DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

 

26 


qaldırıldığını  bəyan  etdi.  24.10.2011-ci  ildə  mətbuatın  verdiyi  məlumata  görə,  306.2-ci  maddəsi  ilə 

cinayət  işi  qaldırıldı.  Elə  həmin  günlərdə  Baş  Prokurorluq  açıqlama  yaydı  və  məni  cinayətdə  suçladı. 

Hər iki nazirlik  siyasi  fəaliyyətlə məşğul  olmuş,  Ramiz Mehdiyevin  adını siyahıdan  çıxarmaqla siyasi 

sifariş  yerinə  yetirdiklərini  təsdiqləmişdilər.  Məlum  olur  ki,  "Azərbaycan"  nəşriyyatının  baş  direktoru 

Ağabəy  Əsgərovun,  müğənni  Nüşabə  Ələsgərlinin  və  KİVDF-nin  icraçı  direktoru  Vüqar  Səfərlinin 

qanuni qüvvəyə minən borclarını "qərəzli" olaraq ödəmədiyimə görə mənə cinayət işi qaldırıblar. Amma 

maraqlı  idi  ki,  bu  siyahının  başında  yer  alan,  10.000  manata  görə,  həyatımızı  zəhərə  döndərən  Ramiz 

Mehdiyevin adı tələbkarlar siyahısından çıxarılmışdı. Mən bunun səbəblərini xeyli sonra anlayacaqdım. 

Ədliyyə  Nazirliyi  ilə  Baş  Prokurorluğun  etdikləri  yetməmişdi.  Mənə  və  ailəmə  qarşı  əsl  repressiya 

başlamışdı. İşə DİN belə qarışmışdı. Gəncə şəhər Baş Polis idarəsinin rəisi general  Rasim Musayev 13 

ildir  qüsursuz  fəaliyyət  göstərən  qardaşım  Rauf  Zeynalovu  10  dəqiqə  içərisində  -  20.10.2011-ci  ildə 

işdən çıxarmış, eyni polis rəisi dayım oğlu Rəşad Zeynalovu 21.10.2011-ci ildə polis orqanlarından xaric 

etmişdi. Bir ildən artıq vaxt keçir, amma nə qardaşımın, nə də dayım oğlunun işdən çıxmaq haqqında 

əmrləri verilməyib. Rasim Musayevin bu addımlarının siyasi olduğunu sübut edən isə onun 21.10.2011-

ci  ildə  Gəncə  qarnizonunun  qarşısında  etdiyi  çıxış  olub.  Musayev  700  nəfərlik  qarnizonun  qarşısında 

beləcə də deyib: "Rauf Zeynalovun qardaşı hökumətimizin və Prezidentimizin haqqında tənqidi yazılar 

yazır, ona görə də ona bizim aramızda yer yoxdur." Bundan sonra deməyə söz də qalmır. Bu repressiya 

dalğasına bir neçə gün sonra Gəncənin  Dairə Seçki  Komissiyası da qoşulur. Onlar da 62  yaşlı Anamı 

işdən kənarlaşdırırlar. Beləcə, siyasi hakimiyyət mənim həbsimlə birlikdə ailəmin də məndən sonra "ac 

qalması"  haqda  düşünür  və  qərar  verir.  Necə  deyərlər,  məndən  sonra  arxamca  bir  parça  çörək  gətirən 

buraxmırlar.  Təbii  ki,  bu  repressiya  dalğasına  mənimlə  birlikdə  işləyən  həmkarım  və  həyat  yoldaşım 

Məlahət Zeynallı da daxil olur, axı o da "Xural"ın bağlanması ilə işsiz qalır. Hələ də heyrət edirəm. Bu 

qədər  total  repressiya  dalğası  mənim  2  azyaşlı  qızlarımdan  niyə  yan  keçdi?  Niyə  onları  oxuduqları 

məktəblərdən çıxarmadılar? Bu "humanizm"in məqsədi nə idi? 

Təbii  ki,  təslim  olmurdum.  Azərbaycan  hökuməti  və  canımı  hər  an  qurban  verməyə  hazır  olduğum 

Azərbaycan  dövləti  ilə  üz-üzə  qalmışdım.  Öz  dövlətimlə  döyüşürdüm.  Qanunun  imkan  verdiyi  bütün 

üsullardan  istifadə  edirdim.  Mətbuat  konfransları  keçirir,  Redaktorlar  Birliyini  tez-tez  toplayır, 

müsahibələr verir və təbii ki, "Xural"ın gündəlik nəşrini bərpa etmək üçün çalışırdım. 24.10.2011-ci ildə 

ABŞ dövlətinə və onun Prezidenti Barak Obamaya 19 min manat borc pul üçün müraciət etdim və ABŞ 

səfirliyi  tərəfindən  25.10.2011-ci  ildə  qəbul  edildim.  ABŞ  dövləti  19  min  manat  borc  versəydi,  bu 

hoqqalar  da  bitəcəkdi,  amma  onlar  da  yaxşı  bilirdilər  ki,  bu,  ictimaiyyətin  diqqətini  çəkmək  üçün 

düşünülmüş  aksiyadır.  Mənim  ABŞ  dövlətinə  müraciətim  bizim  hakimiyyətin  Əli  Həsənov  və  Ramiz 

Mehdiyev çapında feodal qalıqlarını çox əsəbiləşdirmişdi. Bununla kifayətlənmədim. 25.10.2011-ci ildə 

yenidən  Prezident  İlham  Əliyevlə  görüşmək  üçün  ona  müraciət  etdim.  Təbii  ki,  bu  istək  də  qəbul 

olunmadı və prezidentlə görüş tələbindən sonra mənə qarşı daha da sərtləşdilər. 

Artıq  həbs  olunacağımı  bilirdim.  Bunu  mən  deyil,  təxminən  bütün  ölkə  bilirdi.  25.10.2011-ci  ildə 

"Facebook"  sosial  şəbəkəsindəki  statusumda  "Həbs  olunmağa  hazırlaşıram!"  statusu  paylaşdım  və 

dərhal paylaşdığım status müxtəlif xəbər saytlarında xəbər oldu. Yazılan müxtəlif rəylərə cavab olaraq 

26.10.2011-ci  ildə  "Bunların  məqsədi  pul  dərdi  deyil,  bunların  məqsədi  mənim  azadlığıma  girov 

qoymaqdır" statusunu paylaşdım. Ayın 24-dən redaksiya Oxucu və doğma adamların ziyarətinə uğradı. 

Hamıda mənim həbs olunacağım qənaəti hakim idi. Amma necə, hansı əsaslarla tutacaqdılar? 

306.2-CI MADDƏ ALINMADI 

 Məni  306.2-ci  maddə  ilə  həbs  edə  bilmədilər.  Bilməzdilər 

də.  Çünki  ədalətsiz  və  vicdansız  məhkəmələr  vasitəsilə 

kəsdirdikləri  cərimələrin  siyasi  mahiyyətli  olduğunu  bütün 

dünya bilirdi. Bu hakimiyyət isə son illər "yazıya görə adam 

tutulmur"  iddiasını  az  qala  bütün  yer  kürəsinin  gözünə 

soxurdu. Yox, məni 306.2 maddəsi ilə həbs etsələr, məsələ 

ilk gündən siyasiləşəcəkdi. O zaman nə etməli? Bəlkə 303-

cü maddə ilə həbsi həyata keçirmək - "Siyahıya alınmış və 

ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak 



 

27 


barəsində qanunsuz hərəkətlər." Yox, bu da alınmazdı. 147, 148-ci maddələr isə diffamasiya maddələri 

idi  və  onlarla  əsla  və  əsla  jurnalist  həbs  etmək  olmazdı.  O  zaman  geriyə  şər  qalırdı  -  hansı  ki,  siyasi 

hakimiyyət bu sahədə çox professional idi. Bəs nə etməli? Nə ilə şərləməli? 

İçki iləmi? Alınmazdı. Spirtli içkiləri tərk etmişdim və "Xural" qəzeti uzun müddətdir ki, "Alkoqolsuz 

Gələcək!" kampaniyası aparırdı. 

Narkotikləmi,  nəşə  iləmi,  eroin,  kokoinləmi?  Alınmazdı.  Siqaret  bəlasını  19  dekabr  2004-cü  ildə  tərk 

etmişdim və "Xural" qəzeti uzun illər idi ki, "Siqaretsiz Gələcək!" kampaniyası aparırdı.  

Qızlamı?  O  da  alınmayacaqdı.  Çünki  artıq  bir  dəfə  göndərdikləri  "modelyer"  onların  üzünü 

ağartmamışdı. Mənim elə alışqanlıqlarım artıq çoxdandı ki, yox idi... 

İşə ailəmlə gəlir, işdən ailəmlə gedirdim. Özümə qurduğum bu dairə mənim həm də sığortam idi. Məni 

avtomobildə belə həbs etmək mümkün olmazdı. Bunu həbsimdə də gördüm. Məni yalnız təkləyib həbs 

edəcəkdilər. Amma nə ilə? Necə? Niyə? Harada? İndi hamıdan çox məni və məni sevənləri bu suallar 

düşündürürdü. 

28.10.2011-ci  ildə  mətbuat  konfransı  təşkil  etdik.  Redaktorlar  Birliyinin  geniş  toplantısında  məsələni 

müzakirə etdik və qərara alındı ki, mübarizəni davam edək. Orada həm də onu elan etdim ki, noyabrın 1-

dən etibarən "Xural" yenə gündəlik nəşrini bərpa edir. Və... oradan redaksiyaya tələsdim. Və... “Kanal 

13”-ün  canlı  efiri  üçün  aparıcı  Aynurə  İmranovanın  aramsız  telefon  zəngləri  gəlməyə  başladı.  Mən 

verilişdə iştirak etməli idim və "Xural"ın əmlakının müsadirəsi müzakirə olunacaqdı. 

                                                MƏNI NECƏ OĞURLADILAR? 

 Məni  elə  "Kanal  13"  ün  qarşısında  da  oğurladılar.  Günü  də  simvolik  seçmişdilər  -  28  oktyabr  atamın 

ölüm  günü  idi  və  məni  oğurladıqları  17:07  radələri  də  atamın  canını  tapşırdığı  dəqiqələr  idi.  Mənim 

redaksiyama gələn, telefonlarını götürmədiyimə baxmayaraq, israrla zəng edib redaksiyaya buyuran və 

sonra Əli  Həsənovun üzəduranları qismində üzümə duran həmkəndlilərim  görünür, mənim  üçün ciddi 

sürprizlər hazırlayıblarmış. 

Onlar  həm  məni  redaksiyadan  çıxarmalı,  həm  Korrupsiyaya  Qarşı  Mübarizə  idarəsinin  əməkdaşlarına 

təslim etməli, həm də mənim üçün anlamlı olan məqamları məni həbs edənlərə deməli idilər. Bizim el-

obada  bu  miqyasda  namərdlik,  naxələflik,  nakişilik  hələ  qeydə  alınmamışdı.  Əli  Həsənov  bunu 

bacarmış, guya məni öz həmkəndlilərimlə "vuraraq" mənə mənəvi təsir göstərməyi düşünmüşdü. Amma 

iqtidarın bu darqafalı adamları bilmirdilər ki, üzəduranların yaxını-uzağı, qohumu, həmkəndlisi olmur - 

üzəduranın  heç  milləti  də  olmur.  Onlar  da  qədim  peşə  sahibləri  kimidirlər  -  hələ  elə  fahişələr  var  ki, 

onlar üzəduranlardan kişidirlər... 

           Məni  oğurlayanlar  KQMİ-yə  gətirdilər.  Müxtəlif  hədə-qorxularla  və  "bu  sənin  üçün  sonun 

başlanğıcıdır" deyərək işlərini gördülər. ABŞ səfirliyinin yanından keçəndə sonradan adını öyrəndiyim 

Rəsulov  Fuad  Mirmehdi  oğlu  adlı  terroristə  oxşayan  KQMİ  qoçusu  həbsimin  siyasi  sifariş  olduğunu 

dedi:  "Biz  sənə  göstərəcəyik  ABŞ  hökümətinə  müraciət  etmək  nə  deməkdir."  Yeri  gəlmişkən,  mənim 

telefonlarımı  da  bu  qoçu  aldı  və  orada  olan  mesajlara  baxanda  etiraz  etdim.  Fuad  Rəsulovun  cavabı 

maraqlı idi: "Biz sənin telefonuna istədiyimiz mesajı yaza və oradan istədiyimiz mesajı göndərə bilərik." 

Elə də etdilər və mən bir illik həbsdən sonra hələ də telefonlarımı əldə edə bilmirəm... 

                                       



SƏHNƏYƏ GÜLƏR ƏHMƏDOVA ÇIXARILIR 

 Sən  demə,  Ramiz  Mehdiyev-Əli  Həsənov  güruhu  "Xural"ı  talan  etdirdikləri  gün,  Ramiz  Mehdiyev 

qruplaşmasının  daha  bir  üzvü,  parlamentin  deputatı  G.Əhmədova  xəlvətcə  KQMİ-yə  müraciət  edib. 

Bununla məni qeyri-siyasi və qeyri-mətbu maddə ilə həbs etməyi planlaşdırıb, izi azdırmağa çalışıblar. 

Bunu  gətirildiyim  KQMİ-də  öyrəndim.  Mən  elə  təxmin  edirdim  ki,  qəzetin  vergi  məsələləri  ilə  bağlı 

hansısa bir əməliyyat ediblər. Çünki son vaxtlar bəzi qəzetləri KQMİ vergi məsələsinə görə sıxışdırırdı. 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə