DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 0,67 Mb.

səhifə1/25
tarix15.07.2018
ölçüsü0,67 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   25


 



"XURAL" QƏZETİNİN BAŞ REDAKTORU ƏVƏZ ZEYNALLININ  



BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ DEDİYİ  

SON SÖZ VƏ VERDİYİ İFADƏ 

 

DAXİLDİR: 

 

“QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!”    SON SÖZ                                            səh. 1-17 

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏYƏ VERDİYİ İFADƏ                                               səh. 18-54 

 

“QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!”  

 

 



AR CM-nin 306.2, 213.1, 311.3.2, 311.3.3, 311.3.4 maddələrilə ittiham olunaraq, həbsdə saxlanılan 

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmədə etdiyi “Son Söz”ü təqdim edirik.  

Əvəz Zeynallı 2011-ci il oktyabrın 19-da sabiq millət vəkili Gülər Əhmədovanın əsassız iddiaları 

ilə  həbs  olunub.  Hazırda  özü  haqqında  CM-nin  178  və  307-ci  maddələrilə  cinayət  işi  açılan 

G.Əhmədova isə 2013-cü il fevralın 13-də həbs olunub və Bakı İstintaq Təcridxanasında saxlanılır.   

 

“...  Hakimlərin  qərar  əllərində,  hökm  əllərindədir.  Onların  təkcə,  Gülər  Əhmədovaya,  onun  arxasında 

dayananlara  gücləri  çatmır.  Amma  mənə  gücləri  çatır,  bizə  gücü  çatır.  Gülərəsə  gücü  çatmır,  çatmaz. 

Prokuror Ramazan Hadıyev gəlib orada oturar və 11 il iş oxuyar. Haradan? İndi mən deyəcəm haradan. 

Gülər Əhmədova haqqında bir neçə kəlmə demək istəyirəm. İctimaiyyətin və mətbuatın nümayəndələri 

də  burada  iştirak  edirlər.  Gülər  Əhmədova  turp  kimi  sapa-sağlamdır.  Vəziyyəti  lap  əladır.  Dünən  onu 

BİT-da  görmüşəm.  Xüsusi  imtiyazlı  şəraitdə  saxlanılır.  Orda  da  yağ  içində  böyrək  kimi  bəsləyirlər. 

Hətta  yolu  da  piyada  getməyə  qoymurlar,  xüsusi  maşında  gətirib-aparırlar.  Yəni  onunla  bağlı  hər  şey 

qaydasındadır.  O  baxımdan,  Gülər  Əhmədovanın  vəkillərinin  bir  gün  “ölür,  qulağının  arxasında  şiş 

çıxır”,  başqa  gün,  “beyni  quruyur,  şəkəri  qalxır,  təzyiqi  oynayır”  kimi  bəyanatlarının  arxasında  2  şey 

dayana  bilər  –  ya  bu  qadını  mafiya  öldürəcək,  ya  da  yalançı  xəstəlikləri  bəhanə  gətirib,  onu  azadlığa 

buraxacaqlar.  Mən  bunu  burada  bir  daha  bəyan  edirəm:  G.Əhmədova  ağrımır.  Orada  G.Əhmədovanı 

həkimlər hər cür müayinədən keçiriblər. G.Əhmədovanın sağlığı yerindədir. Ömrü uzun olsun, bundan 

sonra Allah onlara 100 il daha ömür versin ki, hər şeyi gözləri ilə görüb, talelərində yaşasınlar. Ona görə 

də  G.Əhmədovanın  gündə  bir  çağırış  etməsi,  ardınca  da  vəkilinin  bu  çağırışları  təkzib  edərək,  “Əvəz 

Zeynallı bunları yuxuda görüb” deməsi, bu gün belə - məhkəmə günündə mətbuatda mesaj verməsi ki, 

Gülər  Əhmədova  Əvəz  Zeynallıya  qarşı  ifadə  verməyəcək  –  bu  şeylərin  hamısı  dərindən  təhlil 

olunmalıdır.  Və  bütün  bunlar  göründüyü  qədər  da  sadə  məsələlər  deyil.  Ona  görə  mən  son  ana  qədər 

israr  etdim  ki,  Gülər  Əhmədova  məhkəməyə  gətirilməlidir,  yalnız  o  halda  bütün  qaranlıq  məqamlara 



 

aydınlıq  gətirilə  bilərdi.  Gülər  Əhmədova  “Bizim  Yol”  qəzetinin  müxbiri  Natiq  Cavadlıya  müsahibə 



verib və orada ən azı 10 dəfə israrla deyib ki, Əvəz Zeynallını mən tutdurmamışam, bu işdə mənim əlim 

yoxdur. Xəbər göndərib ki, Əvəz Zeynallı, səni mən tutdurmamışam. Hamıya deyir ki, istəyirsiz, cinayət 

işinə baxın, onu mən tutdurmamışam. Bizim bu hörmətli prokuror – bağışlayın ki, “hörmətli” dedim – 

bizim bu prokuror ötən iclasda başdan-ayağa qədər, sicilləmə bir ittiham oxudu. 4 cildlik cinayət işinin 

başından  ayağınadək  Gülər  Əhmədova  var  və  mən  onun  ittihamları  ilə  buradayam.  Mətbuat  da, 

ictimaiyyət  də,  hakimlər  də  bilsinlər  ki,  hal-hazırda,  bugünkü  gün  də  Gülər  Əhmədova  mənim 

məsələmlə Ramiz Mehdiyevi şantaj edir. Əvəz Zeynallı ilə Ramiz Mehdiyevi şantaj edir. “Bizim Yol”a 

müsahibə verir ki, mən Ə.Zeynallının işində yoxam. Mənə başqa mənbələrlə xəbər göndərir ki, onu mən 

tutdurmamışam.  Mən  məhkəməyə  dəvət  olunsam,  hər  şeyi  danışa  bilərəm.  Buradan  da  vəkil  deyir  ki, 

“Əvəz Zeynallı onu yuxuda görər”, “Gülər Əhmədova Əvəz Zeynallıya qarşı ifadə verməyəcək”. Gülər 

Əhmədova  bu  böyük  mütəşəkkil  cinayətkar  dəstənin  “banderşa”sı,  mafiya  üzvü  kimi,  bu  mafiyanı, 

mafiyanın  dədəsini  Əvəz  Zeynallı  ilə  təhdid  edir.  Onlara  hədə-qorxu  gəlir.  Qəzetə  müsahibəni  verir, 

xəbəri yuxarı göndərir, imtiyazını alır, bir müddət sakitləşir, sonra da yenə işə düşür. Mən Gülərin aldığı 

nəfəsdən də xəbərdaram. Özüm də uşaq deyiləm ki, bütün bunları “sadəlövhlük” kimi qəbul edəm. Ona 

görə bir daha deyirəm ki, Gülər Əhmədova Ramiz Mehdiyevi və o mütəşəkkil cinayətkar dəstəni Əvəz 

Zeynallı ilə təhdid edir. Müsahibə verir, mesaj göndərir, cavab alandan sonra deyir, mənim dediklərimi o 

yuxuda  görüb,  sonra  da  məhz  məhkəmə  günü  yenə  mesaj  verir  ki,  Əvəz  Zeynallıya  qarşı  ifadə 

verməyəcəm. Bu ancaq bir mafiyanın oyunu ola bilər. Bu cür hərəkətlər mafiya yöntəmidir. 

Hörmətli  məhkəmə,  mən  burada  hər  zaman  geniş  çıxışlar  etmişəm.  Bir  çox  hadisələri  əvvəlcədən 

dəyərləndirmişəm. Mən məhkəmə başlayan ilk günlərdə demişəm ki,  



 

Gülər Əhmədova, Ramiz Mehdiyev, Əli Həsənov, Vüqar Səfərli bu qəfəsə girəcəklər 

  

Ona  görə  də  çox  şeyləri  bir  daha  təkrarlamağa  lüzum  da 

yoxdur. Mən indi “son söz”lə çıxış  edəcəm  və burada sübut 

edəcəm  ki,  mən  əslində  bir  mütəşəkkil  cinayəkar  dəstənin 

maraq  dairəsinə  toxunduğum  üçün  onlar  tərəfindən 

quraşdırılmış, saxta ittihamlarla həbs olunmuşam. Məni başqa 

yolla  susdurmağı  bacarmayanda,  Güər  Əhmədovanın  şər  və 

böhtanı ilə açılmış cinayət işi ilə həbs etdilər. Əgər bu cinayət 

işi  istintaq  və  məhkəmə  tərəfindən  ədalətli  araşdırılsaydı, 

G.Əhmədova  haqqında  cinayət  işi  E.Abdullayevin  (ABU 

rektoru) məşhur videoseriallardan sonra deyil, ondan çox-çox 

əvvəl,  Əvəz  Zeynallının  işində  baş  verərdi.  Bu  işdə  nəinki 

G.Əhmədova,  daha  onlarla  adam  var  idi  ki,  haqlarında 

cinayət işi qaldırılmalı idi, amma nə istintaq, nə də məhkəmə 

buna getmədi. Çünki maraqlar buna imkan vermirdi. Mən nə 

üçün  həbs  olundum?  Məni  Ramiz  Mehdiyev  nə  üçün  həbs 

etdirdi?  

Mən  Türkiyədə  -  Ankara  Dövlət  Universitetinin  Hüquq  fakultəsini  bitirdikdən  sonra  –  1999-cu  ildə 

Azərbaycana  qayıtdım.  Hələ  Türkiyədə  olarkən,  mən  Azərbaycanın  problemlərini,  siyasi  mənzərəsini 

əks  etdirən  “Böyük  Gələcək”  dərgisinin  təsisçisi  olmuşam.  Türkiyənin  ən  tanınmış  siyasətçiləri, 

prezidentləri,  siyasi  partiya  liderləri  informaiya  blokadasında  qalan  Azərbaycan  haqqında  fikirlərini 

məhz bu dərgi vasitəsilə çatdırırdılar. Azərbaycana qayırdıqdan sonra mənim problemlərim başladı. Bu 

gün Ramazan Hadıyev haqqımda qaldırılmış cinayət işini ağırlaşdıraraq- “residiv” yaratmaq istəyir. Elə 

həftə  olub  ki,  mənə  qarşı  qaldırılan  CM-nin  147-ci  maddəsilə  biz  bir  neçə  məhkəmə  prosesinin 

iştirakçısı  olmuşuq.  Guya  hüquq  təhsili  alan  bu  prokuror  hələ  də  bilmir  ki,  147-ci  maddə  “residiv” 

yaratmır.  Mən  jurnalistlik  fəaliyyətimin  cinayət  olduğunu  da  bu  prokurordan  eşitdim.  Heç  adam 

öldürənlərə,  dövlətin  malını  dağıdanlara,  insan  alverilə  məşğul  olanlara,  dövlətin  təməlini  dağıdanlara 

qarşı  bu  cür  ağırlaşdırıcı  maddələr  qoşulmur.  Bu  prokurora  qiymət  yazıb,  kursdan-kursa  keçirən 

müəllimlərin barmaqları qurusun! 

Mən “Xural” qəzetini 2002-ci ildə təsis etdim və oktyabrın 6-da qəzetin ilk sayı nəşr olundu. Bizim btün 

fəaliyyətimiz,  yaşadıqlarımız,  gördüklərmiz,  eşitdiklərimiz,  əldə  etdiyimiz  bütün  məlumatlar  anbaan 

“Xural” qəzetinin səhifələrində var. Nəyimiz var idisə, hər şeyimizi cəmiyyətlə paylaşmışıq.  






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə