DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   2   3   4   5   6   7   8   9   10   ...   25

 

12 


deyil,  nə  də  311-ci  maddə  deyil.  Burada  əsas  sözü  rəqəmlər  deyir.  AR  CM-nin  ən  mənasız 

maddələrindən  biridir.  Baxmayın  ki,  bu  maddə  ilə  milli  qəhrəman  obrazında  olan  Rasim  Balayevi 

sındırdılar. Kimlərsə bu gün də bu maddədən çəkinirlər. Bu maddədən çəkiniləsi heç nə yoxdur. Kimə 

bu maddə ilə cinayət işi qaldırırlarsa, getsin qonaqlıq versin. Riyaziyyatdır. Bunlar yeddi min manatlıq 

bir hesab çıxardılar. Vəkillərimiz də onların çıxardığı rəqəmi əsaslandıraraq, sildilər yerinə 1196 manat 

53 qəpiklik hesab çıxarıblar. Mənim ən ağır sözlərlə xatırladığım, heç bir abır hissi olmayan istintaq  - 

hətta ibtidai istintaq ekspert təyin etdi, hətta o belə bu qədər böyük vicdansızlığın qarşısında dedi ki, bu 

qədər  də  olmaz  və  istintaqın  7  min  manatlıq  cəriməsini  4  min  manata  endirdi.  Məhkəmə  zamanı  da 

bütün işləri, riyazi hesablamaları apardıq. Bir çox şeyləri o da nəzərə almamışdı, sakitcə burada etiraf 

etdi  və  biz  onun  4  min  manatlıq  hesabının  əslində  heç  1000  manata  çatmadığını  sübut  etdik.  Biz  bu 

müddət  ərzində  Vergilər  Nazirliyinin  bu  maddə  ilə  qaldırdığı  işin  dayandırılması  və  bu  işə  heç  bir 

aidiyyatı  olmadığı  üçün  bundan  sonra  ona  baxılması  üçün  məhkəməyə  müraciət  etdik.  Bu  məhkəmə 

zalında  Vergilər  Nazirliyinin  nümayəndəsi  nə  dedi?  “Onsuz  da  İnzibati  İqtisad  məhkəməsi  icraatı 

dayandırmayacaq”. Biz nə dedik? Dedik ki, “sən məhkəmənin hansı qərarı çıxaracağını əvvəlcədən necə 

bilə-bilərsən?” O nə etdi? Bu zalda quruyub qaldı. Ağzından çıxan sözə yiyə dura bilmədiyinin fərqinə 

vardı. 22 iyun 2012-ci ildə  2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin hakimi  

 

MIMINAT HACIBƏYOVA ÜÇ HƏFTƏNIN IÇINDƏ HAQQIMIZDA IKI QƏRAR ÇIXARDI 

 

Deməli,  bu  Miminat  xanım,  bizim  xeyrimizə  qərar  çıxartmışdı. 



Mətbuatda  bu  haqda  məlumat  gedəndən  sonra  həmin  Miminat 

Hacıbəyova  (Hər  iki  sənədi  zala  göstərir)  cəmi  20  gün  sonra  öz 

qərarını  ləğv  edib,  bizim  əleyhimizə  qərar  çıxardı.  Ay  Ramella 

(hakim)  xanım,  belə  biabırçılıq  olar?  Bir  hakim  öz  qərarını  necə 

ləğv  edib,  başqa  qərar  çıxara  bilər  axı?  Əgər  Məhkəmə  Hüquq 

Şurası  bu  hakimi  sıralarından  qovmayıbsa,  ciddi  səhvə  yol  verib. 

Çünki  tək  bu  hadisəyə  görə  Miminat  Hacıbəyova  dərhal  tutduğu 

vəzifədən  qovulmalı  idi.  Mən  belə  məhkəmə  sisteminin  nəyinə 

inanım?  Bu  prokuror,  “o  zaman  dedi  ki,  görürsünüzmü,  ədalət 

var”.  Bu bizim işin bu qədər ədalətsikliklə aparılmasının bəlgəsidir. Baxın hər iki sənədin imzasına  - 

Miminat  Hacıbəyova.  Tamamilə  bir-birini  təkzib  edən  iki  qərar  çıxarıb.  Bu  qədər  biabırçılıq,  yalnız 

siyasi sifarişlə adam tutduranda belə şeylərə rast gəlmək olar. Heç olmasa, Miminatın bizim xeyrimizə 

çıxardığı  qərarı  hakim  Limonat  Hacıbəyovanın  qərarı  ilə  dəyişdirsəydilər,  yenə  bu  qədər  biabırçılıq 

olmazdı.  Miminat  Hacıbəyovanın  çıxardığı  iki qərar  bir daha sübut edir ki,  bizi tam sıradan çıxarmaq 

planı həyata keçirilib. 

Baxın.  Dövlət  məmuru  olan  ekspert  istintaqın  müəyyənləşdirdiyi  hesabı  4  min  manata  endirdi.  Bizim 

Ramazan  Hadıyev  nə  etdi?  Siz  hələ  də  gəlib  burada  otura  bilirsinizsə,  möhtəşəm  adamsınız.  Mən 

oturmazdım,  ona  görə  də  buradayam.  Mən  bu  ölkənin  ən  ali  vəzifələrində  belə  bu  cür  oturmazdım. 

(Hakimin, “Zeynalov, mahiyyəti üzrə” deyəndən sonra) Mən Gülərdən danışıram. Gülər kimdir? Gülər 

artıq  mənim  işimin  mahiyyətidir.  Gülər  deputat  olanda  bu  zalda  dedi  ki,  “8  aydır  həyatımızı  zəhər 

eləmisən...”  Mən  Gülərin  həyatında  artıq  bir  ömür  boyu  varam.  Ömrümün  axırına  qədər  harada 

olacaqsa, mən də orada olacam. Mən heç bilmirdim ki, kiçik qızımın 8 yaşı olanda Gülər Əhmədovanın 

şəri ilə həbs olunmuşam, onun da kiçik oğlunun 8 yaşı olanda özünü həbs etdilər. İndi də onun vəkilləri 

mətbuata  müsahibə  verirlər  ki,  “Gülər  bircə  8  yaşlı  oğlu  üçün  darıxır.  Heç  8  yaşlı  uşağın  anasını  da 

tutmaq  olardımı?   Uşağının  ad  günündə  onu  həbs  etdilər.”    Sən  8  yaşlı,  iki  qız  uşağının  atasını  şərlə, 

böhtanla  həbs  etdirib,  o  uşaqların  gözlərini  yaşlı  qoyarsansa,  sənin  də  8  yaşlı  oğlunun  anasını  tutub 

apararlar, gözü yaşlı qalar.  

 

Allahın ədalətinə baxın! 

 

Mənim  evimi  barbarlar  kimi  dağıdıblar.  Evimdə  adam  olmayıb,  vəkilim  olmayıb,  yaxınlarımı  içəri 

buraxmayıblar,  möhtərəm  hakimlər.  Darvazadan  keçib,  qapımı  sındırıb,  içəri  keçiblər.  İri  karatlı 

brilliant, qızıl külçə axtarıblar, silah tələb ediblər. Mənim uşaqlarımın dərs dəftərlərini götürüb aparıblar. 

Bu gün Fikrət Əhmədov müsahibə verir ki, bunlar mənim 8 yaşlı uşağımın cizgi filmi olan diskini də 

aparıblar. Sən 8 yaşlı qızın dərsliklərini apartdırarsansa, sənin də oğlunun “multik”lərini apararlar. Hələ 




 

13 


Fikrət Əhmədov şikayət edir, deyir ki, mənim arvadımın hamamdan şampunlarını da aparıblar. Yox, sağ 

olsunlar, bizim evdən şampun-filan aparmayıblar. Mənim evimdə külçə axtaranların evlərindən vedrə ilə 

brilliant  və  qızıllar  götürülüb,  “Laçın”  bazarında  satışa  çıxarıldı.  Bir  jurnalisti  necə  korrupsiya 

ittihamları ilə həbs etdirmək olar? Mən məmuram, əlimdə dövlətin səlahiyyətləri var? Mən nə qədər bu 

cəmiyyət  üçün  təhlükəli  olmuşam  ki,  6  ay  istintaq,  11  aydır  da  məhkəmə  məni  həbsdə  saxlayır?  İndi 

sular durulur. Baxın görün, kimlərdir korrupsionerlər, rüşvətxorlar. Jurnalist özünü öldürsə belə, ondan 

korrupsioner  çıxmaz.  Bizi  korrupsiyada  ittiham  edən  adamın  onlarla  evi,  bağı,  mülkü  siyahıya  alındı. 

Millət görmədimi? Bu qədər rəzillik olarmı? Bəyəm, bütün bunlar işin mahiyyəti deyil? Necə olur, “10 

min manat istəyibsən” iddiası ilə bir jurnalistin on ildir başa gətirdiyi bütün işlərini darmadağın etdilər, 

texniki avadanlıqlarına qədər yağmaladılar. Amma bunlar 1 milyonla rahat alver edirlər.  

Həbsimdən sonra seyfimdə olan son 300 dolları oğurladılar. Olanım o idi, qalanım da... Onu apardılar. 

Gülər Əhmədovanın şəhərin içində 9 villasının – həbs etməsəydilər, Allah bilir daha nə qədər olacaqdı – 

5-6  gözəllik  salonunun,  4  bağ  evinin  və  s.  müəyyənləşdirilib.  Halal  pulla  qazanılıbsa,  özünə  qismət, 

deputat məvacibi ilə almışdı onları? Bu cinayət işinin sonu ora gəlir. N.Ələsgərlinin işində  Nərimanov 

məhkəməsinin  hakimi  Sevinc  Quliyeva  üzərimizə  3  min  manatlıq  cərimə  qoydu.  Ondan  əvvəl  də  bu 

Sevinc  Quliyeva  “Baltika-Bakı”  MMC-nin  iddiasını  təmin  edib,  haqqımızda  50  min  manatlıq  cərimə 

çıxarmışdı.  

 

S.QULIYEVA SIFARIŞLI QƏRARLARI ICRA ETDIYI ÜÇÜN  

MƏHKƏMƏ HÜQUQ ŞURASI ONU HAKIMLIKDƏN QOVUB 

 

Bu  gün  də  həmin  məhkəmə  işimizdə  nə  əvvəlki  hakim 



vəzifəsində qalıb, nə MMC qalıb, nə də məni məhkəməyə verən 

Tlexuray  qalıb.  Onu  da  işdən  qovdular,  müəssisəni  də  əlindən 

alıb  başqasına  verdilər.  Bilirsinizmi  niyə?  Çünki  bu  Tlexuray 

Azərbaycanda  insan  həyatı  üçün  təhlükəli  olan  virusla 

yoluxmuş  pivələri  yenidən  istehsal  edərək,  insanlarımıza 

satdırırdı.  Əlimizdə  bununla  bağlı  kifayət  qədər  video,  dəlil-

sübut olduğu halda bizi bir hakim belə dinləmədi.  İndi də  təzə 

hakim  deyir  ki,  “məhkəmə  bəyəm  kontordur  ki,  sifarişlə  qərar 

qəbul eləsin?” O hakimi hələ görməmişəm. Görsəm deyəcəm ki, 

“bəli,  bizim  rastlaşdığımız  bütün  məhkəmələr  kontordur,  gerisindən  də  Allah  saxlasın”.  Adamı 

yazdıqlarına  görə  həbs  edərlər?  Yazmışam,  yazmışam  da...  50  dəfə  məhkəməyə  vermisiniz,  yenə  də 

verin.  2005-ci  ildə  mülki  qaydada  olan  işlərinin  qanunla  cəlbetmə  müddəti  2  ildir.  Nərimanov  rayon 

polis idarəsi də sizə məktub göndərib ki, həmin səndlərin vaxtından 3 il keçdiyinə görə yandırılıb. Niyə? 

Çünki müddəti keçib. Siz 2 il cəlbetmə müddəti olan ölü bir işə yenidən can verirsinizsə, artıq bu şərdir. 

Cəmi iki il cəlbetmə müddəti olan, adidən-adi məhkəmə çəkişməmiz olan bir işi üstündən 7 il keçəndən 

sonra gətirib Ramiz Mehdiyevin  tapşırığı  ilə açılan cinayət  işinə əlavə edərsinizsə, artıq bu şərdir. Bu 

qədər də adamın üzərinə gəlmək olarmı? Ağır cinayət törətmişəm – 11 il... Bunlar hələ görünür onu da 

planlaşdırıblar ki, “Xural” qəzeti yaranan gündən əvvəlki tarixə qədər getsinlər. Nə yeyir, nə içir?  

 

Deməli, belə çıxır ki, biz yaşamamalıyıq bu ölkədə? 

 

213-cü maddə bəs nə verir? Maraqlıdır, deyilmi? Birincisi, bunun sanksiyası nədir? Cinayətin törədildiyi 



sübut olunarsa, mənə hansı cəzanı vermək olar? 3 ilədək müəyyən müddətə vəzifə tutma və ya müəyyən 

fəaliyyətlə  məşğul  olmaq  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə,  2  min  manatadək 

miqdarda cərimə.Və ya iki ilədək müddətə islah işlərinin verilməsi, və ya 3 ilədək müddətə azadlıqdan 

məhrumetmə cəzası. Bizim ədalət və vicdan mücəssəməsi olan bu prokuror, bütün alternativ yolları bir 

tərəfə buraxıb, heç bir qanuni əsası olmayan ağırlaşdırıcı cəza – 2 il müddətinə azadlıqdan məhrumetmə 

cəzasını istədi. Fevralın 13-də prokuror Ramazan Hadıyev bu zalda çıxış edib, mənə 11 il həbs cəzası 

istəyəndə,  hakimlər  gərgin,  əsəbi  və  qaşqabaqlı  idilər.  Çünki  onlara  da  təlimat  verilmişdi  ki,  Əvəz 

Zeynallıya ən ağır cəza verin. Maksimum müddət oxuyun. Nə hakimlər, nə də prokurorun özü məmnun 

deyildilər. Ona görə prokuror isterika içərisində çıxışını edib, hakimlərin qapısından da getdi. Mən də 

bilirəm ki, belə məsələlər bunların öz xoşu ilə həll olunmur. Prokuror 213-cü maddəyə 2 il cəza istəyə 

bilərmi? Bilər. Amma bu maddənin “qeyd” deyilən bir bəndi var. Orada yazılır: “Bu məcəllənin 213.1 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə