DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17


BU TORBANIN TIKILMƏSINDƏ ƏSAS ROLU ƏLI HƏSƏNOV OYNAYIB



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   2   3   4   5   6   7   8   9   ...   25

 

 



BU TORBANIN TIKILMƏSINDƏ ƏSAS ROLU ƏLI HƏSƏNOV OYNAYIB 

 

Təbii ki, Ramiz Mehdiyevin tapşırığı ilə... 

 

Onlar  306.2  ilə  eyni  qaydada  dərk  edirdilər  ki,  məni  bu  maddə  ilə 

həbs  etmək  mümkün  olmayacaq.  O  zaman  Gülər  Əhmədovanı 

dövriyyəyə  saldılar.  311.3.3,  311.3.4  maddələri  –  hədə-qorxu  ilə 

rüşvət tələb etmə maddələri işə salınır. Bu maddələrin əslində hansı 

məna kəsb etdiyini hamı bilir – Azərbaycan mətbuatı da, siz də, mən 

də... Hətta bütün insani duyğularını itirən bu prokuror da bilir. Hamı 

çoz gözəl bilir ki, bu işdə  311.3.3, 311.3.4 yoxdur! Yoxdur! Ortada 

hədə-qorxu yoxdur! Pul tələbi yoxdur! 10 min manatı Əvəz Zeynallı 

tələb eləməyib, 10 min söhbəti ümumiyyətlə, olmayıb. 10 min manat 

söhbəti Mehdiyevin aparatında, Əli Həsənovun iş kabinetində ortaya 

çıxan  bir  məsələdir.  Ramiz  Mehdiyev  Əvəz  Zeynallını  məhkəməyə  verib,  10  min  manat  tələb  edir. 

Vüqar Səfərli məhkəməyə gedib, 10 min manatlıq iddia qaldırır, Gülər Əhmədova da bu tərəfdən deyir 

ki, 10 min manat rüşvət istəyib. Bizim “taksa”mız Əli Həsənovun otağında 10 min manatdır. Hər şey 10 

min  manatla  planlaşdırılıb.  O  danışıq  təqdim  olunduğu  kimi  deyil.  Gülər  Əhmədova  2011-ci  il  16 

noyabrda  “Yeni  Müsavat”  qəzetində  müsahibə  verəndə,  özünü  silkələyə-silkələyə  deyirdi  ki,  mən 

getdim,  mən  onun  səsini  yazdım,  ona  dedim  ki,  yerində  otur,  əlimdə  səsini  yazdığım  disk  var.  İndi 

G.Əhmədova  vəkillərilə,  hətta  Qurban  Məmmədovla  özünə  haqq  qazandırmağa  çalışır  ki,  Elşad 

Abdullayevin videogörüntüsü olan korrupsiya faktı ilə Güləri tutmaq olmaz. Niyə? Çünki Elşad qeyri-

qanuni  olaraq,  Gülərin  icazəsi  olmadan  onun  görüntüsünü  lentə  alıb.  Məhkəmə  prosesi  zamanı 

G.Əhmədovanın 4 şahidi bura gəldi. Onların dördü də söhbətin nədən getdiyini izah edə bilmədilər. Elə 

dedilər ki, eşitdim Gülər bunu dedi, onu dedi. Zaur Mirzə dedi ki, mən heç nə bilmirəm. Nə danışıblarsa, 

onu  demişəm.  Oğlu  Toğrul  Əhmədov  da  dedi  ki,  hansı  yazılardan  və  anonslardan  söhbətin  getdiyini 

bilmirəm. Onun bu məhkəmədə etdiyi çıxışın stenoqrammı var. Siz onu çözələmək istəməzsiniz, amma 

bizdə onun səs yazısı var. Mən burada Toğrula dəfələrlə israrla dedim ki, sən düzünü danış.  

 

“GÜLƏR ƏHMƏDOVANIN ƏSAS IŞI, INSANLARI ŞANTAJ ETMƏK,  

ÜZÜNƏ DURMAQ, ADAM TUTDURMAQ, EV YIXMAQ OLUB...” 

 

Danışmadı.  Biz  də  qərarlaşdıq  ki,  həmin  səsyazısı  dunləniləndə  T.Əhmədovun  özü  də  burada  iştirak 

etsin.  Onun  iştirakını  təmin  etmədiniz.  Hətta  prokuror  da  söz  verdi  ki,  “bəli,  əgər  səs  yazısında 

T.Əhmədovun dediklərini təsdiq edən bir şey olmazsa, o zaman onu gətirərik”. O da sözünün arxasından 

qaçdı. Aydın Heydərovun şahidi Əlirza Allahverdiyev adlı adamın da şəxsiyyətinin müəyyənləşdirilməsi 

üçün bir daha məhkəməyə gətiriləcəyinə söz vermişdi, amma eləmədi. O zaman da bura saxta bir şahid 

gətirmişdilər. Gülər Əhmədovanın digər şahidi Tənzilə Rüstəmxanlı da dedi ki, “mən heç nə bilmirəm, 

Gülərin  yalançısıyam”.  O  da  Əli  Həsənovun  cəbhəsinə  girmək  üçün  hər  yollara  əl  atmağa  hazır  olan 

adamdır. Onun da ümumiyyətlə, üzərimə qoyulan ittihamları təsdiqləyəcək heç nəyə şahid  olmadığını 

gördük. Bu prokuror, 11 ay məhkəmə prosesi gedəndən sonra da “qıp-qırmızı” üzümüzə dayandı, həmin 

şahidlərin dedikərinə manasibət bildirəndə deyir, “ittiham təsdiqini tapıb”. Hansı, necə, nə cür təsdiqini 

tapıb?  Oğlunun  heç  nədən  xəbəri  yoxdur.  İstintaqı  aparan  müstəntiq  Qabil  Qasımov  nə  yazmışdısa, 

köçürüb,  imza  atdırıblar.  11  ayda  o  da  sübut  olundu  ki,  mənim  guya  şantaj  məqsədilə  dərc  etdiyim 

“anonslar”  olub.  Sübut  olundu  ki,  heç  bir  anons  olmayıb.  Heç  o  adamların  heç  biri  də  həmin 

“anonslar”ın mətnini belə xatırlaya bilmədilər. Olmayan yazını bu adamlar necə xatırlaya bilərdilər ki? 

İddia  olunduğu  kimi  G.Əhmədovanı  şantaj  edəcək  “Xural”  qəzetində  bir  dənə  də  olsun  yazı  yoxdur, 

olmayıb.  İttiham  tərəfi  bi  anonsu  sübut  kimi  ortaya  qoydu.  Orada  da  Gülər  Əhmədovanın  adı  belə 

çəkilməyib. Gülər fala baxırdı ki, qəzetdə nə gedəcək? Qanun açıq şəkildə göstərir ki, sübut etmək yükü 

ittiham  tərəfinin  üzərindədir.  Bütün  şübhəli  məqamlar  təqsirləndirilən  şəxsin  lehinə  tövsif  olunur.  Bir 

dənə də olsun, normal məqam yoxdur. Başdan- ayağa ittihamları fırıldaqdır, yalan və böhtandır. Gülərin 

dördüncü  şahidi,  ailəvi  yaxın  rəfiqəsi  Rüxsarə  Axundovanın  ümumiyyətlə,  heç  nədən  xəbəri  yoxdur. 

Bəlkə Gülər bunu aldadıb və Rüxsarənin yalan ifadə verməsi üçün əsas yaratmağa çalışıb? Onun sözünə 




 

görə adamı nədəsə ittiham etmək olarmı? “Gülər ağlayıb”. Niyə ağlayıb? Bilmirik. Hansı yazıya görə? 



Onu da bilmirik.  

Eyni zamanda qanunla G.Əhmədovanın şahidlərinin dördü də saxtadır. Qanunda – AR CPM-nin 125-ci 

maddəsində açıq şəkildə yazılır ki, “şahidlər yalnız öz adından ifadə verə bilərlər...” Şahidin dindirilməsi 

haqqında maddələr göstərir ki, şahidlər yalnız birinci şəxsin adından dindirilə və ya ifadə verə bilər. Bu 

nə deməkdir? Yəni hadisənin içərisində özləri iştirak edən adamlar şahid ola bilərlər. G.Əhmədovanın 

bütün şahidləri onun adından danışırlar. Qanun göstərir ki, o halda G.Əhmədovanın “adından danışmaq 

olardı ki, iddiaçı ölsün”. Gülər ölməyib. Hələ ölməyib. İnşallah ölməz də. Yəni, əgər Gülər Əhmədova 

ölsəydi, o zaman onun saxta və yalançı şahidlərinin verdiyi ifadələr mötəbər sübut kimi bəlkə də tanına 

bilərdi. Gülər Əhmədova siyasi hakimiyyətdəki gücündən və nüfuzundan istifadə edərək, həmin o dörd 

şahidi  istintaqa  pərçimləyib.  İstintaq  da  Gülərin  qorxusundan  –  bu  gün  də  həbsdə  olan  Gülər 

Əhmədovanın  adı  gələndə  dəli  olursunuz,  o  zaman  görün  vəziyyət  necə  olub  –  bütün  hadisələri 

saxtalaşdırıb  və  mənim  üzərimə  saxta  ittihamları  qoyaraq,  həbs  etdirmək  istəyib.  Ötən  məhkəmə 

proseslərindən  açıq  şəkildə  aydın  oldu  ki,  Gülərin  həm  şahidlərinin  heç  birinin  hansısa  yazılardan  və 

anonslardan  xəbəri  olmayıb,  həm  də  həmin  şahidlərin  hamısı  qanunla  şahid  kimi  dindirilə  bilməzlər. 

Çünki  Gülər  Əhmədovanın  özü  ölməyib.  Qanun  onların  heç  birini  şahid  qismində  tanıya  bilməz. 

Ramazan Hadıyev özünü burada “biabır etməklə”lə deyil ki... Hər şey ortadadır. S.Tarverdiyevin dediyi 

kimi, “qanun bir gün dürmələnib, adamın gözünə girəcək, axı...” Qanun açıq deyir – OLMAZ.  

Bu  adamların  şahid  kimi  dedikləri  ifadələr  qəbul  edilə  bilməz.  Şahidin  qanunla  təmzinlənən  halı  və 

vəzifələri var. İstintaq böyük bir səhv eləyib,  yalançının yanına dörd şahid qoşub. Bu adam öz oğlunu 

belə şahid kimi göstərməkdən çəkinməyib. İndi həmin oğlunu, Allah salamat qaytarsın, cəbhə bölgəsinə 

apardılar  ki,  anası  burada  səsini  çıxarsa,  onu  da  orada  öldürüb,  göndərsinlər.  Həmin  oğlunu,  siz 

məhkəmə  heyəti  demədinizmi  ki,  səsyazısı  dinləniləndə  bura  gətirdəcəyik?  Niyə  eləmədiniz?  Niyə 

təkrar onu bura gətirmədiniz? Gülərin oğlu idi, ona görə? Bütün dediklərim onu sübut edir ki, 311.3 ilə 

311.3.4  bu  cinayət  işində  yoxdur.  Hələ  mən  Gülərin  həbs  olunmasını,  Gülərin  məhz  özünün  cinayət 

törətməsini,  özünün  rüşvət  alıb-verməsini,  Gülərin  Ramiz  Mehdiyevin  əlində  alət  olmasını,  Gülərin 

R.Mehdiyevin pul yığanı və sayanı olmasını, onun ciayətlərinin əsl şahidi olan Sevinc Babayevanı necə 

ölkədən çıxarıb, qaçırdığını, sonradan onu necə öldürtdüyünü demirəm. Bu gün də məlum olur ki

Gülər Əhmədovanın əsas işi, insanları şantaj etmək, üzünə durmaq, adam tutdurmaq, ev yıxmaq, çıraq 

keçirmək olub. Və bu adam o mafiyanın bu işlərini görməsi üçün görəvli adamı olub. Həmin mafiyada – 

mütəşəkkil  cinayətkar  dəstədə  bunun  rəsmən  vəzifəsi  bu  olub.  Bacarmayıblar,  şantaj  ediblər. 

Bacarmayıblar,  adamı  susdurmaq  üçün  üzünə  durub,  həbsə  atdırıblar.  Mən  ilk  məhkəmə  iclasında  – 

2012-ci ilin may ayının 14-də sizə vəsatət vermişəm.  

 

G.ƏHMƏDOVA HAQQINDA CM-NIN ƏN AZI 6 MADDƏSILƏ CINAYƏT IŞININ 

AÇILMASINI  11 AY ƏVVƏLDƏN DEMIŞDIM 

 

Vəsatətimi  qəbul  etmədiniz.  Dediklərimdən  çox  az  müddət  sonra 



prokurorluq  bu  adam  haqqında  başqa  cinayətlərini  faş  edən 

maddələrlə  cinayət  işi  açdı.  Baxın,  G.Əhmədova  hansı  maddələrlə 

cinayət məsuliyyətinə cəlb olunmalıdır: 

1.

 



AR CM maddə 156 - Şantaj 

2.

 



Maddə 163 - Jurnalistlik fəaliyyətinə maneçilik törətmə 

3.

 



Maddə 312.1 - Nüfuz alveri  

4.

 



Maddə 312.2 - Rüşvət təklif eləmə 

5.

 



Maddə 178 - Dələduzluq. 

 

Mən burada ilk gündən deyirdim ki, təqdimat verin, bunun deputat toxunulmazlığını qaldırın. Bu adam 



fırıldaqçıdır,  yalançı  və  dələduzdur.  Sizin  hamınız  mənə  gülürdünüz.  Prokuror  da  özündən  getmişdi. 

Gördün? İndi mən sizə gülürəm. Nəyə gülürdünüz? Məhkəmə rişğənd yeridir? Yoxsa sizin məntiqinizlə, 

bir  balaca  vəzifəsi  olan  adam  başqalarının  üzünə  dayanıb,  şər-böhtan  atıb,  onu  susdura  bilər?  İndi 

özünüz də deyirsiniz ki, bu adam dələduz və fırıldaqçıdır. Ramazan, mən deyən oldu, olmadı? Oldu.  

Gördülər  ki,  mənə  qarşı  311.3.3,  və  311.3.4  ilə  qaldırılan  ittihamları  təsdiq  edə  bilməyəcəklər,  dərhal 

ona  311.3.2  –ni  qoşdular.  CM-nin  311.3.3  və  311.3.4  maddələri  istintaqın  311.3.2-i  isə  Prezident 

Aparatının  “taxtabaş”  şöbə  müdirinin  ağlının  məhsuludur.    Bizdə  necə  olur?  Əvvəlcə  adamı  tuturlar, 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə