  -  2009-cu  illər 

ərzində Cəlilabad şəhər, Z. Əliyeva adına  7 nömrəli orta məktəbdə təhsil almışdır. 

2009  -  2013-ci  illər  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  “Torpaqşünaslıq  və 

aqrokimya”  ixtisasını  bitirmişdir.  2013-2014-cü  illər  hərbi  xidmətdə  olmuşam. 

2014-2016-cı  illərdə  Bakı  Dövlət  Universitetinin    “Torpaqların  ekoloji  monitorinqi 

və  qorunması”    magistr  ixtisasına  yiyələnmişdir.  Azərbaycan  Torpaqşünaslar 

cəmiyyətinin üzvüdür. Hal-hazırda Əkinçilik ET İnstitutunun  “Davamlı əkinçilik və 

bitki  diversifikasiyasi”    şöbəsində    kiçik  elmi  işçi  vəzifəsində  çalışır.  “Cənubi 

Muğan  bölgəsində  dəmyə  şəraitində  qısa  rotasiyalı  əkin  dövriyəsinin  torpağın 

aqrofiziki  xassələrinə  və  bitki  məhsuldarlığına  təsirinin  öyrənilməsi”  dissertasiya 

mövzusu üzrə iş aparır.  



 

Şöbənin fəaliyyət istiqamətləri: 

 

Şöbə  müxtəlif  adlarlarda  1950-ci  ildən  fəaliyyət  göstərir.  Bu  gün  şöbə  yeni 



strukturadakı  fəaliyyətinə  institutun  mödernləşdirilməsi  proqramına  Aqrar  Elm 

Mərkəzinin  03  saylı  29  mart  2009-cu  il  və  Əkinçilik  İnstitutunun  7/ş  saylı  31  mart 

2009-cu  il  tarixli  əmrlərinə  əsasən  başlamışdır.  Şöbədə  14  nəfər  çalışır  ki,  onun  da 

10-u elmi işçidir. Bunlardan 4-ü aqrar  elmləri üzrə fəlsəfə doktorudur. Şöbəyə aqrar 

elmləri  üzrə  fəlsəfə  doktoru,  dosent  Rzayev  Məzahir  Yahya  oğlu  rəhbərlik  edir. 

Şöbənin  yarandığı  ilk  günlərdə  elmi-tətqiqat  işləri  əsasən  çoxillik  və  birillik  paxlalı 

və  taxıl  bitkiləri  ilə  aparılmışdır.  Ilk  dəfə  olaraq  pambıq  yığımından  sonra  payızlıq 

buğdanın əkini üzrə geniş miqyaslı istehsalat təcrübələri həyata keçirilmişdir. Pambıq 

sələfindən sonra payızlıq buğdanın məhsuldarlığı 40% artması müəyyən olunmuşdur. 

Respublikanın  müxtəlif  torpaq-iqlim  şəraitlərində  eyni  sahədən  ildə  iki  dəfə 

məhsulun  alınması  imkanları  və  onun  aqrotexniki  əsasları,  qarğıdalının  paxlalı 

bitkilərlə qarışıq əkinlərinin əhəmiyyəti və s. öyrənilmişdir. Həmçinin Şəki-Zaqatala 

bölgəsində  perspektivli  sortların  becərilməsi  texnologiyası,  qarğıdalı  üçün  minimal 

torpaq becərmələri, səpin müddətləri, üsulları və normaları, tütün və dənli bitkilərdən 

ibarət  əkin  dövriyyəsində  herbisidlərin  tətbiq  olunma  sistemləri  də  öyrənilmişdir. 

Suvarma  şəraitində  payızlıq  buğdada  məhsulun  əsas  amillərinin  (becərmə 

texnologiyası,  mineral  qidalanma,  fotosintez,  suvarma  rejimi)  proqramlaşdırılması 

üzrə geniş miqyaslı tədqiqatlar aparılmışdır. 

 

Şəkidə Dağlıq Şirvanın quraqdəmyə şəraitində torpaq becərməsinin və torpaq 



qoruyucu texnologiyanın yeni sistemləri tətbiq edilmişdir. Respublikanın müxtəlif 

bölgələri üçün yeni təkmilləşdirilmiş əkin dövriyyəsi sxemləri işlənib hazırlanmışdır. 

     Bu gün şöbə müasir texnologiyaları tətbiq  etməklə suvarmada  dəmyə əkinçilikdə 

bitkilərin məhsuldarlığının və keyfiyyətinin artırılması istiqamətində aşağıdakı 

tədqiqat işlərinin aparılmasını nəzərdə tutmuşdur: 



   təsərrüfat gəlirlərinin artırılmasına xidmət edən bitkilərin diversifikasiyası, təbii 

ehtiyatların davamlı istifadəsi və konservasiyasi; 

  torpaq becərmələrinin sayının azaldılması, sıfır becərmə, torpağın mühafizəsi – 



münbitliyinin qorunması və eroziya məsələləri; 

 tirə əkinləri, quraq və suvarılan ərazilərdə sudn istifadənin səmərəliliyinin 



artırılması; 

  zərərvericilərin inteqrə olunmuş idarəsi; 



  ətraf mühitə zərər vurmayan əkinçilik təcrübəsindən istifadə və istehsalat 

vasitələrinin istifadəsinin optimallaşdırılması və s.  

Təbii ehtiyatlardan istifadə 

Əkinçilikdə  təbii ehtiyatlar aşağıda göstərilənlər hesab olunur: 

 - Torpaq fondu 

 - Suvarma suyu 

 - İllik səmərəli temperatur 

 - İllik və vegetasiya dövründə düşən yağmurlar 

Torpaqdan  istifadə  zamanı  onun  təbii  münbitliyi  aşağı  düşməməlidir.  Bunun 

üçün  bitkilərin  torpaqdan  apardıqları  qida  maddələri  müxtəlif  formalarda  torpağa 

qaytarılmalıdır  ki,  buna  əkinçilikdə  qida  maddələrinin  qaytarılması  qanunu 

deyilir. Torpaqdan  aparılan  və  torpağa  qaytarılan  qida  maddələrinin  nisbəti  balans 

üsulu  ilə  müəyyən  edilir.Qida  maddələrinin  balansı  müsbət  olduqda  torpağın  təbii 

münbitliyinə xələl gəlmir. 

    Qlobal  istiləşmə  ilə  əlaqədar  su  çatışmazlığı  nəzərə  alınaraq   suvarma  suyundan 

qənaətlə  istifadə  olunmalıdır.  Bunun  üçün  əkinçilikdə  suvarma  suyuna  qənaətedici 

texnologiyalar  tətbi  qolunur.  Dənli  bitkilərdə  tirəli  səpin  texnologiyasının  tətbiqi 

nəticəsində  suvarma  suyuna  30-40%  qənaət  olunur.  Kənd  təsərrüfatı  bitkilərinin 

damcı  üsulu  ilə  suvarılması  sudan  istifadənin  ən  səmərəli  formasıdır.  Təbii 

temperature  rejimindən  səmərəli  istifadə  etmək  məqsədilə  eyni  əkin  sahəsindən  bir 

ildə  2  və  daha  çox  məhsul  alınması  üçün  aralıq,  təkrar,  kövşən 

səpinləri   sıxlaşdırılmış  və  qarışıq  səpinlərdən  istifadə  olunur.    Quraq  dəmyə 

şəraitində  illik  yağmurların  miqdarının    az  olması  əksər  illərdə  kənd  təsərrüfatı 

bitkilərindən  məhsuldarlığını  kəskin  şəkildə  aşağı  salır.  Ona  görə  də  bu  şəraitdə 

torpaqbecərmə  sistemləri  nəmliyin  toplanmasına  və  buxarlanıb  itməməsinə  xidmət 

etməlidir.  Quraq  dəmyə  şəraitində  illik  yağmurlardan  səmərəli  istifadə  edilməsinin 

(torpaqda toplanmasının) ən əlverişli üsülu isə qara heriklərin tətbiqidir.    

  



Ekoloji əkinçilik 

 

Mineral  gübrələrdən  və  kimyəvi  zəhərlərdən  istifadə  məhsulun  keyfiyyətinə,  ətraf 



mühitə  və  canlı  orqanizimlərə  ekoloji  təhlükə  yaradir.  Bu  təhlükənin  yaranmaması 

üçün  üzvi-bioloji  (ekoloji)  əkinçilik  sistemlərinə  geniş  yer  verilməlidir. 

 

  Ekoloji əkinçiliyin əsas elementləri aşağıdakılardır: 



 

  - Əkinçilikdə diversifikasiya yolu ilə bioloji müxtəlifliyin yaradılması. 

 

  - Çoxillik paxlalı bitkiləri (yonca, xaşa) əkin dövriyyəsinə daxil etməklə ot tarlalı  



    növbəli əkinlərin tətbqi. 

 

  - Bioloji humusdan, peyindən, yaşıl gübrələrdən, bitki və kövşən qalıqlarından 



    geniş istifadə edilməsi. 

 

  - Xəstəliklərə qarşı davamlı bitki sortlarının tətbiqi. 



 

  - Alaqlara qarşı aqrotexniki mübarizəyə üstünlük verilməsi. 



 

  Bunların əsasında ekoloji təhlükəsizlik texnologiyaları işlənib hazırlanır. 



 

Yüklə 327,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə