Davamlı üzvi çirkləndiricilər haqqında



Yüklə 6,57 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü6,57 Kb.
#41541

background image
Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin 

"Davamlı  üzvi  çirkləndiricilər  haqqında"  Stokholm  Konvensiyasında 

nəzərdə tutulmuş milli koordinasiya mərkəzinin təyin edilməsi barədə 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

  

Azərbaycan  Respublikasının  2003-cü  il  9  dekabr  tarixli  554-IIQ  nömrəli  Qanunu  ilə 



Azərbaycan  Respublikasının qoşulduğu  "Davamlı  üzvi  çirkləndiricilər haqqında"  Stokholm 

Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq qərara alıram:

 

1.

 



Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  "Davamlı  üzvi 

çirkləndiricilər  haqqında"  Stokholm  Konvensiyasının  9-cu  maddəsinə  uyğun  olaraq 

məlumatların mübadiləsi məqsədilə Azərbaycan Respublikası tərəfindən milli koordinasiya 

mərkəzi təyin edilsin.

 

2.

 



Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyinə  tapşırılsın  ki,  Azərbaycan 

Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  "Davamlı  üzvi  çirkləndiricilər 

haqqında"  Stokholm  Konvensiyası  üzrə  Azərbaycan  Respublikası  tərəfindən  milli 

koordinasiya  mərkəzinin  təyin  edilməsi  barədə  həmin  Konvensiyanın  Katibliyinə  müvafiq 

bildiriş göndərsin.

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 iyul 2004-cü il 



 

№ 329


 

  

 



Yüklə 6,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə